3 янв. 2012 г.

XIX əsrin əvvəllərində Rusiya ilə İran arasındakı savaş nəti-cəsində Azərbaycan iki yerə parcalanmış, Azərbaycanın Quzeyi və Güneyi o zamandan bir-birindən fərqli inkişaf xəttinə malik ol¬muş¬dur. İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qo-yulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədə¬biyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradə¬sini, millilik qürurunu sındıra bilməmişdir. Bu baxımdan o illıərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərmişdir.

Oxuculara təqdim olunan bu kitabda XIX əsrin birinci yarı-sın¬dan müasir dövrümüzədək İranda və ondan qıraqda yaşayan azərbay¬canlı ziyalıların ədəbi-ictimai fəaliyyətindən, onların nəşr etdikləri çeşidli mətbu orqanlarından geniş bəhs olunur.
Kitab Güney Azərbaycanda mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədi ilə yazılmışdır. O bu sahədə ilk təşəb-büsdür,
Kitab jurnalistika, filologiya, tarix və şərqşünaslıq fakültə¬lə¬rin¬də təhsil alan tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Mammedli Pervana Hadji gizi


THE HISTORY OF THE PRESS
OF SOUTHERN AZERBAIJAN

Summary

As the result of the war between Russia and Iran Azerbaijan was divided into two parts-Northern and Southern Azerbaijan in 1828. Northern Azerbaijan was belonged to Russia and Southern Azerbaijan was belonged to Iran and since then the lines of their develoments differentiated from each-other.
Though the prohibitions by the ruling regimes for the spiritual existence of the single people struck a hard blow morality of people having ancient and rich literature and history nearly two centuries they couldn’t nonplus the will of keeping alive his existence and passing it coming generations and national dignity.
From this point of view the literature and press created in those years did people unexampled service.
This book deals with the literary-social activities of the Azerbaijanian intellectuals living in Iran and their various published works from the first half of the XIX century to modern period.
The book was written for the purpose of creating systematic knowledge about the history of the press in Southern Azerbaijan. It is first initiative in this field and intended for great readers.


The mail of the author: mamedli_ph@ yahoo.com


Мамедли Парвана Гаджи кызы


ИСТОРИЯ ПЕЧАТИ
ЮЖНОГО АЗЕРБАЙДЖАНА

Резюме

В результате войны между Россией и Ираном, в 1828 г. Азербайджан был разделён на Южную и Северную часть. Северная часть Азербайджана была включена в состав России, а Южная в состав Ирана. Таким образом с этого времени все сферы духовной и материальной жизни стали развиваться в двух направлениях.
Запреты на духовное общение двух частей единого на-рода в течение двух веков были тяжелым ударом по нра-вам народа, имеющего богатую историю и литературу. Однако и это положение не смогло сломить национальную гордость, ослабить желание сохранить свое существование и передать национальные ценности будущим поколениям.
Созданная в это время литература и периодика сыграли незаменимую роль в жизни народа.
В представленной книге рассматривается литератур-но-общественная деятельность представителей азербай-джанской интеллигенции живущих в Иране с I половины XIX века по настоящее время и всесторонне анализирует-ся их труды, опубликованные в тех или иных печатных изданиях.
Данная книга написана с целью создания системного представления об истории печати в Южном Азербай-джане.
Книга предназначена для широкой публики и является первой инициативой в этой области.

Электронная почта автора: mamedli_ ph@ yahoo.com
МЦНДЯРИЪАТ

ЭИРИШ 3

Ы БЮЛЦМ. Ъянуби Азярбайcанда мятбуатын
мей¬да¬на эялмяси вя онун тяшяккцлц 6

ЫЫ БЮЛЦМ. Мяшрутя ингилабы илляриндя демократик
янянялярин формалашмасы (1905-1911) 33
«Янъцмян» гязети 44
«Азярбайъан» дярэиси 47
«Сури Исрафил» гязети 57
«Щяшяратул¬-¬ярз», «Налейи-миллят»,«Истиглал», гязетляри 59

ЫЫЫ БЮЛЦМ. Мятбуат милли азадлыг щярякаты
дюврцндя (1917-1920) 63
Шейх Мящяммяд Хийабанинин пуб¬лисис¬¬тик фяалиййяти 65
«Тяъяддцд» гязети 68
Таьы Рцфятин йарадыъылыьы 71
«Молла Нясряддин»ин Тябриз дюврц 78

ЫВ БЮЛЦМ. Милли азадлыг щярякатынын йцксялиши
илля¬риндя мятбуат (1940-1944) 83
«Вятян йолунда» гязети 85

В БЮЛЦМ. Мятбуат Милли Щюкумятин щаки¬миййяти
илляриндя (1945-1946) 92
«Азярбайъан» гязети 98
С.Ъ.Пишявяринин публисистик фяалиййяти 102

ВЫ БЮЛЦМ. 1978-1979-cу илляр Иран ингилабы
вя мят¬буат¬¬да нисби дирчялиш 108
Щусейн Дцзэцнцн публисистик фяа¬лиййяти 120

ВЫЫ БЮЛЦМ. «Варлыг» дярэисинин няшри тарихи 126
Доктор Ъавад Щейятинин публисистик фяалиййяти 132

ВЫЫЫ БЮЛЦМ. Чаьдаш дюврдя Ъянуби Азярбайъан
мятбуаты 140
Мцщаъир мятбуаты 148

ИСТИФАДЯ ОЛУНМУШ ЯДЯБИЙЙАТ 160

ФОТОЛАР, СЯНЯДЛЯР 165

GİRİŞ

Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olmuşdur. İki əsrə yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməmişdir. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir ədəbiyyat yaranmışdır. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli ziyalıların məktub¬laşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki tayda yaşayan azərbaycanlıların Vətənin birliyi, bütövlüyü inamını gücləndirmiş, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə ünsiyyətin böyük təsiri olmuşdur.
XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi.
Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olmuşdur. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkmişdir.
1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türk¬lərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.
Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən «Molla Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə böyük rol oynamışdır.
«Molla Nəsrəddin» jurnalı 1906-cı ildə capdan cıxan say-la¬rından birində yazırdi ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu, indi də İran mutləqiyyəti Cənubi Azərbaycanın başına gətirməkdədir. İran-dakı panfarsist quvvələr Cənubi Azərbaycan xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar; ana di-lində mətbuat və ədəbiyyat nəşri qadağan edilmişdir. «Tehran hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərə¬cədə qadağan tutub ki, bu sətirləri cızmaqaralayanın gözü¬nün qabağında Təbriz şəhərində həftənin bu baş – o baş kitab ma-ğazalarında saxta axtarışlar meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla». («Molla Nəsrəddin» № 5,1906)
Jurnal uzaqgörənlikllə elə bir gündən xəbər verirdi ki, o gün İran azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və tax¬tı cumhuriyyət üsul-idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim azər-baycan-türk dilimiz var…» («Molla Nəsrəddin» № 19, 1925)
«Molla Nəsrəddin» jurnalının 1925-ci ildə Cənubi Azərbaycanın xoş gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata keçdi. Həmin il Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi.
1978-1979-cu illər İran İnqilabından sonra, bu məsələ yenə də gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu. Lakin, təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən, inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehti¬yaclarına məlhəm olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mə-dəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqan-larının, «Varlıq» istisna olmaqla hamısı bağlandı. 20 illik bir za-man ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin adı ilə ayrılmaz surətdə bağlı olmuşdur.
Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbay¬can¬lılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır. Oxuculara təqdim olunan bu kitab Güney Azərbaycanında mətbuat tarixi haqqında sistemli məlumat yaratmaq məqsədi ilə yazılmışdır.

I BÖLÜM

CƏNUBİ AZƏRBAYCANDA MƏTBUATIN
MEYDANA GƏLMƏSİ VƏ ONUN TƏŞƏKKÜLÜ

Dövrün ictimai, siyasi, iqtisadi mənzərəsi. Cənubi Azə¬r¬bay¬canın İranın tərkibində qalması. Cənubi Azər-baycan hakimi Abbas Mirzə Qacarın apardıqı mütərəqqi islahatlar. Onun təşəbbüsü ilə ölkəyə çap avadanlığının gətirilməsi. Təbrizdə mətbəənin və çap sənətinin əsasının qoyulması (1825). Cənubi Azərbaycanda ziyalı nəslinin meydana gə¬lməsi, Abbas Mirzənin başladığı islahatların sonrakı da¬vam¬çıları.
İranda ilk rəsmi mətbu orqanı olan “Ruznameye-Vaqieye-İttifaqiyə” (1851)nın meydana gəlməsi. Qəzetin redaktorlarından biri olan xoylu Mirzə Təzkirəci İranda ilk publisist və nəşriyyatçı kimi.
Təbrizdə “Əxbare dər səltəneye Azərbaycan” qəze-tinin (1858) nəşri və Cənubi Azərbaycanda rəsmi dövrü mət¬¬buatın əsasının qoyulması. Gizli və qeyri-leqal mət¬buatın qarşı¬sını almaq məqsədi ilə ölkədə özəl qəzetlərin nəşrinə icazə verilməsi, xüsusi mətbəə və təhsil ocaqla¬rında qəzetlərin çap olunması.
XIX əsrin 80-cı illərindən çap işinin keyfiyyət dəyi-şik¬likləri. Özəl mətbu orqanları. “Təbriz” (1879/80), “Mə¬dəniyyət” (1884) qəzetləri.
Cənubi Azərbaycanda mühacirət mətbuatının mey¬dana gəlməsi və onu yaradan səbəblər. Mühacirət mətbu¬atının ya¬ran¬masının ölkədəki idarə-üsulu ilə bağlılıqının izahı. “Əxtər” qəzetinin (1875) İstanbul şəhərində fəa¬liy¬yətə başlaması. Qəzetin İranda mövcud quruluşu tək tənqidlə kifayətlənməyib, bu quruluşda nə kimi dəyi¬şiklik aparmaq fikrini irəli sürən mətbu orqanı olması. «Əxtər»də dərc olunan yazıların siyasi əhəmiyyəti. İstan¬bulda nəşr olunan ilk satirik mətbu orqanı «Şahsevən» (1888) qəzetinin nəşri tarixi. Misirin Qahirə şəhərində çap olunan «Hikmət» və «Kamal» qəzetləri
1799-cu ildən Azərbaycanı idarə edən Fətəli şah Qa¬carın oğlu vəliəhd Abbas Mirzə özünü istedadlı sər¬kərdə, elmə, sənətə yüksək qiymət verən şəxsiyyət kimi tanıda bilmişdi. Abbas Mirzə bilirdi ki, ölkəsinin geri qalmasının səbəb¬lə¬rindən biri hərbi məğlubiyyətlər üzündəndirsə, digər səbəbi iqtisadi və mədəni geriliklə bağlıdır. O dövrdə fransalı şərqşünas, yazıçı, Bonopart Na¬poleonun mütərci¬mi Jan Gevr İranda olarkən Təbrizdə şahzadə Abbas Mirzə ilə də görüşür.* Vəliəhdin görüş zamanı ona verdiyi ilk suallardan biri Avropanın in¬kişaf və tərəqqiyə necə nail olması ilə bağlı olur [26, 160].
Abbas Mirzə verdiyi suala özünün gəlmiş olduğu nəti¬cəyə uyğun cavab alır; hər kəs öz millətinin tərəq-qisini istə¬sə bunu elmi bilikləri ölkəyə tətbiq etmək yolu ilə tapa bilər.
Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başladı. İran-Rus müha¬ribələrində İran ordusunun müasir texnikadan geriliyi üzə çıxmışdı. Abbas Mirzə qonşu Türkiyədə aparılan islahatlardan təsirlənərək Azərbaycanda bir nizamlı ordu yaratmağa səy göstərdi. Yeni ordu hərəkət edən top və yeni silahlarla təhciz edilmiş, hərbi elmə və təlimə yiyələnmək üçün Avropadan zabitlər dəvət edilmişdi. Təbrizdə silah və top istehsalı zavodu qurulmuş, hərbi və texniki kitabları çevirmək üçün tərcümə idarəsi təşkil edilmişdi. Uğurla nəticələnən bu islahatlar tək Cənubi Azər¬bay¬canda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) və Təbrizdə ilk nizamlı hərbi alayların yaranması ilə tarixə daxil oldu. O dövrdən etibarən Təbriz İranın mədəni və iqtisadi mərkəzinə çevrildi. Təbrizdə bir çox ölkələrin kon¬sulluğu açıldı.
Abbas Mirzənin təşəbbüsü ilə 1809-cu ildən etibarən, Avropada təhsil almaq və orada elm və texnikanın yenilik¬lərinə yiyələnmək və yeni yaradılan qurumların kadr baxımından təminatı üçün tələbələr göndərildi. 1815-ci ildə onların sayı 7-yə çatmışdı. Avro¬padan mü¬təxəssis kimi geri qayıdan bu gənclər, sonralar İran və Cənubi Azər¬baycanda elm, maarif və mətbuatın inki¬şafında xidmət göstərib, ilk mətbəələrin, kitab çapı, qə¬zet nəşri, dünyəvi məktəblərin və s. əsasını qoydular [8].
1812-ci ildə Abbas Mirzənin göstərişi ilə Təbrizə ilk çap maşınları gətirildi.
Moskva və Peterburqda çap işinə yiyələnən Mirzə Cəfər və Mirzə Əsədulla Təbrizə geri dönərkən çap maşı¬nının avadanlıqlarını da özləri ilə gətirərək, Abbas Mir¬zənin Avropadan gətirdiyi çap dəzgahlarında işə baş¬ladılar.
1825-ci ildən etibərən Təbrizdə mətbəələr işə düşdü.
İngilis şərqşünası E.Braun yazırdı ki, Təbriz İranda çap maşınının işə salındığı ilk şəhər olduğundan, sonralar bütün ölkədə qurulan mətbəələr basmaxana, oranın işçiləri isə basmaçı adlanırdı [60]. Basma – türk mənşəli söz olub, çap mənasında işlədilir. Basmaxana – çapxana, basmaçı isə orada çalışan işçi – çapçı mə-nasındadır. Bütün bunlar mətbəənin və çap sənətinin əsasını Azərbaycanda qoyulduğundan xəbər verirdi.
1825-ci ildə Təbrizdə «Basmaxane-dər-əl-səltəne» adlı mətbəədə Müqəddəs Quran litoqrafiya üsulu ilə çap olundu. Kitab məşhur xəttat Mirzə Hüseynin işlədi¬yi nüsxə əsa¬sında basılmışdı. İlk nəşr olunmuş kitablar sırasına «Fə¬təli şahın hakimiyyəti illərinin tarixi», Əbdülrəzzaq Dünbülinin Qacarlara həsr etdiyi kitab, həmçinin hüquq, hərb sənəti və təbabətlə bağlı digər kitablar daxil idi. Artıq 1820-30-cu illərdə tək Təbriz deyil, Urmiyyə, Ərdəbil, Qəzvin, Xoy şəhərlərində bir neçə mətbəə mövcud idi. O dövr¬də bütün İranda çap işi Azərbaycan mətbəələrində yerinə yetirilirdi.
Tehranda ilk mətbəələrdən birini Xoylu Mirzə Cabbar Təz¬kirəçi açmışdı. Dövrünün savadlı ziyalısı kimi tanınan bu şəxs bir neçə xarici dil bilirdi. Mirzə Cabbar xarici ölkələrdə diplomat kimi çalışmış, İranda ilk rəsmi mətbu or¬qan olan «Ruznameye-vaqaiye-ittifa-qiyə»nin redaktoru olmuşdur. Rəsmi nəşrlər üçün Avropa qəzetlərindən tərəqqi ilə bağlı yazıları tərcümə edib. «Bütün İranda ilk publi¬sist və nəşriyyatçılardan olmuş¬du» [8].
Abbas Mirzənin İranda apardığı islahatları, sonra¬lar Əbülqasım Qayım-Məqam və Tağı xan Fərəhani davam etdirirlər.
Mirzə Tağı Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829-1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir. Mirzə Tağı baş nazir olduğu illərdə (o artıq Əmir Kəbir ləğəbi daşıyırdı - P.M.) yeni elmlərə aid müx¬təlif kitabların çap olunub, yayılmasına böyük rəğbət göstər¬miş, bir çox kitablar onun fərmanı ilə yazılıb çap edilmişdi [57, 45].
Bu kitabların içərisində vaxtilə vəliəhd Abbas Mirzənin sərəncamı ilə tərcümə edilib və 1846-1847-ci illərdə çap olunmuş «Böyük Pyotrun tarixi» (1846), «XII Karl» (1847), «Böyük İskəndər» kitabları kimi tarixi kitablar, Sədinin «Gülüstan»ı, Firdovsinin «Şah-na¬mə»si, Xosrov Nasirinin «Divan»ı kimi Şərq poeziyası nümunələri var idi. Dahi Azərbaycan şairi M.Fü¬zulinin «Divan»ı ilk dəfə 1850-ci ildə Təbrizdə nəşr olunur. Bundan başqa 1852-ci ildə XIX əsr Azərbaycan şairi Nəbatinin, 1855-ci ildə XVI əsrin məşhur din xadimi Ə.F.Ərdəbilinin yazdığı «Əqideyi-İslam» adlı dini-tarixi əsərinin çap olunması ilə Azərbaycan dilində nəşr olunan kitabların əsası qoyulur.
Artıq XIX əsrin II yarısında Azərbaycanda çoxlu çap¬xanalar mövcud olmasına baxmayaraq, onlar Avropa ölkələrindəki mətbəələrdən texniki baxımdan çox geri qalırdı. Əl əməyi ilə işləyən litoqrafiya çapxanalarının çoxunun avadanlığı köhnəlmişdi. Çap dəzgahlarında çap olunan məhsulun tirajı yüksək olanda (adətən tiraj 500-600-dən çox olmurdu) onun keyfiyyəti çox pis olurdu, mətn çətin oxunurdu.
1871-ci ildə Nəsrəddin şahın göstərişi ilə İranda çap və tərcümə işlərini mərkəzləşdirən «Mətbuat və tərcümə evi» yaradılır. Oraya onun təşəbbüskarı Məhəmməd¬həsən xan rəhbərlik etməyə başlayır. Artıq 70-ci illərin sonu 80-ci illərin əvvəllərində, İranda və Azərbaycanda kitab çapının yeni mərhələsi başlanır. Nəşriyyat işində, istər kitabların, istərsə də mətbuat nümunələrinin, həm texniki cəhətdən, həm də məzmun baxımından key¬fiyyəti dəyişib, müasir döv¬rün tələblərinə uyğunlaşırdı.
Bu dönüşü doğuran amillər, yaranmaqda olan burjuaziya ziyalılarının maarifçi fəaliyyətlərinin qüvvət¬lən¬məsi, habelə Qərblə, ilk növbədə Rusiya ilə mədəni əlaqələrin genişlənməsi idi.
Sovet dövrünün tədqiqatçıları Qacarlar barəsində yazdıqları əsərlərdə bu sülaləyə məxsus hökmdarların İranı viran qoymuş bir müstəbid, Azərbaycanı da zorla ələ keçirmiş bir işğalçı kimi təqdim edirdilər. «Qacarın Azərbaycanı işğal edən bir şəxs kimi qələmə verilməsi, habelə parçalanaraq daxili feodal müharibələri mən-gənəsində boğulan bir məmləkətdə, Azərbaycan Səfəvi dövlətini, yenidən dirçəldib onun tarixi sərhədləri daxilində inkişafına nail olmaq istəyən bir azərbaycanlı sərkərdəsinə işğalçı damğası vurmaq ən azı ədalətsizlik idi» [30, 415].
Maraqlıdır ki, müasir tədqiqatçılar Qacarları İran dövlətçiliyinin, dirçəldilməsi və inkişaf etdirilməsində oynadığı tarixi rol mövqeyindən yanaşıb, araşdırırlar.
XIX əsrin 80-ci illərində İranda kitab nəşrinin yeni mərhələsi başlandı. Ölkədə ziyalıların maarifçi fəaliyyətləri və Avropa ilə əlaqələrin qurulması nəticəsi¬ndə bir çox sahələrə mütəxəssis kadrlar hazırlamaq üçün elmi biliklər tədris edən kitabların tərcüməsinə və nəşrinə böyük ehtiyac vardı. O dövrdə tərcümə və nəşriyyat naziri Məhəmmədhəsən xan Etimadülsəltənənin bu sahədə böyük xidmətləri olmuşdur.
Müqəddəm Məhəmmədhəsən xan Etimadülsəltənə dövrünün mütərəqqi şəxsiyyətlərindən idi. İctimai xa¬dim adını qazanmış Məhəmmədhəsən xan tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin olunmuşdu. O, İranda və Cənubi Azərbaycanda maarifin, o cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xid¬mətlər göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı, cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək yəqin ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan Cənubi Azərbaycanın qədim və sənət ocaq¬ların¬dan olan Marağa şəhərində əsl-nəca-bətli ziyalı ailəsində doğul¬muşdu. Gənc yaşlarında or-duda xid¬mət etmiş, sonra sarayda diplomat kimi çalışmışdı.
Məhəmmədhəsən xan Müqəddəm Tehran darül¬fü-nunun ilk məzunların¬dan olmuş, istedadlı tələbə kimi ən yüksək ödülə layiq görülmüşdü. 1863-67-ci illərdə Fransada təhsilini davam etdirməklə yanaşı, İran səfirliyində attaşe kimi çalışmışdır. Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütər¬cimi, tərcümə və nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl «Sani-əd-daulə» (Dövlət sənətkarı), sonralar «Etimad-ül-səltənə» (Sultanın etimadı) ləqəblərini daşıyır.
1871-ci ildə Nəsrəddin şah Qacarın göstərişi ilə İranda çap və tərcümə işlərini mərkəzləşdirən (Darültəba və Darültərcümə) – Mətbuat və Tərcümə evi¬nin əsası qoyulur və bu elmi müəssisəyə Məhəmmədhəsən xan rəhbərlik etməyə başlayır. Onun başçılığı ilə çalışan bütöv bir işçi heyəti elmi nəşriyyat işləri ilə məşğul olur, dövlət qəzetlərini, rəsmi sənəd və fərmanları çap edirdi. «Darültərcümədə Avropa dillərindən hərbi və diplomatik işə aid kitablar, coğrafiya, kimya, fizika, tarixə dair dərsliklər tərcümə olunurdu. İranda Avropa mədəniy¬yətinin yayılmasında bu idarənin rolu çox böyük idi» [25].
Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın, eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir.
Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edir, bir çoxunun redaktoru olur. Onlar aşağıdakılardır:*
1. «Ruznameye milli».
2. «Ruznameye dövləti».
3. «Ruznameye elmi».
4. «İran».
5. «Mərrix».
6. «Miratüs səfər».
7. «Ruznameye orduye humayun».
8. «Ettila».
9. «Şərəf».
Bu mətbu orqanlarının bir neçəsindən bəhs etmək yerinə düşər.
«Ruznameye milli» («Millət qəzeti») ilk nömrələrindən biri böyük mütəfəkkir M.F.Axundovun ürək yanğısı ilə «xalqa və millətə heç bir faydası olmayan qəzet adlandırdığı «Millət qəzeti» [16], sonralar Məhəmmədhəsən xanın publisistik fəaliyyəti nəticəsində o dövr üçün xarakterik darıxdırıcı, quru materiallar çap edən orqandan, özünə çoxlu oxucu toplayan bir qəzetə çevrilir.
Artıq bu qəzetdə rəsmi saray xəbərləri ilə yanaşı elmi və ədəbi xarakterli yazılar görünməyə başlayır. «Ruznameyi-milləti» 1866-67-ci (1283 h.q.) ildən çap olunmağa başlamışdır. Məhəmmədhəsən xan 1871-ci ildən etibarən bu qəzetə nəzarət edir. Bu orqanın cəmi 33 sayı çıxmışdır. Qəzetdə vaxtaşırı Məhəmmədhəsən xanın klassik fransız ədəbiyyatından etdiyi tərcümələr verilirdi.
«Ruznameye elmi» («Elm qəzeti») 1876-cı (1293 h.q.) ildən etibarən çap olunur. Redaktoru Məhəmməd-həsən xan idi. Həftədə 3 dəfə nəşr olunurdu.
1863-70-ci illərdə Elm naziri Əliqulu Mirzə Qacarın rəhbərliyi ilə çıxan İranda ilk elmi orqan olan Ruznameye-elmiyyə-dövləte-aliyyə-İran qəzetinin bir növ davamı idi. Qəzetin 64 sayı işıq üzü görmüşdür.
Qəzetdə məhkəmə işləri, dövlətin tərəqqisi ölkənin təhlükəsizliyini təmin etməyi genişləndirmək və s. ilə bağlı ya¬zılar da olurdu. Bu səbəbdən də bu qəzet daha çox İran liberallarının və nəşr olunan başqa qəzetlərin tənqidinə məruz qalırdı. İlk dövrlərdə bu qəzetin müasir elmlərdən bəhs edən şöbəsi də vardı. Səhifənin aşağı hissəsində Məhəmmədhəsən xanın qələm tərcüməsində «Kapitan Hatterin macəraları» adlı bir rubrikası da vardı. Hər iki qəzetdə məhkəmə xəbərləri, rütbə və vəzifələrə təyin olunma və çıxarılma, şah fərmanları, ov səfərləri, dini məsələlər və s. və başqa dövlət funksiyalarını əks etdirirdi.
«Ruznameye dövləti». («Dövlət qəzeti») 1868-ci (1285 h.q.) ildən nəşr olunan bu qəzetdə yerli, xarici informasiyaya və məhkəmə ilə bağlı xəbərlərə geniş yer ayrılırdı. Əldə olan 622-ci sayının 1-ci səhifəsində bir çox rəsmi qəzetlərdə olduğu kimi «Şir və günəş» təsviri vardır.
Məhəmmədhəsən xan fitnə-fəsadlara baxmayaraq, mü¬hüm məsələlərə düzgün mövqeyini saxlamış, siyasi mübarizədə iştirak etmişdir. avropalılar Məhəmməd xanı o qədər də sevmirdilər. Çünki, o, bacardıqca onların əlində oyuncaq olmamışdı və Qərbin Şərq ölkələrinə aid tədqiqatları ilə o qədər razılaşmamışdı [25, 16]. Xarici inhisarın ölkədə fəaliyyətinə etiraz ifadə edən Nəsrəddin şaha yazdığı məktublarından birində çar Rusiyası və İngiltərə kimi imperialist dövlətlərin İran haqqında planlarını açmağa çalışırdı.
İranda ilk rəsmi qəzet Mirzə Tağı xanın təşəbüsü və Nəs¬rəddin şahın «İran xalqının mədəniyyətinin inkişafı, daxili və xarici xəbərlərdən məlumatlan-dırılmasına» göstərdiyi sayğı sayəsində 1851-ci ildə işıq üzü gör¬müşdür. Cənubi Azərbaycanda teleqrafın təsis olunması da həmin ilə təsadüf edir. Dövlət siyasətini təbliğ edən bu qəzet «Ruznameyi-Vaqeyi-İttifaqiyyə» adlanırdı və oradakı siyasi məqalələri Mirzə Tağı Əmir Kəbir hazırlayırdı. Qəzetin redaktoru isə Xoylu Mirzə Cabbar Təzkirəçi idi.
İranda ilk qəzetlər Mətbuat Nazirliyinin nəzdində olan xüsusi nəşriyyat idarəsi tərəfindən hazırlanıb, məqalə və məlumatlar əsasında tərtib olunurdu. Bu qəzetlərdə yenilik və həyati həqiqətlər az əks olunduğundan, oxucuları da cəlb edə bilmirdi. İranın tanınmış mətbuat tədqiqatçısı M.Bərzini yazırdı: «Əhali çox nadir hallarda qəzet alıb oxuyurdu. Ona görə də dövlət onları rəsmi orqanlara göndərib, dövlət qulluqçularına zorla abunə etdirirdi. Elə bu səbəbdən o zaman qəzetləri zornamə (fars dilindəki «qəzet-ruznamə» sözünə qarşılıq olaraq-P.M.) adlandırırdılar».

* * *

1858-ci ildə Təbrizdə «Azərbaycan» adlı ilk rəsmi qəzet nəşr olundu. Bununla, Cənubi Azərbaycanda döv¬rü mətbuatın əsası qoyuldu. «Əxbari-darülsəltəneyi-Azər¬bay¬can» və başqa adlar altında çıxan bu qəzetin səhifələrində, o dövrün rəsmi qəzetlərinə xas olan saray xəbərləri, şahın və vəliəhdin səyahət və səfəri ilə bağlı məlumatlar, ölkə daxili və xaricində baş verən hadisələrin qısa xülasəsi verilirdi. Təbii ki, bu qəzet də digərləri ki¬mi texniki tərtib və məzmun baxımından çox zəif olur, özünə oxucu toplaya bilmirdi.
Nəşr olunan qəzetlərdə ölkədəki sosial-siyasi məsələlərə toxunmaq qadağan edilmişdi. Hətta xarici mətbuatı tərcümə zamanı, belə mövzulara toxunmaq olmazdı. Bəzən də tərcüməçiləri sözü dəyişdirməyə vadar edirdilər. İranda qanun haqda fikir yalnız XIX əsrin sonunda yaranmağa başlayır. Tanınmış İran tədqiqatçısı Ə.Kəsrəvi yazırdı ki, bu tarixə qədər iranlılar arasında belə bir fikrin olması haqda heç bir məlumat və xəbər yox idi. Tanınmış alim «Zəkaülmülkü məcbur etmişdilər ki, öz tərcümələ¬rində, artıq qanun adını çəkməsin. O da qanun əvəzinə qayda kəlməsi işlətməyə məcbur olurdu. Məsələn, yazırdı; filan adam Londonda qayda üzrə üç il həbsə məhkum olunmuşdur» [19].
İnformasiyanın əksər hissəsi o vaxtlar Röyter agentliyi¬n¬in Avropada hazırlanan, Şərq ölkələrindəki qəzetlər üçün nəzərdə tutulan «İctimai yeniliklər»dən əxz olunurdu.
Rəsmi xarici teleqraf xəbərləri, Avropa ölkələrinin elmi nailiyyətləri, xarici ölkələrin mədəniyyət və tarixi ilə bağlı məsələlər ixtiyarsız olaraq, oxucuların maarifləndirilməsinə xidmət edirdi.
Cənubi Azərbaycanda yeni maarifin rüşeymi 1869-cu ildə Təbrizdə «Mədrəsəye-Nasiri» məktəbinin açılma¬sı ilə qoyulmuşdu.
Dövlət tərəfindən Təbrizdə təsis edilən ilkin məktəb isə 1877-ci ildə açılan «Təbriz» mədrəsəsi idi. Tədqiqatçılar bu tədris ocağını Tehran darülfünunu ilə müqayisə edərək, ona tən olduğunu yazırlar. Bu mədrəsənin açılması Cənubi Azərbaycanda dünyəvi təhsilin inkişafında atılmış ilk addım idi. «Təbriz» mədrəsəsi 1893-cü ildən «Müzəffəriyyə» adlandırılır. Cənubi Azərbaycan maarifinin tanınmış araşdırçısı Hüseyn Ümid yazır ki, Azərbaycanda yeni maarifin ilk bünövrəsi, həmin məktəbin əsası üzərində qurulmuş və bu təhsil müəssisəsi bir çox alimlər yetişdirib cəmiyyətə vermişdi.
1893-cü ildə «Müzəffəriyyə» mədrəsəsində «Nasiri» adlı qəzet çap olundu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru, «Müzəffəriyyə» məktəbi¬¬¬nin müdiri idi. Bununla, Cənubi Azərbaycanda yeni bir ənənənin tədris müəssisəsində – məktəb və mədrəsələrdə qəzet, jurnal çapının əsası qoyuldu. Mədrəsə və məktəblər yetişdirdikləri gəncləri dərs vəsaiti ilə təmin etmək məqsədi ilə çap maşınlarına və avadanlıqlarına malik idilər.
XIX əsrin ortalarında Cənubi Azərbaycanda həm dövlət mətbəələri, həm də xüsusi çapxanalar az deyildi. Ölkədə nəşriyyat işlərinə rəsmi nəzarət edən bir orqan – senzura olmasa da bu müəssisələr hakimiyyət orqanlarının və ruhanilərin ciddi nəzarəti altında idi.
Məktəb (ibtidai ruhani məktəbi) və mədrəsələrin (ali ruhani məktəbi) açılması savab iş sayılırdı. Müsəlman məscidlərinə vəsiyyət edilib bağışlanmış mülklər və torpaq¬ların (vəqflərin) gəliri məktəb binalarının, mü¬dər¬rislərin, şagirdlərin saxlanmasına sərf edilirdi. Faktiki olaraq gəlirin mühüm hissəsini ruhanilər özləri mənimsəyirdi. Hökumətin onlara nəzarət edilməsinə izin verimirdi. Mədrəsinin bütün işlərinə ruhanilər nəzarət edirdi.
Vəqf torpaqları hesabına feodallara çevrilmiş ruhani təbəqəsi böyük maddi imkana malik olub, güclü nüfuz sahibinə çevrilmişdilər. Ruhanilər yeri gələndə dövlətin işinə də müdaxilə edə bilirdi.
Çox düşündürücü faktdır ki, o dövrdə müsəlmanlar heç bir tərəddüd göstərmədən avropalılardan atəş silahı borc alırdılar. Lakin kafirlərin digər ixtirasını, yəni çapı qəbul etmək üçün nüfuzlu fəqihlərin icazəsi lazım gəlirdi. Çap olunmuş kitablardan istifadə etmək, dinlə yaxın olan mədrəsə həyatında tam çevriliş əmələ gətirirdi». Bu isə ruhaniləri razı sala bilməzdi.
Cənubi Azərbaycanda bütün İranda olduğu kimi XIX əsrin 70 illərindək sxolastik xarakter daşıyan təhsil sistemi mövcud olmuşdur. Tədrisin əsasını ilahiyyat təşkil edirdi. Bununla yanaşı öyrəncilər ədəbiyyat, tarix, coğrafiya, riyaziyyatla da tanış olmalı idilər [14].
İranda olmuş fransalı Jarden o dövrdə bu ölkədə gördüyü məktəbi belə təsvir edirdi: «Hər bir şəhər və məhəllədə bir neçə məktəb vardır. Məktəbdə şagird uca səslə öz dərsini oxuyur. Bütün uşaqlar bir yerdə dərs oxumağa başladıqları üçün qəribə səs-küy qalxır. Biri uca səslə əlifba oxuyur, o biri höccələyir, bir başqası fars dilində olan kitabı, digəri ərəb dilində kitabı oxuyur.
Bu səslər o qədər bir-birinə qarışır ki, şagirdlər öz səs¬lərini çətinliklə eşidə bilirlər».
Azərbaycanın böyük mütəfəkkiri M.F.Axundov İra¬nın geriliyinin köklərini dünyəvi təhsilin olmamasında görürdü. Axundovun davamçısı Zeynalabdin Marağayi də İranın geridə qalmasının səbəblərini təhsilin yoxluğunda görür və höküməti bu problemə heç bir diqqət yetirmədiyinə görə təqsirləndirirdi.
Onun «İbrahim bəyin səyahətnaməsi» əsərinin qəhrə¬manı müəllifin maarif haqqındakı fikrini belə ifadə edir: «Hər şeydən çox məktəb lazımdır, elm lazımdır. Xalq elm və sənətlə tanış olmayınca və onları dərk etməyincə, bizim vəziyyətimiz düzəlməyəcək» [33,s.213]. Z.Marağayi İran məktəblərində tədris metodi¬kasını tənqid edərək, uşaqların təhsilinin Hafizin sözlərini əzbərləməklə başlamasını məqsədəuyğun saymırdı.
Cənubi Azərbaycanın, eləcə də İranın maarifçilik tari¬xində Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvaninin böyük xidmətləri olmuşdur. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq bağçasının, lal-karlar üçün xüsusi məktəbin yaradıcısı sayılırlar.
1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində ilk üsuli-cədid məktəbinin əsası qoyulur. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu məktəb idi. Bu təhsil ocağı müasir məktəb atributlarını xatırladan yazı lövhəsi, parta və başqa ləvazimatlarla təchiz olunmuşdu. Ən əsası isə orada əlifbanı yeni metodla – tez və asan öyrənməyə imkan verən sovti üsulla (səsləndirmə – P.M.) təd¬ris edirdilər. «İran maarifinin atası» sayılan M.H.Rüş¬diyyənin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir bilikləri və ana dilini təbliğ edən bir çox dərsliklər – «Ana dili», «Vətən dili» dərsliklərini yaratması idi. M.H.Rüşdiyyə mütərəqqi və bacarıqlı ziyalıları öz ətrafında birləşdirməyə nail olmuşdu.
«Təbriz» dövlət mədrəsəsi dövlət tərəfindən təsis olunduğu üçün maarifə zidd olan mürtəcelər onun fəaliyyətini dayandıra bilmədilər.
«Rüşdiyyə» milli məktəbi isə dəfələrlə mürtəce qüvvələrin təqibinə və zorakılığına məruz qalıb bağlandıqdan sonra, o məktəbin müəllimlərindən Hüseyn Təbibzadə «Ka¬mal», Mirzə Rza Səhafzadə «Pərvəriş» və Mirzə Əhməd «Bəsirət» kimi yeni üsulla məktəbləri təsis etdilər. Dövrünün yenilikçi və savadlı pedaqoqları olan bu məktəb müdirləri eyni zamanda qəzet, jurnal nəşri ilə də məşğul idilər.
Beləliklə, 1899-cu ildən başlayaraq, «Kamal» mədrəsəsində «Kamal», «Pərvəriş» məktəbində «Dəbis-tan», «Bəsirət» məktəbində «Üxüvvət» və «İttihad» adlı qəzetlər çap olunmağa başladı.
Bunu da qeyd etmək yerinə düşər ki, M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda «Məktəb» və «Tehran» adlı qəzetləri nəşr etdirmişdi.
1899-cu ildə görkəmli xadim Hüseyn xan Ədalət Mirzə Məhəmmədəli Tərbiyət, Məhəmməd Şəbüstəri və Həsən xan Tağızadə tərəfindən Təbrizdə «Tərbiyət» mədrəsəsi açıldı.
Maarifçilik hərəkatının fəallarından olan tanınmış ziyalıların bir çoxu millətə, ölkəyə fayda gətirmək və xalqa xidmət etmək niyyətilə yeni məktəblər, kitabxanalar açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu ziyalıların yaradıcılıq fəaliyyətində çox zaman bir çox sahələr ədəbiyyat, tarix, jurnalistika, tədris birləşirdi. Ona görə də tanınmış ziyalılar-elm, sənət və dövlət adamları o dövrdə mətbuat orqanlarının redaktoru və naşiri olurdu. Bunun nəticəsində də ölkədə qəzet və jurnal¬ların sayı artır, mətbuatda keyfiyyət dəyişiklikləri baş verir, onlara kütlələr arasında maraq artırdı.
1908-ci ildə Təbrizdə «Maarif» kollecinin direktoru Mirzə Abdulla xan Cahanşahı tərəfindən «Mərifət», 1909-cu ildə Xoy şəhərində «Musavat» məktəbinin direk¬toru Ağaxan Hirandi tərəfindən siyasi və inqilabi mət¬buat orqanı olan «Mükafat» qəzetləri təsis olunmuşdu.
XIX əsrin II yarısında İranda Britaniya, Rusiya, Fransa, Amerika kimi bir çox xarici ölkələrin missiyaları fəaliyyətə başladı: ingilis-katolik və baptist, fran¬sız-ka¬tolik, rus-pravoslav, amerikan - presveterian və s.
Fransız tədqiqatçısı T.Villmoren yazırdı ki, Avropa dövlətlərinin bir çoxu xristian-missionerləri öz təsirlərinin başqa ölkələrdə təbliğatçıları olmağı məcbur etdilər [14, 54]. Bu təsirin xalq arasında yayılması yollarından biri məktəblərin yaradılması idi.
Missionerlərin fəaliyyəti əsasən xarici dövlətlərin mövqeyini İranda möhkəmlənməsinə, əhali arasında möh¬kəm dayaq yaratmağa yönəlmişdi ki, bu da ölkənin gələ¬cəkdə əsarət altına alınmasını asanlaşdırırdı [14, 43].
Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş, xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və inkişafına təsir göstərmək üçün yeni mətbu orqanları təsis edirdilər. Dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət «Əlhədid» (1897), Sadiq xan Ədibülməmalik «Ədəb» (1898), Hüseyn Təbibzadə «Kamal» (1901), Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şə¬büstəri, H.Ədalətlə birgə) «Gəncineyi-Fünun» (1902) kimi qəzet və jurnalları nəşr edirdilər.
Bu mətbu orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçiril¬məsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər.
«Əlhədid» qəzetinin redaktoru Hüseyn Təbibzadə (Ədalət) gənclik illərində Həştərxana səfər etmiş, bir müddətdən sonra isə Peterburqa getmişdir. Orada qaldığı iki ildən artıq müddətdə rus dilini öyrənmiş islam dünyasının lideri, böyük ideoloq Seyid Cəmaləddin Əsədəbadi Əfqani ilə tanış olub, onunla əlaqə qurur. C.Əfqani ilə yaxınlığı onun dünyagörüşünə, yaradıcılığına çox böyük təsir göstərmişdir. Vətənə dönən H.Təbibzadə 1897-ci ildə «Əlhədid» sonralar isə «Xəbər», «Ədalət», «Söhbət», «Ana dili» qəzetlərini təsis edir. H.Təbibzadə Ədalət təxəllüsünü təsis etdiyi qəzetin adından götürmüşdü. Qeyd etmək lazımdır ki, 1878-ci ildə Təbrizdə ilk özəl qəzet olan «Təbriz»in təsisçisi və redaktoru da H.Ədalət olmuşdur. «Əlhədid» qəzetində Təbrizin M.Şəbüstəri (Əbülziya), H.Tağızadə, Ə.Səfərov və M.Tərbiyət kimi tanınmış ziyalıları çıxış edirdilər. Onlar gizlicə «Əlhədid» qəzetinin redaktorunun evində toplaşıb, xalqın nicatı yollarını arayır, öz fikir və mülahizələrini qəzetinin səhifəsinə çıxarırdılar.
Lakin qəzetinin çapı uzun çəkmir, onun cəmi üç sayı işıq üzü görür.
Hüseyn Ədalət öz ölkəsinin qadınlarını Avropa ölkələrində olduğu kimi çadrasız, təhsilli, azad görmək istəyirdi. O, İranda qadın azadlığını qaldıran ilk ziyalılardan olmuş, bu məsələni nəşr etdiyi qəzetin səhifələrinə çıxartmışdır. Onun redaktoru olduğu «Söhbət» qəzeti, mürtəce qüvvələrin təzyiqinə məruz qalaraq tez bir zamanda qapanmışdı, buna səbəb isə orada «qadın azadlığı»nın təbliği olmuşdu.
H.Ədalət Təbrizi tərk edib Tehrana köçmüş, orada açdığı mədrəsədə qızların təhsili ilə məşğul olmuşdur.
H.Ədalət Məşrutə dövründə (1906-1911) Azərbaycanın maarif sisteminə başçılıq etmişdir. Məşrutə dövründə vətənpərvər ziyalı kimi yurdunun tərəqqisi uğrunda fədakar-casına çalışmışdır.
«Kamal» qəzetinin naşiri Hüseyn Təbibzadə Təbrizdə çap olunan «Kamal» məktəbinin müdiri olmuşdu. 1903-cü ildə Təbrizdə yeni üsuli-cədid məktəbləri qaraguruhçu qüvvələr tərəfindən dağıdılır. Hüseyn Təbibzadə təqiblərə məruz qaldığından Bakıya köçür və Bakıda iranlılara məxsus məktəbin müdiri olur. Sonralar Təbibzadə Misirə səfər etmiş, orada «Kamal» qəzetini nəşr etdirməyə başlamışdır.
Hüseyn xan öz təxəllüsünü təsis etdiyi qəzetin adından götürmüşdü. Tanınmış tarixçi Ə.Kəsrəvi onu mütləqiyyəti aradan qaldırmağa səy göstərən dəstənin üzvlərindən biri kimi qeyd etmişdir. Həmin dəstənin iclasları Mirzə Hüseyn xanın evində təşkil olunurdu [62, 94].
M.F. Axundovun yeni əlifba ideyasını İranda təbliğ edənlərdən biri də Hüseyn Təbibzadə idi. O, əlifbanın dəyişdirilməsi ilə bir sırada təlim üsulunun yeni qaydalar üzərində islahı və yeni məktəblərin təsisi zərurətini göstərir, yeri gəldikcə bu məsələyə Qahirədə çıxardığı «Kamal» qəzetində toxunurdu.
Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-cı illərində Cənubi Azərbaycanda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq «Şəbnamə» adlı kiçik formatlı mətbu nümunələri görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı.
Gizli üsulla çap olunan «Şəbnamə» adətən geçələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Geçələr yayınlandığı üçün də adı «geçə vərəqləri» mənasını daşıyırdı. Pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutdurmaq üçün yazi-pozunu bilən adam soraqlayırdılar.
Haqqında söhbət açdığımız «Şəbnamə» qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi. Ə.Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən vətəndən sürgün edilmiş və xaricə mühacirət etmiş siyasi mühacirlər və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmasda olurdu. Son¬ralar vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür. O, ölkəni konstitu¬siya ilə idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçilardan asılı olma¬yan azad bir dövlət kimi görmək istəyirdi.
Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. «Gizli əncümən» adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı dövrün görkəmli vətənpərvər ziyalıları M.Tərbiyət, S.M.Şəbustəri, H.Təbibzadə iştirak edirdilər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyril-leqal olaraq «Şəbnamə» adlı, kiçik ölçülü satirik qəzet – vərəqə buraxmağa nail olur. Ə.Kəsrəvinin yazdığına görə Ə.Sə¬fərov «Gizli əncümən»in üzvü olmaqla bərabər Məmmədəli Mirzənin gizli polis rəisi idi Təbrizdə vəliəhd Məmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb «Şəbnamə»də yayır geniş kütlələri xəbərdar edirdi.
XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azər¬bay-canda yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə əhali arasında kəskin şəkil alırdı. Sonralar tarixdə «Tənbəki üsyanı», «Zeynəb paşa» və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxıl möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşrlərdə öz əksini tapmışdı.
Ümumiyyətlə, o dövrdə «Şəbnamə» adı altında gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrünün gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də «Şəbnamə» deyilirdi.
Satirik ruhlu bu kiçik ölçülü qəzet və ya vərəqələrdə dövrün Əliqulu Səfərov, Mirzə Həsən Rüşdiyyə Məhəmmədəli Tərbiyət kimi mütərəqqi ziyalıları İranın real ictimai-siyasi vəziyyətini şərh edir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər.
«Şəbnamə»nin nəşri tarixi ilə bağlı ingilis şərqşünası Edvard Braun (E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O, «İran ədəbiyyatı», «Məşrutə inqilabı tarixi» və s. əsərlərin müəllifidir. O, Cənubi Azərbaycanın görkəmli ziyalılarından olan M.Tər¬biyətlə yaradıcılıq əlaqəsi saxlayırdı. E.Braun İngiltərəyə qayıdarkən onun «İran mətbuat tarixi» adlı əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrdə İranın Rəşt şəhərində İngiltərə səfərətxanasının konsulu işləyən Rabinonun da yerli mətbuatla bağlı qeydlərini oraya daxil edərək ayrıca bir əsər kimi çap etdirmişdir. Kitabın əvvəlində əsərin əsl müəllifinin M.Tərbiyət olduğunu da xüsusi vurğulamağı unutmamışdır- P.M.) «Şəbnamə»nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman «Ağaqulu» imzasından istifadə etdiyini, gizli çap olunub yayınlandığını, yeni ideyalarla zəngin, çox düşündürücü və satirik olub səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. Ən başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları «Şəbnamə»nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir.
Həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı dükan-bazarlardakı qarma-qarışıqlıq və zorakılıqdan bəhs olunur: «Dünən xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O səhər erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda onun paltarı cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu göm-göy göyərmişdi. O dövrdə tüğyan eləyən aclıq bizə də sirayət etdiyindən onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi dərhal parçalayıb bir neçə hissəyə böldük…».
Digər bir yazıda isə küçələrdə xirtdəyəcən çıxan palçıqdan və bu xoşagəlməz vəziyyətin Şah sarayına yaxın olan Baş küçədə də adı hal olduğundan bəhs olunur: «Dəvə karvanı Baş küçəyə çatanda palçıq bataqlığının içində batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Acı çayın sahilində peyda oldular və yollarına davam etdilər».
Qeyd etmək lazımdır ki, E.Braun «Şəbnamə»nin həmin sayindakı yazıların türkcə (azərbaycanca - P.M.) yazıldığını, səhifənin tən yarısının şəkillərlə bəzədildiyini yazır. Lakin qəzetin nəşri tarixinin və məkanını göstərilmədiyini həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat verilmədiyini bildirir.
Ə.Səfərovun 1898-ci ildə nəşr etdiyi «Ehtiyac» qəzeti şəraitin imkan verdiyi hüdudda mövcud quruluşu tənqid edir, xalqı azadlıq və tərəqqiyə çağırır, qəflət yuxusu və cəhalətdən oyadırdı. Höküməti mövcud quruluşu və xarici inhisarçıları tənqid etdiyinə görə qəzetin çapı 7-ci sayından sonra dayandırıldı.
«Ehtiyac» qəzetinin cəmi yeddi sayı işıq üzü görmüşdür. Sonuncu sayda Ə.Səfərov yazırdı ki, iranlılar hətta çaydan üçün də xaricilərə möhtacdırlar. Bu acı həqiqətlə barışa bilməyən Azərbaycan hakimi Əmirnazim Gorrucu qəzeti bağlamış və Ə.Səfərovu cəzalandırmışdı. Ə.Səfərov bundan sonra «İqbal» adlı qəzet çıxarmışdı. «Ehtiyacın bir növ davamı olan «İqbal»ın ömrü çox olmamış, onun cəmi dörd sayı işıq üzü görmüşdür.
1898-1899-cu ildə «Loğmaniyyə» məktəbinin müdiri Sadıq xan Fərəhani tərəfindən «Ədəb» qəzeti nəşr olundu.
Avropada təhsil almış Mirzə Sadıq xan geniş dünyagörüşünə, hərtərəfli savada malik şəxsiyyətlərdən idi. Hələ gənc yaşlarından şerlər yazırdı. Sonralar o, daha operativ və XIX əsrin sonlarında İranda populyar janr olan publisistikaya müra-ciət edir.
1898-ci ildə Təbrizdə «Ədəb» qəzetini nəşr edən Sadiq xan, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur.
1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan «İrşad» qəzetinin fars dilli əlavəsini çıxarır.
«İrşad»ın farsca cəmi 13 sayı çıxmış, və bu əlavələrdə ədəbi-ictimai fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məs. onun saylarından birində Böyük mütəfəkkir M.F.Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış «Təlqinnamə» əsərindən bir hissə çap olunmuşdur. Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olmuşdur.
Digər bir maraqlı fakt İran dramaturgiyasının banisi Mirzə ağa Təbrizi ilə bağlıdır. O, M.F.Axundovun təsiri altında dram əsərləri yazmışdır. Mirzə ağa Təbrizi yazdığı hər bir yeni peysini M.F.Axundovdan məsləhət almaq və əsər haqda onun fikrini bilmək üçün ona göndərirmiş. Amma hər dəfə də xahiş edirdi ki, yazışma zamanı bir müəllif kimi onun adını yazmasın, bunu gizli saxlasın. Çünki onun əsərləri satira üzərində qurulduğundan yazıçıya təhlükə yarada bilərdi. Bu səbəbdən uzun illər bu əsərlərin müəllifinin adı qaranlıq qalmışdı. Uzun müddət onun əsərlərini səhvən M.F.Axundovla əlaqə saxlayıb məktubla yazışan, başqa bir ziyalı, erməni əsilli Melkum xanın adına çıxırdılar. Bu məsələ ilə bağlı həqiqəti ilk dəfə tədqiqatçı Həmid Məmmədzadə üzə çıxarmışdır. «İrşad»da Mirzə ağa Təbrizinin əsərindən bir parça çap olunması əsərlərin əsl müəllifinin kimliyinə aydanlıq gətirib.
Bakıdan Tehrana qayıtdıqdan sonra, Mirzə Sadiq xan 1907-ci ildə «İraqe-əcəm» və 1914-cü ildə isə «Aftab» qəzetlərini nəşr edir.
XX əsrin əvvəllərində Təbrizdə Təbriz ziyalılarının, şair və alimlərinin toplaşdığı «Loğmaniyyə» məktəbində ədəbi dərnək fəaliyyət göstərməyə başladı. Bu ilk ədəbi dərnəyi Sadıq xan (Ədibül Məmalik təxəllüsünü də o illərdə qəbul edir –P.M.) idarə edirdi.
Ədalət Əbülziya, Həsən Tağızadə və Məmmədəli Tərbiyət müasir mütərəqqi fikirlərin təbliği və yayılma mərkəzlərini yaratmağa müvəffəq olmuşdular. Az müddətdən sonra bu mərkəzin orqanı olan «Gəncineyi-Fünun» jurnalı dərc olundu.
«Gəncineyi-Fünun» jurnalının redaktorlarından biri Məmmədəli Tərbiyət Cənubi Azərbaycanın görkəmli maarif xadimlərindəndir. O, dövrün demokratik fikirli ziyalıları – Seyid Məhəmməd Şəbüstəri, Həsən Tağızadə, Hüseyn Ədalətlə birlikdə Təbrizdə yeni üsulla idarə olunan «Tərbiyət» məktəbinin əsasını qoymuşdur. Təbrizdə çox zəngin «Tərbiyət» kitabxanasının yaranması da onun adı ilə bağlıdır. Tərbiyət Asiya, Afrika və Avropanın bir çox ölkələrində nəşr olunan kitabları, qəzet və jurnalları Təbrizə gətirərək yaratdığı kitabxana vasitəsilə oxuculara çatdırırdı. Azərbaycan ziyalılarının dövrün qabaqcıl mətbu orqanları və nəsr nümunələri ilə tanış olmasında, onların dünya görüşünün artmasında «Tərbiyət» –kitabxanasının xidmətləri az olmamışdır.
1902-ci ildə Təbrizdə nəşr olunan «Gəncineyi-fünun» tək Cənubi Azərbaycanda deyil, həmçinin İranda ilk elmi-ədəbi jurnal hesab olunur. Jurnalda nəşr olunan yazılar dörd mövzu ətrafında birləşirdi. I. Elm və texnika ilə bağlı yeniliklər, II. İncəsənətdən, tarix və ədəbiyyatdan bəhs edən «İncəsənət bələdçisi». Bu rubrikanı M.Tərbiyət hazırlayırdı. III. «Qədim mədəniyyətlər, sivilizasiyalar». Bu bölmədə Avropanın tarixçi alimlərinin (xüsusilə fransız Qustav M.Bonun) əsərlərindən örnəklər verilirdi. Həmin əsərləri Həsən Tağızadə çevirir və onların çox zaman geniş şərhini hazırlayırdı. IV. Bədii əsərlərdən edilmiş tərcümə nümunələri sonuncu bölmədə yerləşdirilirdi. Macəra ədəbiyyatını, xususilə fransız yazıçısı Jül Vernin əsərlərini tanınmış şair Mirzə Yusif xan Etisamimülk (görkəmli şairə Pərvin Etisaminin atası) çevirirdi. Məmmədəli Tərbiyət 1921-1925-ci illərdə Cənubi Azərbaycanın maarif naziri vəzifəsini daşıdığı zaman, ölkəyə maarif və mədəniy-ytin qorunmasına böyük qayğı göstərir. Həmin illərdə Təbrizdə «Gəncineyi-Fünun» jurnalının nəşrini bərpa edir.
XIX əsrin sonlarında qəzetlərin sayı artmağa başlayırdı. Xalq artıq hakimiyyətə müxalif olan qəzetləri oxuyurdu. Onların əksəriyyəti ölkənin xaricində çap olunan mühacir mətbu orqanları idi. Ölkə daxilində nəşr olunan belə qəzetlər təzyiqlərə məruz qalıb bağlandıqca onların qeyri-leqal, kiçik formatlı qəzetlər, vərəqlər görünməyə başlayırdı.
Şah uzun müddət ölkədə xüsusi qəzetlərin nəşrinə və ölkəyə xaricdən mətbuat gətirilməsinə icazə vermirdi. «1863-cü ildə şahın xüsusi fərmanı ilə belə qəzetlər xalqı düzgün yoldan azdıran vərəqələr elan olunmuş, onların yayılması qadağan edilmişdi» [8,237]. Sonralar şah mövqeyini yumşaltmalı oldu. Gizli, qeyri-leqal mətbuatın qarşısını almaq, hökümət və ruhanilərin nəzarəti altında olan özəl qəzetlərdə öz nüfuzunu möhkəmlətmək üçün onların nəşrinə imkan yaratdı. Hökümət artıq xüsusi şəxslərə və idarələrə qəzet nəşrinə icazə vermək məcburiyyətində qalmışdı.
Avropa dövlətlərində olduğu kimi İranda xüsusi mətbəə və təhsil ocaqlarında yarım rəsmi qəzetlər görünməyə başlayırdı. Bu mətbu orqanları çox ehtiyatlı şəkildə ölkədə bir çox zəruriyyətləri, xüsusi ilə sosial islahatlar keçirilməsinin ətrafında fikirlərini bəyan edirdilər. Ümumiyyətlə o dövrdə ölkədə çıxan mətbu nümunələrini (şərti olaraq) 3 yerə bölmək olar:
1. Rəsmi
2. Qeyri-rəsmi, açıq nəşr olunan özəl mətbu orqanları.
3. Gizli çap olunan qəzet vərəqə, bəyannamə, kitabça və s. ibarət nəşriyyələr.
Özəl mətbu orqanlarını təsis və idarə edənlər dövrün mütərəqqi şəxsləri və görkəmli adamları olurdu. Onların nəşr etdikləri mətbu orqanları «Nasiri», «Təbriz», «Əlhədid», «Kamal», «Ehtiyac» və s. qəzetlər idi.
Hakim təbəqənin mənafeyini qoruyan rəsmi mətbuat orqanlarından fərqli olaraq qeyri-rəsmi orqanlar mütərəqqi şəxslər və gizli cəmiyyətlər tərəfindən hazırlanır. Xalqa yaxın olub azadlıq ideyalarını yayır, ölkədəki çatışmamazlıqlardan yazır, hakim təbəqələrin cinayətlərini ifşa edirdi.
Gizli mətbuata gəlincə isə müxtəlif mənbələrə görə onların sırasına «Şəbnamə», «Lisanül-qeyb», «Şahsevən» və s. daxil etmək olar. Vərəqə və qəzetlər əlyazma və ya jelatin üsulu ilə çap edilib yayınlanırdı.
Aşkar çıxan mütərəqqi mətbuatın çoxu senzura tərəfindən təzyiq və təqibə məruz qaldığına görə az ömürlü olurdu.
Qeyri-rəsmi və gizli çap olunan qəzetlər ölkənin ictimai-sosial problemlərini işıqlandırır, yeni mütərəqqi fikirləri yayır və çox ehtiyatla mövcud vəziyyəti tənqid edirdilər. Bu mətbu orqanları o birilərindən fərqli olaraq oxucularına məcburi göndərilmirdi. Məsələn, Təbrizdə çıxan «Nasiri» qəzeti isə yazaraq bildirirdi: «Bu qəzet mütləq rəsmiyyətdən kənardadır və abunəçilər onu rədd və ya qəbul etmək ixtiyarına malikdir». Tehranda çıxan «Tərbiyyət» qəzeti isə yazırdı: «Bu qəzet könüllüdür. Nə hökm əsasında nə də müftə olaraq bir adama verilir» [19].
O dövrdə çap olunan qəzetlərin senzuradan yayınmaq üçün nələrdən keçdiyini «Tərbiyət» qəzetinin timsalında görmək olar. Bununla bağlı qəzetin naşiri 1897-ci ildə çıxan saylarından birində yazırdı: «Mən qorxmadan qəzetdə gah teatr çıxardıram, gah zarafat və məsxərəyə əl atıram, gecə yuxu görürəm, gündüz uzun-uzadı xəyal səfərinə gedirəm. Fikrimdən dünyaya bir eybəcər övlad gətirmək üçün həm behişti, həm də cəhənnəmi qarşımda görürəm».
Cənubi Azərbaycanda ictimai fikri əks etdirməyə çalışan ilk özəl qəzet 1887-ci ildə işıq üzü gördü. «Təbriz» qəzetindən 4 il sonra «Mədəniyyət» qəzeti də onun yolunu tutdu [19].
«Təbriz» və «Mədəniyyət» qəzetləri əsas diqqəti yeni maarif və mədəniyyət ideyalarını yaymağa, əhalini kitab, qəzeti mətbuat oxumağa yönəldir, ölkənin mədəni və iqtisadi həyatında dəyişikliklər yaratmağa, sənaye və əkinçiliyi inkişaf etdirməyə çağırırdı. Ölkədə mətbuat Nəsrəddin şahın yaratdığı senzurasının möhkəm təzyiqi altında idi. «Qeyri-dövlət qəzetlərinin müdirləri qəzetin mündəricəsini nəşrə və mətbəyə gön¬dər¬məz¬dən əvvəl mətbuat naziri və ya onu əvəz edən şəxsə göstərmək məcbu¬riy¬yətində idilər. Bu qəzetlər çox təzyiq və sıxıntı altında saxlanılırdı» [61, 9].
Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib İranda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin konstitutsiya rejimi ilə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edir və əfkari – ümumiyyəyə güclü təsir göstərirdi. Belə mətbu orqanların ən birincisi 1875-ci ildə İstanbulda çıxan «Əxtər» qəzeti idi. Türkiyədə «Əxtər»lə yanaşı «Şahsevən» də çap olunurdu. Bunlardan başqa Misirin Qahirə şəhərində «Hikmət» (1892-1906), «Kəmal» (1905-1906), Hindistanın Kəlküttə şəhərində «Həblülmətin» (1893-1906) çap olunurdu. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqət¬lərin üstü açılıb, İrandakı yaramazlıqlar haqqında ibrətli tənqidi məqalələlər yazıldığına görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni maneələr yaradılırdı. Lakin xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin çoxalması ilə əlaqədar olaraq həmin mətbu orqanları müxtəlif yollarla İrana gətirilib əldən-ələ keçir, oxunurdu. «Əxtər»in ilk nömrələri gündəlik nəşr olunurdu. Nəşrin üçüncü ilindən həftədə iki dəfə çıxmış, birinci ilindən sonra isə həftəlik olmuşdur. Qəzetin naşiri – imtiyaz sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi idi. «Əxtər»in ətrafında İstanbulda yaşayan nüfuzlu müha¬cirlər toplaşmışdılar. Qəzet vətənpərvər ziyalılar tərəfindən hazırlanırdı (adətən İranın siyasi sosial məsələləri ilə bağlı yazıların müəlliflərinin adı ya verilmir, ya da şərti və ya baş hərflərlə verilirdi). Çoxlarının şəxsiyyətini müəyyən etmək çətin idi. Belə ki, «M.Müştəri», «M.Ə», «Vətən və azadlıq sevən», «Əxtər» və s. imzalarla müxtəlif iqtisadi, siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu və şərh olunması cəhətdən «Əxtər» o zamankı «Qərb» qəzetlərin nümunəsinə yaxınlaşırdı [8,238].
«Əxtər» bir mətbu orqanı kimi İranda mövcud quruluşu tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən ilk qəzet olub.
«Əxtər» tək İranda deyil, Qafqazda, Yaxın Şərq ölkələrində yayılaraq maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı.
Onun səhifələrində dövrün tanınmış azərbay-canlı ziyalıları Əbdür¬rəhim Talıbov, Şeyx Əhməd Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər.
«Əxtər»in ən görkəmli cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə fikir verir, elmi dəlil və izahatla İranın bu nöqteyi nəzərdən dirçəlməsinin lazım olduğunu təbliğ edirdi.
«Əxtər» eyni zamanda Avropa dövlətlərinin müstəmləkəçilik siyasətini təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi» [6, 81].
Qəzetin səhifələrinə müraciət edək. Qəzet xarici siyasət məsələsində İran dövlətinin müstəqil bir xarici siyasət proqramını qəbul edərək bitərəflik siyasəti (İngilis və ya Rus meyilli yox) aparmağa çağırır, yazırdı ki, xarici dövlətlər İranda ancaq mənfəət güdür və müstəmləkəçi dövlətə yaxınlaşmaq İrana heç bir fayda gətirməz.
«Əxtər» 1880-ci il (1298) 9-cu sayında yazırdı: «Biz xarici siyasi xətti hərəkətimizi möhkəm bir bünövrə üzərində qurmadıqca ümüdümüzü onlara dikib, xaricilərin «xeyirxahlığından» imtina etməyincə, bizim tərəqqi və inkişafımız qeyri-mümkündür. Xaricdən isə qarətçi və tamahkarlardan başqa kimsə bizim tərəfimizə gəlməyəcəkdir. Biganələr bizim səadət və xoşbəxtliyimizi özlərinin mənafeyi alətinə çevirməkdə görürlər» [19, 1880, №9].
Qəzet başqa bir məqaləsində bu məsələyə toxunaraq xarici siyasətçilərin İrana verdiyi boş vədləri axmaqları aldadan boş söz adlandırırdı. Avropa ölkələrinin Şərq ölkələri ilə münasibətdə heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında yazırdı:
«Öz mənafeyimiz üçün gördüyümüz tədbirlər onların xoşuna gəlmədikdə əvvəl gizli şəkildə tədbirlərin əleyhinə mübarizə aparırlar. Bu metod nəticə vermədikdə isə son vasitəni işə salıb bizim əleyhimizə cəbr (zorakılıq) tədbirlərinə əl atırlar. Onlar müdaxilə üçün heç bir haqlı dəlil və ya bəhanə tapmadıqda açıqcasına beynəlxalq hüquq qayda-qanunlarını pozub (bizim burada mənfəətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər» [79, 1880, №15].
«Hikmət» qəzeti 1310-1892-ci ildə Qahirədə Təbrizli Məhəmməd Mehdi xan tərəfindən təsis edilmişdi. Qəzet qeyri-müəyyən fasilələrlə ayda 3,2,1 dəfə çıxa bilirdi. Qəzetin səhifələrində siyasət, elm, təbabət, ədəbiyyata aid yazılar dərc olunurdu. «Hikmət» qəzeti öz oxucularına vətənpərvərlik ruhu aşılayırdı. «Yalnız bu qəzetin vətənpərvərlik təbliğatını və bu təbliğatın xüsusi yüksək bədii səviyyədə verilməsini nəzərə alsaq etiraf etməliyik ki, həmin qəzet o dövrdə İran Cənubi Azərbaycan xalqı üçün çox təsirli bir vasitəyə əl atılmışdı. Qəzetdə dərc olunmuş bəzi vətənpərvərlik ruhunda olan yazılar doğrudan da o dövr ədəbiyyatının şah əsərlərindən sayıla bilər» [19,s.90]. «Hikmət» beynəlxalq aləmdə baş verən hadisələri şərh edib onların siyasi təhlilini verir müstəmləkəçilərin Şərq ölkələrindəki törətdiyi cina¬yətləri ifşa edərək, İran xalqını səfərbərliyə çağırırdı.
«Kamal» qəzetinin redaktoru qəzetin 1905-ci ildə çıxan birinci sayında yazırdı: «15 il bundan əvvəl Təbrizin darülfununda dərs oxuduğum zaman başıma vətənə xidmət hissi düşdü. Mənim aləmimdə, qəzet vətəni ayıltmaq və onu xilas etmək üçün yeganə vasitə idi. Qəzetdən yaxşı yol göstərən tapmırdım, bu doğrudan da belədir. Əgər qəzet, qəzet olub nağıl və rəvayətlərin məcmuəsi olmasa, o əxlaq qaydalarının əsasında elm və siyasəti incə təbliğ etmək yolu ilə şirin və yumşaq yazılan, qardaşcasına və dostcasına təsirli nəsihət verməklə bütün çətinlikləri aradan götürməyə qadir ola bilər» [91,1905,№1].
«Şahsevən» 1898-ci ildə İstanbul şəhərində qabaqcıl Azərbaycan maarifpərvərləri Ə.Talıbov və S.M.Şəbüs¬tə¬rinin rəhbərliyi ilə çıxıb. İranın avtoritar quruluşunun, cəmiy¬yətdəki eybəcərlikləri satirik və yumor dili ilə tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi yazılarla İranda inqilabın hazırlanmasına zəmin yaratmışdı. Jelatin üsulu ilə 300 nüsxədə çap olunurdu. Məxfi nəşr olunan bu qəzet gizli surətdə tək İrana deyil, Avropanın Paris, London kimi iri şəhərlərinə göndərilirdi.
«Şahsevən» Azərbaycanın və İranın burjua-demokratik istiqamətli satirik mətbuatının rüşeymi və sələfi olub İranda bu yöndə çıxan ilk qəzet idi. Öz kəskin yazıları ilə qədim şah hökümətini çox təşvişə salmışdı. Buna görə də İran və Türkiyə polisinin ciddi təqibləri üzündən «Şahsevən»in nəşri uzun müddət davam edə bilmədi» [8,s.239].
Beləliklə, o dövrün mütərəqqi qəzetləri (ölkənin daxilindəki yerli, xaricindəki mühacir qəzetlər) ölkənin ictimai-siyasi vəziyyətini doğru əks etdirməklə, əhalinin müxtəlif təbəqələrinin zehninə təsir edir, onların içərisində, ictimaiy¬yətə, ölkəyə və xalq kütlələrinə əvəzsiz xidmətlər göstərən şəxslərin meydana gəlməsinə də səbəb olurdu.

23 нояб. 2011 г.



“ Azərbaycan tarixinin doğru-düzgün salnaməsini yaradan ədib”

Professor Yaşar Qarayevin vaxtilə qeyd etdiyi qiymətli bir fikri ilə razılaşmamaq mümkün deyil; Mirzə Cəlildən sonra Arazı keçən,o taya ana dili aparan,Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz Mirzə İbrahimov oldu!
Məhz Cənub mövzusuna sədaqəti onu nasirlərimiz içində hamıdan ayırdı.Mirzə İbrahimov o taya ana dilini aparmaqla yanaşı,Təbrizdə ana dilində nəşr olunan”Vətən yolunda” adlı qəzetinin də bünövrəsini qoydu.


Mirzə İbrahimovun yaradıcılıq yoluna nəzər salsaq,onun ilk növbədə epik əsərlər müəəlifi olduğunu görərik. “Böyük dayaq”, “Gələcək gün”, “Pərvanə” kimi romanlarının da,”Həyat”,”Kəndçi qızı”, “Yaxşı adam” “Madrid” pyeslərinin də qəhrəmanları canlı tarixin fəal qurucularıdır. Heydər Əliyev vaxtilə qeyd etmişdi ki, Mirzə İbrahimov öz əsərlərində böyük bədii təsvir qüvvəsilə müasir zamanın ən aktual məsələlərini əks etdirir və onun yaradıcılığını oxucular Azərbaycan tarixinin doğru-düzgün salnaməsi misalında görürlər.

Yaradıcılığının ən kövrək və yaralı yeri

Cənubi Azərbaycan mövzusu M. İbrahimovun yaradıcılığında mühüm yer tutur.Bu mövzuya müraciəti sözsüz ki,daxili tələbdən,zərurətdən doğmuşdu. Və yaradıcılığının ən kövrək və yaralı yeri idi.Qəlbində daim böyük bir Cənub nisgili gəzdirən Mirzə İbrahimovun “Gələcək gün”, “Cənub hekayələri”, “Azad” operasının ssenarisi,onlarla publisistik,ədəbi-tənqidi yazıları vardır.
Mirzə İbrahimov məlum olduğu kimi Cənubi Azərbaycanda doğulmuşdu.Lakin onun yeddi yaşı olanda atası Əjdər kişi ailəsinini aclıqdan qurtarmaq üçün Bakıya gətirmişdi.Aradan 23 il keçdikdən sonra ölkəmiz II Dünya savaşında ölüm-dirim mübarizəsi apardığı illərdə əsgər şinelində Cənubi Azərbaycana getməli oldu.O illərdə orada baş verən hadisələri gözləri ilə görmüşdu.Dili,milli kimliyi,azadlığı əlindən alınan xalqın halına yanmış,dərd-səri ilə yaxından ilgilənmişdi.Səttar xanın,Xiyabaninin övladlarını yenə də azadlıq və istiqlal uğrunda çarpışan görmüşdü.Ona görə Güney Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr onun yazdığı əsərlərdə,epik lövhələrdə ustalıqla təsvir olunur.
“Gələcək gün” (1948) romanı ədəbiyatda böyük bir hadisəyə çevrilə bilmişdi.(Qeyd edək ki,romandan ayrı-ayrı parçalar 1945-ci ildən başlayaraq Təbrizdə nəşr olunan “Vətən yolunda” qəzetinin səhifələrində ilkin variantda “Vətən yolunda” adı ilə çap edilmişdi.-P.M.)Dünyanın bir çox dillərinə tərcümə olunmuş,SSRİ Dövlət mükafatına layiq görülmüşdü.İsmayıl Şıxlı əsərin belə məşhurlaşmasının sirrini çox gözəl açıqlayaraq yazırdı; “Gələcək gün” romanı əvvəla, böyük bir ictimai dəyəri olan siyasi roman idi.İkincisi,bu əsər kəskin konfliktlər,böyük ehtiraslı insanlar,möhkəm iradəli nəhəng xarakterlər romanı idi. Bu romanda İrandakı bütün ictimai zümrələrin həyatı,psixologiyası, ictimai hadisələrə münasibəti,mahir bir sənətkar qələmi ilə təsvir edilib. M.İbrahimovun qələbəsi onda oldu ki, “Gələcək gün” romanı sadəcə olaraq qalmadı.Burada yazıçı ictimai hadisələri insanların taleyi ilə,psixoloji halları ilə çarpazlaşdıra bildi.İctimai hadisələri qəhrəmanların tərcümeyi halına çevirdi.
Bir tarixi faktı xatırlatmaq yerinə düşər ki,İkinci Cahan savaşı illərində Stalinin İranla,özəlliklə Güney Azərbaycanla bağlı müəyyən niyyət və planları vardı.Stalin Güneydə tapladanan hüquqları uğrunda mübarizəyə qalxmağa hazır olan sosial-siyasi qüvvələrin mövcudluğunu da bilirdi. Digər bir tərəfdən isə sovet qoşunlarının həmin əraziyə daxil olması üçün müəyyən şərait artıq yetişmişdi.Odur ki, Qırmızı ordu 1941-ci il avqustun 25-də sərhədi keçib, Güney Azərbaycana daxil olmuşdu.
Quzeyli qardaşları ilə yaxınlığa güclü meyl olması Stalinin cənub haqqında düşünülmüş gizli planlarına tam cavab verirdi. Qırmızı ordu ilə birlikdə bir qrup Azərbaycan ziyalıları da Təbrizə gəldilər.

Mirzə Cəlildən sonra o taya ana dili aparan ikinci ədibimiz

Bu qrupda təbliğat məsələləri, inzibati-təsərrüfat işləri, xüsusi əməliyyatların aparılması ilə ayrı- ayrı şəxslər məşğul olurdu.Təbrizdə Azərbaycan dilində çıxacaq «Vətən yolunda»adlanan ordu qəzetinin redaktorluğu Mirzə İbrahimova tapşırılmışdı. Professor Yaşar Qarayevin qeyd etdiyi kimi Mirzə Cəlildən sonra Arazı keçən,o taya ana dili aparan,Təbrizdə qəzet nəşr eləyən ikinci ədibimiz oldu Mirzə İbrahimov!
«Vətən yolunda»qəzetinin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxır.Qəzet oradakı azərbaycanlı əsgərlər üçün nəzərdə tutulmuşdu. Qəzetin yerli əhali tərəfindən oxuna bilməsi üçün onun ərəb əlifbası ilə çap edilməsi qərara alınmışdı. Qəzet Azərbaycan dilində günaşırı nəşr olunurdu. Qeyd etmək lazımdır ki, «Vətən yolunda»qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzetlərdən olur. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin nəşr olunduğu müəyyən dövrlərdə (1941-1946) baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. Qəzetin redaksiyasında yazarlardan Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin Dağlı, İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli, Cəfər Xəndan (baş redaktor müavini) və bir çox başqaları işləmişlər.
1946-cı ilin may ayına qədər davam edən qəzetin ümumilikdə 406 sayı çapdan çıxmışdır.
Təbrizdə “Vətən yolunda” qəzetində Mirzə müəllimlə işləyən yazıçı Qılman İlkin xatirələrində yazırdı ki,Mirzədə fövqaladə bir müşahidəçilik və dərk etmək istedadı vardı.Bu da ondan ibarət idi ki,o hansı bir vəzifəyə təyin edilirsə,qısa bir müddət ərzində,o sahənin mexanizminə,incəliklərinə dərhal dərindən yiyələnməyi bacarırdı.Təbrizdə də qəzet redaktə etməklə yanaşı,Cənubi Azərbaycanı qarış-qarış gəzir,ən ucqar kəndlərdə belə olur,əhali ilə görüşür,onların dərd və istəklərini öyrənirdi.Digər tərəfdən o,gələcək əsərləri üçün materiallar toplayır,gələcək nəsr və publisistik əsərləri üzərində düşünürdü.
Yazılarını çox zaman “Əjdəroğlu”, bəzi hallarda İ.Mirzə adı ilə imzalayırdı.“Vətən yolunda” qəzetində Mirzə İbrahimovun yazılarının az bir qismində imza olurdu.Qəzetdəki baş məqalə və redaksiya məqalələrinin onun qələminə məxsus olduğunu ehtimal etmək olar.
Qəzetin birinci sayındakı qəzetin adına uyğun adlandırılan “Vətən yolunda” adlı baş məqalədə yazılmışdı:”Sovet xalqı üçün öz vətəni daha əziz və doğmadır.Çünki bu vətən milyonlarla insanı azad çalışmaq, xoşbəxt yaşamaq,öz ana dilində oxuyub yazmaq, öz milli ədəbiyyat və incəsənətini irəli aparmaq imkanı vermişdir”. Düzdür,sovet ölkəsinədən gəlmiş redaktorun belə sözləri yazmasında qeyri-adi bir şey yoxdu.Amma Əjdəroğlu(şübhəsiz ki, yazı baş redaktorun qələminə məxsus idi-P.M. )yazıdakı ikinci cümləni verməklə cənublulara sanki bir mesaj göndərirdi;sizin də ana dilində oxuyub yazmaq hüququnuz var.
«Vətən yolunda»qəzetinin ilk sayi oktyabrın 11-də, 4000 tirajla nəşr olunmuşdu.O dövr üçün bu tiraj yüksək göstərici idi,lakin qəzetin ilk sayı qısa müddətdə satılıb qurtarmışdı.
Qəzetin xalq arasındakı nüfuzunu göstərmək üçün yerli müəllif M.Biriyanin yazdığı məqaləyə nəzər salmaq kifayətdir” Mehrin (oktyabr ayı nəzərdə tutulur – P.M.) 22-də saat 10 radələrində Tərbiyət xiyabanı qarşısından keçərkən əhalinin bir nəfər kiçik oğlanın dövrəsinə yığışaraq qəzet almalarını gördüm. Saqqalı ağarmış bir qoca kişi əlində pul tutaraq camaatı itələyə-itələyə ruznamə almaq istəyirdi. Müsaidə edərək ruznamənin birini alıb ona verdim. O sevincək ruznaməni alaraq dedi: Ağa, əgər mümkün olarsa bir az oxu görək nə yazırlar. Onun xahişini yerə salmadım, oxudum. qoca dərindən bir ah çəkdi. Mən heyrətlə səbəbini sual etdim. O üzünü mənə tutub: - Çox şükür ki, belə sadə dildə yazırsınız dedi və ruznaməni əlimdən alıb mənimlə xudahafiz¬ləş¬di. Və ömrünün son illərində Azərbaycan dilində yazılmış ruznaməni əlləri titrəyə-titrəyə başqalarına göstərmək üçün sürətlə getdi»
Qəzetin səhifələri çeşidli rubrikalar altında publisistik yazılar və kəskin felyetonlar, incəsənətlə bağlı icmallar,nəsr və poeziya nümunələri ilə zəngin idi.Bütün bunlar söz yox ki, qəzetin redaktoru Mirzə İbrahimovun gərgin zəhməti bahasına başa gəlirdi.
Qəzetin iknci sayından başlayaraq incəsənətlə bağlı yazılara geniş yer ayrılırdı.Bülbülün Azərbaycan operasının zirvəsi olan “Koroğlu” operası, Şəmsi Bədəlbəylinin “Arşın mal alan”, Həbib Səmədzadənin ” Leyli və Məcnun” la bağlı yazıları oxucularda maraq doğururdu.”Şah İsmayıl” və “Gülzar” operaları haqqında yazılar,habelə İ.Hidayətzadənin, Niyazinin, G. İsgəndərovanın, O.Sarıvəllinin məqalələri də diqqəti çəkirdi.
Qəzetdə nəşr olunan bədii nümunələrin əsas hissəsini poeziya təşkil edirdi.İlk saylarda S.Vurğunun,S.Rüstəmin,O.Sarıvəllinin bir çox şerləri dərc olunmuşdu. O illərdə «Vətən yolunda»və «Azərbaycan» kimi qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər. Doğma dildə yazıb-oxuya bilməyən Güneylilərin el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı.Dil xüsusiyyətləri saxlanılmaqla çap olunan bu toplular xalq arasında maraqla qarşılanır, onları ruhən öz soykökünə səsləyirdi.

Türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən qəzet kimləri narahat edirdi?

“Vətən yolunda” qəzetinin Cənubi Azərbaycanda yayılıb geniş oxucu auditoruyası qazanması İranın rəsmi dairələrini narahat edirdi.Tanınmış tədqiqatçı prof. Cəmil Həsənli bununla bağlı yazır: “Oktyabrın axırlarında İranın Daxili İşlər naziri Cahanbani Təbrizə gəldi.Oktyabrın 30-da o, əyalətin bütün vəzifəli və imkanlı adamlarının toplantısını keçirdi.Cahanbani öz çıxışında bildirdi ki,hər kəs gərək ayıq olsun,şahın və hökümətin tapşırıqlarını sözsüz yerinə yetirsin.Nazirdən sonra vali Fəhimi çıxış etdi və bildirdi ki, əhali gərək Gızıl Ordu tərəfindən aparılan təbliqata uymasın,öz pullarını havayı yerə sovet kino filmlərinə, və teatr tamaşalarına xərcləməsinlər.”
“Vətən yolunda” qəzetində çap olunan mövzulara gəldikdə isə onlar iki istiqamətdə idi. I. sovet sosialist ideologiyasının təbliği, II. yerli əhalinin maarifləndirilməsi. Birinci sıraya daxil olan yazılarda sovet döyüşçülərinin cəbhədəki qəhrəmanlıqları, antifaşist təbliğatı, sovet cəmiyyətinin və sovet həyat tərzinin gözəl boyalarla təsviri, sosializmin kapitalizmdən üstün olduğunu «ciddi cəhdlə» göstərməklə sovet cəmiyyətinin gələcəkdəki xoşbəxt proqnozu verilirdi. «Böyük Vətən müharibəsi cəbhələrində», «Böyük Vətən müharibəsi qəhrəmanları», «Sovet İttifaqında» və s. rübrikalar altında gedən bu yazılar o illərdə sovet mətbuatında dərc edilən materialların bir növ eyni idi.Təbii ki,sovetlər ölkəsinin hər sahədə uğurlarından danışan jurnal İranda Kommunist təbliğatına xidmət edirdi.
İkinci qismə isə Azərbaycan mədəniyyətini, Azərbaycan klassik və çağdaş dövründəki ədəbi simaları, dil və ədəbiyyat tarixi, dünya ədəbiyyatı nümunələrini, məktəb və maarif sahələrini özündə əks etdirən yazılar daxil idi. Jurnal belə yazıları verməklə yüksək amala xidmət edirdi.Cənubda milli şüurun, və milli iftixar hissinin oyanmasına çalışırdı.
Görkəmli tədqiqatçı Cəfər Xəndan bu qəzetdə çalışmaqla bərabər, onun fəaliyyətini geniş şəkildə işıqlandırmışdır. O yazırdı ki, qəzetin Cənubi Azərbaycanın bütün şəhər və kəndlərində, Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar arasında oxucuları var idi. İran şəraitində əksər qəzetlərin 300-dən 3000-ə qədər oxucusu olduğu halda, «Vətən yolunda»nın oxucuları 15000-dən artıq idi. Oxucular günaşırı çıxan bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və yığıb saxlayırdılar. «Əgər ilk fəaliyyət dövründə qəzet əsasən sovet mühərrir və yazıçılarının qüvvəsilə çıxmış və siyasi-ictimai materiallar vermişsə, ikinci dövrdə çoxlu yerli şair və mühərrir toplaya bilmişdir Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. O illərdə «Vətən yolunda»qəzetinin həm də fəal əməkdaşı olan Qılman İlkin yazırdı ki, «yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma mətbuatı bilib oxuyur, ondan öyrənir və onda iştirak edirdilər». Getdikcə yerli ziyalılardan çoxları redaksiyamıza ayaq açdılar. Qəzetlə bağlı ən xoş arzu və minnətdarlıqlarını bizə bildirirdilər. Yerli ziyalılardan ilk tanış olduğumuz adam şair Biriya oldu. Onun qəzetimizin növbəti sayında çap olunmuş Hitler barədə satirik şeiri Təbrizdə böyük gurultu ilə qarşılandı. Ondaki satirik təbi hamımızı heyran qoymuşdu. Çox keçmədi ki, o bizim dayimi müəllifimizə çevrildi. Ondan sonra şəhərin bir çox yaşlı və cavan şairləri də qəzetin ətrafına toplaşmağa başladı. Bunlardan Əli Fitrət, Mehdi Çavuşi, Mehdi Etimad, Səfvəd Yəhya Şeyda, Ərdəbildən Balaş Azəroğlu, Əli Tudə, daha sonralar şairə qızlardan Mədinə Gülgün, Hökumə Bülluri də bizim qəzetin səhifələrində öz şeirləri ilə çıxış etməyə başladılar.
Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət göstərib qapadılması Güney Azərbaycanda olan siyasi işçilərin Bakıya geri çağırılması ilə əlaqədar idi. Onu da qeyd etmək lazımdır ki, Təbrizdə fəaliyyət göstərən işçi qrupu ilə Sovet Hərbi diplomatik nümayəndələri arasında münasibətlər ziddiyyətli idi. O dövrdə baş verən hadisələri araşdırmaya cəlb edən C.Həsənli yazır: “Güney Azərbaycandakı proseslərin getdikcə milli müstəviyə keçməsi sovetləri o qədər də təmin etmirdi... Hətta A.Smirnov ilk olaraq türk dilində çıxan və Güney Azərbaycanda əl-əl gəzən «Vətən yolunda»qəzetinin bağlanması haqqında SSRİ Xarici İşlər Komissarlığına müraciət də etmiş, lakin M.C.Bağırov da öz növbəsində «Vətən yolunda»qəzetinin bağlanmasına etirazını bildirib vaxtında bunun qarşısını ala bilmiş,məsələnini müsbət həllinə nail olmuşdu..”
Qəzetin səhifələrində Azərbaycan ədəbiyyatının N.Gəncəvi,X.Şirvani,M.Füzuli,M.P.Vaqif,M.F.Axundov kimi klassiklərinin,eləcə də Mirzə Cəlil,M.Ə.Sabir,M.S.Ordubadi və S.Vurğun kimi çağdaş şairləri və digər söz sənətkarlarını tanıdırdı.
«Təbriz ziyalılarınınn redaksiyamız ətrafında toplaşması qarşılıqlı olaraq, hər iki tərəfə çox xeyir verdi;-söyləyən Ənvər Məmmədxanlı xatirələrində yazırdı ki, biz Cənubi Azərbaycanı onların vasitəsilə daha dərindən öyrəndik. Onlar da «Vətən yolunda»qəzetinin Azərbaycanda yerinə yetirdiyi bir çox xidmətləri sırasında müasir Azərbaycan dilinin inkişafı səviyyəsini mənimsəyir, dilin yad tərkibdən təmizlənməsi proseslərinin nə qədər uğurlu və vacib olduğunu görürdülər.” «Vətən yolunda»qəzeti yerli ədəbi qüvvələrin yetişməsində böyük rol oynadı. Qəzet tez-tez öz səhifələrini gənc şairlərin ixtiyarına verirdi. Beləliklə, «Vətən yolunda»qəzeti Güney Azərbaycanda ana dilində ədəbiyyatın inkişafı üçün geniş imkanlar yaradırdı.
Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Güney Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli Hökumət ətrafında birləşirdi.
Bundan başqa Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, xalqın milli azadlıq hərəkatının əhalinin bütün təbəqələrini əhatə etməsi və yüksələn xətt üzrə inkişaf edərək Milli Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin bəhrələndiyi əsas mənbələrdən idi.Qeyd etmək yerinə düşər ki Milli Hökümətin ana yasasının yazılmasında Mirzə İbrahimov yaxından iştitak etmişdi. Bununla yanaşı ADF-nin proqram sənədləri,partiya protokollları,müxtəlif çıxış və məruzələr,xüsusilə də Milli hökumətin baş naziri Seyid Cəfər Pişəvərinin bir sıra məqalə və çıxışları,publisistik məqalələrinin 1946-cı ildə bir toplu şəklində “Qızıl səhifələr” adlı kitabda işıq üzü görməsində Mirzə İbrahimovun böyük rolu olmuşdu.
Mirzə müəllim bir çox məsul vəzifələrdə çalışmışdı.1942-46-cı iillərdə Azərbaycan SSR Maarif naziri işləyən Mirzə İbrahimov Güney Azərbaycanda maarif və mədəniyyətin təşkili işinə də məsul idi,bu işdə xüsusu həvəs və zövqlə fəaliyyət göstərirdi.
“Vətən yolunda” qəzeti bədii söz sənətinin hörmət və qiymətini özünə qaytarmaqla bərabər, Güney Azərbaycan ədəbiyyatında, publi¬sis¬ti¬kasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü.Şimaldan gələn yaradıcı ziyalılara Mirmehdi Etimad, Əli Fitrət, Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə Gülgün, Mirrəhim Vilayi, Məhəmməd Abbasi, Hilal Nasiri, Məhəmməd Biriya və bu kimi yerli həmkarları da qoşulmuşdu.O illərdə qoyulan bünövrəni sonrakı illərdə cənublu ziyalılar layiqincə davamlı inkişaf etdirirdilər.
Göründüyü kimi, Azərbaycan ədəbiyyatında, publi¬sis¬ti¬kasında yeni qələm ordusunun meydana çıxmasında «Vətən yolunda»qəzetinin və onun ilk redaktoru Mirzə İbrahimovun rolu danıl-mazdır.

“Şairlər məclisi” ənənəsi...

1945-ci ildə “Vətən yolunda” qəzetinin nəzdində “Şairlər məclisi” təşkil olundu.
Bütün Cənubi Azərbaycan və İranda şöhrət tapan «Vətən yolunda»qəzeti həm də az zaman içərisində Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə çevrildi.
Məclis «Şairlər məclisi» adı altında aydıq ədəbi məcmuə də hazırlayırdı. Məcmuədə yalnız məclis üzvləri deyil, Cənubi Azərbaycan, həmçinin İranda yaşayan və ana dilində yazan başqa şairlər də iştirak edirdilər. Məcmuənin bütün sayları 1945-ci ilin noyabr ayında bir kitab şəklində çap olundu, 424 səhifədən ibarət olan bu kitabda 80-dən çox şairin 300-dən artıq şeir və poeması toplanmışdı.Qeyd edək ki,bu toplu Cənubi Azərbaycan yazarları ilə bağlı ilk antologiya kitabı idi.Aradan 40 il keçdikdən sonra Mirzə İbrahimovun rəhbərliyi və redaktorluğu ilə Bakıda IY cildlik “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” çap olundu.
«Şairlər məclisi» üzvlərinin və onları əsərlərinin geniş xalq kütlələrinə tanıtmaq işində «Vətən yolunda»qəzetinin böyük rolu olmuşdur. Qəzetin səhifələrində Ə.Fitrət, M.Etimad (Milli hökumətinin dövlət himninin sözlərini yazmışdı), Çavuşi, B.Azəroğlu, İ.Zakir, M.Gülgün və digər məclis üzvlərinin yazdıqları əsərlərdən əlavə yaradıcılıqları haqqında da məqalələr verilirdi.
Getdikcə sıralarına daha çox üzv cəlb edilən «Şairlər məclisi»nin təsiri altında başqa şəhərlərdə də ədəbi hərəkat canlanmağa başlamışdı.
“Vətən yolunda” qəzetində çap olunmuş materiallara nəzər saldıqda hər iki taydan olan müəlliflərin də yaradıcılığında ilginc olan bir məqamı gözdən qaçırmaq olmur. 1930-cu illərin repressiyalarından, Stalinə, partiyaya, mədhiyyə xarakterli əsərlər yazmaqdan usanıb-bezmiş qələm sahibləri tamamilə yeni bir mühitə düşmüşdülər.Onlar artıq düşündüklərini,içdən gələn hisslərini söyləyib yazmaqda nisbətən azad idilər. O dövrdə sovet siyasəti Azərbaycan xalqının milli maraqlarına son dərəcə uyğun gəlirdi.Azərbaycanın siyasi baxımdan olmasa da,mədəni cəhətdən birləşməsinə,birgə ədəbi, elmi fəaliyyəti üçün bir növ fürsət düşmüşdü,imkan yaranmışdı. “Vətən yolunda” qəzeti da bu imkandan yararlanırdı. Cənubi Azərbaycandakı siyasi proseslər, demok¬ra¬tik ovqat cənublu ziyalılarla yanaşı onlar üçün də ürəkdən olan bir mövzu idi.
“Vətən yolunda” qəzeti yeni Cənubi Azərbaycan ədəbiyyatının yaranmasında,yerli ədəbi simaların və müəlliflərin meydana gəlməsində eləcə də formalaşmasında böyük rolu olmuşdur.

“Ana dili” sevdalısı

«Vətən yolunda»qəzetinin 1945-ci il 119-122-ci saylarında dərc olunmuş “Azərbaycan dili” adlı məqaləsində Mirzə İbrahimov ana dilinin hər bir insanın həyatında xüsusi əhəmiyyət daşıdığını bildirir.Hər bir xalqın dilinin onun milli varlığı və mənəvi aləminin ifadəçisi olduğunu xüsusi vurğulayaraq yazırdı:Ta qədim zamanlardan bəri tarix göstərir ki,hər hansı xalq öz millət və mənəviyyatını saxlamaq üçün öz vətəni və dövləti ilə bərabər öz dilini də saxlamağa cəhd etmişdir. Çünki hər xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir.Beləliklə,dil xalqın milliyyət və varlığını bildirən və qoruyan mühüm amillərdən biridir.
O daha sonra yazırdı;”Əsarət altına düşmüş heç bir xalq öz milli varlığının və dilinin məhv edilməsinə razı olmamışdır.Belə xalqlar siyasi istiqlaliyyət, və dövlətdən məhrum olduqları halda ölüm-dirim mübarizəsindən əl çəkməmiş,öz milli varlıq,milli mədəniyyət və ana dillərinin saxlanmasına və tərəqqisinə səy etmişlər.”
O illərdə Mirzə İbrahimovun yaxın məsləkdaşı, Milli hökumətin qurucusu və rəhbəri S.C.Pişəvəri də “Əjdəroğlu” kimi “Ana dili” məsələsinə ciddi önəm vermiş, qurduğu dövlətdə rəsmi status almasına nail olmuşdu.
Aradan illər ötəcək Mirzə İbrahimov 50-ci illərdə yenidən Azərbaycan dili məsələsinə toxunacaq.
O Ali Sovetdə işlədiyi vaxt dil Azərbaycan dilini dövlət dili elan etməsi onun vətənə,xalqa xidmətlərinin alisi,zirvəsi idi. Bu məsələ ilə bağlı onun başı az ağrımadı. Qızı Sevda İbrahimova o illəri sonralar xatırlayıb yazacaqdı; “Atamın ali sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi - Azərbaycan dilini dövlət dili elan etməsi,onun həyatının ən vacib,ən yüksək nöqtəsi idi.Bu məsələ ilə ona nə qədər ittihamlar edildi,onu sındırmaq,əzmək istəyənlər oldu...Lakin atamın möhkəm iradəsi,dəyanəti,mərdliyi,cəsarəti və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində,öz prinsiplərində daha da möhkəmlətdi.”
Xalq şairimiz Nəbi Xəzrinin təbirincə desək,Mirzə müəllim Şah İsmayıl Xətaidən sonra dilimizi dövlət səviyyəsində görür,bunun üçün imperiya siyasəti dövründə bacardığı işi görməyə çalışırdı.

Onun Stalinə yazdığı gizli məktub

Mirzə İbrahimov bir yazıçı və dövlət xadimi kimi yüksəlsə də, parçalanmış Azərbaycanın birləşmək dərdi həmişə onun ürəyində qövr edirdi.1944-cü ildə Mirzə müəllim Stalinə mühüm və gizli məktub yazır,surətini M.C.Bağırova yollayır.Məktubun surətini belə özündə saxlamağa ehtiyat edir.Az keçmir onu İrandan geri çağırırlar.Əvvəlcə M.C.Bağırov onunla söhbət edir.Sonra isə onu Kremlə çağırırlar,Molotovun qəbuluna.Çox get-gələ saldıqdan sonra buraxırlar. Məktubda yazılanlarla bağlı uzun illər keçdikdən sonra DTK-nin əməkdaşı Yasif Nəsirli Mirzə müəllimə həsr etdiyi xatirəsində yazıb.Məktubda Gülüstan müqaviləsini ləğv etməyin vaxtının çatdığını,Azərbaycanın birləşib bir vahid dövlət olmaq kimi tarixi məqamının yetişdiyini Stalinə bildirirdi Mirzə müəllim.
On ildən artıq Mirzə İbrahimovla bir yerdə çalışmış tanınmış publisist və millət vəkili Elmira Axundova Mirzə müəllimlə bağlı bir fikri də çox maraqlıdır.O qeyd edir ki,Cənubi Azərbaycan və Arazın o tayında yaşayan həmvətənlərimiz barədə mətbuatda hələ açıq danışmaq imkanı olmazdan əvvəl M.İbrahimov Ədəbiyyat institutunda xüsusi şöbənin açılmasına nail olmuş və həmin şöbə onun təkidilə “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi adlandırmışdı.” Cənubi Azərbaycan” anlayışını elmi dilə məhz Mirzə İbrahimov gətirmişdi.Ondan əvvəl tarixçi və ədəbiyyatşünaslar “İran Azərbaycanı” terminindən istifadə edirdilər.
Nizami adına ədəbiyyat institutunun “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik edən Mirzə İbrahimovun o taylı soydaşıarımızın bədii söz örnəklərinin ciddi,sistemli öyrənilməsi,nəşri və yayılmasını təmin etmək yolunda zəhməti çox olub.

Cənub mövzusunu ədəbiyyata S.Rüstəm və M. İbrahimov gətirdi.

Güney Azərbaycanda 1905-1911-ci illərdəki Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik yazılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə «Vətən yolunda» qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» mövzusu yaranırdı.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan məsələsi» mövzusu yasaq olunmuşdu. «Vətən yolunda»qəzetində dərc olunan materiallarda ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyatı küll halında verilirdi. O illərdə «Vətən yolunda»və “Azərbaycan” kimi mətbu orqanlarının səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» və vahid Azərbaycan mövzusu yaranırdı.
Söz yox ki,1941-1946-cı illərdə Güney Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası Təbrizdə nəşr olunan «Vətən yolunda»qəzeti və «Azərbaycan» jurnalı ilə bağlı olmuşdur.
1941-ci ildən etibarən hər iki taylı Azərbaycanlılar arasında bu günümüzə qədər gəlib davam edən bir ədəbi hərəkatın əsası qoyulurdu... Bu ədəbi qəzetin səhifələrində çap olunmuş Mirzə İbrahimovun publisistik yazıları və Süleyman Rüstəmin şeirləri ilə başlamış və günümüzə qədər davam etməkdədir.O illərdən onun layiqli davamçıları Rəsul Rza,Əli Fitrət,Hilal Nasiri, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, ,Bəxtiyar Vahabzadə, Məmməd Rahim, Balaş Azəroğlu, Həkimə Billuri,Mədinə Gülgun, Əli Tudə, Söhrab Tahir,İlyas Əfəndiyev,Məmməd, Araz,Xəlil Rza,Sabir Rüstəmxanlı və digər neçə-neçəqələm sahibləri olmuş və əsərlərində ikiyə bölünmüş millətin faciəsini əks etdirmişlər.
Beləliklə, bu fikirlə çoxları razılaşar ki, M.İbrahimov publisistikasının ən yaxşı səhifələri Cənubu Azərbaycan xalqının şah rejiminə qarşı və milli kimliyi uğrunda mübarizəsinə həsr olunub.



20 нояб. 2011 г.



Tarixin amansız hökmü ilə iki yerə parçalanmış Azərbaycanın Quzeyində və Güneyində ictimai-siyasi və ədəbi-mədəni həyat öz məzmun tutumu, inkişaf səciyyəsi baxımından fərqli istiqamətdə olmuşdur. İki əsrə yaxın bir zaman hüdudlarında vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri qədim və zəngin ədəbiyyata və tarixə malik bir xalqın mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq, gələcək nəsillərə ötürmək iradəsini, millilik qürurunu sındıra bilməmişdir. Azərbaycanın hər iki tayında «Araz» mövzusunda böyük bir ədəbiyyat yaranmışdır. Azacıq siyasi imkan çərçivəsində güneyli-quzeyli ziyalıların məktub¬laşması, onların mətbuat vasitəsi ilə yayılması hər iki tayda yaşayan azərbaycanlıların Vətənin birliyi, bütövlüyü inamını gücləndirmiş, xüsusən Azərbaycan ədəbi dilinin güneydə inkişafına belə ünsiyyətin böyük təsiri olmuşdur.


XIX əsrin ikinci yarısında Quzeydə və Güneydə ilk mətbu orqanların meydana çıxması inzibati cəhətdən ayrı düşmüş bir xalqın ədəbi-ictimai baxımdan zəifləmiş ünsiyyətinin inkişafına təkan verdi.
Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olmuşdur. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olmuş, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkmişdir.
1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978/79-cu illər İran inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türk¬lərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.
Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən «Molla Nəsrəddin» jurnalı bu xalqın milli birliyinin təşəkkülündə böyük rol oynamışdır.
«Molla Nəsrəddin» jurnalı 1906-cı ildə capdan cıxan say¬la¬rından birində yazırdi ki, vaxtı ilə çar hökuməti Qafqaz Azərbaycanının başına gətirən baqqal oyununu, indi də İran mutləqiyyəti Cənubi Azərbaycanın başına gətirməkdədir. İran¬dakı panfarsist quvvələr Cənubi Azərbaycan xalqını milli zülm altında saxlamaqda, onların ana dilini boğmaqdadırlar; ana di-lində mətbuat və ədəbiyyat nəşri qadağan edilmişdir. «Tehran hökuməti İran Azərbaycanında türklük söhbətlərini o dərə¬cədə qadağan tutub ki, bu sətirləri cızmaqaralayanın gözü¬nün qabağında Təbriz şəhərində həftənin bu baş – o baş kitab ma¬ğazalarında saxta axtarışlar meydana gəlirdi ki, məbadə-məbadə orada bir türk kitabı tapıla». («Molla Nəsrəddin» № 5,1906)
Jurnal uzaqgörənlikllə elə bir gündən xəbər verirdi ki, o gün İran azərbaycanlıları milli zülmə, son qoyacaq, «tac və tax¬tı cumhuriyyət üsul-idarəsinə göndərəcək və deyəcəklər: bizə özgə dili lazım deyil, bizim öz ana dilimiz var, yəni bizim azər¬baycan-türk dilimiz var…» («Molla Nəsrəddin» № 19, 1925)
«Molla Nəsrəddin» jurnalının 1925-ci ildə Cənubi Azərbaycanın xoş gələcəyi ilə bağlı söylədiyi cümhuriyyət fikri nəhayət, 1945-ci ildə həyata keçdi. Həmin il Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi.
Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başladı. İran-Rus müha¬ribələrində İran ordusunun müasir texnikadan geriliyi üzə çıxmışdı. Abbas Mirzə qonşu Türkiyədə aparılan islahatlardan təsirlənərək Azərbaycanda bir nizamlı ordu yaratmağa səy göstərdi. Yeni ordu hərəkət edən top və yeni silahlarla təhciz edilmiş, hərbi elmə və təlimə yiyələnmək üçün Avropadan zabitlər dəvət edilmişdi. Təbrizdə silah və top istehsalı zavodu qurulmuş, hərbi və texniki kitabları çevirmək üçün tərcümə idarəsi təşkil edilmişdi. Uğurla nəticələnən bu islahatlar tək Cənubi Azər¬bay¬canda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) və Təbrizdə ilk nizamlı hərbi alayların yaranması ilə tarixə daxil oldu. Azərbaycanın böyük mütəfəkkiri M.F.Axundov İra¬nın geriliyinin köklərini dünyəvi təhsilin olmamasında görürdü. Axundovun davamçısı Zeynalabdin Marağayi də İranın geridə qalmasının səbəblərini təhsilin yoxluğunda görür və höküməti bu problemə heç bir diqqət yetirmədiyinə görə təqsirləndirirdi.
Onun «İbrahim bəyin səyahətnaməsi» əsərinin qəhrə¬manı müəllifin maarif haqqındakı fikrini belə ifadə edir: «Hər şeydən çox məktəb lazımdır, elm lazımdır. Xalq elm və sənətlə tanış olmayınca və onları dərk etməyincə, bizim vəziyyətimiz düzəlməyəcək» [33,s.213]. Z.Marağayi İran məktəblərində tədris metodi¬kasını tənqid edərək, uşaqların təhsilinin Hafizin sözlərini əzbərləməklə başlamasını məqsədəuyğun saymırdı.
Cənubi Azərbaycanın, eləcə də İranın maarifçilik tari¬xində Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvaninin böyük xidmətləri olmuşdur. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq bağçasının, lal-karlar üçün xüsusi məktəbin yaradıcısı sayılırlar.
Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş, xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və inkişafına təsir göstərmək üçün yeni mətbu orqanları təsis edirdilər. Dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət «Əlhədid» (1897), Sadiq xan Ədibülməmalik «Ədəb» (1898), Hüseyn Təbibzadə «Kamal» (1901), Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şə¬büstəri, H.Ədalətlə birgə) «Gəncineyi-Fünun» (1902) kimi qəzet və jurnalları nəşr edirdilər.
Bu mətbu orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçiril¬məsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər.


1978-1979-cu illər İran İnqilabından sonra, bu məsələ yenə də gündəmə gəldi. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu. Lakin, təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən, inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehti¬yaclarına məlhəm olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mə¬dəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqan¬larının, «Varlıq» istisna olmaqla hamısı bağlandı. 20 illik bir za¬man ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin adı ilə ayrılmaz surətdə bağlı olmuşdur. 1898-ci ildə Təbrizdə «Ədəb» qəzetini nəşr edən Sadiq xan, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur.
1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan «İrşad» qəzetinin fars dilli əlavəsini çıxarır.
«İrşad»ın farsca cəmi 13 sayı çıxmış, və bu əlavələrdə ədəbi-ictimai fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məs. onun saylarından birində Böyük mütəfəkkir M.F.Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış «Təlqinnamə» əsərindən bir hissə çap olunmuşdur. Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olmuşdur.

Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib İranda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin konstitutsiya rejimi ilə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edir və əfkari – ümumiyyəyə güclü təsir göstərirdi. Belə mətbu orqanların ən birincisi 1875-ci ildə İstanbulda çıxan «Əxtər» qəzeti idi. Türkiyədə «Əxtər»lə yanaşı «Şahsevən» də çap olunurdu. Bunlardan başqa Misirin Qahirə şəhərində «Hikmət» (1892-1906), «Kəmal» (1905-1906), Hindistanın Kəlküttə şəhərində «Həblülmətin» (1893-1906) çap olunurdu. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqət¬lərin üstü açılıb, İrandakı yaramazlıqlar haqqında ibrətli tənqidi məqalələlər yazıldığına görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni maneələr yaradılırdı. Lakin xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin çoxalması ilə əlaqədar olaraq həmin mətbu orqanları müxtəlif yollarla İrana gətirilib əldən-ələ keçir, oxunurdu.
O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə Təbrizi müdafiə edən mücahidlərin və onların rəhbəri Səttar xanın qəhrəmanlığını «İran məktubları»nda xüsusi qeyd edirdi. Məşrutə hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində yeniləşmə prosesini Səttar xanın adı ilə bağ¬layır, onun İran tarixində bir dirçəliş rəmzinə çevril¬diyini qeyd edirdi.
M.Rəsulzadəyə görə bu Məşrutə dövrü Cənubi azərbay¬canlıların milli-mədəni hərəkatdan milli haqlar uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olmuşdu.
O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sa¬yılan «İran-nou» gündəlik qəze¬ti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. M.Ə.Rəsulzadənin sözləri ilə desək, «İran-noy» İran Demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azəri türklərindən təşkil olunmuşdu. Bu dövrdə Azərbaycanda 50-yə yaxın şəzet və jurnal nəşr olunurdu. Tədqiqatçı Hüseyn Umud onlardan səkkizinin Azərbaycan-fars, birinin Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir
1906-cı ildə Təbrizdə «İttahad», «Azad», «Dəbistan», «Əcnümən», «Azərbaycan», 1907-ci ildə «Hərfe-həqq», «Mücahid», 1908-ci ildə «İttihad» (II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 1909-cu ildə «İstiqlal», «Buqələmun», 1910-cu ildə «Təbriz», «Şəfəq», 1911-ci ildə «Səadət» qəzetləri nəşrə başladı. Bu illərdə Urmiyə şəhərində «Fərvərdin» (1911) və «Fəryad» (1907) qəzetləri, Həmədanda «Ülfət» (1907), Kəmaliyyə (1910), «Səa¬dət» (1907), Ərdəbildə «Bərge-səbz» (1908) qəzeti, «Şəfəq» (1911), «Mükafat» (1909) qəzetləri nəşr olunurdu.
Məşrutə inqilabı dövründə mətbuat həqiqətən dövrünün ictimai-siyasi və ədəbi həyatının güzgüsünə çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Gilani tərəfindən Rəştdə nəşr olunan «Nəsimi-Şimal» qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etisalınmülkün redaktorluğu ilə çıxan «Bahar» qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd»də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri verilirdi.

1917-1921-ci illər arasında Cənubi Azərbaycanda 20-dən artıq yaxın müxtəlif istiqamətli mətbu orqanları çap olunurdu.
Həmin dövrdə Cənubi Azərbaycanın dövrü mətbuatın¬da bir çox görkəmli yazıçı və publisistlər mətbuatın həm yaradıcısı, həm də təşkilatçısı olmuşlar.
Birinci cahan savaşından sonra İranda və Cənubi Azərbaycanda üsyanlar baş vermişdi. Hələ gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən və onun öndərlərindən biri olan Ş.M.Xiyabani sonralar Cənubi Azərbaycan tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejim yaratmağa nail oldu. Xiyabani 1918-ci ilin mart ayında «Azərbaycan Demokratik Firqəsini» (partiyasını) yaratdı. 1920-ci ilin 7 aprelində isə «Azadistan dövlətini» qurub onun müstəqilliyini elan etdi.
«Təcəddüd» qəzetində dərc edilmişdir. Qəzetdəki yazılarda Xiyabani Azərbaycan xalqının hüquqlarını göstərir, onun milli istiqlaliyyət məsələsinə toxunurdu. Ş.M.Xiyabaninin rəhbərliyi ilə yaranmış Xiyabani hərəkatı və mətbu orqanı «Təcəddüd» qəzeti ictimai fikir sahəsində olduğu kimi, ədəbiyyatda həm forma, həm də məzmununda yenilik yaratmışdır.
Şeyx Məhəmməd Xiyabaninin redaktorluğu ilə çıxan «Təcəddüd» qəzetində əməkdaşlıq edən T.Rüfət sonradan qəzetin baş katibi vəzifəsində işləyir. Eyni zamanda demokratik hərəkatın başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi və həmkarı olur. Bu ona geniş imkanlar yaradır. O, «Tə¬cəddüd»də, «Azadistan» jurnalında açıq imza ilə və ya «Femina» təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərir.
Tağı Rüfət İranda poeziyanı yeniləşdirmək, həm də onu mətn, forma, üslub və dil cəhətdən yeniləşdirmək haqqında «Təcəddüd» və «Aza¬distan»da bir-birinin ardınca məqalələr yazıb dərc etdirirdi.
Beləliklə, İranda yeni şeirin təməli «Təcəddüd» qəzetin ətrafına toplaşan Tağı Püfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur
Təbrizin mütərəqqi və qabaqcıl ziyalıları «Molla Nəsrəddin» jurnalı redaksiyası ətrafında sıx toplaşmışdılar. Bunlar C.Məmmədquluzadə ilə tez-tez görüşür, ondan məsləhətlər alırdılar. Onlar var qüvvələri ilə jurnalın nəşrinə kömək edirdilər. Əbülfütuh Ələvi, İskəndərxan Qaffari, Mözüc Şəbüstəri, Hacı Əli Şəbüstəri, Möhsün xan Sərtibi, Əsgər Azərvənd və başqaları əldə etdikləri məlumatları, məqalə, felyeton və şeirləri «Molla Nəsrəddin» redaksiyasına çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırdılar Bildiyimiz kimi, Təbrizdə «Molla Nəsrəddin» jurnalının 8 sayı çıxmışdı. 1921-ci ilin fevral ayında nəşrə başlayan jurnalın həmin ayda iki, mart ayında üç, aprel ayında iki, may ayında isə bir sayı işıq üzü görmüşdü.
Sovet ordusu tərkibində Cənubi Azərbaycana gəlmiş yaradıcı ziyalılar «Vətən yolunda» qəzetini təsis etdilər. Qəzetinin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxdı. Qəzet Azərbaycan dilində günaşırı çap olunurdu. Qeyd etmək lazımdır ki, «Vətən yolunda» qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzet idi. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin fəaliyyəti dövründə (1941-1946) onun baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar«Vətən yolunda» qəzetində dərc olunan materiallar da ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyat küll halında verilirdi. Qətiyyətlə deyə bilərik ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası «Vətən yolunda» qəzeti ilə bağlı olmuşdur.
1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik ya¬zılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə «Vətən yolunda» qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» mövzusu yaranırdı.
Uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan məsələsi» mövzusu yasaq olunmuşdu.
1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın ayrılıq həsrətini: «araz, ayrılıq, həsrət» motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə «Vətən yolunda» qəzetinin səhifəlrində qoyulmuşdur.
Qəzetdəki ədəbi-bədii əsərlər əsasən Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, yeni qurulmuş Milli Hökumət ətrafında birləşirdi.
Bundan başqa Cənubi Azərbaycandakı ictimai-siyasi proseslər, ölkədə yaranan demokratik əhval-ruhiyyə, xalqın milli azadlıq hərəkatının əhalinin bütün təbəqələrini əhatə etməsi və yüksələn xətt üzrə inkişaf edərək Milli Hökumətin qurulması ilə nəticələnməsi həm şimal, həm də cənublu müəlliflərin bəhrələndiyi əsas mənbələrdən idi
Qəzet özünə geniş oxucu auditoriyası toplaya bilmişdi. «Vətən yolunda» qəzetinin Cənubi Azərbaycan ədəbiyya¬tında, publi¬sis¬ti¬kasında yeni qələm ordusunun meydana sıxmasında böyük rolu danıl¬mazdır.
O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin birliklərinin öz mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan milli məclisinin orqanı olan «Azad millət», Azərbaycan həmkarlar ittifaqının «Qələbə», Azərbaycan Demokrat təşkilatının «Cavanlar», bunlardan başqa «Yeni Şərq», «Fəryad», «Xavərno», «Təbriz», «Şahin», «Əxtəre-şimal», «Vətən yolunda», «Azərbaycan ulduzu», «Azərbaycan», «Şəfəq», «Demokrat», «Yumruq», «Ədəbiyyat səhifəsi», Ərdəbildə «Cövdət», «Yumruq», Urmiyədə «Qızıl əsgər», Zəncanda «Azər», Miyanada «Vətən» adlı qəzet və jurnallar çap olunurdu.
O illərdə Bakıda Rəsul Rzanın redaktorluğu ilə əski əlifbada(Güney Azərbaycan üçün nəzərdə tutulmuşdu-P.M.) pəngli illyustrasiyalı«Azərbaycan» adlı jurnal nəşr olunurdu.Bu jurnalın Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə ən maraqlı və milli mənafe baxımından ən əhəmiyyətli nəşr orqanı hesab edən tədqiqatçı alim Cəmil Həsənli yazırdı ki, əvvəla, bu jurnalın hər sayında Güney və Quzey Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə olunurdu. İkincisi, jurnal Cənubi Azərbaycan üçün buraxıldığından Sovet Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər yayınır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək olar ki, «Azərbaycan»ın hər sayından duyulurdu. Azər¬baycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf etməsini əyani şəkildə sübuta yetirirdi

Vaxtilə «Molla Nəsrəddin» jurnalının da qeyd etdiyi kimi əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbay¬can¬lılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır.Götürək ölməz M.Ə.Sabirin şeirlərində böyük önəm verdiyi Konstitusiya Məşrutə inqilabı dövrünü. Bu dönəmdə mətbuat həqiqətən ictimai-siyasi və ədəbi həyatın güzgüsü idi. Dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Gilani tərəfindən Rəştdə nəşr olunan «Nəsimi-Şimal» qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etisalınmülkün redaktorluğu ilə çıxan «Bahar» qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd» də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı.
Hələ XIX əsrin sonlarında Güney Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə nəşriyyə və mətbu nümunələri çap olunurdu. İranda ilk üsuli-cədid məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcılları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəblərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. Bu ənənə bu gün də davam edir. Güney azərbaycanlılarının təhsil aldıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mətbu orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu, mətbu orqanlarında çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Güney mətbuatı üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrində fars dilində məqalə və materiallar dərc etməklə, Azərbaycan xalqının milli varlığını, mədəniyyətini, zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər. Tək Güney Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunur. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur.
Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində yazırdı ki, Güney Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı…. Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi» Uzaqgörənliklə söylənilən fikir bu gün də qüvvədədir. Çağdaş dövrdə mərkəzi hökumətlə Güney Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur.
Güney azərbaycanlıların İranda öz doğma dilində təhsil almaq, yazıb-oxumaq, ciddi mütaliyə etmək, rəsmi yerlərdə danışmaq və s. imkanlara malik olmaması bu gün bir gerçəklikdir. Baxmayaraq ki, İİR-in 1979-cu ildə qəbul edilmiş qanununda yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində,mətbuatda işləməsinə,məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verilib.
İki əsrə yaxın vahid bir xalqın mənəvi ünsiyyətinə qoyulan qadağalar, şovinist çar və şahlıq rejimləri, sonralarsa bolşevik və klerikal rejimlər qədim, zəngin ədəbiyyata, tarixə malik bir millətin mənəviyyatına ağır zərbə olsa da, onun öz varlığını yaşatmaq əzmini sındıra bilməyib. Bu baxımdan o illərdə yaranmış ədəbiyyat, mətbuat xalqa əvəzsiz xidmət göstərib. Təsadüfi deyil ki,Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, ancaq hakim dövlət siyasəti milli tərəqqinin qarşısına sədd çəkib.
1906-11-ci il Məşrutə hərəkatı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il «21 Azər» hərəkatı (Azərbaycan Milli Hökumətinin yarandığı il), 1978-79-cu illər İrandakı inqilab təkcə 20-ci əsrdə Güney Azərbaycan türklərinin aparıcı qüvvə kimi iştirakı, əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.
Müəllif Azərbaycan oxucusuna ömrünü maarifçiliyə həsr etmiş Azərbaycan türk ziyalılarından Cabbar Təzkirəçi, Məhəmmədhəsən xan Müqəddəm Etimadülsəltənə, Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban (Əsgərzadə), Hacı Məhəmməd Naxçıvani, Hüseyn xan Ədalət,Hüseyn xan Təbibzadə (Kamal), Sadiq xan Fərahani Mirzə Məhəmmədəli Tərbiyət, Məhəmməd Şəbüstəri, Həsən xan Tağızadə, Şeyx Məhəmməd Xiyabani,Tağı Rüfət, Cəfər Xaməneyi, , habelə Məhəmmədəmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu,Mirzəağa Təbrizi, Seyid Cəfər Pişəvəri,Hüseyn Feyzullahi (Ulduz)Cavad Heyət, Həmid Nitqi, Hamid Iman və başqalarının adını hörmətlə çəkib, onların Azərbaycan türkləri üçün gördükləri işləri yada salıb. Bundan başqa, hazırda Güney Azərbaycanda və ondan xaricdə çıxan mətubat orqanları barədə də məlumat verilir.
1892-ci ildə Təbrizdə “Şəbnamə” adlı azərbaycan türkcəsində il¬lüs¬tra¬siyalı ilk satirik mətbu orqanının yaranması, (“Molla Nəs¬rəd¬din” jurnalının ilk sayının capından 14 il öncə)
görkəmli mütəfəkkir M.F .Axundovun bu vaxtacan əldə olunmayan ərəbcə yazılmış “Təlqinnamə” əsərindən sorag verib ondan bir saynda örnək qətirən “İrşad”qəzetinin Göney Azərbaycan oxucuları ucun hazırlanıb, farsca cap olynan xüsusi əlavəsi
uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən yasaq olunmuş «ikiyə bölünmüş Azərbaycan məsələsi» mövzusunu gündəmə gətirib bu acı həqiqəti ilk dəfə acıqlayan - ötən əsrin 40-cı illərində Təbrizdə cıxan “Vətən yolunda” qəzeti,
eləcə də1941-ci ildən etibarən hər iki tayda ikiyə bölünmüş xalqın faciəsini, əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq» mövzusunun.bünövrəsinin ilk dəfə «Vətən yolunda» qəzetinin səhifəlrində qoyulması və s.
Hələ XIX əsrin sonlarında Cənubi Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə nəşriyyə və mətbu nümunələri çap olunurdu. 1893-cü ildə Təbrizin «Müzəffəriyyə» mədrəsəsində «Nasiri» adlı qəzet nəşr olunurdu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru «Müzəffəriyyə» məktəbinin müdiri idi. İranda ilk üsuli-cədid məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcılları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəb¬lərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. 1907-ci ildə Təbrizdə işıq özü görən «Ümid» qəzeti Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən hazırlanmışdı. Beləliklə, 1889-cu ildə başlayaraq «Kamal» mədrəsəsində «Kamal», «Pərvəriş» məktəbində «Dəbistan», «Bəsirət» məktəbində «Üxviyyət» və «İttahad» adlı qəzetlər çap olunmağa başlamışdı. Bu ənənə bu gün də davam edir. Cənubi azərbaycanlılarının təhsil aldıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mütbu orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu mətbu orqanlarında çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Cənub mətbuatı üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrində fars dilində məqalə və materiallar dərc etməklə Azərbaycan xalqının milli varlığını, mədəniyyətini, zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər.
Bu qəzetlərin tez-tez qapanmasının səbəbləri əvvəl maddi vəsait və maddi texniki imkanların məhdudluğu ilə bağlıdırsa, digər tərəfdən öz səhifələrində milli-siyasi və milli-ictimai problemlərin kəskin şəkildə qoyulması, siyasi tələblərlə, şüarlarla çıxış etməsi, bir sözlə radikal milli-siyasi məzmun və xarakter kəsb etməsi ilə bağlı olur.
Lakin bu məsələlərdən bir qədər yan keçib bütün problemləri əsasən milli kültürəl formada şərh etməyə çalışan mətbu orqanları özlərini yaşada bilir. Çox hallarda primitiv və kortəbii xarakter daşımalarına, Azərbaycan ədəbi dil üslubuna riayət olunmamasına, fars təhsilinin və təfəkkür tərzinin təsiri altında olub fikirlərin çox halda dolaşıq şəkildə ifadə olunmasına baxmayaraq bu mətbu orqanları mütərəqqi və demokratik əhval-ruhiyyəli olmaları ilə seçilir. Göstərilən nöqsan və qüsurlar isə obyektiv səbəblərlə; Cənubi azərbaycanlıların İranda öz doğma dilində təhsil almaq, yazıb-oxumaq, ciddi mütaliyə etmək, rəsmi yerlərdə danışmaq və s. imkanlara malik olmaması ilə bağlıdır. Son nəticədə isə iki faktor özünü daim qabarıq göstərir: milli kimlik, milli kültür və dil problemi.
Tək Cənubi Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunur. Məsələn, «Kimlik» qəzeti Sənəndəc şəhərinin türkdilli tələbələri tərəfindən, «Çiçək» dərgisi, Tehranın Tibb Universiteti, «Səs» qəzeti isə Zəncan universiteti tərəfindən hazırlanaraq nəşr edilir.
Daşıdıqları adları kimi Sabaha, gələcəyə ümid hissləri ilə dolu olan və tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu mətbu orqanları bütün İran boyu səpələnib: Tehranda «Çiçək», «Dilşad», «Ərdəm», «İşıq», Təbrizdə «Səhər», «Bayquş», «Araz», «Yurd», İsfahanda «Məzun», «Səhənd», «Dan ulduzu», (Qəzvində) «Araz» və s. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur.
1945-ci ildə S.C.Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət zamanı Azərbaycan türkcəsində çıxan qəzetlər, jurnallar, kitablar, ana dilində açılan məktəb, universitet, yayımlanan radio verilişləri haqda da bu kitabda ətraflı məlumat əldə etmək mümkündür.
1945-ci ildə Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu. Muxtariyyət əldə etmiş Azərbaycanda bir çox sahələrdə, eləcə də təhsil, çap işi sahəsində islahatlar keçriildi. Azərbaycan dili rəsmi dil elan olundu. Ana dilində məktəblər açıldı, jurnal, kitab nəşr olundu, radio verilişləri yayımlandı… Lakin, təəssüf ki, bu cəmi bir il çəkdi
1978-79-cu illərdən sonra da Azərbaycan türkcəsində məktəb, mətbuat və s. bu sayaq məsələlər yenidən gündəmə gəldi. İslam Respublikasının mövcud Anayasasında həmin problemlər öz həllini qismən tapsa da, təəssüf ki, həmin maddələrə bu günədək əməl olunmur.
1978-1979-cu illər İran İnqilabından sonra. İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu.
1978-1979-cu illər İran inqilabından sonra Cənubi Azərbaycan ədəbi mühitində xüsusi bir canlanma başlandı. Anadilli mətbuat orqanlarının nəşri Tehranda və Təbrizdə müxtəlif ədəbi birliklərin fəaliyyətə başlaması ədəbi prosesin təşkilatlan¬masına, ədəbi qüvvələrin istiqamətlənməsinə, bədii əsərlərin oxuculara çatdırılmasına ciddi təsir göstərdi. İran İslam Respublikasının 1979-cu ilin dekabrında qəbul edilmiş qanunun 15-ci maddəsində yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində, mətbuatda işlənməsinə, məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verildi. Əsas qanunun 19-cu maddəsində isə ölkədə müxtəlif millətlərin, xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.
Qanunda nəzərdə tutulanlar hamısı dərhal reallaşmasa da, Azərbaycancan dili tədris sahəsinə heç cür yol tapa bilməsə də mədəni həyatda bir sıra nailiyyətlər nəzərə çarpırdı.
İnqilabın qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla Mişkini özü: «Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu farsdır» deyərək Azər¬baycan dilinin saflaşdırılmasını vacib sayırdı. Azər¬baycan türkcəsi radioda artıq sərbəst işlədilməyə başlayır.Lakin, təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən, inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehti¬yaclarına məlhəm olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mə¬dəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqan¬larının, «Varlıq» istisna olmaqla hamısı bağlandı.
Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırdı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı…. Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi» Uzaqgörənliklə söylənilən fikir bu gün də qüvvədədir. Çağdaş dövrdə mərkəzi hökumətlə Cənubi Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur.
Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbay¬can¬lılar bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır.

Qeyd ; bu material “Azərbaycan mətbuat antologiyası” kitabında dərc edilib.B.2011


Təsəvvüf orta əsrlər Müsəlman Şərqinin nəzəri görüşlərini və mənəvi-əxlaqi dəyərlərini özündə əks etdən mükəmməl dini-fəlsəfi sistemdir.Ədəbiyyatla sufizmin, yaxud təsəvvüf ədəbiyyatının əlaqəsi olubmu və ümumiyyətlə təsəvvüf ədəbiyyatını araşdıran alimlərimiz varmı bununla bağlı onların fikirləri,düşüncələri necədir? Bu suala cavab tapmaq üçün hələ postsovet dövründə “ziyanlı,dini ədəbiyyat və düşüncə” seriyasına daxil olan təsəvvüflə bağlı araşdırma və yazılarını gizli yolla Arazın tayına göndərib nəşr etdirən,Azərbaycan ən mötəbər universitetlərindən birinin professoru, əslən cənublu mərhum prof. Q.Beqdeli(Bəydili)ni yad etmək onun yazdıqlarını, fikirlərini bölüşmək istəyirəm. Q.Beqdeli haqlı olaraq belə hesab edirdi ki, Ədəbiyyatla sufizmin, yaxud təsəvvüf ədəbiyyatının əlaqəsini öyrənmək, təhlil etmək üçün ilk növbədə təsəvvüfün, irfanın özünü öyrənmək lazımdır.

Sonra da bəşəriyyətin ədəbi mirasının təsəvvüf və ürfanla necə əlaqədə olmasını, təsəvvüfün ədəbiyyata necə daxil olduğunu və bunların birinin digərinə necə tə’sir göstərdiyini təhlil etmək gərəkdir. Bunsuz antik, qədim dövrlər və orta əsrlər şifahi və yazılı ədəbiyyatın təsəvvüflə əlaqəsini və yaxud təsəvvüf ədəbiyyatını düzgün dərk edib müəyyənləşdirmək və bu barədə elmi, ciddi mülahizələr söyləmək çox çətin, bəlkə də imkansızdırQ.Beqdeli təsəvvüf ədəbiyyatını araşdırmaq üçün 5 istiqamətdə tədqiqat aparılmasını vacib hesab edib;
1. Təsəvvüf və ürfan nədir? Bu təriqət ta qədim zamanlardan Şərqdə və Qərbdə necə törəyib, meydana çıxıb, yayılıb inkişaf etmişdir. Onun zaman və məkan hüdudu.
2. Təsəvvüfün müxtəlif qolları, islam təsəvvüfünün təşəkkülü, onun kök və budaqları.
3. Şərqdə təsəvvüf ədəbiyyatı əsasında yaranmış mütəsəvvüf ədəbiyyat. Onun mütərəqqi, müsbət xüsusiyyətləri və mənfi cəhətləri.
4. Hürufiyyə və nöqtəvilər, onların uğursuz taleləri.
5. Hipizm tərkdünyalıq və bir növ müasir sufizm kimi.
Q.Beqdeliyə görə, “Təsəvvüf məzhəb yox, təriqətdir. Özü də müxtəlif qollara ayrılır. Təsəvvüfün əsas qolları ilahi məhəbbət və dünyəvi məhəbbət qollarıdır. Bu qollara silsilə deyilir. Hər silsilənin də özünün ocağı, xanəgahı, qütbü var. Bu təriqəti izləyənlərə salik, mürid, islamiyyətdə isə sufi deyirlər. Ümumiyyətlə, onları sufi adlandırırlar»
Q.Beqdelinin hələ ötən əsrin 80-ci illərində Tehranda çıxan «Varlığ»ın təxminən 15 sayında silsilə şəklində dərc olunmuş «Təsəvvüf və ədəbiyyat» problemi Q.Beqdelinin «Yaxın və Orta Şərq haqqında təsəvvüf» məfhumu, «Günəşə sitayiş», «Mani, məzdəkizm və təsəvvüf», «Yeni əflatunçuluq», «Vəhdəti-vücud fəlsəfəsi”, «Hürufizm cərəyanı», «Nöqtəvilik» və s. adlı olduqca mühüm elmi əhəmiyyət kəsb edən məqalələrində nəzərdən keçirilir.
Gənc yaşlarından fars və ərəb dillərini mükəmməl bilən Şəms Təbrizi müxtəlif məzhəb və təriqətlər, çeşidli inam və e’tiqadlar haqqında mütəfəkkir kimi düşünmüş, onlarda yaranan pərakəndəliklərin, parçalanmaların səbəbini araşdırmışdır.
Gəncliyindən şöhrəti hər yana yayılan Ş.Təbriziyə «Kamil Təbrizi» ləqəbini vermişlər. Ömür boyu səfərdə, səyahətlərdə olduğu üçün ona «Uçan quş» da demişlər. Təriqət başçıları onu «Seyfullah» adlandırıb haqqın kəsərli bir qılıncına bənzədirdilər. Cəlaləddin Rumi isə onu dövrün fəqihlərinin ən böyüyü bilirdi. Q.Beqdeli məqalələrinin birində Mövlana Cəlaləddin Ruminin ustadı Şəms Təbrizinin həyatı, əsərləri, fəlsəfəsi haqqında dolğun, elmi mə’lumat vermişdir.Onun yazdşğından öyrənirik ki, Şəms Təbrizi Mövlanə Cəlaləddin Ruminin sorağını еşidib Ruma üz tutur. Mövlana Cəlaləddinin xüsusi müridlərindən olan Sipəhsalar Firidun öz risaləsində yazır bu barəfə yazırdı;«Övliyaların sultanı, ariflərin tacı və onların qibləsi, dindarların iftixarı, müasirlərin kеçmişlərə üstünlüyünü sübut еdən, möminlər üçün Allah tərəfindən göndərilmişi, pеyğəmbərlərin varisi bizim mövlamız və ağamız, həqiqət, din və millətin günəşi ən yüksək kamal dərəcəsinə çatmış padşah, zövq və nitq sahibi, qеybi aləmə alim olan, Allah dərgahı məşuqlarının qibləsi əbədi astanənin ən yaxın şəxsiyyətlərindən olan… bu yüksək rütbəli cənab (Cəlaləddin Rumi) zamanınadək hеç kim onun əhvalından xəbərdar olmamışdır.Indi də hеç kim onda olan sirlərin mahiyyətini dərk еdə bilməyəcəkdir.O həmişə xalqın gözünə görünməkdən və şöhrətdən qaçır, tacir ziyində dolanardı.Hansı şəhərə gеdərsə, karvansarada qalardı… Şəms Mövlana Cəlaləddin Rumi ilə görüşmək üçün Osmanlı ölkəsinə gеtmiş, şəhər-şəhər onu axtarmış, nəhayət Konya şəhərinə çatmışdır. Mövlana Cəlaləddin Rumi Şəms Təbrizi ilə görüşdükdən və onun təlqinlərinə tutulduqdan sonra əhvalı o qədər dəyişmişdir ki, Şəmsin adını özünə təxəlüs еdib, bütün qəzəllərini onun adına qoşmuşdur. Şəms Təbrizi Mövlananın təriqət dərəcəsini yoxlayandan sonra dеmişdi: «Sənin «Əli», «Əli» dеməyinə hələ çox var, sən «Şəms», «Şəms» söyləməlisən». Mövlanə Cəlaləddin Rumi Şəms adını özünə ünvan sеçmişdi. Şəms Təbrizini isə «Şеyxlər şеyxi, müdriklər müdriyi, tanrının yеrdəki işığı» adlandırdı.

.Şəms Təbrizi Cəlaləddin Ruminin mürşidi olmuşdur. Ruminin sözləri ilə desək, Ş.Təbrizi onun «tanrısı» olmuşdur. Mövlanə Cəlaləddin Rumi 21 divandan ibarət olan «Divani-kəbir» yaratmışdı Ona görə də, C.Rumi Şəms Təbrizini minnətdarlıqla anaraq 84500 misradan ibarət olan irihəcmli külliyyatına «Külliyyati Şəms Təbrizi» adını vermiş, misli, nəzəri olmayan, məşhur «Məsnəvi»sində də onun ilhamı və mə’nəvi tə’sirindən kamala yetişdiyini vurğulamışdır.. Bu da onun dostuna sonsuz hörmətdən, izzətdən irəli gəlirdi. Bildirdik ki, Mövlanə Cəlaləddin Ruminin dünyagörüşünə Şəms Təbrizinin təsiri güclüdür. Rumi əxlaqi-еtik məsələləri aydınlaşdırarkən qaynağı ilkin növbədə Təbrizi olurdu
Ustadına məftunluğu Rumini ilahi məhəbbət ifadə edən dərin mə’nalı qəsidə və qəzəllər, rübai və tərkibbəndlər, məsnəvilər yazmağa sövq etmişdir.
Təəssüf ki, Şəms Təbrizinin əsərlərinin çoxu itib batmışdır. Onun «Məqaləti-Şəms Təbrizi» adlanan ədəbi mirası bu böyük şəxsiyyətdən qalan yeganə yadigardır. Bu da Şəms Təbrizinin söylədiyi nitqlər, suallara verdiyi cavablar və izahlar əsasında müridləri tərəfindən tərtib edilmişdir.
Müəllifin söylədiyi kimi, əsərin mündəricəsi dini, əxlaqi və irfani məsələləri əhatə edir. Yaxşılıqlara meyl, pisliklərə e’tiraz əsas me’yar kimi götürülmüşdür. Q.Beqdeli yazır ki, bu əsər özünə qədər meydana çıxan təsəvvüf əsərlərinin ən gözəlidir. Çünki «təsəvvüfün əsas müddəalarından olan insanpərvərlik, insan bərabərliyi, təvazökarlıq, qənaət, izzət, nəfs və ilahi məhəbbət Şəms Təbrizinin əsərinin əsasını və məğzini təşkil edir. Bu əsərdə vəhdəti-vücud, tövhid və ilahiyyat mövzusu aparıcıdır. ...İdrak ilahi şüurun cilvəgahı kimi tərənnüm edilir»
Q.Beqdeli XIII əsrin sonu, XIV əsrin birinci yarısında Azərbaycan şe’rinin inkişafında mühüm rol oynamış mütəfəkkir şair Əvhədi Marağalıya həsr olunmuş «Əvhəddin Əvhədi Marağayi» adlı məqaləsində də təsəvvüf problemlərinə toxunur»
Əvhədi Marağalının həyat və yaracılığından geniş söhbət açan, onu Nizami ədəbi məktəbinin tanınmış nümayəndələrindən biri kimi təqdim edən Q.Beqdeli şairin təsəvvüflə bağlı görüşlərini xüsusi olaraq diqqət mərkəzinə çəkir. O hələ Bakıda yaşadığı zaman Ə.Marağalı haqqında xüsusi monoqrafiya yazmış, X.Yusifovla birlikdə onun «Cami-cəm» əsərini hazırlayıb nəşr etdirmişdir Sözü gedən məqalədə isə Q.Beqdeli Əvhədi Marağalını təriqət ədəbiyyatının qüdrətli nümayəndəsi kimi təqdim edir, dövrün ədəbi cərəyanlarından bəhs edərək yazır ki, Seyid Zülfüqar Şirvani, Arif Ərdəbili kimi şairlər qəsidəçiliyi davam etdirsələr də, dövrün yeni və zəruri cərəyanı təriqət ədəbiyyatı idi. Öz məfkurə istiqaməti ilə bu ədəbiyyat saray şe’rinə, məddahlığa qarşı çıxırdı.
Q.Beqdeli Əvhədi Marağalının Sənai və Nizaminin güclü tə’siri altında olduğunu belə açıqlayır: «Sənainin tə’siri Əvhədi yaradıcılığına təriqət ən’ənələrini, mütərəqqi sufizm məfkurəsini, Nizaminin tə’siri isə ictimai düşüncə, zülmə, ədalətsizliklərə qarşı e’tiraz, elmə, əməyə və əmək adamlarına məhəbbət və hörmət gətirmişdir. Odur ki, insan və insanpərvərlik Əvhədi yaradıcılığının aparıcı xətti və əsas axarı olmuşdur»
Ümumiyyətlə, təriqət ədəbiyyatı, təsəvvüf və ədəbiyyat problemi Q.Beqdelinin yaradıcılığının əsas istiqamətlərindən olmuşdur. Bunu Q.Beqdelinin 30 il bundan öncə «Varlıq»da dərc etdirdiyi «Təsəvvüf və ədəbiyyat» sərlövhəli silsilə yazılarından daha aydın görmək olar





Semiramis Pekkan. O görünüşü və səsiylə ünlu türk sənətçisi Ajda Pekkana çox bənzəyir, onları bəzən qarışıq salırdılar. Onların həyat yolları da oxşar olub. Hər ikisi sənət aləminə erkən başlayıb, kino və teatr sənətində özlərini sınayıblar. Sonralar musiqi həyatına qatılıblar. Artıq Türk estradasının idoluna çevrilən və bu il Türkiyədə “ minilliyin fenomeni” adına layiq görülən Ajda Pekkanı təqdim etməyə yəqin ki, ehtiyac yoxdur. Amma onunla qoşa addımlayan və 60 -cı illərdən başlayaraq Ankara Sənət Teatrında sərgilənən bir çox tamaşalarda rol alan, filmlərə çəkilən, nəhayət “Bu nə forma həyat” və “Olamaz bu iş olamaz” mahnılarıyla səsini bütün ölkəyə eşitdirən, iki “Qızıl Valla” mükafatlandırılan (Türkiyədə ilk dəfə “Qızıl Val” ödülünü almaq məhz Semiramis Pekkana nəsib olub) təkcə elə” Bana yalan söylediler” şarkısı ilə bu gün belə ürəkləri fəth edərək unudulmayan Semiramis ailə həyatı qurduqdan sonra İngiltərədə yerləşdi.


Türklərin təbirincə desək, “hatif alaturka” uslublu şarkılar söyləyən səsi və görkəmi ilə Ajda Pekkanı xatırladan Semiramis yaddaşlarda daha çox “Kimsəsiz adam” filmində oxu­­­- duğu “Bana yalan söyledilər” şarkısı ilə qalıb. İspan Jose Felicianonun “Gipsy” mahnısının Türkcə versiyası - Əsin Ənginin oranjimanlığı və “ən sadə görünən eşq mahnısına belə bir həyat dərsi sıxışdırmağı bacaran şair” Fikrət Şeneşin qatıldığı “Bana yalan söylediler” Semiramisin duyğulu səsində cox düşündürücüdür. “Bir aleme indim yalnız. Yerde toprak, gökte yildız. Bir yan susuz bir yan deniz. İki el, bir baş verdiler. Bir çift göz ağlar da güler. Dört bir yanda benim gibiler. Doğru söz içinmiş diller. İşte kalbin sev dediler. Bana yalan söylediler. Kaderden bahs etmediler…
Semiramisin həyatı da şarkıda oxuduğu kimi oldu.
Ünlü sənət adamı Ərcümənt Qaraca ilə evləndilər. Çox xoşbəxt idilər. Amma bu uzun çəkmədi. Oğlu Əmiri 5 yaşındaykən itirdi. Uzun müddət sevimli yavrusunun itkisi ilə barışa bilmədi, sarsıntı içində yaşadı, üzüntü keçirdi. Sonralar hind əslli İngilis işadamı Gulu Lalvani ilə evlənib ikinci oğulu Zoranı həyata gətirdi. Bu vaxt bəlkə özü belə yeddi illik musiqi və kino həyatını unutdu
Səhnə aləmindən ayrı düşən Semiramis, incəsənət və biznes sahəsində çalismağa başladı .Və səhnədə olduğu kimi bu sahədə də getdikcə uğurlar qazana bildi. Semiramis musiqi və sinemada səsi,çəkiciliyi və istedadı ilə yanaşı yüksək zövqü,modern və orijinal geyim tərzi ilə həmişə seçilirdi. İngiltərədə yaşadığı illərdə özünün söylədiyinə görə yüksək zövqü, “Versaçi”,”Fever”,”Kristian Qutçi” kimi aparıcı geyim firmalarının ilk maqazin şəbəkəsini açır, avordlar alır.Beləcə Şərq-qərb mədəniyyətini özündə daşıyan və birləşdirən bu incə zövqlü, zərif türk qadını Londonda ilk elit butikləri yaradır. Az qala həftədə üç dəfə Londonu tərk edib,dünyanın ən tanınmış modelyerlərinin geyim üslubunu yaşadığı ölkəyə gətirib yayır. Sonralar ona baxıb çoxları o cür butiklər açdı. Uşağı xəsətələnəndən sonra bu işə bir il ara verdi.İkinci övladı olanda isə tamamilə boşladı.Ondan sonra ev-interyer dizaynı ilə məşğul olmağa başlayır.Uzun illər bu sahədə çalışıb bilgilərini artırır. Kristian Qutçi ilə bir yerdə ”Meyzon Franse”də(Fransız evi) işləyiblər.Semiramis Pekkan artıq bu sahədə professionallığı ilə seçilir.Dumanlı Albinosun ünlu sənət və iş adamları interyer dizaynlarını əminliklə ona etibar edirlər.Bu siyahıda İngiltərə kraliçaqsının yaxınları, ünlü aktrisa Anastasiya Kinqskaya və digərləri var.Londonda”Homen qarden”,”Arhitektural daycest”kimi dizayn qurumları ilə əməkdaşlıq edir. Los Anjelosda Kelif Alatonla çalışıb.4 ildən artıq Honq-Konqda yaşayıb yaradıb. Amerikanin “Dabl yu” jurnalının 19 89-cı ildə çıxan sayında adı”Dünyanın 100 məşhur qadınları sıyahısında 4-cü sırada cəkildi.
May ayında Bakıda səfərdə olan Semiramis Pekkanla görüşüb bir yerde olduq. Çox xoş anlar yaşatdı bizə. Onun “Ulu Çinar” jurnalı üçün verdiyi müsahibəni oxucularımıza təqdim edirik.

Sayın Semiramis xanım, lütfən özünüzlə bağlı oxuculara qısaca məlumat verərdiniz.

Maddiyyatdan cox mənəviyyata önəm verən və yaşadığım olayların cavablarını öz içində axtaran, başqasının düşüncəsi və qanunlarla savasmaği deyil, qəbulla yaşamaği seçən bir insanam.

Görünüşünüzlə və səsinizlə bacınız Ajdaya çox bənzəyirsiniz. Sizi çoxmu qarışdırırlar?

Elədir, bacım Ajda xanımla bizi bir-birimizə çox bənzədirlər və çox zaman da qarışdırırlar.
Azərbaycana daha əvvəl gəldinizmi?
Bu Azərbaycana ilk səfərim, onu ilk ziyarətimdir və bu məni cox həyəcanlandırdı.
Bizim musiqimizi dinlədinizmi?
Azəri musiqisini daha öncə çox dinlədim. Azəri musiqisi duyğuludu, onu özümə cox yaxın bilir, ondan çox zövq alıram
Azərbaycanda sizi ən çox nələr cəlb etdi?
Azərbaycanda xalqıma yaxın olan bir toplumun olmasi məni cox təsirləndirir. Dil və eyni kulturu paylşmaq, məni Azəri xalqına daha da yaxın hiss etdirir.
İnsanlarda hansı zövqləri daha çox bəyənirsiniz?
Mən hər kəsin özü kimi olmasını seçərəm. Doğrusu, hər kəsin öz zövqü ilə yaşamasını təqdir edərəm.
Xoşbəxtlik nədir?
Xoşbəxtlik mənim icin insanların özün fərqində olub, özünü hər halıyla qəbul edib sevə bilməsidir.
Hyatınızdakı 3 xoşbəxt gün.
Mən onsuz da hər anımı xoşbəxt yasamayi secən və bu mutlulugu daim kılmak ücün də yasadığım hər andan bir sey anlayıb qəbul edən bir insanam. Bu gün mənim 3 xoşbəxtlik anı tərifim cox kısıtlayıcı olacaqdır.
Hansı xarakterdəki insanlardan nifrət edərsiniz?
Həyat içərisində qırıldığım insanlar ola bilər, amma nifrət mənim icin tanimadigim bir duyğudur.
Ən sevdiyiniz məşğuliyyət?
Estetik və gözəl olan hər seyi yaratmaq mənim için böyük bir zövqdür və məni cok həyəcanlandırar.
Hansı növ kitabları oxumağı sevərsiz? Sevdiyiniz yazar varmı?
Mən hər dürlü kitabı oxumağı sevərəm. Anda ki, secimlerim mənim hansı kitabı oxuyacağımı mənə göstərir.
Daha çox hansı ədəbi və kino qəhrəmanlarını sevərsiniz?
Həyatimin hər donəmində yazarlar haqqındakı, secimlerim dəyişmişdir və mənim icin ən doğru və ən sevdigim yazar onlar olmuştur. O üzdən bir siyahı etmək mənə dogru gəlmir. Məsələn, bu son zamanlarda bir arkadaşımın yazdığı kitabı oxuyuram və mənim icin şu anda ən sevdigim yazar o. Rolunu yaxşı oynayan və seyrettigim oyun da ki, o rolu gercəkmiş kimi mənə hiss etdirən hər oyunçunu təqdir edərəm.
Azərbaycan yazarlarından kimlərisə oxudunuzmu?


Sevinc xanım (Sevinc Bağırova nəzərdə tutulur) mənə Elxan Zalın şeir kitabını verdi. Bu şeirlər çox xoşuma gəldi. Başqalarını heç oxumadım.
Ən çox bəyəndiyiniz yeməklər ?
Turk mutfagindan (mətbəxindən) sonra mənə ən uyğun damaq dadı Uzakdogu (Uzaq Şərq) mutfagidir.
Xoşlandığınız çiçəklər?
Hər cicək gözəldir amma, dogadaki çirk cickleri favoritimdir.
Ən çox hansı şüarı bəyənirsiniz?
Hər insanin özünə xas, özünü ifadə edən bir şüarı şübhəsiz vardır. Mənim ən cok bəyəndiyim şüar “Be yourself” yəni “özün ol “şüarıdır.
Uzun illər keçməsinə baxmayaraq sizi heç unutmayan, pərəstişkarlarınıza nə söyləmək istəyərsiniz? Onlara gələcəklə əlaqədar nə kimi müjdə verə bilərsiniz
Uzun zaman məni unutmayan pərəstişkarlarımın, mənim də onları könlümdə dasıdığımı bilmələrini istəyirəm. Cünku mənə göstərdikləri sevgi və sayqını hər bir vaxt ürəyimdə hiss etdim və daim də hiss edəcəyəm.
Uzun illərdən bəri Londonda yaşayırsınız, orada türklərə necə bir yanaşma var?
Londonda yasadigim 35 il içərisində hec bir ayrıcalık hiss etmədim, əksinə basarılı bir Turk kadini olaraq həm özüm, həm də Turk xalqı adına çox önəmli təqdirlər aldım. Bu da məni bir Turk qadını olaraq cok qürurlandırdı.