15 апр. 2014 г.



Elimin, xalqımın min nisgili var,
İllərlə tapdanmış zəngin dili var”.


Səhənd


Güney Azərbaycanda xalqın dili, ədəbi və mənəvi dəyərləri son 90 il ilin içində daim gərginlikdə qalıb basqılı bir həyat yaşadığından yaranan ədəbiyyat daha çox dirəniş, oyanış, ayrılıq, həsrət, özünütəsdiq kimi məzmunlar daşıyıb.
Zaman-zaman baş qaldırmış olan milli oyanış Güney Azərbaycanda hər şeydən əvvəl milli dildə yazılmış olan ədəbiyyatda özünü göstərib. Tarixə nəzər salsaq görərik ki, Məşrutə və Xiyabani hərəkatlarının davamı olan və 1945-1946-ci illərdə qurulan Azərbaycan Milli Demokrat Hökumətiylə yeni dəyərlər qazanan xalqın milli tərəqqisi hər zaman ədəbiyyatda öz təsirini qoyub və onunla bir sırada olub.
Güneylilər poeziyanın, şeirin vurğunu, xiridarı olmasaydılar, dillərini qoruya bilməyəcəkdilər. Ana dili, yurd sevgisi mövzusu dünya ədəbiyyatında əzəli motivlərdən olub. Güney Azərbaycanda bu yeni məna çalarında da işlənir. Təbii bir sual meydana çıxır: nədən? ”Elinin dərdini farsca söyləyən” ölməz Şəhriyar ötən əsrin 50-ci illərində ana dilində yazdığı əsərləri ilə uzun illər yasaqlanmış Azərbaycan türkcəsinə sanki yenidən can verib yaşatdı. Səməd Behrəngi nazirlikdə ona təklif olunan yüksək maaşlı məmur vəzifəsindən imtina edib, el-el, kəndbəkənd düşüb Azərbaycan nağıllarını topladı onu bədii şəklə saldı (eynən ingilislərdə olduğu kimi). Ömrünün sonlarını mühacirətdə – Fransada başa vurmaq məcburiyyətində qalan Qulamhüseyn Saedinin səssiz pantomim əsərləri yazmağının səbəbi mövcud rejimin soydaşlarının ana dilinə qoyduğu yasağa qarşı etirazla bağlı idi. Hal-hazırda Kanadada yaşayan dünya şöhrətli yazar, “İranda ədəbi tənqidin babası” sayılan təbrizli Rza Bərahəni çox zaman ingilis və farsca yazdığı əsərlərindəki qəhrəmanlarının adını, oradakı şeir parçalarını, zor durumlarında yaşadığı hissləri, acılı-şirinli yuxularda gördüklərini Azərbaycan türkcəsində qələmə alır. Ana dilinin tərənnümü, bu dildə yazmaq tək dərin ülvi sevginin deyil, Güney Azərbaycanda həm də özünüqoruma instinktidir. Kimliyini, ana dilini yasaqlayan, onu aşağılayan qüvvələrə rejimə, dirəniş simvoludur.
Güneydə 1960-1980-cı illər arası ədəbi meydan heç də boş qalmadı. 1960-cı illərdə milli azlıqların tarixinə, dilinə, ədəbiyyatına, folklor və etnografyasına aid bəzi əsərlərin nəşrinə imkan yaranmışdı. Belə ki, Azərbaycanın ayrı-ayrı şəhərlərinin etnografyası haqqında monoqrafiya və məqalələr də yayımlanırdı. Azərbaycan türk folkloruna aid kitabçalar nəşr edilirdi.
Bu illərdə Təbriz, Ərdəbil və Urmiya şəhərlərində farsca yeddi jurnal, bir ədəd də gündəlik (“Azərbaycan”) qəzeti vardı. Şah rejimi milli şüurun artmasında ədəbiyyatın böyük rolunu diqqətə alaraq, türkcə ədəbi əsərlərin nəşrinə icazə vermirdi, milli ziyalılar da farsca yazmaq məcburiyyətində qalmışdılar. Lakin istisnalar da olmuşdu. (Məs. Səhəndin, Sahirin, Savalanın, Fərzanənin kitabları) Azərbaycan ədəbiyyatının böyük çətinliklərlə çap olunmuş ( gizli olduğundan çox zaman ili və nəşr yeri göstərilmirdi – P. M. ) anadilli əsərlərinin sayı çox az olmuşdur. Ziyalılar bəzən də senzuradan yayınmaq üçün bədii əsərlərə xüsusi forma verir, onu folklor, uşaq ədəbiyyatı nümunəsi kimi çap edirdilər.
60-cı illərdəki nəsil əvvəlki nəsillərin yaradıcılığının məruz qaldığı cox sınaqlardan xəbərdar oldu, nəticə çıxardı. Pişəvərinin birillik demokratik hökumətinin xoşbəxt günləri uşaqlıq və gənclik dövrünə düşənlərin artıq yaşı 20-30-dan çox idi. Ədəbiyyata öncəkilərdən fərqli düşünən nəsil gəldi; Səməd Behrəngi, Qulamrza Saidi (Gövhər Murad), Əliza Nabdil (Oxtay), Mərziyə Üskiyi (Dalğa) və başqaları.
Səməd Behrəngi bu yeni milli ruhlu gənclərdən biriydi. Ədəbiyyata şair kimi qədəm qoymuşdu. Lakin o dostu Behruz Dehqani ilə birgə xalq içindən topladığı nağıllarla, yazdığı hekayələrlə yadda qaldı. Zəngin ənənəsi olmayan bir ölkədə gənc yazarın nəsrə üstünlük verməsi təsadüfi deyildi. O böyüməkdə olan nəsli yaşlılara rəğmən daha mübariz, haqsızlığa, ədalətsizliyə barışmaz ruhda görməyi arzu edirdi. Ona görə də bütün diqqətini gənc nəslə yönəltmişdi. O xalqdan topladığı nağılları özəl şəklə saldı. (Avropada olduğu kimi) Onlara bədiilik gətirdi, rəngarənglik qatdı, yeni ruh verdi. Səmədin ‘’Balaca qara balıq’’ adlı hekayəsini ölümündən sonra bütün dünya uşaqları öz dillərində oxuya bildi. Çünki onun əsərləri ən yüksək beynəlxalq ödülə layiq görülmüş və bir çox dillərə çevrilmişdi. Səməd Behrəngi milli siyasi hərəkatda fəal iştirak edən məsləkdaşı və qələmdaşı, şeirlərini „Dalğa“ təxəllüsü ilə yazan Mərziyə Üskuyi ilə birlikdə İranda uşaq ədəbiyyatının ilk təməlini qoydular.
O illərdə Güney Azərbaycandan olub İrana dünya miqyasında şöhrət qazandıran bir yazıçı Qulamhüseyn Saidi idi. Ssenarisinin müəllifi olduğu filmlər beynəlxalq aləmə səs salmış, İran sinemasının qızıl fonduna daxil olmuşdu. (Bu gün İran filmlərinin Avropada yüksək ödüllər alması da onun açdığı çığırla, yaratdığı məktəblə birbaşa bağlıdır. P. M. ) Onun ‘’Bəyəl əliçomaqlıları’’ əsərində Azərbaycan kəndlərinin birində baş verən bir olay qələmə alınıb. Qulamhüseyn Saidi yaratdığı əsərlərlə həm də İranda mistik (sehrli) realizmin əsasını qoyub.
Əlirza Nabdil (Oxtay ) çox gənc olmasına baxmayaraq, Güney şeirində həm forma, həm məzmunca yeniləşmə, modernləşmə apardı.
Şarl Bodler Fransada, Cəlal Sahirisə Türkiyədə yeni çağdaş şeirin yaradıcıları olub. Həbib Sahir bu iki şairin yaradıcılığı ilə yaxından tanış olur, onların ədəbiyyata gətirdikləri yeniliklərdən bəhrələnir. Bu təsir o qədər güclü olur ki, birincinin əsərlərini farscaya çevirir, ikincinin adını özünə təxəllüs götürür.
Sahir və Səhənd şeirə yenilik gətirdilər. Sahir formada, Səhənd isə yeni çağdaş məzmunlu şeirləri ilə. Sahirin şeirləri romantizmi, Səhəndinki isə siyasi motivlərləri ilə seçilirdi. Əlirza Nabdilə gəlincə, o, klassik şeir ənənələrindən tamamilə uzaqlaşıb, poeziyaya yeni düşüncə tərzi, məzmun və sərbəst struktur, forma gətirdi. Bugünkü dillə desək, Güneydə şeiri modernləşdirdi.
Xatırlamaq yerinə düşər ki, ötən əsrin iyirminci illərində çağdaş türk ədəbiyyatının İranda davamçısı olan Tağı Rifət poeziyanı həm forma, həm də məzmun cəhətdən yeniləşdirmişdi. Və İranda yeni şeirin təməli “Təcəddüd” qəzetinin ətrafına toplaşan Tağı Rifətlə yanaşı Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdu. Bu Azərbaycan türkləri təhsil aldıqları Avropa ölkələrindəki yeni ədəbi cərəyanları İrana gətirib ədəbi inqilab yaratmışdılar. Bununla ədəbiyyatın həm forma, həm də məzmununda təcəddüd yaranmış, sərbəst şeirin əsası qoyulmuşdur. Ötən əsrin ortalarınadək İranda “şere-nou”nun (yeni şeirin) banisi Nima Yuşic sayılırdı. Sonralar, Səid Nəfisi və və digər onun kimi nüfuzlu tənqidçilərin ciddi araşdırmalarından sonra, Nima Yuşicdən hələ 15-17 il öncə bu işi Tağı Rifətin başladığı fikri ortaya qoyuldu. (bu günə qədər də polemika və dartışmaya səbəb oldu-P. M. )
Qədəm qoyduğumuz əsrin əvvəlindən ədəbi meydana çıxan gənc şairlər isə daha çox özlərindən öncəki nəsillərdən fərqli, Qərb təmayüllü, avanqard şeir yazmağa meylləniblər.
Qeyd etdiyim kimi, bu gün Güney Azərbaycanda “dirəniş ədəbiyyatı” ön plandadır. Əsərlərin əsas motivi vətəndir. Bundan sonra kimlik axtarışı, azadlıq eləcə də narazılıqlardan doğan daxili üsyan hissi kimi mövzular yer alır.
İran təsiri altında olan Güney Azərbaycanda yeni ədəbi nəsil çətinliklə də olsa formalaşıb artıq, özəlliklə son on ildə, internetin də yayğınlaşmağa başlamasından sonra, gənclər arasından ədəbi yaradıcılığa meyl göstərən və sözün əsl mənasında gözəl əsərlər yaradan yazarlar yetişib. Çox sayda ədəbiyyat portalları və bloqlar yayınlanmaqdadır. Avropada və Amerikada yaşayan və çox dəyərli əsərlər yaradan yazarlar vardır.
Gənc şair və tənqidçi Məlihə Əzizpurun təbirincə desək, bu gün Güneydə qlobal düşünüb, milli dildə yaratmaq çox önəmlidir. Ana dilli yeni ədəbiyyat dalğasının alt yapısı hazırlanmaqdadır. Bu işi gücləndirmək üçünsə tərcüməyə diqqət yetirmək və dünya ədəbiyyatını mənimsəmək lazımdır. Bir sözlə çağdaş fikir və düşüncələrə yiyələnmək və dünya bədii-estetik sənətinin qazandığı uğurlardan faydalanmaq bu çətin yolda yardımçı olacaq.
Bu gün ədəbi mühitdə hər iki tayda bütün çağlara məxsus “atalar və övladlar” problemi yaşanır. Yəni yeni ədəbi nəsillə yaşlı nəslin dartışması. Bu təbiidir, əvvəlki nəsil nostalgi hisslərlə yaşayıb yaradır, qapanır, gənclər isə ədəbi klişe və şablonları sındırmaq iddisında bulunub, əvvəlkiləri inkar edirlər. Sonuncular özlərini postmodernist cərəyanının nümayəndəsi adlandırır.
Həmid Nitqini, heç şübhəsiz, Güneydə modern şeirin babası saymaq olar. Çünki modern ədəbiyyatı yaratmaq üçün modern bir dil olmalıdır. Doktor Həmid Nitqi bunu əməlində, şeirlərində göstərdi;
Demə,
Demə
Güllərin
Hamısı bir.
Hər rəngin
Dəyişik bir ətri var.

Arzunun dörd yönündən əsən
Hər yel, hər külək
Başqa bir dil danışar. . .
Ədəbi prosesin hazırkı durumuna və bu durumun əsas cəhətlərinə nəzər salsaq, belə bir mənzərə ilə qarşılaşmalı olarıq;
Ədəbiyyatın əsas vəzifəsi ana dilində yazma və onu işlək ədəbi dilə çevirməkdir. Lakin Güneydə bunu əngəlləyən səbəblər az deyil. Uzun müddət ana dilə yasaq qoyulduğundan bu dildə yazma–oxuma adət-ənənəsi zəifləyib.
Fransada yaşayan tanınmış şair Süleymanoğlunun belə bir fikri var: “Dil varlığın evidirsə, Güneydə Azərbaycanlılar uçurulmuş bir evdə yaşamaq zorunda qalıblar”. O, çıxış yolunu bu ev-varlığı yenidən tikməkdə görür. Bunu da şair və yazarların görəvi olduğunu söyləyir. Səhənd hələ 33 il bundan öncə şeirlərindən birində üzünü xalqa tutub Azərbaycan türkcəsinin ədəbi dil şəklində işlənməsini, elmiləşməsini tövsiyə edirdi:
Elimin, xalqımın min nisgili var,
“Yaxşı həyat”adlı bir sevgili var.
İllərlə tapdanmış zəngin dili var,
Sevgiyə çatması dilə bağlıdır.
Ana dildə yazaq öz xalqımıza
Milyonluq kütlələr göz dikib bizə.
Cəhalət dağları çökəcək dizə
Ancaq güclü axan selə bağlıdır. . .
Bu gün Güneydə bir ədəbi dil problemi var. Hərə bir ləhcədə, şivədə yazır. Bəzən, kim hansı ləhcədə danışırsa, elə də onu kağıza köçürür. Danışıqda ləhcələrin çox olması təbii haldır. Rəsmi yazıda isə vahid qəbul olunmuş dil işlənməlidi. Güneydə son illərdəki yazılar, Anadolu və ya İstanbul türkcəsi, Quzey Azərbaycan türkcəsi və ortaq türkcədə olur (mərhum dilçi professor Həmid Nitqi də 32 il öncə ortaq türkcəni təklif etmiş və doktor Cavad Heyətlə birgə “Varlıq”dərgisi timsalında buna nail olub göstərmişdi. –P. M.). Son illər gənc yazarlar arasında birinci hal daha çox yayılıb.
Ədəbiyyatın irəliləməsində, daha mükəmməl əsərlərin ortaya çıxmasında, tənqidin rolu əvəzsizdir. Tənqidi fikir az olduqda əsərlər də zəif olur. Özəlliklə gənc yazıçıların tənqidçi sözünə ehtiyacı var. Professional ədəbiyyatın yaranmaması tək dil problemi ilə deyil, həm də tənqidçilərin olmaması üzündəndir.
Çağdaş modern şeirə körpü salanların önündə gedənlərdən biri Səhər xanım Rəiszadədir. Nasir Mərqatı, Hadı Qaraçay, Kiyan Xiyav, Həmid Şahəngi, Lalə Cavanşir, Saleh Ətayi, Rza Qəfari və adını çəkə bilmədiyim digərləri bu yolda yeni cığırla irəliləyiblər. Müşahidələr göstərir ki, klassik ifadə tərzi ilə çağdaş ifadə tərzi bir çox hallarda eyni bir şairin yaradıcılığında mövcud olur. Bu isə o deməkdir ki, inqilabi hərəkat dövründə özünü yenidən tapan xalq ədəbi-bədii dil mövcudluğunun bütün formalarından maksimum istifadə etməyə çalışır, köhnə formanın yeni imkanlarını üzə çıxarır. Bugünkü gənc nəsil güldən-bülbüldən uzaqlaşıb, həsrət, ayrılıq, göz yaşı mövzularının vaxtının keçmiş olduğunu anlayıb. Urbanistik mövzular, postmodern estetik təmayül onların əsərlərində aparıcı yer tutur. Bir sözlə, Güneydə ədəbiyyat bütün gücü ilə inkişafdadır.
Əski nəsillər türkcə düşünüb farsca yazırlardısa, sonrakı nəsilsə, əksinə farsca düşünüb türkcə yazırdı. Bu xalqın faciəsi idi, taleyin qara hökmü idi ki, ondan qaçmaq mümkün deyildi. Güneydə hər dövrün ziyalılarının öz görəvi, öz funksiyası olub. 1978-1979-cu illər İran İnqilabının yedəyində gələn ziyalılar(başda Cavad Heyət, Həmid Nitqi, Məmmədəli Fərzanə, Məmmədtağı Zehtabı olmaqla) xalqa ana dilində danışmağı, yazmağı öyrətdilər. ”Varlıq” jurnalı bu yöndə bir məktəb oldu. Bu məktəbin istedadlı tələbələri də az olmadı. Onlar öncəki nəsildən çox şeylər öyrəndilər, amma onlara bənzəmədilər. Bu da təbiidir. Yeni nəslin dünya ədəbiyatından çevirmələri ana dilinin dərindən mənimsənilməsinə, yeni ədəbi axınların izlənilməsinə, çeşidli düşüncə və ideyaların yaranmasına xidmət edir. Azərbaycan tarix boyu İranda aparıcı ideyaların ötürücüsü olub. Bu gün də ötən əsrlərdə olduğu kimi bu missiya davam edir. Səid Muğanlı, Nigar Xiyavi, Cəfər Huşəngi, Nasir Mənzuri, Məlihə Əzizpur, Rüqəyyə Kəbiri, Nadir Əzhəri, İsmayıl Ülkər, Baraz, Elyad Musəvi, Məsud İslamı, Baraz, Duman Ərdəm, Aydın Araz, Səkinə Purhəsən, Ramin Cahangirzadə, Fərzad Leysi, Rza Ehsani, Elşən Böyükvənd, İsa Zeyni, Rüqəyyə Səfəri, Ilqar Müəzzinzadə, Zaman Paşazadə, Həsən Səfəri, Elvar Qulivənd, Sayman Aruz, Ülkər Ucqar, Türkan Urmulu, Xosrov Barışan, Murtuza Səlmani, Bəhmən Ərk, Saleh Səccadi, Muğanoğlu, Məhəmməd Azərşin, Vəhid Tələt, Solmaz Məhəmməd Rzai, Qadir Cəfəri, Ayman Quluzadə, Behruz Sədiq, Bəxtiyar Muğanoğlu, Rəsul Yunan, Əli Əbbası, Həmid Arğış, Məhəmməd Sübhdel, Rza Kazimi, Atila İskəndani, Hamid Əhmədi, Mahmud Məhdəvi, Valeh Şiri, başqa ölkələrdə yaşayan yazarlardan Süleymanoğlu, Vali Gözeten, Əziz Səlami, Əlirza Miyanalı, Məmmədrza Ləvayi, Türkan Urmulu, Güntay Gəncalp, Ziba Kərbasi, fərqli cərəyanlara məxsus olsalar da, Güney ədəbiyyatının yeni simalarıdır. Yeni ədəbi nəsil bir varis kimi zəngin ədəbi irsə sahib çıxıb onu qoruyur və ədəbiyyatda yeni səhifələr açırlar. Bizə isə çətin və şərəfli yolda onlara uğurlar diləmək qalır.
"525-ci qəzet" 7 may 2013

12 янв. 2012 г.

Qənirə xanım Paşayevanın “Nobel mükafatlı qadınlar “ kitabı ötən ilin son günlərində işıq üzü gördü .Elə ilk baxışdan nəfis tərtibatı,yüksək poliqrafik keyfiyyətləri ilə nəzəri oxşayan kitabı varaqlayıb oxuduqca içindəki yazılarının da maraqlı cazibəsidən ayrılmaq olmur. İndiyədək əksər Nobel mükafatçıları, eləcə də onların hər biri haqda haqda onlarla kitablar yazılıb,filmlər çəkilib,KİV-də informasiyalar,bilgilər verilib. Ona görə də belə bir mövzuda yazmaq ilk baxışda asan ğörünsə də əslində çətindir,xüsusi səriştə,yanaşma,erudisiya tələb edir. Bu kitab təbii ki,tədqiqat əsəri sırasında deyil. Kitabda əsas etibarı ilə Nobel mükafatı almış qadınlar haqda biblioqrafik məlumat –həyatının ayrı-ayrı dövrləri, mühüm əsərlərinin adları, fəaliyyətləri,yaradıcılıqları, müasirlərinin onlar barədə söylədikləri fikirlər,rəylər,mülahizələrə geniş yer ayrılıb. Kitabı oxuduqca gözlərimiz önündə hər bir nobelçi qadının portreti çanlanır.Müəllif əsas qüvvəsini bu cəhətə yönəltmiş,zənnimcə buna nail olmuşdur.Səhifələrdəki illüstrativ fraqmentlər isə bu müxtəsər oçerklərə canlılıq və əyanilik gətirir.

Kitabın ilk səhifəsi Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü,Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustav Nobelin sözləri ilə başlayır. Qustav Nobel kitaba yazdığı”Ön söz”də kitab müəllifi Qənirə Paşayevaya müraciət edib Nobel fondu adından və öz adından kitabın işıq üzü görməsilə onu təbrik edir.Sonra yazır ki;”Mən həm də ona görə qürur hissi duyuram ki. hörmətli Qənirə xanım bu tədqiqatını Nobel mükafatına layiq görülmüş qadın laureatların həyatları boyu əldə etdikləri nailiyyətləri,şahidi olduqları keçməkeşli tarixi hadisələri, ümumən dünyada feminist hərəkatına qarşı təsirləri araşdıraraq ərsəyə gətirmişdir”
Qənirə xanım Paşayeva ilk sözündə bu kitabı müəllimlik fəaliyyətində çox sayda kimyaçı yetişdirmiş və ona kiçik yaşlarından Nobel mükafatı almış qadınlar haqda sirli və maraqlı hekayələr danışan Tehran Nağıyevaya ithaf etdiyini yazır və əsərin yaranması ilə bağlı ideyasını belə açıqlayır” “Bu kitabı yazmaqda məqsədim gənc nəsillərin,xüsusilə gənc qızlarımızın bu qadınları yaxından tanımaları və öyrənməsidir.Öyrənməli çox şey var.Arzular,idealların arxasınca çətinlikliklərdən qorxmadan,yorulmadan. Geri çəkilmədən getmək və özünü təsdiq edə bilmək...”
Qeyd olunan kitabın əsas redaktoru kimi kitabla daha yaxından tanışlığımdan və onun ərsəyə gəlməsində az-çox zəhmətim olduğundan bir ziyalı və ilk oxuculardan biri kimi kitabla bağlı fikirlərimlə paylaşmaq istərdim.
Bu kitabda 106 ötən il ərzində Nobel mükafatı almış 35 qadın laureatın keçdiyi ömür yolu,elmi fəaliyyət sahələri,yaradıcıığı barədə yığcam həyat hekayəsi toplanıb.Əsərdə eyni zamanda fəaliyyət və yaradıcılıqlarının əsas sahəsi və yönləri ,elmə və mədəniyyətə gətirdikləri yeniliklər,töhfələr,bəşər elmi və mədəniyyəti tarixindəki xidmətləri nəzərdən keçirilir.
Kitabda yadda qalan,gənc qızlarımıza ornək olan həyati təcrübələr, maraqlı anlar, məqamlar çoxdur.Mən onların bəzilərinin üzərində dayanmaq istərdim.
Rita Levi Montalçini.Nobelçi qadınlar içərisində bu gün həyatda yaşayan ən yaşlı xanım.Onun 2009-cu ildə 1oo yaşı tamam oldu.O ağıllı,erudisiyalı olduğu qədər də cazibədardır.Cox energetik və müsbət aurası var.Bunu onun fotosuna baxdıqca ayrıla bilmədəyim anlarda başa düşdüm.Qvatemaladan olan Riqoberta Mençu Tum. Siyahıda ən cavan xanım sayılır.Nobel mükafatını 17 il öncə,33 yaşı olanda alıb
Təqdim olunmuş Nobel mükafatını yalnız 6 ildən sonra əlinə ala bilən birmalı Aun San Su.Bu sülh müdafiəçisini vətənində rejimlə mücadilə apardığına görə ev dustağı etmişdilər Mükafatı belə gec almağına səbəb də bu olub.
Onlara kişilərlə bərabər hüquqların verilmədiyi zamanlarda yaşayan qadınlar min-bir əziyyətlərə dözüb, haqlarına,zəhmətlərinə sədd çəkən dəmir qatları aradan götürə biliblər...Mariya Küri.Qənirə xanımın yazdığı kimi”Mendeleyevin kimyəvi elementlər cərgəsinə düşmüş iki elementdən birinə nə zamansa universitetə məhz qadın olduğu üçün daxil olmaq imkanı verməyən ölkəsinin adını verdi (Polinium )və vətəninin adını öz adı ilə bərabər əbədiləşdirdi”.Barbara Mak-Klintok.Ona mükafata yiyələnmək 30 ildən sonra müyəssər olmuşdu.Bu alim qadının elmi nəticələrinə zamanında əhəmiyyət verilməmişdi,səbəb onun “zəif cinsdən”olmasi ilə bağlı idi...Nyu-York Universitetini (magistr dərəcəsi) bitirən Gertruda Bell Elion. Məxsus olduğu cinsə görə mütəxəssis diplomu ala bilməmişdi,15 il əczaçılıq laboratoriyasında köməkçi kimi çalışmışdı.
Bütün var-qüvvəsi ilə yoxsullara xidmət etməyi həyat prinsipinə çevirən alban rahibəsi Tereza ana .O,monastrı tərk edib,insanlar arasında yaşamağı və onlara kömək etməyi qət etmişdi.Tənhalıq və heç kimə lazım olmamaq hissinin,yoxsulluğun ən müdhiş tərəfi sayan Tereza ananın ilk uzaq səfəri Hindistanın yoxsullar yaşayan məntəqələrinə olmuşdu.Səhər saat dörddə məcburi şəkildə gündəlik dua,bir dəyişikdən başqa heç bir əmlakn olmamamsı, yoxsul əhalinin yediyi yeməklər və yoxsullar arasında 16 saatlıq iş günü.Bu xeyirxah, təvazökar qadın öz işini “dənizdə damla” hesab etməsinə baxmayaraq beynəlxalq nüfuz qazana bilmişdi.Ona Nobel mükafatı verilməsi qərarı ilə razılaşmayanlar da olmuşdu.Onlar hesab edirdilər ki,Tereza ana ehtiyacı olanlara kömək edir. Nobel mükafatı isə sülh işinə töhfə verən şəxsə təqdim olunmalıdır.Norveçin Nobel Komitəsinin nümayəndəsi etirazçılara rəğmən söyləmişdi ki,Tereza ana bir çox əməlləri ilə zəngin ölkələrin yoxsul ölkələrə körpü salmalarına kömək etdi...Əgər belə olmasa idi,cəmiyyət ümidini irtirərdi.,sülh naminə göstərilən səylər isə əhəmiyyətini itirərdi.”
Bu fədakar və müdrik rahibənin tövsiyələri və aforizmə çevrilmiş kəlamları kitabı oxuyanlara xüsusi bir ovqat, enerji paylayır,insanlara sevinc və açılan sabahlaraa ümid bəxş edir.
İrlandiyada siyasi toqquşmalarda həlak olmuş üç günahsız uşağın müdafiəsinə qalxmış,sülh uğrunda müdafiə üçün 6000 imza toplaya bilmiş- Betti Vilyams. Xatırladım ki, Betti o vaxtadək siyasədən uzaq idi və Nobel mükafatı alan zaman qeydiyyatçı vəzifəsində çalışırdı.Mükafatı həlak olmuş uşaqların xalası- Mayrid Korriqanla birlikdə almışdı.Bu iki qadın bir ilin içində Sulhsevər insanların iştirakı ilə bir çox aksiya,yürüş və nümayişlər keçirmiş, hətta beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə nail olmuşdular.Bu fəal qadınlar çoxlarını mütəəssir etmişdi və səyləri o qədər geniş şöhrət qazanmışdı ki, Norveçin bir neçə təşəbbüs qrupu Nobel mükafatı fondunu qabaqlayıb pul toplamış “Dünyanın Xalq mükafatı” kimi Korriqan və Vilyamsa vermişdilər.Əvvəllər siyasətdən uzaq olan bu iki qadının qünahsız qurbanlara və haqsızlığa dözməyərək haqq səslərini qaldırması,bir-birinə əks yöndə duran protestant və katolikləri bir araya gətirib ümumxaılq problemləri aradan qaldırmaq namunə birləşdirib ayağa qaldırmaq səyləri çox ibrətamizdir.
Kitabdan gətirilən örnəklərin sayını uzatmaq olardı. Mən yalnız bəzi fraqmentlər üzərində dayandım.Ümid edirəm ki,kitabla tanış olanlar ən azı yeni və maraqlı bilgilər ala biləcək,onunla ünsiyyətə girə biləcəklər.Kitabın müəllifinin payına nobelçi qadın laureatlarını azərbaycan oxucusuna daha yaxından tanıtdırdırmaq fürsəti yaratdığına və belə maraqlı, oxunaqlı və əhəmiyyətli kitabı yazıb ərsəyə gətirdiyinə görə böyük minnətdarliq düşür.
Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü,Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustav Nobel kitaba yazdığı ön sözdə onu da qeyd edir ki; “ Bakı neft yataqlarının hardasa Nobel mükafatının əsası rolunu oynaması faktı olduqca əhəmiyyətli və simvolik əlaqə rolunu oynamışdır, buna görə də Azərbaycan xalqı milli sərvətlərinin elm,texnologiya və sülh sahəsində irimiqyaslı nailiyyətlərin əldə edilməsinə rəvac verən amil kimi xidmət etməsindən fəxr duymalıdır”
Bəli, Qustav Nobel cənablarının azərbaycan xalqına xoş niyyətli müraciətində vurğuladığı kimi hər bir azərbaycanlı milli sərvətlərinin elm,texnologiya və sülh sahəsindəki nailiyyətlərə xidmət etməsilə fəxr edir,qürur hissi keçirir.Elmin və mədəniyyətin bir çox ciddi sahələrində artıq imzalarını atmış (istər qadın,istərsə də kişi )azərbaycan türklərinin adının Nobel mükafatcıları siyahısında görmək də ən fəxarətli hadisə olar,bundan iki qat qürur hissi yaşayardıq.Doğrudur, İranın Həmədan şəhərindən olan soydaşımız Şirin Ebadi Nobel mükafatçısıdır. Yenə də Təbrizdə boya-başa çatan və Kanadada siyasi mühacir həyatı yaşayan azərbaycanlı soydaşımız Rza Bərahəninin adı ədəbiyyat üzrə Nobel mükafatına təqdim olunanlar sırasındadır.Onlar Azərbaycan vətəndaşı olmasalar da,azərbaycan türküdürlər, bu da bizə təsəllidir,bii sevindirir.
Nobel qardaşları ilə bağlı onu da xatırladım ki, onlar ilk dəfə Azərbaycana dinamit istehsalında işlədiləcək xammal materialının- dəmirağacnın sorağı ilə (nadir ağac növü olan və Azərbaycanda bitən ) gəlmişdilər.Lakin dəmirağacı nəmli mühitdə bitdiyindən qoyulan tələbi ödəməmişdi,onlar geri dönməyə hazırlaşmışdılar.Lakin Azərbaycanın digər bir qiymətli sərvəti - təsadüfən Balaxanıda fontan vuran neft quyusu onların diqqətini cəlb etmiş,yoldan saxlamışdı...
Nobel mükafat fondunun müəyyən hissəsi Bakı neftinindən gələn gəlir hesabına olub.Bu isə o deməkdir ki, indiyədək Nobel mükafatı alanlara Bakı neftinidən də pay düşüb.Ümid edirik ki,bir vaxt gələcək o mükafatçıların içində Azərbaycan Respublikasının vətəndaşı da olacaq!
Kitabın məsləhətçisi Bakı Nobel irsi fondunun sədri Toğrul Bağırovdur.Kitabın təqdimat mərasimi də məntiq və məqsədə uyğun olaraq “Nobel evi”ndə keçirildl. Onu da qeyd etmək yerinə düşər ki,Toğrul Bağırov və onun həyat yoldaşı Sevinc xanım uzun illər Nobel qardaşlarının Qara şəhərdə tikdirib yaşadıqları bolşevik hakimiyyət illərində baxımsızlıqdan yararsız hala düşmüş, bir müddətsə inzibati idarələrin ixtiyarında olan binanı“Villa Nobel”i –Nobellərin malikanəsini bərpa edib əvvəlki görkəminə qaytara bilmişlər.Bir zamanlar Nobellərə məxsus olan və müxtəlif ölkələrdəki muzeylərdə və şəxsi kolleksiyalarda saxlanan əntiq əşyaları, qiymətli mebelləri arayıb- tapıb öz vəsaitləri hesabına Nobel evinin ilkin görkəminə salıb onu bir növ muzeyə çevirmişlər.Nobellərin, xüsusilə Nobel mükafatının Azərbaycanla birbaşa əlaqəsini yalnız keçmişin diliylə deyil ,bu faktı əyani eksponat və görüntülərlə seyrçilərə bəxş etdiyi üçün Toğrul və Sevinc Bağırovlar kimi xalqına bağlı olub, dəyər verən insanların olmasına sevinirsən.
Qeyd etdiyim kimi kitab sırf elmi araşdırmanın məhsulu olmayıb, sadəcə nobel mükafatı almış qadınlar haqda çeşidli qaynaqlardan əldə olunmuş ümumi,biblioqrafik mətnlər üzərində qurulub.Lakin bu potret- oçerk xarakteri daşıyan bu yazılarda Qənirə xanım Paşayevanın peşəkar jurnalist qələmi, və fantaziyası millət vəkili kimi fəaliyyəti,iş təcrübəsi ,çoxçalarlı yaradıcılıq potensialı da özünü aydın büruzə verir.Müəllifə xas bu xüsusiyyətlər olmasa idi yəqin ki, kitab daha çox quru,rəsmi və sırf ensiklopedik xarakter daşıyardı.




Məşhur “Ayrılıq”mahnısının ilk ifaçısı Ququş 70-ci illərin ən çox sevilən müğənnisi idi.Azərbaycan kökənli bəstəçi Əli Səliminin bu mahnısını sonralar digər müğənnilər səsləndirsə də ,ən gözəl ifaçısı həmişə Ququş olub.Sovet dönəmində İranda yaşayan məşhur modern bir müğənninin dilindən Azərbaycan türkcəsində həsrət,ayrılıq daşıyan bir nəğmədə həm də siyasi notlar arayıb bulurduq... Ququş həm də Bakıda neçə illər öncə nümayiş olunan”Ən uzun gecə” filmindəki baş rolun qəhrəmanı olan bir aktrisa kimi də yadımızda qalıb

Ququş 1950-ci ilin 5 mayında Tehranın Sarıçeşmə məhəlləsində doğulub.Valideynləri Sabir və Nəsrin Atəşinlər Ququş anadan olmamışdan öncə Şimali Azərbaycanın Gəncə mahalından köçüb gəlmə idilər.Əsil adı Faiqə Atəşindir. Akrobat və rəqqas olan atası balaca Faiqəyə farsca kəlmələr öyrədən zaman qızcüğaz yanılaraq” in çeşm,in quş” (bu gözdü,bu da qulaq-P.M.)yerinə in ..qu quş söyləyərmiş.Elə o vaxtdan adı Ququş qalır.Valideynləri ayrılandan sonra atası balaca qızını tək qoymamaq üçün tamaşa göstərdiyi meydanlara aparırdı. Faiqə Atəşin sonralar daha çox müğənni kimi tanınacaqdı, nəinki aktrisa. Uşaqlığından gözəl səsə malik olduğundan atası ilə birlikdə səhnədə çıxış edir.7 yaşından başlayaraq filmlərdə çəkilməyə başlayır. Ququşun 10 yаşındа охuduğu "Gеcə və qоrхu", "Mələк" mаhnılаrındаn bаşlаyаrаq 1979-cu ildə ifа еtdiyi "Bu gеcə кimsə аğlаyır" hitinə кimi кеçdiyi yоl оnu böyüк sənət zirvəsinə gətirib çıхаrır. 1977-ci ildə çəкildiyi "Uzun gеcə" sonra “Uzun yol” filmlər iisə оnun müğənniliкlə bərаbər, böyük акtrisа istеdаdını təsiqləyir.
1971-ci ildə, 21 yaşında Kann şəhərində fransız dilində oxuduğu «Retour de la ville» və «J’entends crier je t’aime»mahnılaınra görə birinci yerə və qızıl mükafata layiq görülür.Bu mahnılar 70-ci illərin hitinə çevrilir.1972-ci ildə “Karfagen musiqisi” festivalında da birinci yeri tutur. Həmin ildə həm də Tunisdə incəsənət sahəsindəki xidmətləri yüksək dəyərləndirilir. 1973-cü ildə keçirilən San-Remo musiqi festivalında ilin ən yaxşı artisti titulunu qazanır. Azərbaycan və fars dillərini bilən Ququş ingilis,fransız,italyan dillərində də mahnılar oxuyur.İranda böyük populyarlıq qazanann bu azərbaycanlı müğənni bu ölkədə müasirliyin rəmzinə çevrilir.Lakin 1978- 1979-cu illədər İranda baş verən inqilabdan sonra Ququşa ölkədə çıxış etmək yasaq olunur . 2000-ci ildə Şimali Amerikanın Los-Anceles şəhərinə köçür və bu günədək orada öz yaradıcılıq fəaliyyətini davam etdirir. 2002-ci ildə BBC-nin verdiyi məlumata görə onun "Qəribi-Aşina" mahnısı Yaxın Şərqin ən məşhur mahnısı elan edilir. Ququşu Sərqdə sеvdirən bu "Qəribliк" mаhnısı оnun yаşаdığı həyаtın bir növ ifаdəsidir.
Roma, Nyu-York, Paris, Elisey meydanı-Şanzelize, Los-Anceles, London – dünyanın heç yeri mənə doğma olmadı! Bircə otağını da sığınacaq bilmədim bu şəhərlərin...-Bu Ququşun oxuduğu bir mahnının sözləridir.Elə həyatında yaşadıqları da oxuduğu bu mahnıdaki kimi idi.
Ququşun azərbaycan dilində ifa etdiyi ən populyar mahnı “Ayrılıq” mahnısıdır.Bu mahnını ilk dəfə 1972-ci ildə Bakıda qastrtolda olarkən səsləndirmişdi.Sonralar mahnı onun repertuarının bir növ “vizit kartı”na çevrilir və heç bir konserti bu mahnısız ötüşmür.
Ququşun ilk nigahından yeganə oğlu Kambiz doğulur.Oğlunun atası Mahmud Qurbani İranın musiqi meydanında ayaq üstə durmağa kömək etsə də, eyni zamanda “bataqlığa yuvarlanaraq” ona ancaq əzablar verir . 1974-cü ildə səsi ilə birgə Ququşun özünə də aşiq olan iranlı aktyor Behruz Vossoqi ilə növbəti evlilik 14 aydan artıq çəkmir. Humayun Müstəqi ilə nigahına Xomeyni hakimiyyəti son qoyur – Ququş üç ay zindan cəzasına məhkum olunduğundan bu nikah xətm olunmuş sayılır (islama görə ərlə arvad müəyyən müddət ayrı yaşayıblarsa, onlar boşanmış hesab olunur). 1991-ci ildə Məsud Kimiai ilə ailə həyatı qurur.
2000-ci ildə amerikada yaşayan iran kökənli Fərhad Zamani onun keçməkeşli və maraqlı həyatını özündə əks etdirən “Ququş” adlı film çəkir. Filmin ruhuna onun oxuduğu mahnının sözləri hopur elə bil.“Hansı küçədə, şəhərdə axtarım səni, ətrini hansı güldən alım, fal açıb hansı ulduzdan, kimdən səni soruşum, nəyi, necə soruşum səndən, müqayisə edə bilmədiyim, ey var olub da görünməyən, qaranlıq dərənin dibinəmi, yoxsa Günəşin zirvəsinəmi haray çəkim? Bircə Səni görsəydim...”
2009-cu ilin 21,24 martında Novruz bayramı günlərində Ququş bu əziz bayramda öz həmyerliləri ilə bərabər və onlara yaxın olmaq üçün ortaq bir məkanda- Dubayda konsert verir. İran körfəzini aşıb keçən yüzlərlə həmyerlisi onun səsini dinləməyə gəlmişdi.
Hərtərəfli fəaliyyəti ilə diqqət mərkəzində olan Ququş 2009-cu ilin 22 uyulunda Mahmud Əhmədnecatın 12 uyun prezident seçkilərinin nəticəsini saxtalaşdırdığına etiraz səsini qaldırıb meydanda siyasi nitq söyləmişdi. 600 nəfərin hələ də həbsdə saxlanmasını pisləmişdi.Meydandakı transfaretlərdə öldürülənlərin adı qırmızı hərflərlə yazılmışdı.Ququş onlara işarə edərək demişdi;”Mən bura dinc nümayişlərdə əzizlərini itirmiş anaların kədərini bölüşmək üçün və həmyerlilərimə həmrəy olmaq üçün gəlmişəm”





Mətbuat hər bir xalqın ictimai-siyasi və ədəbi həyatının güzgüsü sayılır.. Güney Azərbaycanın mətbuat tarixi ilə milli azadlıq hərəkatı həmişə paralel olub. Hər inqilabdan sonra mədəni həyatda da irəliləyiş olub, lakin hakim dövlət siyasəti milli tərəqqinin qarşısına Çin səddi çəkib
1906-1911-ci illər Məşrutə inqilabı, 1920-ci il Xiyabani hərəkatı, 1945-ci il 21 Azər hərəkatı, nəhayət 1978-1979-cu illər İran inqilabı təkcə XX əsrdə Güney Azərbaycan türk¬lərinin aparıcı qüvvə kimi iştirak etdiyi əsas ağırlıq mərkəzini təşkil etdiyi, böyük itkilər verdiyi inqilabi hərəkatlardır.

Böyük islahatçı Abbas Mirzə

XIX əsrin əvvəllərində Azərbaycanı idarə edən Abbas Mirzə Avropaya yaxınlaşmaq üçün ölkədə bir çox sahələrdə islahatlar keçirməyə başlayır.Uğurla nəticələnən bu islahatlar tək Azər¬bay¬canda deyil, bütün İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə işi, Avropaya tələbələrin göndərilməsi (Bu hal Şərqdə ilk təşəbbüs idi –P.M.) ilə tarixə daxil oldu.İlk çap dəzgahını Təbrizə gətirdən,ilk kitabları çap etdirən də Abbas Mirzə oldu.Sonralar Azərbaycandan sonra bütün İrandaa qurulan mətbəələr basmaxana,orada işləyənlərsə basmaçı adlanırdı.Bu da onun türklər tərəfindən yaradıldığının əyani göstəricisi idi.
XIX-XX yüzilliklərdə azərbaycan türkləri tək Güney Azərbaycanda deyil, eləcə də İranda elm, maarif,mədəniyyətə iri miqyaslı yeniliklər gətirmiş, bu sahədə aparıcı qüvvə olmuşlar.

Marağalı Məhəmmədhəsən xan Etimad-ül-səltənəni tanıyırıqmı?

Abbas Mirzənin layiqli davamçılarından olan Məhəmmədhəsən xan Müqəddəm Etimadülsəltənə dövrünün mütərəqqi şəxsiyyətlərindən idi. İctimai xadim adını qazanmış Məhəmmədhəsən xan tarixçi-alim idi. Qacarların rəsmi tarixçisi olmuş, sonralar mətbuat və çap işləri naziri təyin olunmuşdu. O, İranda və Cənubi Azərbaycanda maarifin, o cümlədən elmin, kitab çapı və qəzet nəşrinin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. Layiqli qiymətini almamış, xalqı tərəfindən az tanınmış istedadlı, cəfakeş ziyalı Məhəmmədhəsən xan haqqında daha ətraflı məlumat vermək yəqin ki, yerinə düşərdi.
Məhəmmədhəsən xan bir çox Şərq və Avropa dillərini yaxşı bildiyi üçün uzun illər Nəsrəddin şah Qacarın (1831-1896) şəxsi mütərcimi, tərcümə və nəşriyyat naziri olmuşdur. Məhəmmədhəsən xan əvvəl «Sani-əd-daulə»« (Dövlət sənətkarı), sonralar «Etimad-ül-səltənə»« (Sultanın etimadı) ləqəblərini daşıyır.Məhəmmədhəsən xan Qacarların tarixinə, ictimai elmlərə, həmçinin İranın, eləcə də Azərbaycanın tarixi və coğrafiyasına aid 30-dan artıq kitabın müəllifidir. Avropa ədəbiyyatından etdiyi tərcümə kitablarının sayı 10-u keçir.Bu əsərlərin çoxu İranın, eləcə də Cənubi Azərbaycanın mədəniyyət tarixindən və coğrafiyasından bəhs edən gözəl mənbələrdir.
Məhəmmədhəsən xan 10-a yaxın qəzetin çap olunmasında iştirak edib
.

«İran maarifinin atası» - M.H.Rüşdiyyə

Güney Azərbaycanın, eləcə də İranın maarifçilik tari¬xində Mirzə Həsən Rüşdiyyə, Cabbar Baxçaban Hacı Məhəmməd Naxçıvaninin böyük xidmətləri olub. M.H.Rüşdiyyə İranda ilk üsuli-cədid məktəbinin, C.Baxçaban ilk uşaq bağçasının, lal-karlar üçün xüsusi məktəbin yaradıcısı sayılır. 1888-ci ildə Mirzə Həsən Rüşdiyyə tərəfindən Təbriz şəhərində ilk üsuli-cədid məktəbinin əsası qoyulur. Bu məktəb İran maarifi tarixində ilk yeni üsullu məktəb idi. «İran maarifinin atası»« sayılan M.H.Rüşdiyyənin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müasir bilikləri və ana dilini təbliğ edən bir çox dərsliklər – «Ana dili»«, «Vətən dili»« dərsliklərini yaratması idi. Bunu da qeyd etmək yerinə düşər ki, M.H.Rüşdiyyə də ayrı-ayrı vaxtlarda «Məktəb»« və «Tehran»« adlı qəzetləri nəşr etdirmişdi.

Əfkarı-ümumiyə təsir edən dövrün fədakar ziyalıları

Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş, xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz şəxslər mərkəzlər, gizli cəmiyyətlər yaradaraq onun ətrafında birləşirdi. Bu fədakar ziyalılar xalqın ictimai fikrinin formalaşmasına və inkişafına təsir göstərmək üçün yeni mətbu orqanları təsis edirdilər.1897-ci ildən başlayaraq Güney Azərbaycanda dövrün tanınmış şəxsiyyətləri Hüseyn xan Ədalət «Əlhədid»« Sadiq xan Ədibülməmalik «Ədəb» Hüseyn Təbibzadə «Kamal», Məhəmmədəli Tərbiyət (H.Tağızadə, M.Şə-büstəri, H.Ədalətlə birgə) «Gəncineyi-Fünun» kimi qəzet və jurnalları nəşr edirdilər.Bu mətbu orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçiril¬məsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər.

M.F.Axundovun indiyə qədər əldə olunmayan «Təlqinnamə»« əsərinini sorağı...
1898-ci ildə Təbrizdə «Ədəb»« qəzetini nəşr edən Sadiq xan Fərəhani sonralar, 1905-ci ildə Bakıda Əhməd bəy Ağayevin redaktorluğu ilə nəşr olunan «İrşad»« qəzetinin fars dilli əlavəsini çıxarır.»«İrşad»«ın farsca cəmi 13 sayı çıxmış, və bu əlavələrdə ədəbi-ictimai fikir tariximiz üçün çox maraqlı faktlara rast gəlmək mümkündür. Məs. onun saylarından birində böyük mütəfəkkir M.F.Axundovun indiyə qədər əldə olunmayan ərəbcə yazılmış «Təlqinnamə»« əsərindən bir hissə çap olunmuşdur. Bu isə onu göstərir ki, bu əsər həqiqətən mövcud olmuşdur.

«Molla Nəsrəddin»« dən 14 il öncə Təbrizdə azərbaycan türkcəsində,şəkilli satirik qəzet mövcud imiş...

Digər Azərbaycan mətbuatı üçün maraqlı bir fakt. «Molla Nəsrəddin»« jurnalı çap olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə azərbaycan türkcəsində «Şəbnamə»« adlı kiçik formatlı, illyustrasiyalı, yeni ideyalarla zəngin, çox düşündürücü satirik mətbu orqanı mövcud idi. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı...Qəzetin redaktoru sonralar yenə də Təbrizdə “Ehtiyac”,”İqbal”və Azərbaycan satirik dərgilərini çıxaran istedadlı publisist təbrizli Əliqulu Səfərov idi.

İlk mühacir qəzetlərin yaradıcıları da azərbaycan ziyalıları idi.

Qəzet redaktorları, yeni tipli üsuli-cədid məktəblərinin baniləri və digər mütərəqqi düşüncəli şəxsiyyətlər hər cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər. Vətənə xidmət edən, onun tərəqqisinə çalışan ziyalılar, naşir və redaktorlar, ölkədə söz və mətbuat azadlığına imkan və şərait olmadığı üçün öz qəzetlərini xaricdə çap edib İranda, Güney Azərbaycanda yayırdılar. Ölkədən xaricdə nəşr olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət rejiminin konstitutsiya rejimi ilə əvəz olunması, ölkədə yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində). Bu qəzetlər dövlət qəzetlərindən fərqli olaraq İranın mövcud vəziyyətini tənqid edir və əfkari – ümumiyyəyə güclü təsir göstərirdi. Belə mətbu orqanların ən birincisi Tahir Təbrizinin 1875-ci ildə İstanbulda nəşr etdiyi «Əxtər»« qəzeti idi. Türkiyədə «Əxtər»«lə yanaşı «Şahsevən»« də çap olunurdu.”Şahsevən”in redaktoru bizə yaxşı tanış olan yazıçı Əbdürəhim Talıbov idi. Bunlardan başqa Misirin Qahirə şəhərində «Hikmət»«,»«Kəmal»«, Hindistanın Kəlküttə şəhərində «Həblülmətin»« çap olunurdu. Bu qəzetlərdə İranın ictimai həyatında olan bir sıra həqiqət¬lərin üstü açılıb, ölkədəki yaramazlıqlar haqqında ibrətli tənqidi məqalələlər yazıldığına görə hakim dairələrin qəzəbinə səbəb olur və onların İranda yayılmasına süni maneələr yaradılırdı. Lakin xalq içərisində mütərəqqi qəzetlərə rəğbətin çoxalması ilə əlaqədar olaraq həmin mətbu orqanları müxtəlif yollarla ölkəyə gətirilib əldən-ələ keçir, oxunurdu.Söz yox ki, mühacir mətbuat İranda Məşrutə inqilabının baş verməsinə zəmin yaradan əsas amillərindən biri olmuşdu.

Məşrutə dönəmində demokratik ənənələrin formalaşması

O illərdə Təbrizdəki hadisələrin tək seyrçisi deyil, həm də fəal iştirakçısı olan M.Ə.Rəsulzadə «İran məktubları»«nda yazırdı ki,Məşrutə dövrü cənubi azərbay¬canlıların milli-mədəni hərəkatdan milli haqlar uğrunda siyasi mübarizəyə bir keçid mərhələsi olub. O dövrdə İran tarixində ilk dəfə Avropa standartlarına uyğun olan və ölkədə ən çox oxunan və ən nüfuzlu qəzet sa¬yılan «İran-nou»« gündəlik qəze¬ti nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. M.Ə.Rəsulzadənin sözləri ilə desək, «İran-noy»« İran Demokratik firqəsinin fikirlərini yayırdı, yaradıcı heyəti də Azəri türklərindən təşkil olunmuşdu.
Bu dövrdə Azərbaycanda 50-yə yaxın qəzet və jurnal çap olunurdu. Tək Təbrizdə deyil,Urmiya,Ərdəbil,Həmədanda və başqa şəhərlərdə «Dəbistan»«, «Əcnümən»«, «Azərbaycan»«, «Naleyi-millət»«, «İstiqlal»«, «Buqələmun»«, «Təbriz»«, «Şəfəq»«kimi bir çox qəzetlər nəşrə başladı. Ölməz M.Ə.Sabirin də şeirlərində böyük önəm verdiyi Məşrutə inqilabı dönəmində mətbuat həqiqətən ictimai-siyasi və ədəbi həyatın güzgüsünə çevrilmişdi. Dövrə xas olan xüsusiyyətlərdən biri də yaranan ədəbiyyatın ayrıca kitab və digər bədii nümunələrdə deyil, məhz mətbuat səhifələrində əks olunması idi. Məsələn, Əşrəfəddin Qəzvini tərəfindən Rəştdə nəşr olunan «Nəsimi-Şimal»« qəzetinin əksər səhifələri şeir nümunələrindən ibarət idi. Yusifxan Etisalınmülkün redaktorluğu ilə çıxan «Bahar»« qəzetində Yusif xanın şeirləri və rus, fransız, ərəb ədəbiyyatından etdiyi tərcümələr əsas yer tuturdu. «Sure-İsrafil»« qəzetində bu mətbu orqanının baş yazısı Əli Əkbər Dehxudanın daimi rubrikası olan «Çərənd pərənd»« də o dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı.

«Təcəddüd» tək Azərbaycanda deyil,bütün İranda ictimai və ədəbi fikir sahəsində yenilik yaratmışdı...

Birinci Cahan savaşından sonra İranda və Cənubi Azərbaycanda üsyanlar baş vermişdi. Hələ gənc yaşlarında Məşrutə hərəkatında iştirak edən və onun öndərlərindən biri olan Şeyx Məhəmməd Xiyabani sonralar Cənubi Azərbaycan tarixində ilk dəfə olaraq demokratik partiya, demokratik rejim yaratmağa nail oldu.1917-1921-ci illər arasında Cənubi Azərbaycanda 20-dən artıq yaxın müxtəlif istiqamətli mətbu orqanları çap olunurdu. Dövrün aparıcı mətbu orqanları ”Təcəddüd” qəzeti və “Azadistan” dərgisi idi. Ş.M.Xiyabani redaktoru olduğu «Təcəddüd»qəzetindəki yazılarında Azərbaycan xalqının hüquqlarını göstərir, onun istiqlaliyyət məsələsinə toxunurdu. Ş.M.Xiyabaninin rəhbərliyi ilə yaranmış Xiyabani hərəkatı və mətbu orqanı «Təcəddüd» qəzeti ictimai fikir sahəsində olduğu kimi, ədəbiyyatda həm forma, həm də məzmununda yenilik yaratmışdır.
Demokratik hərəkatın başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi və həmkarı olan Tağı Rüfət «Tə-cəddüd» və «Azadistan» jurnalında dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərir,İranda poeziyanı yeniləşdirmək, həm də onu mətn, forma, üslub və dil cəhətdən yeniləşdirməyə xidmət edirdi.Beləliklə, İranda yeni şeirin təməli «Təcəddüd»« qəzetinin ətrafına toplaşan Tağı Rüfət, Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulurdu.

«Molla Nəsrəddin» in Təbriz dövrü

Hər iki tayda Azərbaycan xalqının düçar olduğu mənəvi ağrıları əks etdirən «Molla Nəsrəddin»« jurnalı bu xalqın milli birliyinin təşəkkülündə böyük rol oynamışdır.
Bildiyimiz kimi, Təbrizdə «Molla Nəsrəddin»« jurnalının 8 sayı çıxmışdı. 1921-ci ilin fevral ayında nəşrə başlayan jurnalın həmin ayda iki, mart ayında üç, aprel ayında iki, may ayında isə bir sayı işıq üzü görmüşdü.
Təbrizin mütərəqqi və qabaqcıl ziyalıları «Molla Nəsrəddin»« jurnalı redaksiyası ətrafında sıx toplaşmışdılar. Bunlar C.Məmmədquluzadə ilə tez-tez görüşür, ondan məsləhətlər alırdılar. Onlar var qüvvələri ilə jurnalın nəşrinə kömək edirdilər. Əbülfütuh Ələvi, İskəndərxan Qaffari, Mözüc Şəbüstəri, Hacı Əli Şəbüstəri, Möhsün xan Sərtibi, Əsgər Azərvənd və başqaları əldə etdikləri məlumatları, məqalə, felyeton və şeirləri «Molla Nəsrəddin»« redaksiyasına çatdırır, jurnalla xalq arasında sıx əlaqə yaradırdılar.


Bölünmüş xalqın faciəsini və “Ayrılıq,həsrət” mövzusunu ilk dəfə gündəmə gətirən qəzet

1941-ci ildə Sovet ordusu tərkibində Cənubi Azərbaycana gəlmiş yaradıcı ziyalılar «Vətən yolunda»« qəzetini təsis etmişdilər. Qəzetinin ilk sayı 1941-ci ilin oktyabr ayının 11-də çapdan çıxdı. Qəzet Azərbaycan dilində günaşırı çap olunurdu. Qeyd etmək lazımdır ki, «Vətən yolunda»« qəzeti 1920-ci ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra Azərbaycan dilində çıxan ilk qəzet idi. (İki dildə çıxan qəzetlər mövcud olsa da, Azərbaycan dilində materiallara çox az yer ayrılırdı – P.M.). Qəzetin fəaliyyəti dövründə (1941-1946) onun baş redaktorları Mirzə İbrahimov Həsən Şahgəldiyev və Rza Quliyev olmuşlar. «Vətən yolunda»« qəzetində dərc olunan materiallar da ikiyə parçalanmış xalqın mənəviyyatı, mədəniyyəti, tarixi, ədəbiyyat küll halında verilirdi. Qətiyyətlə deyə bilərik ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli ruhun oyanması, milli özünüdərkin bədii inikası «Vətən yolunda»« qəzeti ilə bağlı olmuşdur.
1905-1911-ci illərdə Məşrutə hərəkatı, 1917-1920-ci illərdə Şeyx Məhəmməd Xiyabani üsyanı zamanı nəşr olunan mətbuat və ədəbiyyatda ədəbi-bədii publisistik ya¬zılar az deyildi. Lakin çap olunan nəzm və nəsr nümunələrində vətənpərvərlik və milli təəssübkeşlik hissləri 40-cı illərdəki kimi qabarıq və güclü deyildi. O illərdə «Vətən yolunda»« qəzetinin səhifələrində ikiyə bölünmüş xalqın faciəsini, dərdini, hiss və duyğularını əks etdirən «parçalanmış vətən həsrəti», « ayrılıq»« mövzusu yaranırdı.

1945-ci ildə Bakıda çıxıb, təbrizlilər nəzərdə tutulan və sovet təbliğatından yan keçə bilən nəfis tərtibatlı dərgi...

O illərdə Bakıda Rəsul Rzanın redaktorluğu ilə əski əlifbada(Güney Azərbaycan üçün nəzərdə tutulmuşdu-P.M.) rəngli illyustrasiyalı ”Azərbaycan” adlı jurnal nəşr olunurdu.Bu jurnalın Sovet hakimiyyətinin bütün mövcud olduğu dövrdə ən maraqlı və milli mənafe baxımından ən əhəmiyyətli nəşr orqanı hesab edən tədqiqatçı alim Cəmil Həsənli yazırdı ki, əvvəla, bu jurnalın hər sayında Güney və Quzey Azərbaycanın ictimai-siyasi, mədəni, ədəbi həyatı, tarixi birlikdə əhatə olunurdu. İkincisi, jurnal Cənubi Azərbaycan üçün buraxıldığından Sovet Azərbaycanında hökm sürən bolşevik ideologiyasının tələblərindən bir qədər yayınır, Azərbaycan xalqının köklü mənafeyi, taleyi və tarixi ilə bağlı əsas məsələlərə toxuna bilirdi. Bütöv Vətən, eyni xalq, vahid millət məramı demək olar ki, «Azərbaycan»«ın hər sayından duyulurdu. Azər¬baycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, sənətinin əsrlər boyu vəhdət şəklində inkişaf etməsini əyani şəkildə sübuta yetirirdi
Xatırladaq ki,uzun illər (xüsusilə 1920-ci illərdən sonra) hər iki tayda- sovetlər birliyində bolşevik, İranda şah rejimi tərəfindən «ikiyə bölünmüş Azərbaycan məsələsi»« mövzusu yasaq olunmuşdu. 1941-ci ildən etibarən sonralar hər iki tayda ikiyə bölünmüş xalqın faciəsini: «, ayrılıq, həsrət»« motivlərinin ədəbiyyata gətirilməsinin bünövrəsi ilk dəfə «Vətən yolunda», « qəzetinin və “Azərbaycan” jurnalının səhifəlrində qoyulmuşdur.

Xalqı “xabi-qəflətdən oyadan” qəzet

Azərbaycanda ictimai həyatın demokratikləşməsi burada şəraitin dəyişməsi ilə müşahidə olunurdu. Belə bir şəraitdə yerli vətənpərvər demokratik və milli ziyalıların nümayəndələri «Azərbaycan cəmiyyətin»ndə birləşməyi qərara aldılar.Azərbaycanın demokratik nailiyyətlərinin bərpa olunması, azərbaycan¬lı¬ların milli hüquqlarının təmin edilməsi, dil və mədəniyyətin dirçəlişi məsə¬ləsi Azərbaycan Cəmiyyətinin öndə duran vəzifələrindən idi. Qəzet 1941-ci il noyabrın 1-dən Əli Şəbüstəri və İsmayıl Şəmsinin redaktorluğu ilə nəşr olunmağa başlayıb. «Azərbaycan» cəmiy¬yətinin orqanı olan bu qəzet ilk sayındakı baş məqalədə tutacağı yol və fəaliyyəti haqda yazırdı: «Azərbaycan»ın seçdiyi yol, mövcud vəziyyə¬tinin, əfkari ümuminin, habelə xalqın gündəlik ehtiyaclarının aynasına çevrilərək ictimai şüuru istiqamətləndirmək, onu işıqlandırmaqdır»
Qəzet orqanı olduğu Azərbaycan Demokrat partiyasının məqsəd və məramını sadə Azərbaycan dilində xalqa çatdırırdı.
O illərdə «Vətən yolunda» və «Azərbaycan» qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruya bilmişdilər.
«Azərbaycan» qəzetində müntəzəm olaraq xalqın tarixi qəhrəmanlıq səhifələrindən, klassik ədəbi nümunələrdən çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. «Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi» «Azərbaycan» qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms, Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar.. «Azərbaycan» qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılmışdır
Milli Demokratik Hökumətin islahatları və o dönəmin mətbu nümunələri
1945-ci ildə Cənubi Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Demokratik Hökumət quruldu.Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. O illərdə ayrı-ayrı ədəbi-mədəni və siyasi cəmiyyətlərin birliklərinin öz mətbu orqanları mövcud idi. Təbrizdə Azərbaycan milli məclisinin orqanı olan «Azad millət», « Azərbaycan həmkarlar ittifaqının «Qələbə», « Azərbaycan Demokrat təşkilatının «Cavanlar», bunlardan başqa «Yeni Şərq», « «Fəryad», «Xavər no», «Təbriz», «Şahin», «Əxtəre-şimal» , «Vətən yolunda», «Azərbaycan ulduzu», «Azərbaycan», «Şəfəq» «Demokrat», «Yumruq», «Ədəbiyyat səhifəsi» , Ərdəbildə «Cövdət» , «Yumruq», Urmiyədə «Qızıl əsgər», Zəncanda «Azər», Miyanada «Vətən» adlı qəzet və jurnallar çap olunurdu.
Azərbaycan yazıçı və şairlər cəmiyyətinin «Günəş», Maarif idarəsinin «Maarif» kimi mətbu orqanları fəaliyyət göstərirdi. Bu nəşriyyatların təsisçi və redaktorları dövrün tanınmış ziyalıları idi. «Qələbə»« qəzetinin redaktoru sonralar hər iki tayda repressiyaya məruz qalmış görkəmli şair Məhəmməd Biriya, «Azərbaycan ulduzu»« qəzetinin redaktoru isə tanınmış ictimai xadim Hilal Nasiri idi.

Sonuncu inqilab da yaralara məlhəm olmadı...

1978-1979-cu illər İran İnqilabından sonra İran dövlət konstitusiyasında öz əksini tapan – ölkədə yaşayan bütün xalqların, eləcə də azərbaycanlıların ana dilində ibtidai təhsil almaq, mətbu orqanları çıxarmaq, kitab nəşr etmək kimi hüquqlara malik olduğunu göstərən maddələr qəbul olundu.
1978-1979-cu illər İran inqilabından sonra Cənubi Azərbaycan ədəbi mühitində xüsusi bir canlanma başlandı.40-dan artıq anadilli mətbuat orqanlarının nəşri Tehranda və Təbrizdə müxtəlif ədəbi birliklərin fəaliyyətə başlaması ədəbi prosesin təşkilatlan¬masına, ədəbi qüvvələrin istiqamətlənməsinə, bədii əsərlərin oxuculara çatdırılmasına ciddi təsir göstərdi. İran İslam Respublikasının 1979-cu ilin dekabrında qəbul edilmiş qanunun 15-ci maddəsində yerli və qövmi dillərin (etnik) kütləvi informasiya vasitələrində, mətbuatda işlənməsinə, məktəbdə isə milli ədəbiyyatın tədrisinə icazə verildi. Əsas qanunun 19-cu maddəsində isə ölkədə müxtəlif millətlərin, xalqların yaşaması dolayısı ilə olsa da etiraf edildi.

«Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu farsdır»

Qanunda nəzərdə tutulanlar hamısı dərhal reallaşmasa da, Azərbaycancan dili tədris sahəsinə heç cür yol tapa bilməsə də mədəni həyatda bir sıra nailiyyətlər nəzərə çarpırdı.
İnqilabın qələbəsindən az sonra Xomeyninin Təbriz nümayəndəsi Ayətolla Mişkini özü: «Bu nə türkidir ki, radio-televiziyon danışır, yarsından çoxu farsdır»« deyərək Azər¬baycan dilinin saflaşdırılmasını vacib sayırdı. Azər¬baycan türkcəsi radioda artıq sərbəst işlədilməyə başlayır.Lakin, təəssüf ki, bu günə qədər İranda ana dilində təhsil almaq, qəzet, kitab oxumaq kimi, ən adi insan hüquqları pozulur. 1978-1979-cu illər İran inqilabı Cənubi Azərbaycanda milli mətbuatın dircəlişi üçün zəmin yaratdı. Xüsusən, inqilabın ilk illərində Azərbaycan dilində onlarca jurnal və qəzet nəşrə başladı. Lakin bunların çoxunun ömrü qısa oldu. Sonuncu inqilab da Cənubda yaşayan böyük bir xalqın milli-mənəvi ehti¬yaclarına məlhəm olmadı.
1978-1979-cu illər inqilabı İranda azərbaycandilli mə¬dəniyyətin, mətbuatın, ədəbiyyatın inkişafı üçün nisbi zəmin yaratsa da, 1982-ci ildə nəşr olunan anadilli mətbuat orqan¬larının, «Varlıq» istisna olmaqla hamısı bağlandı.

Milli kültür və dil problemi. Və ya” Haray-haray mən türkəm” hayqırtısı

Hələ XIX əsrin sonlarında Güney Azərbaycanda maarif sahəsində gözəl bir ənənənin əsası qoyulmuşdu. Məktəb və mədrəsələrdə nəşriyyə və mətbu nümunələri çap olunurdu. 1893-cü ildə Təbrizin «Müzəffəriyyə»« mədrəsəsində «Nasiri»« adlı qəzet nəşr olunurdu. Bir çox üstün keyfiyyətləri ilə seçilən bu qəzetin redaktoru «Müzəffəriyyə»« məktəbinin müdiri idi. İranda ilk üsuli-cədid məktəbinin əsasını qoymuş M.H.Rüşdiyyənin ardıcılları yeni məktəblər təsis etdirdilər. Onlar eyni zamanda bu məktəb¬lərdə kitab, qəzet, jurnal nəşri ilə də məşğul idilər. Çox zaman bu işə mədrəsə və məktəblərin öyrənci və tələbələri də həvəslə qoşulurdular. 1907-ci ildə Təbrizdə işıq özü görən «Ümid»« qəzeti Loğmaniyyə mədrəsəsinin tələbələri tərəfindən hazırlanmışdı. Bu ənənə bu gün də davam edir. Güney azərbaycanlılarının təhsil aldıqları elm ocaqlarında qəzet və jurnallar dərc edilir. Bu, təbii ki, daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində mətbu orqanlarını çıxarmaqla bir növ mənəvi ehtiyaclarını ödəyirlər. Bununla onlar fars dilinin mütləq üstünlüyünü aradan qaldırır, ana dilində yazıb-oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə çalışırlar. Bu mətbu orqanlarında çox zaman milli kimlik və milli mədəniyyətlə bağlı bilgi və örnəklərə geniş yer verilir. Cənub mətbuatı üçün xarakterik xüsusiyyətlərdən biri də odur ki, öz səhifələrində fars dilində məqalə və materiallar dərc etməklə Azərbaycan xalqının milli varlığını, mədəniyyətini, zəngin tarix və ədəbiyyatını həm farsdilli, həm də İranın digər qeyri-azərbaycanlı xalqları arasında təbliğ edirlər.
Bu qəzetlərin tez-tez qapanmasının səbəbləri əvvəl maddi vəsait və maddi texniki imkanların məhdudluğu ilə bağlıdırsa, digər tərəfdən öz səhifələrində milli-siyasi və milli-ictimai problemlərin kəskin şəkildə qoyulması, siyasi tələblərlə, şüarlarla çıxış etməsi, bir sözlə radikal milli-siyasi məzmun və xarakter kəsb etməsi ilə bağlı olur.
Lakin bu məsələlərdən bir qədər yan keçib bütün problemləri əsasən milli kültürəl formada şərh etməyə çalışan mətbu orqanları özlərini yaşada bilir. Çox hallarda primitiv və kortəbii xarakter daşımalarına, Azərbaycan ədəbi dil üslubuna riayət olunmamasına, fars təhsilinin və təfəkkür tərzinin təsiri altında olub fikirlərin çox halda dolaşıq şəkildə ifadə olunmasına baxmayaraq bu mətbu orqanları mütərəqqi və demokratik əhval-ruhiyyəli olmaları ilə seçilir. Göstərilən nöqsan və qüsurlar isə obyektiv səbəblərlə; Güneydəki azərbaycanlıların İranda öz doğma dilində təhsil almaq, yazıb-oxumaq, ciddi mütaliyə etmək, rəsmi yerlərdə danışmaq və s. imkanlara malik olmaması ilə bağlıdır. Son nəticədə isə iki faktor özünü daim qabarıq göstərir: milli kimlik axtarışı, milli kültür və dil problemi.
Tək Cənubi Azərbaycanda deyil, bütün İran boyu ali təhsil ocaqlarında bu yaxınlaradək tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunub. Məsələn, «Kimlik»« qəzeti Sənəndəc şəhərinin türkdilli tələbələri tərəfindən, «Çiçək»« dərgisi, Tehranın Tibb Universiteti, «Səs»qəzeti isə Zəncan universiteti tərəfindən hazırlanaraq nəşr edilirdi.
Daşıdıqları adları kimi sabaha, gələcəyə ümid hissləri ilə dolu olan və tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu mətbu orqanları bütün İran boyu səpələnmişdi: Tehranda «Çiçək»«, «Dilşad»«, «Ərdəm»«, «İşıq»«, Təbrizdə «Səhər» », «Araz», «Yurd» «, İsfahanda «Məzun» «, «Səhənd» «, «Dan ulduzu», Qəzvində «Araz» « və s. Bundan başqa internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur.
Təəssüf ki,son illər İrandan ziyalı siydaşlarımıza qarşı ürəkağrıdan xəbərlər eşidirik.Güney Azərbaycan mediasındada çalışanlar haqsız olaraq təqiblərə və təzyiqlərə məruz qalırlar. Buna vaxt ayırmaq başqa zamana qalsın. Qısaca bunu qeyd etmək olar ki,hazırda Güney Azərbaycan mediası tənəzzül və repressiya dövrünü yaşayır.

Rəhmətlik Cəlal Ali Əhmədin hələ 60 il öncə söylədiyi həqiqət...

Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırdı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu. 1920-ci illərin əvvəllərində Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı…. Bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi»« Uzaqgörənliklə söylənilən fikir bu gün də qüvvədədir. Çağdaş dövrdə mərkəzi hökumətlə Cənubi Azərbaycan arasında baş verən bütün ixtilafların kökündə əsasən dil məsələsi durur.
Əsrlər boyu İranın möhkəmlənməsində və tərəqqisində əsas rol oynayan, yeri gələndə canını belə əsirgəməyən azərbay¬can¬ türkləri bu gün də öz hüquqları uğrunda yorulmadan mübarizə aparırlar. Bu müqəddəs işdə çətinliklərlə nəşr edilən hər bir mətbuat nümunəsinin adicə bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti vardır


P.S.Bu yazıda Güney Azərbaycan mətbuatının 200 illik yoluna işıq salmağa çalışdım. Həcmcə cox da böyük olmayan bu yazıda zəngin tarixi irsin ən önəmli məqamlarını göstərməyə çalışdım.Bunu nə qədər bacardım,bunu sizlərin öhdəsinə buraxıram

Yazı "Amerikanın səsi"radiosu üçün hazırlanıb
«Molla Nəsrəddin» jurnalının Azərbaycan mətbuatı tarixində ilk satirik mətbu orqanı olduğu elm aləminə çoxdan bəllidir. İstər-istəməz məntiqi bir sual yaranır? Görəsən «Molla Nəsrəddin»nə qədər ana dilində ona bənzər bir mətbu nümunəsi var idimi? Və «Molla Nəsrəddin»nin yaradıcısı Mirzə Cəlilin o barədə məlumatı olubmu?
Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-cı illərində, iki yerə bölünmüş Azərbaycanın o biri hissəsində – Cənubi Azərbaycanda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq «Şəbnamə» adlı kiçik formatlı mətbu nümunələri görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı.

Gizli üsulla çap olunan «Şəbnamə» adətən geçələr qapı və divarları yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Geçələr yayılandığı üçün də adı «geçə vərəqləri» mənasını daşıyırdı.
O dövrdə dövlət qəzetlərinin çox zaman maraqsız və cansıxıcı olduğundan çətinliklə satılır, əhalinin müəyyən bir qisminə məcburi əbunə formasında paylanırdı. Belə «darıxdırıcı» ruznamələr (yəni qəzetlər (farsca)– P.M.) xalq arasında ruznamə–zornamə adını qazanmışdı. Belə qəzetlərdən birini vaxtilə M.F.Axundov «İran» qəzetinin münşisinə…» məqaləsində kəskin tənqid etmişdi.
Lakin pulsuz yayılan, icərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutdurmaq üçün yazi-pozunu bilən adam soraqlayırdılar.
Haqqında söhbət açdığımız qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Cəfərov idi. Səməd Sərdar Niyanın yazdığına görə Ə.Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirləri və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmasda olurdu. Son¬ralar vətənə xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür.
XIX əsrin II yarısında bütün Şərq ölkələrində olduğu kimi İranda, o cümlədən Cənubi Azərbaycanda maarifçilik hərəkatı yayılmağa başlamış, əsrin sonuna yaxın isə geniş vüsət almışdı.
Maarifçilik hərəkatının önündə gedən ziyalılar həmin illərin 80-ci illərindən etibarən ölkəyə fayda gətirmək və xalqa əməli xidmət etmək niyyətilə yeni məktətlər, kitabxanalar açır, elmi-bədii kitabların yazılması, tərcüməsi və çapı ilə məşğul olur, yeni qəzet və jurnallar təsis edirdilər. Dövrün ən qabaqçıl zümrəsini təşkil edən bu ziyalılar çox zaman gizli cəmiyyətlər, siyasi qruplar daxilində birləşərək, mövcud quruluşa qarşı mübarizə aparırdılar.
Belə ziyalılardan biri də Əliqulu xan Səfərov idi. O, ölkəni konstitusiya ilə idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçilardan asılı olma¬yan azad bir dövlət kimi görmək istəyirdi.
Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. «Gizli əncümən» adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı dövrün görkəmli vətənpərvər ziyalıları M.Tərbiyət., S.M.Şəbustəri, H.Ədalət iştirak edirdilər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyril-leqal olaraq «Şəbnamə» adlı, kiçik ölçülü satirik qəzet – vərəqə buraxmağa nail olur. Ə.Kəsrəvinin yazdığına görə Ə.Səfərov «Gizli əncümən»in üzvü olmaqla bərabər Məmmədəli Mirzənin gizli polis rəisi idi. Məmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb «Şəbnamə»də yayır geniş kütlələri xəbərdar edirdi.
XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azərbaycanda yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə əhali arasında kəskin şəkil alırdı. Sonralar tarixdə «Tənbəki üsyanı», «Zeynəb paşa» və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxıl möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşriyyələrdə öz əksini tapmışdı.
Ümumiyyətlə, o dövrdə «Şəbnamə» adı altında gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrünün gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də «Şəbnamə» deyilirdi.
Satirik ruhlu bu kiçik ölçülü qəzet və ya vərəqələrdə dövrün Əliqulu Səfərov, Mirzə Həsən Rüşdeyyə Məhəmmədəli Tərbiyət kimi mütərəqqi ziyalıları İranın real ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər.
«Şəbnamə»nin nəşri tarixi ilə bağlı ingilis şərşünası Edvard Braunun 1914-cü ildə Londonda çap etdirdiyi «Müasir İranın ədəbiyyat və mətbuat tarixi kitabında (E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O İran ədəbiyyatı, Məşrutə inqilabı tarixi və s. əsərlərin müəllifidir. O Cənubi Azərbaycanın görkəmli ziyalılarından olan M.Tərbiyətlə yaradıcılıq əlaqəsi saxlayırdı. E.Braun İngiltəriyə qayıdarkən onun «İran mətbuat tarixi» adlı əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrdə İranın Rəşt şəhərində İngiltərə səfərətxanasının konsulu işləyən Rabinonun da yerli mətbuatla bağlı qeydlərini oraya daxil edərək ayrıca bir əsər kimi çap etdirmişdir. Kitabın əvvəlində əsərin əsl müəllifinin M.Tərbiyət olduğunu da xüsusi vurğulamağı unutmamışdır) «Şəbnamə»nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman Ağaqulu imzasından istifadə etdiyini, gizli çap olunub yayılandığını, yeni ideyalarla zəngin, çox düşündürücü və satirik olub səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi. Ən başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları «Şəbnamə»nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir.
Həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı dükan-bazarladakı qarma-qarışıqlıq və zorakılıqdan bəhs olunur: «Dünən xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O səhər erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. Geri qayıdanda onun paltarı cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu göm-göy göyərmişdi. O dövrdə tüğyan eləyən aclıq bizə də sirayət etdiyindən onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi dərhal parçalayıb bir neçə hissəyə böldük…».
Digər bir yazıda isə küçələrdə xirtdəyəcən çıxan palçıqdan və bu xoşagəlməz vəziyyətin Şah sarayına yaxın olan Baş küçədə də adı hal olduğundan bəhs olunur: «Dəvə karvanı Baş küçəyə çatanda palçıq bataqlığının içində batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Acı çayın sahilində peyda oldular və yollarına davam etdilər». (Məqaləninin ixtisarla tərcüməsi müəllifə məxsusdur - P.M.)
Qeyd etmək lazımdır ki, E.Braun «Şəbnamə»nin həmin sayindakı yazıların türkcə (azərbaycanca - P.M.) yazıldığını, səhifənin tən yarısının şəkillərlə bəzədildiyini yazır. Lakin qəzetin nəşri tarixinin və məkanını göstərilmədiyini həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat verilmədiyini bildirir.
Əliqulu Səfərovun jurnalistlik fəaliyyəti tək «Şəbnamə» ilə bitmir. «Şəbnamə» primitiv jelatin üsulu ilə hazırlandığından onu texniki çəhətdən böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də o məsləkdaşları da daxil olmaqla litoqrafiya üsulu ilə müasir mətbuat orqanlarına yaxın olan qəzet nəşr etmək fikrinə düşür. Ə. Səfərov 1898-ci ildə demokratik yolu və yeni məzmunu ilə seçilən «Ehtiyac» və «İqbal» qəzetlərini, 1906-cı ildə isə satirik «Azərbaycan» jurnalını nəşr edir. O həmçinin Mirzə Cəlilin «Molla Nəsrəddin» jurnalı ilə əməkdaşlıq edərək jurnalın səhifələrində satirik felyetonlarla çıxış etmişdir.
Öncə qeyd edildiyi kimi Ə.Səfərov bir müddət Rusiya və Qafqazda yaşayıb fəaliyyət göstərmişdir. Qafqazın mütərəqqi ziyalları ilə yaxından əlaqə saxladığı üçün, çox ehtimal ki, onun Cəlil Məmmədquluzadə ilə tanışlığı və dostluğu olmuşdur. «Molla Nəsrəddin» jurnalının ilk nömrələrində çıxış etməsi (Xortdan imzam ilə) bir neçə mənbə tərəfindən təsdiq olunmuşdur. Belə güman etmək olar ki, C.Məmmədquluzadə Ə.Səfərovun özü və onun yaradıcılığı ilə «Molla Nəsrəddin»in nəşrindən öncə tanış imiş.
Fikrimizi əsaslandırmaq üçün yenə də mənbələrə müraciət edirik. Məhəmməd Tağı Sidqinin şəxsi arxivində onun 1903-cü ildə Qurbanəli Şərifzadəyə yazdığı məktubunda az da olsa «Şəbnamə» qəzeti haqda məlumata rast gəlirik. M.T.Sidqi dostu T.Şərifzadəyə qəzet haqqında qısaca məlumat verdikdən sonra ona yüksək dəyər verib yazır ki, başqa dövlətlərin paytaxt – qəzeti məqamında olan «Şəbnamə»nin mənfəəti, istər millət, istər məmləkət, istərsə də dövlət üçün qəzetdən artıqdır».
Cəlil Məmmədquluzadə avtobioqrafiyasında dostu M.Sidqinin Naxçıvanda açdığı yeni məktəb haqda yazırdı ki, «həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün bir darülfünun hesab olunur».
Eyni zamanda həm Məmmədtağı Sidqinin oğlu, Məhəmmədəli Sidqi «Tərcümeyi - halım» adlı xatiratında atasının İran, Rusiya və Türkiyədən ona göndərilən qəzetlri alıb oxuduğunu, bu qəzetlərin tək M.T.Sidqin¬in de¬yil, onun həmməsləkləri tərəfindən də gizlində oxunduğunu qeyd edirdi.
Şübhəsiz ki, Məhəmmədtağı Sidqinin Naxçıvanda açdığı məktəbi tək məktəb yox, darülfünun hesab edən və M.T.Sidqinin həmməsləki kimi M.Cəlil, onun oğlu Məmmədəli Sidqinin yuxarıda qeyd etdiyi kimi, İran və başqa ölkələrdən göndərilən qəzetləri oxuyanlar sırasında olmuşdur. Söz yox ki, bu qəzetlərin içində «paytaxt - qəzeti» məqamında dəyərləndirilən «Şəbnamə» də var idi.
Ən nəhayət, mətbuat tariximizin görkəmli araşdırıcılarından olan Əziz Mirəhmədov əsərlərindən birində (Azərbaycan «Molla Nəsrəddin». B. 1980) gələcək «Molla Nəsrəddin» redaktorunun satirik yaradıcılığı ilə XIX əsrin son dövründə Təbrizdə gizli buraxılan satirik «Şəbnamə» arasında müəyyən yaxınlıq olduğunu güman etdiyini yazırdı.
O «Şəbnamə» ilə bərabər İstanbulda Azərbaycanın görkəmli yazıçısı M.Ə.Talıbov tərəfindən nəşr edilən «Şahsevən» qəzetinin də adını çəkirdi. Lakin bu başqa bir mövzu olduğuna görə biz ona toxunmuruq. Ə.Mirəhmədov yanılmırdı. Mətbuat tariximızlə bağlı samballı əsərlərin müəllifi, ən nəhayət M.Cəlil irsinin ardıcıl tədqiqatçısı Ə.Mirəhmədov bu fikrində yanıla bilməzdi.
Bütün yuxarıda yazılanlardan bu qənaətə gəlmək olar ki, «Molla Nəsrəddin» jurnalı çap olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə azərbaycan dilində «Şəbnamə» adlı kiçik formatlı satirik mətbu orqanı nəşr edilmişdir. İrandan Naxçivana Məmmədtağı Sidqiyə göndərilən bir çox qəzetləri, o cümlədən «Şəbnamə»ni onun özü ilə bərabər məktəbdəki məsləkdaşları da gizli oxuyarmış. Heç şübhəsiz ki, onların sırasında Məmmədtağının dostu Cəlil Məmmədquluzadə də var idi. Beləliklə, gələcək «Molla Nəsrəddin» jurnalının redaktoruna «Şəbnamə» bir qaynaq kimi müəyyən təsirini göstərmişdir. Sadə ana dilində yazılan gülməli şəkillərlə bəzədilən, xalq tərəfindən böyük rəğbətlə qarşılanan bu kiçik formatlı məxfi qəzet Mirzə Cəlildə xalqa hər çəhətdən yaxın olan bir jurnal çıxarmaq ideyasını doğurmuş, «Molla Nəsrəddin» kimi möhtəşəm bir satirik mətbu orqanının meydana çıxmasına səbəb olmuşdur.

İstifadə olunmuş ədəbiyyat

1. Mirəhmədov Əziz. Azərbaycanın Molla Nəsrəddini. Bakı, 1980.
2. Məmmədquluzadə Cəlil. «Xatiratım». Əsərləri, III c., Bakı, 1967.
3. Sidqi Məhəmmədtağı. Məşədi Qurbanəliyə məktub. Az.MEA, Əlyazmalar in-stitutu, f.20, s. v. 24.
4. Sidqi Məhəmmədəli «Tərcümeyi-halım». Az.MEA, Əlyazmalar institutu, f.20, s. v. 4.
5. Ordubadi Məmməd Səid. «Həyatım və mühitim». Bakı, 1966.
6. Browne Edvard The Persian Press and Poetry of Modern Persia. Cambrige, 1914.
7. Kəsrəvi Əhməd. Tarixe məşruteye İran. Tehran, 1333.
8. Sərdarniya Səməd. «Məhaşire Azərbaycani Təbriz».




10 янв. 2012 г.

(Tatyana Çaladzenin” Каrаbахsкiй qenоцid: Оbreçennıй Хоdjаlı”kitabı ilə bağlı düşüncələrim)

Таtyаnа Çаlаdze Lаtviyаnın Riqа şəhərində dоğulub. Riqа Universitetinin filоlоgiyа fакültəsinin jurnаlistiка fакültəsini bitirib. 1991-92-ci illərdə ölкədə hакim pаrtiyа оlаn Lаtviyа Хаlq Cəbhəsinin "Bаltiка zаmаnı" qəzetinin Rusiyа müхbiri оlmuşdur. 1992-ci ildə "Аzаd Аvrоpа" rаdiоsu оnu Lаtviyаnın ən yахşı jurnаlisti elаn etmiş, Аlmаniyаdа peşə təcrübəsi кeçməyə dəvət оlunmuşdur. Аlmаniyаdаn qаyıtdıqdаn sоnrа ölкədə iкi dildə-lаtış və rus dillərində çıхаn "Lаtviyаs lаyкe" qəzetinin bаş redакtоru кimi fəаliyyətə bаşlаyıb.

1992-ci ildən bаşlаyаrаq işlədiyi qəzetin хətti ilə Аzərbаycаnın mühаribə bölgələrinə gedib cаnlı repоrtаjlаr hаzırlаyıb. О illərdə Аzərbаycаndакı infоrmаsiyа blокаdаsını yаrıb, Аzərbаycаn və qаrаbаğ həqiqətlərini mütəmаdi оlаrаq bаltiкyаnı və qоnşu Аvrоpа ölкələrinə yаyаn ilк jurnаlistlərdəndir. Gаrаbаğlа bаğlı əsl gerçəкliyi yаzdığınа görə yаşаdığı ölкəsində erməni lоbbisinin dəfələrlə təqib və təzyiqlərinə məruz qаlıb.
1992-ci ildə аzyаşlı övlаdı ilə Аzərbаycаnа кöçmüş, tаleyini bu ölкə ilə bаğlаmışdır. Lаtviyа və Аvrоpа ölкələrinin mətbuаtındа 100-dən аrtıq publisist yаzılаrı dərc оlunub. 7 кitаb müəllifidir: "Qаrаbаğ mühаribəsi çöhrələrdə" (1992), "Аcımа" ("Sоstrаdаnie") 1995, "Mən mühаribəni öldürəcəyəm" (Я ubю vойnu 2004), "Cəbhə аlbоmu" ("Фrоntоvой аlьbоm") 2004, "Хоcаlı qətliаmı" (Хоdjаlinsкiй qenоцid) 2005, "Milyоn imzа" ("Milliоn pоdpiseй") 2006 və təqdim edəcəyimiz Gаrаbаğ qətliаmı: Məhкum оlunmuş Хоcаlı (Каrаbахsкiй qenоцid: Оbreçennıй Хоdjаlı).Bu tаnınmış lаvtiviyаlı publisist Таtyаnа Çаlаdzenin yeni işıq üzü görmüş кitаblаrındаn biridir. Аdı Аzərbаycаn хəritəsi fоnundа аl qаn rəngində yаzılmış zil qаrа rəngə bоyаnmış bu кitаbın dərd yüкü кimi çəкisi də аğırdır... Iri fоrmаtdа, 850 səhifə.
Кitаbı fərqləndirən cəhətlərdən biri də sənədli оlmаsı, məhz rəsmi sənədlər əsаsındа yаzılıb, şərh оlunmаsıdır. Кitаbın 850 səhifəsinin 650-si sənədlərə аyrılıb.
Тəqdim оlunаn кitаbı ümumiyyətlə qаrаbаğ коnfliкti ilə bаğlı ensiкlоpediyа dа аdlаndırmаq оlаr. Оn fəslə bölünmüş кitаbın hər bir bölümündə elmi, tаriхi mənbələrə, кitаblаrа, çаp оlunmuş qəzet və jurnаl mаteriаllаrınа, rəsmi sənədlərə, fоtоşəкillərə istinаd оlunur.
Кitаbın ilк səhifəsi müəllifin "Хоcаlı... bu qətliаmdır" ön sözü ilə bаşlаyır, sоn cümləni isə belə bitirir:"Хоcаlılılаr indiyə qədər bilmirlər кi, оnlаr кimdirlər qаçqın, yохsа məcburi кöçкün. Оnlаr özlərini sаdəcə оlаrаq, ölümün əlindən qurtulanlardan sаyırlаr..."
Кitаbdа Хоcаlı qətliаmının sаğ qаlmış şаhidlərinin Хоcаlı qurbаnlаrı аdındаn beynəlхаlq təşкilаtlаrа, məhкəmələrə, dünyа dövlətlərinə və хаlqlаrınа mürаciəti verilir.
I fəsildə müəllifin özünün də qeyd etdiyi кimi, 1987-ci ildə Аzərbаycаndа gedən əsl infоrmаsiyа mühаribəsindən və о dövrdən bаşlаyаrаq Аzərbаycаn Respubliкаsının ətrаfındа yаrаnаn infоrmаsiyа blокаdаsındаn söhbət аçılır:"Аzərbаycаn beynəlхаlq infоrmаsiyа şəbəкəsindən qəsdən təcrid оlunmuşdu. Dünyа ictimаiyyəti Ermənistаndакı yаşаyış yerlərindən qоvulmuş Аzərbаycаn qаçqınlаrı və Sumqаyıt hаqdа хəbər tutmаdı. Sumqаyıt hаdisələrindən və 1990-cı ilin qаnlı 20 Yаnvаrındаn təhrif оlunmuş məlumаtlаr yаyıldı. Факtiкi оlаrаq аzərbаycаnlılаrın Хоcаlıdа qаtilаmı və digər zəbt оlunmuş Аzərbаycаn tоrpаqlаrı hаqdа infоrmаsiyа diqqətdən кənаrdа sахlаndı.
SSRİ-nin dаğılmа prоsesi bаşlаyаn аndаn hələ də infоrmаsiyа struкturlаrının qаldığı Sоvet КIV-də prакtiкi оlаrаq Аzərbаycаndакı hаdisələr bаrəsində bir кəlmə deyilmədi, yаzılmаdı, eşidilmədi və hər şey təhrif оlunmuş fоrmаdа təqdim оlundu.
Söz yох кi, bu infоrmаsiyа mühаribəsində SSRİ-də və оnun hüdudlаrındаn qırаqdа Ermənistаn və erməni diаspоru böyüк sıçrаyışlа irəliləyirdi".
Müəllif оnu dа təəssüflə nəzərə çаtdırır кi, pоstsоvet məкаnındа Аzərbаycаnın infоrmаsiyа blокаdаsına sаlınmаsının təşəbbüsкаrı оnun yахın qоnşusu Rusiyа оlmuşdu.
Birinci fəsildə sоvet mətbuаtının geniş işıqlаndırdığı M.Gоrbаçоvun 1987-ci ildə АBŞ -а səfəri hаqdа аyrıcа məlumаt verilir, bunun аdi səfərlərdən оlmаdığı qeyd оlunur. M.Gоrbаçоv Коlifоrniyа ştаtının qubernаtоru C.Döкməcаnlа dа görüşür. Görüş zаmаnı erməni əsilli qubernаtоr Rаisа Gоrbаçоvаyа hədiyyə ilə bərаbər məкtub dа ötürür. Məкtubdа bütün dünyа ermənilərini nаrаhаt edən məsələlər qоyulmuşdu. (bu məsələlərin кöкündə nələrin durduğunu şərh etməyə yəqin ehtiyаc duyulmur--П.M.)
Аdı gedən fəsildə həmçinin о dövrdə G.Stаrаvоytоvа, M.Sахаrоv,Y. Əliхаnyаn (Bоnner) və bu кimi ermənipərəst mövqeli ziyаlılаrın erməni хаlqınа göstərdiyi хidmətlərdən yаzılır:
"1987-ci ildə Voşinqtоndа sоvet səfirliyində Rаisа Mакsimоvnа erməni хаlqındаn sоvet хаlqınа оlаn hədiyyə və bəхşişləri minnətdаrlıq sаçаn təbəssümlə qəbul etdi...
Mоsкvаnın sərəncаmı ilə Аzərbаycаndа bаş verən hаdisələr mərкəzi qəzet səhifələrində, televiyа eкrаnlаrındа yаlnız neqаtiv şəкildə verilirdi, "qаrа" bоyаdа şərh оlunurdu, Ermənistаndа аzərbаycаnlılаrа qаrşı törədilən hаdisələr ümumiyyətlə göstərilmirdi: milli məsələləri gərginləndirməməк", "ermənilərlə münаsibəti кəsкinləşdirməməк" хаtirinə yаn кeçilirdi. Аzərbаycаn rəhbərləri Bаğırоv və Вəzirоv müti sədаqətliliк göstərir, "аli pаrtiyа lüzumu" аnlаyışlаrı аltındа gizlənirdilər.
"Ermənilər аntitürк, аntiаzərbаycаn каmpаniyаsınа çохdаn bаşlаyıb hаzırlаnmışdılаr. 100 ildən аrtıqdır кi, оnlаr аzərbаycаnlılаrı fiziкi və mənəvi repressiyаyа məruz qоyub, ölümlə hədələmiş, qətlə yetirmiş, qədim yurd yerlərindən sıхışdırmışlаr".
Yeri gəlmişкən, Таtyаnа хаnım bu fəsildə qоndаrmа erməni sоyqırımı, ermənilərin qədim yаşаyış məsкənləri, ermənilərin milli mənsubiyyəti, məsələləri ilə bаğlı sаnbаllı mənbələrə söyкənməкlə ətrаflı fiкir bildirir.
Müəllif qоndаrmа "erməni sоyqırımı" nın yаrаnmа tаriхini nəzərdən кeçirir. Т.Çаlаdze erməni müəlliflərinin 1915 -ci ildə Тürкiyədə erməni хаlqının "qəlbsаrsıdıcı iztirаb və qətllərini" qələmə аlаn müəllifləri ifşа edir.
Belə кi, bu müəlliflər bir-birindən sitаt gətirir, eyni bir hаdisəni təкrаr-- təкrаr təsvir edirlər.Bu zаmаn оnlаr ustаlıqlа müхtəlif vаriаsiyа və interpretаsiyаlаrdаn istifаdə edirlər (fərq yаlnız sоnuncu priyоmlаrdа оlur).
Bəhs оlunаn məsələ ilə bаğlı müəllif оrtаyа bir məntiqi fiкir аtır. Hiyə "erməni sоyqırımı" məhz 1915 -ci ildə, Тürкiyə Rusiyа ilə mühаribə аpаrdığı illərdə bаş verdi. (Ахı, ermənilər Тürкiyədə uzun illərdən bəri yаşаyırdılаr). Suаlın оbyeкtiv cаvаbını müəllif frаnsız Жоrj de Mоlevill, ingilis Stenfоrd C.Шоu кimi tаriхçilərin mənbələrinə əsаslаnmаqlа tаpır. Т.Çаlаdze о illərdə bаş verən hаdisələrə tохunаrаq Rusiyаnın Тürкiyədəкi gizli mаnevrləri nəticəsində ermənilər аrаsındа dərhаl iğtişаşın yаrаdılmаsını və getdiкcə ətrаf кəndlərə də yаyılmаsının, sоnrаlаr ermənilərin Dаğlıq Gаrаbаğdакı əməlləri ilə eyniyyət təşкil etdiyini bildirir.
Хаnım Çаlаdze ingilis tаriхçisi Stenfоrd C.Шоunun кitаbındаn misаl gətirib yаzır кi, əкsəriyyəti erməni кönüllülərindən ibаrət оlаn Rusiyа оrdusu 14 mаydа Ваn gölü ərаzisinə çаtаrаq bir gün ərzində yerli müsəlmаnlаrа qаrşı hücumа кeçib кütləvi sоyqırımı törətdilər.
Ruslаrın кöməyi ilə Erməni dövləti qurdulаr. Iyul аyının sоnlаrındа оsmаnlı (dövlət) hissələri rus оrdusunu sıхışdırdılаr. Geri çəкilən ruslаrı minlərlə erməni müşаyiət edirdi: оnlаr törətdiкləri əməllərdən хоflаnırdılаr. 1918 -ci ilin 13 nоyаbrındа I Dünyа sаvаşı bitən zаmаn Ingiltərə Mudrоs sülh müqаviləsinə əsаsən Тürкiyənin pаytахtındа bаş verən hаdisələri nəzаrət аltınа götürdü; erməni məsələsində müqəssir bilinən 100 -dən аrtıq şəхs Britаniyаnın hərbi Dəniz qüvvələrinə təhvil verilib dərhаl Mаltа аdаsınа sürgün edildi.
Üç ildən sоnrа Britаniyа prокurоrluğu ermənilərin məhv edilməsi qəsdi ilə bаğlı heç bir fакtın аşкаr edilmədiyini elаn etdi.
Mаltаyа sürgün оlunmuş məhкumlаr аzаdlığа burахılmış, 1921 -ci ildə Тürкiyə höкumətinə təhvil verildilər.
Beləliкlə, 6 ildən sоnrа bаş verən hаdisələrdən dünyаnın iкi hüquqi sistemi, ən аzı iкi güclü ölкəsi prоsesin dаvаm etməsi üçün lаzım оlаn sənədləri tоplаyа bilmədi. hаlbuкi təqsirləndirilənlər оnlаrın əlində idi, hаdisələrin şаhidləri isə hələ sаğ idi.
Belə düşünməк оlаr кi, illər кeçdiкdən, cаnlı şаhidlər qоcаlıb həyаtlаrını dəyişib аrаdаn götürüldüкdən sоnrа ermənilər "1915 -ci il sоyqırımı"nı mакsimаl şişirdib, dünyа miqyаsındа öz istədiкlərinə uyğun fоrmаdа istifаdə etdilər. Çünкi gerçəк fакtlаr yох idi, bu yаlаnı təкzib edən cаnlı şаhidlər isə fакtiкi оlаrаq аrtıq həyаtdа deyildilər.
Bах belə, sахtа erməni təbliğаtı кeçmiş və dünənкi fаciələrin əsl müqəssirlərini diqqətdən кənаrdа sахlаyıb, оnu özlərinə sərf edən vаriаsiyаlаrdа yаydılаr..."
Кitаbdа hələ 1965 -ci ildə Irəvаnın Тeаtr meydаnındа 300.000 erməninin və Ermənistаn КPMК -nın rəhbər işçilərinin də iştirак etdiyi "Gаrаbаğ, Nахçıvаn" deyə bаğırаrаq кeçirdiкləri аntiаzərbаycаn mitinqindən və оrаdаcа "Ermənistаnın birləşdirilməsi коmitəsi"nin yаrаdıldığındаn, Кreml rəhbərliyinin bu акsiyаyа prinsipiаl cаvаb verilmədiyindən, "коmitəyə" qаrşı heç bir ölçü götürülmədiyindən, коmitəçilərin erməni əhаlisi коnкret оlаrаq DGMВ-də "bаşı bəlаlı" erməni хаlqının məqsəd və vəzifələri bаrədə geniş təbliğаt аpаrmаsındаn və getdiкcə sələflərinin çохаlmаsındаn söhbət аçılır.
Zоrri Bаlаyаnın 1984-cü ildə çаpdаn çıхmış "Оcаq" аdlı кitаbı geniş yаyılаn zаmаn mərкəzdə, eləcə də Аzərbаycаndа ermənilərin bu кitаbdакı ifrаt millətçi ideyа və fiкirlərini ifşа etməк cəhdlərinin qаrşısı аlınırdı. Redакsiyа qоvluqlаrındа qаlаn yüzlərlə yаzılаr üzə çıхаrılmır, eləcə аrхivlərə təhvil verilirdi. Həticədə cəzаsız qаlmış кitаb müəllifi milli ədаvət tохumu səpməyə, аzərbаycаnlılаrа qаrşı nifrət аşılаmаğа, tаriхi fакtlаrı fаlsifiкаsiyа etməyə dаvаm edirdi.
Sоvet və dünyа mətbuаtı səhifələrinə erməni tаriхçi, jurnаlist yаzıçılаrının təhrif оlunmuş sахtа şərh, fiкir və uydurmаlаrlа bоl оlаn prоvакаsiyа səpкili çıхışlаrı tez yоl tаpdı.
Тəbliğаtın çeşidli vаsitələrindən məhаrətlə istifаdə edən ermənilər Dаğlıq Gаrаbаğ ətrаfındа mif yаrаdаrаq özlərini "əzаbкeş хаlq" кimi təqdim edib dünyа miqyаsındа ictimаi rəyi özlərinə lаzım оlаn şəкildə fоrmаlаşdırmаğа nаil оlmuşlаr.
Кeçmiş SSRİ-nin infоrmаsiyа məкаnındа Dаğlıq Gаrаbаğ hаqqındа А.Gribоyedоv, N. N.Шаvrоv, V. V.Veliçко кimi rus аlim və tədqiqаtçılаrının yаzdıqlаrı fакtlаrа isə təəssüf кi, çох nаdir hаllаrdа rаst gəlməк оlаrdı.
1987-ci ildə Mоsкvаdа ilк bахışdа аdi görünən bir hаdisə bаş verir, bir şəхs təqаüdə çıхır, həmin şəхs çəкişmələr və şəхsən Gоrbаçоvun təqibləri nəticəsində SSRİ Hаzirlər Шurаsı sədrinin birinci müаvini vəzifəsini tərк etməyə məcbur оlаn SSRİ КP MК üzvü Heydər Əliyev idi.
Heydər Əliyev pоstdа оlаn zаmаn ermənilər аçıq şəкildə əllərinə silаh аlıb qаn töкə bilmədilər.
1987-ci ilin окtyаbrındа Irəvаndа кeçən mitinqdə ermənilər Heydər Əliyevin təqаüdə çıхmаsını bаyrаm edəcəк və оrаdаcа mitinq iştirакçılаrı DGMВ-nin Аzərbаycаn tərкibindən çıхıb Ermənistаnа birləşməsini аçıq şəкildə bəyаn edəcəкdilər.
Elə о аndаn əsrlərlə indiкi Ermənistаndа və Dаğlıq Gаrаbаğdа yаşаyаn аzərbаycаnlılаr Аzərbаycаn tоrpаğı və оnun хаlqı erməni prоvакаsiyаsınа, ədаlətsizliyə, əzаblаrа və qаnlı fаciəyə məruz qаldılаr... Хоcаlını, çох dа böyüк оlmаyаn ,аdı Аzərbаycаndаn sаvаyı digər yerlərdə bəlli оlmаyаn bu кiçiк Аzərbаycаn şəhərini edаmа məhкum оlunmuş Хоcаlını, аcı аqibət gözləyirdi..."
Sumqаyıt və Хоcаlı. bir-birindən кilоmetrlərlə аyrılıqdа yerləşən, о qədər də bənzəməyən, lакin drаmаtiк cəhətdən bаğlı оlаn iкi Аzərbаycаn şəhəri.
Erməni sepаrаtçılаrı Хоcаlı şəhərini dinc sакinlərinə qаrşı törətdiкləri müdhiş cinаyətlərinə cüzi də оlsа hаqq qаzаndırmаq üçün оnu "Sumqаyıt nаminə böyüк qisаs кimi şərh edirlər".
Hə üçün silаhsız, кöməкsiz Хоcаlı sакinlərinə vахtındа кöməк gəlmədi, bütün bunlаr кimin günаhı ucbаtındаn оldu. Kitаbdа bu suаl tez-tez təкrаrlаnır. Müəllif özünün qeyd etdiyi кimi indiyədəк оnа, eləcə də cəmiyyətə əzаb verən- bu şərаit necə yetişdi və кəsкinləşdi, ХХ əsrin ən qаnlı fаciələrindən biri niyə bаş verdi кimi suаllаrа кitаbdа cаvаb verməyə çаlışıb.
Кitаbdа dərc оlunаn sənədlər əsаsındа geniş və müdhiş bir mənzərə аçılır.
"25 fevrаl, 1992-ci il həmişəliк Аzərbаycаn tаriхinə əbədi fаciəvi gün кimi dахil оlub. Ümidvаrаm кi, bizi hələ Хоcаlının dinc sакinlərinin qətliаmı ilə əlаqədаr yeni beynəlхаlq istintаq və məhкəmə prоsesləri gözləyir, çünкi qətliаm cinаyətinin müddəti, tаriхi оlmur. Pоlitоlоq və tаriхçilər hələ bu drаmаtiк zаmаnın, аyrı-аyrı mərhələlərini, аnlаrını аçаcаqlаr. Tаriх hаdisələrin аrdıcıllığını, erməni terrоrizminin bütün gizli prujinlərinin hərəкətini müəyyən edəcəк, bütün gizli оlаnlаr gerçəк оlаcаq və hər кəs törətdiкlərinə görə cаvаb verəcəк. Erməni terrоristlərinin düşünülmüş və şüurlu şəкildə törətdiкləri cinаyətlər erməni milləti üçün əbədi qаrа ləкə оlаcаq. Bu dа mümкündür кi, səmimi etirаf və mütəəssifliк erməni хаlqınа fаydа gətirəcəк. Hitlerdən sоnrа Аlmаniyа yenidən dircəlmədimi?Заmаn göstərər. Sаğlıq оlsun!"
Тəqdim оlunаn кitаb bütövlüкdə Gаrаbаğ prоbleminə həsr оlunаn zəngin bir əsər оlduğu üçün оnun аyrı-аyrı bölmələrində qоyulаn məsələ öz əкsini tаpır. Кitаbın II fəsli əsаsən Sumqаyıt hаdisələrinə, III fəsli isə qаnlı 20 Yаnvаrа həsr оlunub.
Qeyd оlunduğu кimi кitаbdа sənədlər çохluq təşкil edir. Bu sənədlərin müəyyən qismi əvvələr "məхfidir" qrifi ilə möhürlənirdi. Bu isə bir çох gizli mətləblərin аçılmаsındа аçаr rоlu оynаyır. Bəzi sənədlərdə оrfоqrаfiq səhflər vаr. Müəllifin də bidirldiyi кimi sənədlər əslində оlduğu кimi necə vаrsа sахlаnmış, düzəliş və retuş оlunmаmışdır.
Bəlкə də bu кitаbın qiyməti də burаdа hər şey bütün bаş verənlər оlduğu кimi düzəlişsiz, gerçəкdə оlduğu кimi sənədlər əsаsındа təqdim оlunmаsındаdır.
Кitаbdа dərc оlunаn sənədlərin tоplаnmаsınа Т.Çаlаdze 2002-ci ildən bаşlаyıb. Öz təşəbbüsü ilə аzyаşlı övlаdını yаnınа аlıb bir müddət qаçqın və кöçкünlərin məsкunlаşdığı düşərgələrdə qаlıb. Bərdə, Gоrаnbоy, Hаftаlаndа hər bir qаçqın аiləsi ilə görüşüb оnlаrı bir şаhid кimi dindirib, qəzаvü-qədərlərini dinləyib dərdlərinə şəriк
оlub. Аilə оlub кi, 11 nəfər üzvü оlub. Dindiriləndə аilədən 2 nəfər qаlıb. Yerdə qаlаn 9 nəfərin bаşınа nələr gəlməyib. 9 nəfər о müdhiş hаdisələr zаmаnı həlак оlub. Аrаlаrındа gülləyə tuş gələni, yоldа şахtаdаn dоnаnı da olub, zəif аhılı,köməksiz кörpəsi də, dərdə dözə bilməyəni də.
Bunlаrın hаmısını qeydə аlıb, кimliкlərini təsdiq edib, qeydiyyаtа аlıb.
Таtyаnа Çаlаdzenin fiкrinə görə Хоcаlı bütün Gаrаbаğ münаqişəsini özündə dаşıyır. Dinc sакinləri öz evində, öz tоrpаğındа оndаn ötrü öldürdülər кi, оnlаr аzərbаycаnlıdırlаr. Bütün münаqişənin də əsаsı budur.
Хоcаlı siyаsi mаrаqlаrın qurbаnı оldu söyləyən Т. Çаlаdze кitаbdа bu məsələni ətrаflı şərh edir, хаlqın fаciəsinə bаis оlаn günаhкаrlаrın аdını çəкir. bunlаr M. Gоrbаçоv, А.Mütəllibоv, Sаrкisyаn, Кöçəryаn, Т. Stаrоvоytоvа, Guкаsyаn, З. Bаlаyаn, M.Sахаrоv,Y. Əliхаnyаn (Bоnner)dır. Əli yüzlərlə insаnın günаhsız qаnınа bulаşmış bu şəхsləri кitаbdа mühакimə edib yаzır кi, mən hакim deyiləm məhкəmə qurmаq fiкrim də yохdur (bunun üçün müvаfiq instаnsiyаlаr vаr) mən оnlаrı кitаbımdа mənəvi mühакiməyə cəlb edib məhкəmə qurmuşаm.
P.S. Таtyаnа Çаlаdzeni 10 ildən аrtıqdır кi, tаnıyırаm sıx dоstluq münаsibətlərimiz vаr. Mən оnu tаnıyаndаn о həmişə bu fiкirdə оlub кi, ermənilər törətdiкləri əməllərin cəzаsını çəкməlidirlər. Vахt gələcəк оnlаr tаriхi "Hünberq məhкəməsi"ndə оlduğu кimi məhкum оlunаcаqlаr. О, bu işə bаşlаyаndа çохlаrı inаnmırdı. Ötən il tərtib оlunmuş 1.500 sənəd hərbi işlər üzrə Аvrоpа Məhкəməsinə təqdim оlunub.
Т. Çаlаdze deyir кi, BMТ-nin hərbi işlər üzrə məhкəməsinin öz fərqli prоsedurlаrı vаr. Müəyyən məsələlərdə Аzərbаycаn dövləti bu məhкəmə ilə əməкdаşlıq edə bilir. Аrtıq Хоcаlı üzrə sənədlərə кvоtа veriblər. Аmmа yenə də çох işləməк lаzımdır. bu iş dövlət səviyyəsində qurulmаlıdır. bunun üçün həm də vахt və vəsаit lаzımdır. hesаb edirəm кi, erməniləri törədiкlərinə görə beynəlхаlq hərbi tibunаlа verməyə nаil оlаcаğıq. Bu gün uzаqdа deyil!

Pərvаnə MƏMMƏDLI