12 янв. 2012 г.

Qənirə xanım Paşayevanın “Nobel mükafatlı qadınlar “ kitabı ötən ilin son günlərində işıq üzü gördü .Elə ilk baxışdan nəfis tərtibatı,yüksək poliqrafik keyfiyyətləri ilə nəzəri oxşayan kitabı varaqlayıb oxuduqca içindəki yazılarının da maraqlı cazibəsidən ayrılmaq olmur. İndiyədək əksər Nobel mükafatçıları, eləcə də onların hər biri haqda haqda onlarla kitablar yazılıb,filmlər çəkilib,KİV-də informasiyalar,bilgilər verilib. Ona görə də belə bir mövzuda yazmaq ilk baxışda asan ğörünsə də...
Məşhur “Ayrılıq”mahnısının ilk ifaçısı Ququş 70-ci illərin ən çox sevilən müğənnisi idi.Azərbaycan kökənli bəstəçi Əli Səliminin bu mahnısını sonralar digər müğənnilər səsləndirsə də ,ən gözəl ifaçısı həmişə Ququş olub.Sovet dönəmində İranda yaşayan məşhur modern bir müğənninin dilindən Azərbaycan türkcəsində həsrət,ayrılıq daşıyan bir nəğmədə həm də siyasi notlar arayıb bulurduq... Ququş həm də...
Mətbuat hər bir xalqın ictimai-siyasi və ədəbi həyatının güzgüsü sayılır.. Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı həmişə paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkib 1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978-1979-cu illər İran inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türk¬lərinin aparıcı qüvvə kimi iştirak etdiyi...
«Molla Nəsrəddin» jurnalının Azərbaycan mətbuatı tarixində ilk satirik mətbu orqanı olduğu elm aləminə çoxdan bəllidir. İstər-istəməz məntiqi bir sual yaranır? Görəsən «Molla Nəsrəddin»nə qədər ana dilində ona bənzər bir mətbu nümunəsi var idimi? Və «Molla Nəsrəddin»nin yaradıcısı Mirzə Cəlilin o barədə məlumatı olubmu?Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-cı illərində, iki yerə bölünmüş Azərbaycanın o biri hissəsində – Cənubi Azərbaycanda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq «Şəbnamə»...

10 янв. 2012 г.

(Tatyana Çaladzenin” Каrаbахsкiй qenоцid: Оbreçennıй Хоdjаlı”kitabı ilə bağlı düşüncələrim)Таtyаnа Çаlаdze Lаtviyаnın Riqа şəhərində dоğulub. Riqа Universitetinin filоlоgiyа fакültəsinin jurnаlistiка fакültəsini bitirib. 1991-92-ci illərdə ölкədə hакim pаrtiyа оlаn Lаtviyа Хаlq Cəbhəsinin "Bаltiка zаmаnı" qəzetinin Rusiyа müхbiri оlmuşdur. 1992-ci ildə "Аzаd Аvrоpа" rаdiоsu оnu Lаtviyаnın ən yахşı jurnаlisti elаn etmiş, Аlmаniyаdа peşə təcrübəsi кeçməyə dəvət оlunmuşdur. Аlmаniyаdаn qаyıtdıqdаn...

3 янв. 2012 г.

XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı savaş nəti-cəsində Azərbaycan iki yerə parcalanmış, Azərbaycanın Quzeyi və Güneyi o zamandan bir-birindən fərqli inkişaf xəttinə malik ol¬muş¬dur. İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qo-yulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədə¬biyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradə¬sini, millilik qürurunu sındıra bilməmişdir. Bu baxımdan...