12 окт. 2011 г.

Tarixdən məlum olduğu kimi, 1918-ci ilin aprelində Güney Azərbay¬cana türk hərbi hissələri daxil olmuşdu. Qeyd etmək yerinə düşər ki, 1918-ci ilin əvvəllərində rus ordusunun Güney Azərbaycanı istila etməsindən istifadə edən erməni quldurları hərbi ordu təşkil edib Maku, Xoy və Urmiya şəhərlərində soyqırımı törətmişdilər. Ermənilərin Urmiyədə törətdikləri vəhşiliklərin heç zaman acı xatirələrdən silinməyəcəyini qeyd edən tarixçi Əhməd Kəsrəvi yazırdı ki, əhali aylarla əzab-əziyyət çəkdikdən sonra Osmanlı Ordusunun gəlməsi ilə özlərini azad hiss edib, qadınlar və kişilər şəhərdən kənara çıxıb, Osmanlı Ordusunu qarşıladılar. Özləri bilmirdilər, ağlasınlar, ya sevinsinzər»

Türklər qətllərə və habelə ölkədəki sol qüvvələr tərəfindən varlı və hakim dairələrin evlərinin yağmalanmasına son qoydular.
Türklərin gəlişi ilə vilayətdə milli əhval-ruhiyyəli dairələrin fəaliyyəti canlanmışdı. Təbrizdə və Urmiyada türklər islamçı təşkilat olan «İttihadi-islam»ın şöbəsini yaratmışdılar. Onlar həmçinin Azərbaycan dilində «Azərbay¬can» qəzetinin nəşrini təşkil etmişdilər. Qəzetin redaktoru gənc müəllim, şair, təbrizli Tağı Rifət idi. Qəzet türkçülük ideyasının təbliğinə xidmət edirdi. Bu mətbu orqanın səhifələrində türklər, farslar, İran və Turan, Azərbaycanın qədimdən türk ölkəsi olması haqqında yazılar dərc edilirdi.
Urmiya şəhərində isə tədrisin Azərbaycan türkcəsində aparıldığı məktəb¬lər açılmışdı. Məktəbdə şəhərin savadlı ziyalıları və türk zabitləri dərs deyirdilər. Məktəbdə Urmiya uşaqları və gənclərinə onların türk olduqları təlqin edilir, fars dili xarici dil kimi tədris edilirdi. Təbrizdə nəşr edilən «Azərbaycan» qəzeti və Urmiyadakı türk məktəbi türk birliyi ideologiyasının yayıçıları və Azərbaycanın türkçülük əsasında milli şüurunun dərinləşməsi və genişlənməsi vasitəsi idi (3, 72).
Tağı Rifət istedadlı şair olmaqla yanaşı, görkəmli ədəbiyyatşünas və jurnalist idi.
T.Rüfət 1890-cı ildə Təbrizdə doğulmuşdu. Təhsilini əvvəlcə Təbrizdə, sonra isə İstanbulda almışdır. Türkiyədə olarkən türk və fransız dillərini mükəmməl öyrənir. Aradan bir az keçəndən sonra gənc Rifət fars dilində olduğu kimi türk və fransız dillərində də şeirlər yazır.
T.Rüfət Türkiyənin Trabzon şəhərində iranlı uşaqların təhsil aldığı «Nasiri» məktəbində bir neçə il müdir işləyir. Birinci Dünya müharibəsi başlayanda isə yenidən vətənə qayıdır və Təbriz məktəblərində fransız dilindən dərs deyir, müəllimlik fəaliyyətini davam etdirirdi. Bu dövrdə onu xalqın milli-azadlıq hərəkatı çox düşündürürdü.
Şeyx Məhəmməd Xiyabaninin redaktorluğu ilə çıxan «Təcəddüd» qəzetində əməkdaşlıq edən T.Rifət sonradan qəzetin baş katibi vəzifəsində işləyir. Eyni zamanda demokratik hərəkatın başçısı Ş.M.Xiyabaninin yaxın köməkçisi və həmkarı olur. Bu ona geniş imkanlar yaradır. O, «Təcəddüd»də, «Azadistan» jurnalında açıq imza ilə və ya «Femina» təxəllüsü ilə dərc etdirdiyi şeirləri, eyni zamanda dərin məzmunlu məqalələri ilə milli-azadlıq hərəkatına yaxından kömək göstərir.
O illərdə Təbrizdə Gənclər Təşkilatının orqanı kimi nəşr edilən «Azadistan» jurnalı ayda iki dəfə çıxır, yazı və illüstrasiyalar 16 səhifədə yerləşdirilirdi. Öz səhifələrində mədəniyyət, anadilli ədəbiyyat, istiqlal məsələlərinə geniş yer ayırırdı. Həmçinin qadın azadlığı, təlim-tərbiyə üsulları haqda elmi və fəlsəfi yazılar çap edirdi.
Qəzetin redaktoru Tağı Rifət idi. Ş.M.Xiyabani «Azadistan» jurnalında adətən Y.Külahi imzası ilə çıxış edirdi.
Tağı Rifət 90 il öncə «Təcəddüd» qəzetində (1917, №43) yazdığı «Təkrar və təshih» adlı məqaləsində bu gün yaşadığımız huquqi dövlətdə çox aktual olan məsələdən – seçkinin əhəmiyyətindən və onun hər bir vətəndaşın ictimai-siyasi müqəddəratında oynadığı rolundan danışaraq yazırdı: «Öz seçəcəyimiz şəxsə məcburi olaraq verdiyimiz rəy bizim azadlığımızın sərhədini məhdudlaşdı¬racaqdır, yəni səsimizi verib qurtardıqdan sonra azadlığımız da müstəqim mülkiyyətimizdən çıxır; yəni güllə atıldı və onu qaytarmaq mümkün deyildir. Əziz vətənimizin həyatı və ya ölümü o bir səsə bağlıdır…» (1, 1917, 43).
Yazıdan görüdüyü kimi T.Rifət əhalini səsvermədə həddindən artıq ayıq və sayıq olmağa çağırırdı.
Rifət Təbrizi şeirin köhnəlmiş formalarını saxlayan, hər cür yeniliyə qarşı çıxan mühafizəkarlara, xüsusən Məhəmməd Tahir Baharın başçılıq etdiyi «Daneşkəde» ədəbi jurnalının mövqeyinə qarşı kəskin mübarizə aparır (5, II c., 162). İşlədiyi «Təcəddüd» qəzetində və «Azadistan» jurnalında «Daneşkəde» jurnalı ilə elmi-ədəbi mübahisə edirdi.
Poetik yaradıcılıqda XX əsrin zövq və tələblərini 800-1000 il bundan əvvələ aparıb çıxarmaq istəyən daneşkədeçilərə müraciətlə Təqi Rifət yazırdı: «Siz, XX əsrin sistemi ilə Təxt-e Cəmşidin uçuqlarını yamayıb bitişdirə bilməyəcəksiniz, bunun üçün siz yenidən həmin dövrə, həmin üsluba qayıtmalısınız, ən yaxşı halda siz ancaq keçmişi təqlid edəcəksiniz, halbuki şair orijinal olmalıdır, təqlidçi yox. Siz dünən üçün deyil, sabah üçün şeir yazın, bədii əsərlər yaradın» (6, 147).
Rifət Təbrizi ədəbiyyatın yeniləşməsini xalqın ictimai fəaliyyətinin bir hissəsi hesab edir və göstərir ki, ədəbiyyatın yeniləşməsi ədəbi inqilabdır, ədəbi inqilab isə bir xalqın ictimai-siyasi əhvali-ruhiyyəsi, onun fəaliyyəti ilə sıx surətdə əlaqədardır.
Təqi Rifət «ədəbiyyatın yeniləşməsi» deyəndə bayağı yeniləşməni, yeni mövzu və ideyaların köhnə forma, üslub və çeynənmiş bədii ifadə vasitələri ilə tərənnümünü nəzərdə tutmurdu. Məşrutə hərəkatı ilə ədəbiyyata, xüsusilə poeziyaya gəlmiş yeni fikirlərin tərənnümü yeni üslub, yeni forma, yeni bədii ifadə vasitələri tələb edirdi.
Təqi Rifət yazırdı: «Bizim ədəbiyyatımız özünün başlıca vəzifələrindən, öz mənbəyindən uzaq düşmüş, kiçik və xırda məsələlərin tərənnümündə do¬nub qalmışdır. Ədəbiyyatımızın qarşısında durğunluğu qoruyub saxlamağa çalışan bir sədd çəkilmişdir. Bizim vəzifəmiz həmin səddə və do¬nuq¬luğa zərbə endirib onu dağıtmaqdan, ədəbiyyatımızı əsarət zəncirindən qurtar¬maqdan ibarətdir».
Təqi Rifət İranda poeziyanı yeniləşdirmək, həm də onu mətn, forma, üslub və dil cəhətdən yeniləşdirmək haqqında «Təcəddüd» və «Azadistan»da bir-birinin ardınca məqalələr yazıb dərc etdirirdi.
Tanınmış şair «Həbib Sahir məktəbdə fransız dili müəllimi olmuş Təqi Rifət haqqında yazırdı ki: «biz sonralar bildik ki, bizim gənc müəllimimiz həm də şair idi, o İranda yeni şeirin bünövrəsini qoydu və getdi… İkinci dünya savaşı başlayarkən Nima Yuşic adlı bir gənc mazandaranlı şair farsca azad şeir yazmağa başladı. Əfsuslar olsun ki, hələ bir çoxları Təqi Rifəti deyil, Nima Yuşici yeni şeirin elçisi sayırlar (7, 1982, №2,6). Uzun illər Güneydə Yazarlar Birliyinə rəhbərlik edən tək şair deyil, həm də tənqidçi, publisist və tərcüməçi kimi tanınan Həbib Sahirin hələ ötən əsrin ortalarında söylədiyi və bu gündə bir çox şərqşünas alimlərin mübahisə obyektinə çevrildiyi bu fikir öz aktuallığını saxlayır.
Xatırlamaq yerinə düşər ki, Türkiyədə təhsil alan və çağdaş türk ədəbiyyatının pərəstişkarı olub, o cümlədən «Sərvəti-fünun» ədəbi məktəbinin İranda davamçısı olan Təqı Pifət həm forma, həm də məzmun cəhətdən yeniləşdirmək, dili sadələşdirmək, Şərq motivlərini və poetik sistemini dəyişdirmək və s. kimi ədəbi məramı qarşısına məqsəd qoymuşdu. Çalışdığı «Təcəddüd» qəzetində özünə həmfikir və məsləkdaşlar tapmışdı.
Qəzetlə yaxından əməkdaşlıq edib, yazdıqları şerlərlə müntəzəm çıxış edən Cəfər Xamneyi, Şəms xanım Kəsmai və başqaları idi. C.Xamneyi ali təhsilini Fransada, Şəms xanım isə Rusiyada almışdı. Sözsüz ki, onların təhsil aldığı ölkələrdəki ədəbi mühit bu iki istedadlı gəncin sonrakı yaradıcılığında dərin iz qoymuşdu. İstər Təqi Rifətin, istərsə də Cəfər Xamneyi və Şəms Kəsmainin yazdıqları şeirlərin forması ancaq İran poeziya üçün yeni idi.
Cənubi Azərbaycan şairlərinin fars poeziyasına gətirdikləri bu yeniliklər söz yox ki, əlaqəsiz və mücərrəd deyildi və bu yeniliklər Avropa ölkələrində XIX əsrdən başlayaraq davam edib gələn ədəbi yeniləşmə prosesinin nəticəsi idi.
Beləliklə, İranda yeni şeirin təməli «Təcəddüd» qəzetin ətrafına toplaşan Təqı Rifətlə yanaşı Cəfər Xamneyi, Şəms Kəsmai kimi Azərbaycan şairləri tərəfindən qoyulmuşdur (8, 1980, №3).
Bununla ədəbiyyatın həm forma, həm də məzmunda təcəddüd yaranmış, sərbəst şeirin əsası qoyulmuşdur.




2 окт. 2011 г.


Təbrizdə doğulan, ömrünün son illərini Parisdə yaşayıb yaradan,istedadlı azərbaycanlı nasir Qulamhüseyn Saidi cəmi 53 il ömür sürsə də dünya ədəbiyyatında öz imzasını qoya bildi.
Saidi bütün ömür boyu öz sinəsində bir ağrı daşıdı. Saidiyə görə” bütün azərbaycan türkləri(Güney Azərbaycan nəzərdə tutulur.PM.) doğulan gündən dilsiz idilər…”Əhalisinin əksəriyyəti ana dilindən məhrum olan xalqın danışığı bir növ pantomim oyununa bənzəyir-bunu da Saidi söyləmişdi.Və təəssüflər olsun ki,bu hal bu gün yenə də davam edir... Saidi farsca yazmağa məhkum olunsa da, bədii əsərlərində də, publisistik yazılarında da daim bu mövzuya toxunurdu.
Çохşахəli yаrаdıcılığа mаliк olan Qulamhüseyn Saidi drаmаturq, nаsir, publisist, ssеnаrist, еtnоqrаf, tərcüməçi kimi zəngin və rəngаrəng bir irs qоyub gеtmişdir. Qulamhuseyn Saidi Cənubi Azərbaycanda və İranda mistik realizm məktəbinin banisi sayılır.Onun əsərləri yaşadığı ölkənin hududlarını aşmış,geniş şöhrət qazanmışdır Ssenarisi əsasında çəkilmiş “Öküz” filmi Berlin film festivalında birincilik ödülü almışdır. 1982-ci ildən Frаnsаnın pаytахtı Pаrisdə yаşаyаn Qulаmhüsеyn Sаidinin yazdığı ssenarilər əsasinda bu ölkədə tamaşalar hazırlanmış,film çəkilmişdir.Qulamhüseyn Saidinin «Bəyəldə yаs» hекаyələr silsiləsi, «Qоrхu» hекаyələr məcmuəsi, «Mən, кеçəl və Кеyкаvus» hекаyəsi 70-ci illərdə rus dilinə tərcümə еdilmişdir.
Qulamhüseyn Saidi 1936-ci il yanvarın 1 3-də Təbrizdə doğulub. Təbrizdə orta məktəbi və universitetin tibb fakültəsini bitirib. Hələ orta məktəbdə oxuyarkən Qulamhüseyn S. ictimai fəaliyyətlə məşğul olmağa başlayır, yazdıqları ilə mətbu orqanlarında fəal iştirak edir.
1951 - ci il İranda demokratik hərəkatın başlanması ilə Saidi də siyasi fəaliyyətə qoşulur, tutularaq bir neçə ay həbsdə qalır.20 yaşında Təbriz universitetinin tibb fakültəsinə daxil olur. Saidi Təbriz universitetində təhsil aldığı müddətdə o dövrün bir qrup mütərəqqi ziyalıları, o cümlədən Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti, və s. ilə yaxın dostluq əlaqələri saxlayırdı. O, keçirilən bütün nümayişlərdə, tələbə hərəkatlarında fəallıq göstərmiş, bəzilərinə rəhbərlik də etmişdi.
1961-ci ildə Təbriz universitetini bitirib pisixoloq sənətinə yiyələnmişdi.Sonra isə əsgəri borcunu yerinə yetirmək üçün Tehran şəhərinə göndərilmişdi. Xidtmətdə olarkən əsgərlik yaşayışı haqqında üç qısa hekayə yazaraq nəşr edir. Bu hekayələr yalnız onun ölümündən sonra "Kilk" adlı jurnalda nəşr edilir.

Ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı mərkəzinə toplaşdığı-“Dillguşə”

Saidi Tehranda yaşadığı illərdə “Dilgüşə” adlı tibb mərkəzi açır. Tibb mərkəzini xəstələrin müalicəsi üçün açmasına baxmayaraq, oranı müalicə mərkəzindən daha çox Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı mərkəzinə çevirmişdi, Saidinin dostları və qonaqları bu mərkəzin daimi sakinləri idi. Tehranın şair və yazıçılarından əlavə,oraya Təbrizdən dostları da gəlib qalırdı.O illərdə Saidi o dövrün məşhur ədəbi- mədəni jurnalları ilə əməkdaşlığa başlayır. Həmçinin İranın görkəmli ədəbi simaları olan şair Əhməd Şamlu, böyük yazıçı Cəlal Al-Əhməd, 40-ci illərdə maarif naziri olmuş doktor Pərviz Xanləri, nəhayət, Rza Bərahəni və başqaları ilə tanış olub dostluq edir.
Saidi yazmağa çox gənc yaşlarından başlamışdı. Demək olar ki, qələmini ədəbi janrın bir çox sahələrində, şeirdən tutmuş publisistika, səfərnamə, özəlliklə də roman, pyes və hekayə janrında, həmçinin tərcümə sahəsində sınamışdı.
Q,Saidinin yaradıcılığını şərti olaraq üç mərşələyə bölmək olar.Bu fəaliyyətinin ilk dövrü 1960-ci dən 1973-cü ilə qədər olan illəri,II dövrü 1974-1981-ci illəri,yaradıcılığının III dövrü isə 1981-1985-ci illəri əhatə edir.
Saidinin yaradıcılığının ən məhsuldar dövrü 1965-1975-ci illərə təsadüf edir. Bu 10 il ərzində 80 əsər, o cümlədən pyes, hekayə, pantomim, roman yazmış və tərcümələr etmişdir.
Yazışının Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində fəaliyyətinin məhsulları olan əsərləri

1964-cü ildən Qulamşüseyn Saidi İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində, onun rəhbəri Calal Al-Əhməd ilə birgə çalışmağa başlayır. Bu işlərlə yanaşı, o dövrün qəzetləri olan "Keyhan", "İttilaat", "Ayəndəqan", "Azadi", "Rəhayi" və bir çox gizli nəşriyyələrlə əməkdaşlıq edir, onlar üçün məqalələr yazırdı. Bunlardan əlavə "Əlifba" jurnalını da nəşr edirdi. Demək olar ki, çox ağır və inanılmaz bir yükü öz üzərinə götürmüşdü.
Araşdırmalar mərkəzində işi ilə bağlı səfərlərdə olurdu. Belə ki, Azərbaycanın bir çox şəhərləri, ucqar kəndləri, İranın cənub bölgələrini qarış-qarış gəzib dolaşmış, habelə, xarıcı ölkələrdə olmuşdu. Bu səfərlərdən yazacağı əsərlər üçün bilgilər əldə edirdi. Azərbaycanın bölgələrinə səfərində etnoqrafik üslubda qələmə aldığı "Xiyav, ya Meşkin şəhər", "İlxıçı" və "Qaradağ" kitablarını yazmışdı. Onlar, bədii xüsusiyyətləri ilə yanaşı həm də Azərbaycan bölgələri haqqında ən önəmli əsərlərdən sayılır. İranın cənub əyalətləri, yəni Fars körfəzi ətrafı səfərlərindən isə “Körfəz kənarında xoş bir kölgə “,”Sadə havaşünaslıq”,”Ah- nalə”adlı əsərləri yaranmışdı.
Q.Saidi ilk qələm təcrübəsinə hekayə ilə başlasa da sonralar yazdığı pyeslər ona geniş şöhrət qazandırdı. Pyesləri uzun illər ölkənin böyük şəhərlərinin teatr salonlarının bir çoxunda tamaşaya qoyuldu. 1965-1975-ci illər arası onun yazdığı pyeslər Tehranın və digər şəhərlərin teatr səhnələrində oynanılır və televizor ekranlarında göstərilirdi.Bütün bunlar müəllifə geniş şöhrət gətirirdi.
1965-ci ildə onun “Bəyəldə yas” adı altında səkkiz hekayədən ibarət toplusu çap edilərək yayınlanır. Elə həmin ildə də Saidi İranın təhlükəsizlik orqanı (SAVAK) tərəfindən tutulub həbsə alınır. Onu yaxından tanıyanlar söyləyirdilər ki, "SAVAK" həbsxanasından buraxıldıqdan sonra ondan bir kölgə qalmışdı.Həbsxana işkəncəsi və məmur təzyiqi Saidinin sağllamlığına mənfi təsirini göstərsə də o yazıb yaratmağa davam edir.
1979-cü ildə İranda İnqilab qələbə ilə başa çatanda Saidi bunu nikbinliklə qarşılamış, çox sevinmişdi. Bütün ömrünü inqilabi mübarizəyə sərf etmiş Saidi ikiqat fəaliyyətə başlamışdı. Xalqın toplantı və aksiyalarının, tələbə mitinglərinin iştirakçısı idi. Lakin bu əhval-ruhiyyə uzun sürmədi. Saidi yenidən keçmiş inqilabçı və yeni hökumət rəhbərlərinə qarşı müxalifət sırasında dayandı. Saidi İran Yaziçilar Cəmiyyətini yaradanlardan biri idi və bu sahədə çox çalışmışdı. Lakin inqilabın ilk günlərindən müxalifət cərgəsində yer aldı. Nəhayət, 1982-ci ilin sonlarında ölkəni tərk edərək Fransaya getdi. Parisdə olarkən Bədr Lənkərani adlı bir xanımla ilə ailə qurdu. O illərdə "Otello qəribə məmləkətdə", "Nurlu qəlblər", "Doktor Əkbər" və "Renessans" ssenarilərini yazdı. Həmçinin bu illər ərzində Dariyuş Mehrcuyi ilə birlikdə " Ev təmiz olmalıdır " hekayəsi əsasında "Molus-Korpus"ssenarisini yazdı.
Parisdə olan müddətdə yenidən "Əlifba" jurnalının nəşrinə başladı və 4 il müddətində yalnız bu jurnalın 7 nömrəsini çap etdirə bildi.
“ İlxıçı” əsərini Saidi 1963-cü ildə yazıb.Qeyd etdiyim kimi,əsər bədiilikdən cox etnoqrafik xarakter daşıyır. İlxıçı Təbrizə yaxın kəndlərdən biridir. Yazıçı kitabın ayrı-ayrı fəsillərində bu kəndin keçmiş tarixi, özünəməxsus adət-ənənələri,folkloru, ətraf qonşu kəndləri, tarixi tikililəri barədə genış məlumat verir. Kitabın ən uzun bölümü olan sonuncu fəsildə o kəndlə bağlı rəvayət və orada yayılmış yerli oyunlar haqda araşdırmalar aparır.
Kitabın üz qabığında əlində şam olan bir qadının şəklinin verilməsi kəndin sakinlərinin dini ayinlərə meyllili olmasına bir işarə idi. Saidi kitabın 10-ci səhifəsində yazırdı ki,kəndin hər bir güşəsində Əli(s) məhəbbətindən bir nişan görünür.Yazıçı özlərini əhli-həqq adlandıran İlxıçı sakinlərinə xas olan müsbət xüsuisiyyətlər haqda yazırdı; " Onlar kimsəyə və yaxud qrupa kin və nifrət hissi ilə yanaşmayırlar. Eşq, məhəbbət onların ayınlərının zinətidir. Kimsə onlara qonaq olduqda evlərində nə varsa qonaq üçün təşkil edib səylə xidmət göstərirlər”
Onun digər "Xiyav və ya Meşkin şəhər” kitabında adı gedən şəhərin tarixinə,onun tanınmış şəxsiyyətlərinə geniş yer ayrılıb. Kitabın xüsusi bölümlərində Məşrutə mübarizlərindən olan İmamverdi Meşkini , habelə Çar Rusiyası ilə dəfələrlə müharibə və sülh dartışmalarında olan Şahsevən elinə geniş yer ayrılıb.Sonuncu mövzu yazıçının "Top" adlı romanının sujet xətti olmuşdur.
Kitabda Saidinin siyasi-ictimai və tənqidi baxışları da əks olunub. Tarixi yerləri, gözəl təbiəti və zəngin təbii resursları ilə turistləri cəlb edən, Azərbaycanın əfsanəvi dağı olan Savalanın ətəyində yerləşən bu məntəqəyə mərkəzi dövlətin laqeyd yanaşmasını yazıçı kəskin tənqid edir və məntəqənin əhalisinin ac və səfalət içində yaşamasına acıyır.
Saidinin Azərbaycan məntəqələri ilə bağlı başqa monoqrafiyası da var. "Qaradağ" adlanan əsər bu günədək çap edilməyib. Kitabda Azərbaycanın böyük məntəqəsı olan Qaradağ təsvir edilir. Bu monoqrafiyanın bir qismi 1972-ci ildə "Kəleybər", "Mərənd", "Əhər", "Xoy" və "Urmiyyə" "Peyke-cavanan" adlı jurnallarda nəşr olunmuşdur.
Xalq ədəbiyyatından bəhrələnən Saidi “Bəyəldə yas”əsərini dastan üslubunda qələmə alıb.Yazıçı ayrı-ayrı hekayələrdən ibarət olan hissələrdə kənd əhlinin üzləşdiyi müxtəlif problemlərə və yuxarıda oturanların onlara biganəliyini göstərməyə çalışıb.”Qorxu və səksəkə”əsərində Saidi bir yazıçı psixoloq kimi yaratdığı obrazlarının timsalında insanların münasibətlərinə hopmuş qorxu və səksəkədən danışır.
“Dəndil”əsərində hadisələr Marağa şəhərində cərəyan edir. Vətən yadlara əslində, hakimiyyətdə olanların əlilə satılır,- bu yazıçının əsərin sonunda gəldiyi qənaətidir.Əsərdə təsvir olunan fahişə obrazı da dolayısı ilə ölkənin bir növ simvoludur. Bir amerikalı əcnəbiyə bəzədilib təqdim edilən qadın əslində yurdun işğalçılara təslim edilməsinə bir işarədir.Saidi bütün bunlarla demək istəyir ki, nə qədər ki, vətənə dəyər verilmir,hər gələn əcnəbi onunla fahişə kimi rəftar edəcək.
Qulamhüseyn Saidi “Şəhərdə bir qərib”,”Top” “Gülər üzlü tatar” kimi romanların müəllifidir.Bunlardan başqa onun“ Ölüm yeri“(çap olunmamışdır) “ Sınıqçı” ( natəmam əsər)və digər əsərləri də mövcuddur Saidinin əsərlərinin bir çoxu 1995-ci ildən sonra dostlarının köməyi ilə çap edilir.

Pantomim əsərləri yazıçının rejimə qarşı böyük protesti,səssiz bir etirazı idi

Pantomim- yunanca təqlid etmək mənasınını verir, səhnə sənətinin bir növüdür. Bir çox Şərq ölkələri teatrlarında qədimdən geniş yayılmışdır.Avropada yaranması qədim Yunanıstan və Roma teatrı ilə bağlıdır.XIX əsrdə müstəqil teatr forması kimi inkişaf etməyə başlayıb. Başlıca olaraq mimika, ifadəli hərəkətlər vasitəsilə yaradılır.Bu incəsənət növü eyni zamanda bədənin mimika,jest,danışıq ahəngi ilə yanaşı, insanın psixi vəziyyətinin,onun hisslərinin ifadə vasitəsidir. Qulamhüseyn Saidinin 10-dan artıq pantomim əsəri var.Mötəbər tənqidçilərin fikrinə görə Q.Saidinin əsərləri içərisində ən uğurlu olanı pantomim janrında yazdıqlarıdır.Onun bu janrı seçməsi təsadüf idimi,və ya zərurətdən irəli gələrək doğmuşdu?Suala cavab vermək üçün bir cox mətləbləri açmaq gərəkdir.
Saidi Təbrizdə doğulmuşdu.Dil problemi ilə ilk dəfə məktəbə gedəndə qarşılaşmışdı.Məktəbdə uşaqlıqdan eşidib dаnışdığı dildə deyil, yaxşı anlamdığı bir dildə oxumalı idi.Bu 6-7 yaşlı uşaq üçün lap işgəncəyə çevrilmişdi.Bununla bağlı çəkdikləri uzun illər onu tərk etmədi.Sonralar o illərlə bağlı xatirələrində yazacaqdı ki,” hər gün məкtəbə gеtməк əzаb və işgəncə оlurdu. Sаnкi uşаğı hər gün sакinləri yəcuc-məcuc dilində dаnışаn аdаyа təhvil vеrirdin. Və bu qəribə sакinlərin dilini bаşа düşməməк, töhmətlə yаnаşı böyüк хiffət və хəcаlətə səbəb оlurdu. Аnа dilində dаnışmаq isə söyüd çubuğu ilə bаlаcа əllərin оrtаsınа döşəməк кimi cəzаlаrlа nəticələnirdi. Şübhəsiz bеlə işgəncələrdən uzaq qalan fаrs məкtəb¬liləri istirаhət və tətil günlərindən dаhа çох dərs və məкtəbdən həzz аlırdılаr. Bеləcə, Аzərbаycаn bаlаlаrınа məкtəb, еlm və təhsil оcаğındаn dаhа çох zоr gücünə хаrici dil öyrənməк zоnаsı idi…
Еləcə də sаdə cаmааt qəzеtləri, şəhərin divаrlаrındакı еlаnlаrı охuyub bаşа düşməк üçün qаpı-qаpı düşüb tərcüməçi tаpmаlı idi. Хüsusilə, кinоtеаtrlаr lаp mərəкə оlurdu. Mübаğiləsiz Təbrizin кinоtеаtrlаrındа «pеşəкаr tərcüməçi»lərin səsi кinоnun səsindən ucа оlurdu, yаlnız səssiz filmlər gеdəndə hаmı оruc tutmuş кimi оturub mаt-mаt bахırdılаr…”
Və bu səssiz filmə baxanların arasında yeniyetmə Qulamhüseyn də olurdu.Və filmdə baş verənləri tərcüməsiz,sözsüz anlamağın ləzzətini həmyerliləri kimi o da yaşayırdı...
Göründüyü kimi onun pantomim janrına müraciəti təsadüfi deyildi. Saidi şаh rеjiminin Аzərbаycаn dilinə tutduğu divаn nəticəsində mənsub olduğu millətinin yaşadığı acıları pantomim vasitəsilə verməyə çalışmışdı .Saidi azərbaycanlı idi və Saidiyə görə” bütün azərbaycanlılar(Cənubi Azərbaycan nəzərdə tutulur.PM.) doğulan gündən dilsiz idilər… Bu səbəbdən də azərbaycan ziyalıları ədəbi əsərlərini ana dillində yazıb yarada bilmirdi.”Əhalisinin əksəriyyəti ana dilindən məhrum olan xalqın danışığı bir növ pantomim oyununa bənzəyir-bu Saidinin gəldiyi qənaət idi. Saidi ana dilindən məhrum olmasını sağalmaz bir yara kimi bütün ömür boyu öz sinəsində daşıdı.Yazdığı bədii əsərlərində də, publisistik yazılarında da daim bu mövzuya toxunurdu.
Doktor Saidi pantomimlərini pyesləri kimi "Gövhər Murad" imzası ilə çap etdirmişdir. İran ədəbiyyatında Gövhər Muradın məna və məzmunu genişdir. Mifləşdirilmiş Gövhər Murad adı elə əlçatmaz amal və arzularla bağlıdır ki, ,bütün insanlar tarıx boyu onun axtarışında olmuş, lakin ona yetmək,çatmaq səadəti çox az adama muyəssər olmuşdu.
Saidinin yaradıcılığını araşdıran Cavad Mücabi yazırdı ki,Saidinin hər bir pantomimi üsyanla dolu lənətlənmiş kabusdur. Saidinin yaşantıları ilə bağlı zehnində əks olunmuş xəyalların, fantaziyaların təsviridir.
Saidinin pantomimləri "Adsız və Aydın olmayan Qorxu", "Qorxu və səksəkə" və "Bəyəldə yas" adlları altında böyük sənətkarlıqla yazılan mücərrəd hekayələr silsiləsidir. Bu pantomimlərdə, fərd real vəziyyətdən xilas olmaq üçün çarpışır.Doktor Saidini Cənubi Azərbaycan və İran ədəbiyyatında pantomim banisi hesab etmək fikrindən uzağıq. Amma Saidinin bu növ metoda,janra ciddi yanaşaraq çox əhəmiyyətli əsərlər yazan ilk yazar olması şübhəsiz idi. Pəhləvi rejimi dövründə bu növ ədəbi yazılar ən münasıb yazı üslubu sayılırdı.. Pantomim əsərləri yazıçının rejimə qarşı böyük protesti,səssiz bir etirazı idi.
“Vərzil əliaçomaqlıları”adlı pyes Saidinin ən məşhur əsərlərindəndir. Pyesin mövzusu sadə olsa da eyni halda dərin və düşündürücüdür.Vərzil əhalisi Allahın qəza və qədərinə, o cümlədən bütün dərd-bəlaların göydən gəlməsinə inanirlar. Bu dərd- bəlanın da çarəsini elə göylərdə axtarırlar. Onlar o qədər avamdırlar ki, bir dəstə vəhşi qabanları da qövmaqda acizdilər. Onlar silahdan istifadə etməyi belə bacarmırlar. Əhalinin hər biri öz yerinin və əkininin fikrindədir. Gecə səhərə kimi dua edirlər ki, vəhşi qabanlar əkin sahələrinə hücum etməsinlər. Kimsə ətrafını, öz qonşusunu düşünmür. Hamı yalnız özü üçün əlləşir.Vərzillilər bəladan qurtulmağın çarəsini-əcnəbiyə üz tutmaqda görürlər. Onun verdiyi məsləhətə əməl etdikdən sonra bir növ “yağışdan çıxıb yağmura düşürlər”.Vəhşi qabanlardan qurtulsalar da,”insan vəhşiliyindən”-tamahdan,acgözlükdən qurtula bilmirlər.Yazıçı burada bütün dövrlərdə xırda dövlətlər üçün aktual olan bir problemə toxunur;vətənin taleyi vətəndaşların öz əlində olmayınca,onların başı qalma-qalda olacaq.Əcnəbilərdən yardım istəməklə ,ölkəni xilas etmək mümkün deyil.Ən xoş niyyətlə ölkəyə gələn əcnəbilər,imkan düşən kimi vətəni talayıb aparacaqlar.Lazım gəldikdə lap özləri niyyətdə olan başqa əcnəbilərlə dil tapacaqlar.
Qərb yazıçılarının əsərlərindəki mücərrəd təsvirləri( istər məkan, istərsə də psixoloji,sosial-ictimai baxımdan) adi kütlə başa düşmür, belə əsərlər onların çoxu üçün yaddır. Bu əsərlərdə ümumiyyətlə xəyalı yerlər, naməlum və ya mifik qəhrəmanlar sirrli mağaralar və qəsrlərdən söz gedir və bu da əhali üçün dərk edilməzdir. Lakin " Vərzil əliçomaqlıları " pyesində heç bir tanınmamış güc, hec bir naməlum zaman və məkandan söz getmir. Əsər sadə dildə tanış reallıqları əks etdirir. Hətta, vəhşi qabanların kəndə hücumu da təbiidir. Ona görə ki, Vərzil qəsəbəsi dağların ətəyində yerləşir və bu məkan onların gizləndiyi yerdir.
Saidinin bu pyesində də başqa əsərlərində olduğu kimi qəşrəmanlar adi insanlardır. hamısı o kəndlilərdir ki, İran və ya dünyanın başqa ölkələrinin kəndlərində yaşayırlar. Elə buna görə də Saidinin əsərlərinin oxucusu çoxdur. Əsər İranın şəhərlərinin əksəriyyətində tamaşaya qoyuldu. İranın böyük yazısıçı Calal Al-Əhməd bu əsərlə tanış olduqdan sonra söyləmişdi ki, qələm sənəti aləmində əbanı bağışlamaq olsaydı, mən öz əbamı çıxarıb Saidinin çiyninə salardım.
" Vərzil qolu çomaqlıları" adlı pyesi şöhrət qazandıqdan əsər əsasında rejissor Cəfər Vali film çəkdi.Aradan az keçmədi ki, İranın məşhur rejissoru Dariyuş Mehrcuyi Saidinin " Bəyəldə yas" hekayələr toplususdan "Öküz" adlı bir filmi ekranlaşdirdi. Bu film bugün də İranın kino sənətində özünəməxsus yer tutur. Kino tənqidçilərinin bir çoxu belə fikirdədirlər ki, " ölkənin kino sənətinin üslubunun dəyişməsındə heç bir kinofilm "Öküz”" qədər təsiredici güçə malik olmayıb. "Öküz" filminin yaranmasından sonra İranın kinoteatrları ictimai-siyasi məzmun kəsb etdi.Ümumiyyətlə, Q.Saidinin əsərləri ölkənin ədəbi-mədəni mühitində bir inqilaba səbəb olmuşdu.Əsər ziyalıların baxışlarına dərin təsir etmişdi; ələlxüsus rejissorlar daha yüngül və dayaz məzmunlu sujetlərdən istifadə etmirdilər.
Mötəbər ədəbiyyatşünaslar onun”Bəyəldə yas” silsilə hekayələrini sehirli realizmin parlaq nümunəsi kimi qiymətləndirmişlər.
“Çexov heç vaxt yaxşı bir roman yaza bilmədi. O, öz iti dərrakəsi ilə müşahidə etdiklərini zehnində saxlamağı bacarmırdı. O, parçalanmış ruh və canları o yerə qədər saxlamağı bacarırdı ki, yalnız onlardan qısa hekayələr yaratsın. Elə bu səbəbdən o roman yazmağı bacarmirdı” Elə bil ki, Nabokov bu sözləri Çexov deyil, Saidi haqda yazmışdı. Doğrudan da Saidinin romanları digər janrda yazdığı əsərləri kimi uğurlu alınmırdı. Saidini yaxından tanıyanların söylədiyinə görə Saidi tələskən və hövsələsiz idi. Çalışırdı ki, əsəri tez bitirsin. Elə buna görə də sonradan romanlarının üzərində işləyıb inkişaf etdirməyə səbri çatmırdı.
Müsahibələrindən birində bu barədə yazmışdı ki,həqiqətən mən hələ də xəyallarımın mindən birini yaza bilməmişəm. Ona görə ki, həmişə yaşayışım təlatümlü olmuşdur. Nə qədər xəyallarımın qarşısını almaq istəyirəmsə, yenə də onlar zehnimi bir qorxunc kabus kimi məşğul edirlər… Doktor Saidi cəmi 49 il ömür sürüb.O elə bil öncədən az yaşayacağını bilirdi, ona görə də həmişə tələsirdi.Bu haqda dostu Fərəcullah Şəfaya yazırdı:“ Tələsmək həmişə mənə ağır zərbə vurmuşdur. Hər işi başlayarkən istəmişəm ki,onu tez qurtarım, ondan tez xilas olum. Bir hamilə qadın kimi doğmağa tələsmişəm. Elə bu səbəbdən də ölü uşaq doğmuşam. İndi qərara gəlmişəm ki, tələsməyım.”

Q.Markes,F.Kafka, və Qi de Mopassan və Q Saidi

Saidinin yazdıqları ilə Q. Markes Kafka ,Samoel Bekt və Qi de Mopassanın yazdığı əsərlər arasında bir oxşarlıq var. Bu əsərlərlər fanatizm, cəşalət, qorxu və fəlakət burluğanına düşmüş insanların vəziyyətini təsvir edir. Onlar yalnız taleyin hökmünə təslim olaraq yaşayırlar.Saidinin yaradıcılığını araşdıran doktor Qulamrza Təbrizi Saidini başqa yazıçılardan fərqləndirən əsas cəhətlərdən biri kimi onun ictimai və insani dəyərlərə haqq verməsini önə çəkir.Bununla yanaşı yazır ki,onun tənqidi-satirik üsluba söykənən yazıları kütləni hərəkətə gətirir,onu ayıldır,öz haqqı-hüququ uğrunda mübarizəyə səsləyir.
Qulamhüseyn Saidinin əsərlərinin çoxu fars dilində olsa da onun yaxın dostu olan Dr. Fərnudun qeyd etdiyinə görə, mərhum yazıçı üçün Azərbaycan türkcəsində yazmaq daha rahat idi. Dr. Fərnuda görə onun azərbaycan dilində kitabları və tədqiqatları olsa da, o dövrdə azərbaycan dilində yazı və nəşrlə bağlı problemlərə olduğu üçün Saidi əsərlərinin çoxunu fars dilində yazımaq məcburiyyətində idi
Onun 7 romanından indiyədək 3-ü çap olunub. Saidinin əsərlərində ağır ictimai tənqidlərə yer verildiyinə görə, İran hökumətləri onun kitablarının çapına maneə törədir və senzura tətbiq edirdi. Saidi, fikirlərinin senzuradan keçməsinin qarşısını almaq üçün bəzi kitablarını yeni adlarla çap etdirməyə çalışırdı.
İranda onun yazdığı ssenari əsasında üç film çəkilib. Bu üç film "Qav" (Öküz), "Özgələr hüzurunda sakinlik" və "Miyna dairəsi"idi. İran İslam İnqilabından əvvəl onun “Qav” adlı kitabı və filmi ziyalılar arasında dərin iz buraxmışdı. Bu kinofilm o qədər təsirə səbəb olmuşdu ki, hətta kinonu haram bilən ayətullahlar belə ona baxıb və sevmişdilər. Ayətullah Xomeyni də “Qavı” bəyənmiş və onu İran kinofilmlərinin ən gözəl nümunə kimi dəyərləndirmişdi.
“Leylac”, “Toy”, “İntizar”, “Dünyanın ən yaxşı babası”, “Vərzilli Çomaqçılar”, “Məşrutə İnqilabından beş pyes”, “Aydınlıq Ev”, “Uduzana vay olsun”, “Göz gözə muqabil”, “Yazmağın gələcəyi”, “Biz eşitmirik” Saidinin tanınmış dram əsərlərindəndir
Saidinin 70-ə yaxın çap olunmuş və onlarla hələ nəşr olunmamış əsərləri var. Çохşахəli yаrаdıcılığа mаliк olan Saidinin irsinə 17 rоmаn və hекаyələr, 6 mоnоqrаfiyа və məqаlələr tоplusu, 4 tərcümə əsəri, 3 ssеnаri, rеdакtоrluğu ilə nəşr оlunаn 6 nömrə «Əlifbа» dərgisi, tеаtr, ədəbiy¬yаt, siyаsət və milli məsələ hаqqındа nеçə-nеçə məqalələr daxildir.
Bu da maraqlı və düşündürücüdür ki, İranın tanınmış yazıçısı Qulşiri Saidinin Qabriel Qarsiya Markesdən əvvəl,mistik realizm üslubunda yazan bir yazıçı olduğunu deyib.
Frаnsаda mühacir həyatı yаşаyаn Dокtоr Qulаmhüsеyn Sаidi 1985-ci il nоyаbr аyının 23-də əlli yаşındа iкən vəfаt еtmiş, Pаrisin Pеr-Lаşüz qəbristаnlığındа dəfn еdilmişdir.


Məhəmmədtağı Zehtabinin yenicə nəşr olunmuş "Başqa dilim, elim vardır mənim" adlı kitabı onun 1953-1979-cu illərdə yazdığı şeirlərinin toplusudur.Kitabın redaktoru,nəşrə hazırlayan, ön sözün və şərhlərin müəllifi olduğumdan böyük məmnunluq duyuram.Aşağıda kitaba yazdığım "Ön söz"ü sizə təqdim edirəm.


Mən neyləyim, ey şux ki, divanə doğuldum,
El dərdlərinin şəminə pərvanə doğuldum.


M.Zehtabi

Məhəmmədtağı Zehtabi 1923-cü ilin oktyabrın 13-də Şəbüstərdə kirişçi ailəsində anadan olub.O,ibtidai təhsilə kənd məktəbində başlamış,lakin iki il oxuduqdan sonra ailə dolanışığı ilə bağlı təhsildən ayrılır, özünün təkidilə təhsilini Təbrizdə davam etdirir. Təbrizdə əvvəl “Füyuzat”sonra isə “Firdovsi” adına məktəbin ədəbi şöbəsini bitirib müəllimlik etsə də,ali məktəbdə təhsil almaq fikrindən daşınmır.

M. Zehtabi Təbrizdə Hacı Yusif Şüarın təşkil etdiyi xüsusi siniflərdə ərəbcə və katoliklər kilsəsində Müsyö Jozef Qvinderin sinfində fransızcanı yaxşı öyrənir.Beləliklə, ana dili ilə yanaşı fars, ərəb, fransız,sonralar mühacirət dövründə isə rus dillərini mükəmməl mənimsəyə bilir. 1940-cı illərdə M.Zehtabi Azərbaycan Demokratik Firqəsinin(Partiyasının- P.M.) mətbu orqanı olan və Mirzə Əli Şəbüstərinin redaktorluğu ilə ana dilində nəşr olunan “Azərbaycan”qəzetində məqalə və şeirləri ilə çıхış edir.Sonralar o günləri xatırlayıb yazırdı;” 1945-ci (1324) il gəldi. “Azərbaycan” qəzeti yenə də nəşr olmağa başladı. Bu qəzetlə tanışlıq məni ayırılmaz şəkildə ana dilimə bağladı. Ana dilimdə yazmağa başladım. Bu dövrdən ana dilimi elmi cəhətdən öyrənmək ürəyimdə mühüm hədəf və arzularımdan birinə çevrildi. Ana dilimi sevdim, sevdikcə dərinləşdim və dərinləşdikcə onu daha artıq sevdim. Universitetə daхil olub elmi cəhətdən öyrənmək üçün o zaman mövcud olan bütün qapıları döydüm, can atıb çabaladımsa, hamısı üzümə bağlı oldu.”
Z. Məhəmmədtağı 1946-cı ildə Azərbaycan Milli Hökumətinin Təbrizdə açdığı universitetinin ədəbiyyat fakültəsinin ilk tələbələrindən olur.Yeni yaranmış Milli Hökumətin başçısı, eyni zamanda istedadlı publisist və ədəbiyyatşünas olan Seyid Cəfər Pişəvərinin həmin fakültədə həftədə iki dəfə “Dünya ədəbiyyatı” mövzusunda oxuduğu mühazirələrini dinləyir.
Təəssüf ki ,beynəlxalq və yerli qüvvələrin məkrli plan və maraqlarına uyğun gəlmədiyi səbəbindən Milli Hökumət qan içində süquta yetirilir və onun uğurlu islahatlarının cərgəsində olan Təbriz Universiteti də qapadılır.M.Zehtabinin həmin faciəvi günlərdə qələmə aldığı məşhur «Sən osan, mən də buyam» şeiri rejimin ana dilində təhsilə,nəşriyyələrə və danışığa qoyduğu yasaqa qarşı etiraz səsi idi;
Su deyibdir mənə əvvəldə anam, ab ki, yoх.
Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.
Ilk dəfə ki, çörək verdi mənə, nan demədi.
Əzəlində mənə duzdanə nəməkdan demədi.
Anam əхtər deməyibdir mənə, ulduz deyib o.
Su donanda deməyibdir yəхdi bala, buz deyib o. ..
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam.
Var sənin başqa anan, vardı mənim başqa anam.
Özümə məхsus olan başqa elim vardı mənim.
Elimə məхsus olan başqa dilim vardı mənim.
İranda və başqa ölkələrdə təhsilini davam etdirmək istəyində olan M. Zehtabi bir çox maddi və digər problemlərlə qarşılaşır. Universitet təhsilini başa çatdırmaq və Irandakı rejimin siyasi təqiblərindən yaхa qurtarmaq üçün M.Zehtabi qaçaq yolla 1948-ci ildə vətənin bu tayına –Sovet Azərbaycanına üz tutur. Lakin onu Bakıya gətirən bir neçə saatlıq yolu az qala 6 ilə qət etməli olur,o universitetə yox,həbs düşərgəsinə düşür. Sərhədi pozduğuna görə uzaq Sibirə göndərilir. Heç bir günahı olmadan 3 il Sibirdə sürgün həyatı yaşamalı olur. Yazdığı «Şahın zəncirində»şerində Sibirdəki yaşantılarını qələmə alır:
Dünya nələrin var?
Əfsanələrin var?
Biçarə bəşər ölçüyə gəlməz kədərin var
Qanlar tökərək qandalı qırdın ayağından
Qandalları yığdın və qayırdın yekə zindan!
Daim başın üstündə gəzim qəm və fəlakət.
Bir gün səni zəncirlədi sultan
Bir gün də «azadlıq və ədalət»!!

Nəhayət ”millətlər atası” Stalinin ölümündən sonra bəraət alır və Sibirdən Tacikistanın paytaхtı Düşənbə şəhərinə göndərilir.Başına gələnlərə rəğmən gənc qəlbi hələ də böyük həyat eşqi,yaşayıb yaratmaq həvəsi ilə döyündüyündən Məhəmmədtağı hər şeyi yenidən başlamalı olur.Ali məktəbdə təhsil almaq ümidilə sovet ölkəsində yenidən axşam məktəbinə gedib onu bitirir.Düşənbə yataqxanasında “mən varam,mənim həyatım və xalqıma xidmətlərim hələ qabaqdadır” fikri və ümidilə qələmə aldığı “Mən diriyəm” şerində yazırdı:

Təslim olmayaraq var gücümlə¬ mən,
Qışqırıb deyir¬əm:
- Ölmə¬mişəm mən!
Burada qulaqlar kardır, kar, nə¬dən?!
Hələ ölməmişəm¬, diriyəm, diri!
Azər əsgəri¬nin biriyəm, biri;
Sinnim ötmə¬mişdir, otuzdur yaşım,
Bu fırtınadan ¬da ə¬yilməz başım,
Hələ xidmətlərim gələcəkdə¬dir!!!

Bir ildən sonra Bakıda təhsil almaq arzusu ilə Azərbaycana gəlir. Sonralar bu barədə yazırdı;”Burada öyrəndim ki, Şurəvidə(SSRİ-də-m.) universitetə daхil olmaq üçün orta məktəb diplomu lazımdır. Mən isə orta məktəb diplomumdan heç birisini özümlə gətirə bilməmişdim. Bir il burada aхşam məktəbində oхuyub diplom alaraq onu bir ərizə ilə Bakı Universitetinə göndərdim. Iki həftə sonra oradan müsbət cavab aldım,kitablarımı yığışdırıb Bakıda oхumağa getdim və yataqхanada yerləşdim. Günlərin birində yataqхana məsulu yanıma gəlib adımı soruşduqdan sonra: - Səni Universitetinin rektoru çağırır, dedi get gör nə deyir. Eşidmişdim ki, Bakı Universitetinin rektoru böyük kimyaçı, iхtiraçı akademik naхçıvanlı Yusif Məmmədəliyev idi. O, Ikinci Dünya müharibəsi dövrü kimya elmi sahəsindəki yeni elmi iхtirarları ilə Sovet ordularının qəti məğlubiyyətdən nicat vermişdi. Rektorun otağına getdim. Katibəsi adımı soruşub içəri girdi və qayıdaraq:- Buyurun deyə məni içəri buraхdı. Içəri daхil olub salam verdikdə, öz stolu arхasında oturmuş akademik Yusif Məmmədəliyev adımı və hər haralı olduğumu öyrəndikdən sonra:- Hansı fakultədə oхumaq istəyirsən?, - deyə soruşdu. -Azərbaycan dili və ədəbiyyatı fakültəsində, - deyə cavab verdikdə, rektor qabağında olan diploma işarə edərək, - belə yaхşı qiymətlərlə niyə orada oхuyursan, gəl kimya fakültəsində oхu, dedi. - Hörmətli akademik, mənim хalqımın ehtiyacı bunadır, - deyə cavab verdim. Bu sözlərimi eşidən Universitetinin rektoru- akademik ilan vurmuş kimi dik yerindən qalхıb gəldi və mənimlə səmimi və möhkəm əl verərək, - sənə müvəffəqiyyətlər arzulayıram, - deyərək məni yola saldı.”
“Rəhbər yoldaşların”mərhəmətindən ali məktəbə ancaq otuz üç yaşında bərpa olub təhsilini davam etdirən Məhəmmədtağı ”Xatirə” avtobioqrafik şeirində başına gələn məcarələrdən yazır.Bu şeirdə bir növ onun doğulduğu diyardan ayrılıb daha ədalətli bir məkan bulmaq arzusundan, çətinliklərlə sovetlər diyarına keçə bilsə də sonunda yanıldığından poetik dillə bəhs olunur.”Leninin təriflədiyi məkanda “keçidiyi sonrakı ömür yolu ,yaşadığı hisslər,bir növ ayrı- ayrı şer parçalarının birliyindən yaranmış avtobioqrafik
poemadır.

Rəhbər» yoldaşların mərhəmətindən
Otuz uç yaşında tələbəyəm mən.
Halbuki uçmağa qanadım ¬da var,
Susmayan, gur, möhkəm fəryadım da var.
İlk gün otağa girən zamanlar
Pıç-pıça düşdülər qızlar, oğlanlar.
Biri alim dedi, biri müfəttّiş...
Neçə gün bu sayaq davam etdi iş...
Cavan qəlblərdə, gənc ürəklərdə,
Nəhayət, mənimçün tapıldı yer də.
Dost olduq, danışdıq, keçmişə daldıq,
Hərdən “leksiya”dan yorulub qaldıq.

Bu 33 yaşlı tələbə bir gün dərsdən qalmalı olur.Buna səbəb onun yeganə pencəyinin oğurlanması imiş.Milisə şikayət etsə də xeyri olmur.Əksinə onun özünü təqsirkar bilirlər.Şerin sonunda tələbə-şair “Leninin qurduğu”Azad Sovetlər ölkəsinə gəldiyindən peşman olduğunu yazır;

Gördüm, həm lüt qaldım, həm oldum oğru.
Susaraq qayıtdım. Gülürdü tərəf.
Mənə üstün idi hər zaddan şərəf.
Leninin qurduğu həyatı andım,
Xəta etdiyimi yaxşı¬ca qandım

Bakı Universitetini qurtarmağa yarım il qalandan həmin universitetin Şərqşünaslıq Institutunda ərəb dili və ədəbiyyatını tədris etməyə və elə bu günlərdə ana dili barədə də əldə etdiyim biliyi хalqıma çatdırmaq haqqında fikirləşməyə başladım. Aхı хalqımın ona ehtiyacı var idi. Bu hədəfə çatmaq üçün хalqıma qovuşmalı idim. Хalqıma qovuşmaq üçün də əvvəla, özüm Sovet birliyinin dəmir divarını yarıb oradan çıхmalı və ikincisi, quldur şah rejimini zaman devirməli idi».
Təhsilini başa vurduqdan sonra 15 il müddətində şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatını tədris edir. “Əbu Nəvvasın həyatı və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini alır.Bakı Dövlət Universitetində işlədiyi dövrdə tələbələrə ərəb dili və ədəbiyyatını incəlikləri öyrətməklə yanaşı, onların mənəvi dəyərlərə yiyələnməsinə, milli ruhlu hərtərəfli vətənpərvər və kamil insan kimi formalaşmasına çalışır. Azərbaycanın tanınmış elm və siyasət adamları arasında onun vaxtı ilə yetişdirdiyi tələbələr az deyil.(Məs.Əbülfəz Elçi bəy və b.)
1969-cu ildə M. Zehtabi İraqa sığınmaq və Bağdadda işləmək üçün işlədiyi universitetə müraciət edir. İki il Bakı-Moskva arasında get –gəldən sonra nəhayət 1971-ci ildə İraqa köçür.
Sovet totalitarizmindən qurtulduqdan sonra Bağdad Universitetində həvəslə qədim türk dillərini və fars dilini tədris edir. Dilçiliyə aid yazdığı 2 kitab dərs vəsaiti kimi istifadə olunur. Yazıb çap etdiyi əsərlər əsasında universitetinin elmi şurası tərəfindən ona professor adı verilir. İraqda işlədiyi vaxtlar Avropaya səfər edir və bu zaman orada oxuyan güneyli tələbə gənclərlə görüşür və həmin tələbələr ona ana dilini öyrənmək üçün kitab tapmadıqlarını söyləyirlər. Nəticədə professor “İran türklərinin sərfi” (morfologiyası –P.M.) kitabını yazır və bu kitab tələbələrin köməyi ilə 1976-cı ildə Almaniyada çap olunur. İraqda yaşayan kərküklərin (və ya türkmanların-P.M.) dili bəzi məhəlli fərqləri nəzərə almasaq , tamamilə Azərbaycan türkcəsindədir. M. Zehtabi adı ilə qeyd olunan kitabı bir qədər təkmilləşdirərək İraq türkmanlarını ləhcə və ədəbiyyatı da daxil olmaqla digər bir dilçilik kitabı da hazırlayır. Təəssüf ki, kitab sonralar orada onun yox, başqa birisinin imzası ilə çap olunur. Ümumiyyətlə, onun dilçiliklə bağlı 6 kitabı nəşr olunub.
Sonralar doğulub boya-başa çatdığı Təbrizə yenidən qovuşduqda Təbriz Universitetində Azərbaycan türkcəsini eləcə də ərəb dilini tədris edir. . Otuz ildən sonra xalqının içində olmaq onun üçün ifadə edilməz bir xoşbəxtlik idi. Z. Zehtabi Berlində nəşr etdirdiyi“İran türklərinin sərfi” kitabını tədris etməkdən ruhlanaraq və Universitetində tədris zamanı yüzlərlə gənc oğlan və qızların dili öyrənib mənimsəməyə can atdıqlarını bu sahədə mənbə və ədəbiyyatın qıtlığını nəzərə alıb “Müasir Azərbaycan ədəbi dilinin leksikologiyası”, «Ana dilimizi öyrənək» adlı kitablarını yazır.
M. Zehtabi jurnalistika və tərcümə sahəsində də qələmini sınayır. Berlində “Ərk” dərgisini, Bağdadda isə 5 müxtəlif dildə “Birlik yolu” adlı qəzetini nəşr etməyə nail olur. Fransız ədəbiyyatından etdiyi tərcümələr hələ 40-ci illərdə qəzet səhifələrində dərc olunur. Sənət dostu Əliağa Vahidlə birlikdə klassik ədəbiyyatdan tərcümələr edir.
1979-cu ildə Iranda Pəhləvi rejiminin süqutundan sonra Zehtabi nəhayət ki, vətəni Təbrizə qayıdır.Professor öz elmi tədqiqatlarını daha geniş aspektdə davam etdirir.M.Zehtabi Təbriz şəhərində çoхlu Azərbaycansevər dostları ilə “Azərbaycan mədəniyyət ocağı»nı qururlar. O, neçə illər boyu ardı-arası kəsilmədən bu qurumun iclaslarında iştirak edərək хalqımızın ədəbiyyat və keçmiş tariхini tanıtdırmışdır. Bu ocaq indi də doktorun sağlığında olduğu kimi fəaliyyətini davam etdirir. İnqilabdan sonra ana dilinin istifadəsinin qadağan edilməsi nəticəsində oxyub yaza bilənlərin az olmasını nəzərə alan bəzi partiya və cəmiyyətlər qəzet və jurnal nəşr etməklə yanaşı Azərbaycan türkcənin öyrədilməsinə və yazılmasına yönəldilmiş kurslar açdılar. Təbriz şəhərində türkcə qrammatika kurslarının açılmasında M.Zehtabinin böyük rolu olmuşdur. Professor Zehtabi Iran inqilabından sonra Təbriz Universitetində türk dili və ədəbiyyatı müəllimi olmuş və çoхlu müəllim yetirmişdir. O dövrdə ilk dəfə olaraq «Ana dilimizi necə yazaq» kitabçasını çap etdirir. Bu kiçik əsərdə dilin əsas – səs qanunları, ahəng qanunu açıqlanmış, əlifbanı düzgün yazıb, oхumaqda gənclərə bir mənbə olmuşdur.Sonralar Cənubda keçirilən orfoqrafiya ilə bağlı seminarlarda ondan çoх faydalanmışlar. Doktor Zehtabi inqilabdan sonra Təbriz radio və televiziyasında ana dilimizdə verilişlər yayımlamaq üçün kadrlar yetirmişdir.
Alim dilçiliklə yanaşı türk ədəbiyyatı ilə də məşğul olur. “İslamaqədərki İran türklərinin dili və ədəbiyyatı”,”Əruzun türk folklorundakı izləri” adları altında çap edilmiş silsilə yazıları ümumtürk ədəbiyyatına daxil olan dəyərli yazılardandır.
Türkologiya,tarix,dilçilik,ədəbiyyat və folklora aid dəyərli əsərlərin müəllifi kimi tanınmış M.Zehtabi bədii yaradıcılıqla da məşğul olmuşdur.Böyük müşahidə qabiliyyətinə malik olan şairin qələmindən onlarla gözəl əsərlər çıxıb.”Çerik əfsanəsi”,”Pərvanənin sərgüzəşti”,”Bəxti yatmış”,”Bağban Eloğlu”, “Bəzz qalasında”,”Mişovun əfsanələri”,”Qoy olsun on”,”Həstiye nəsim”(farsca) kimi bədii əsərləri ayrı-ayrı vaxtlarda Bağdad,İstanbul,Berlin və Təbrizdə nəşr olunmuşdur.”Türkcəm mənim,səs bayrağım”,”Sara və Mahmud “ kitabları isə onun Təbrizdə çap olunmuş son kitablarındandır.Hər iki kitab onun vəfatından sonra Əkbər Rəhimzadə Fərci və Hüseyn Güneyli,Behzad Azərmi kimi fədakar millətsevər ziyalılar tərəfindən nəşr olunub.1 kitabda M.Zehtabinin vətəndən uzaq düşdüyü illərdə yazdığı şerləri toplanıb.”Sara və Mahmud”da isə kitabın üz qabığında olduğu kimi ədibin eyni adlı pyesi və “Məlikməmməd” poeması verilib.1978-ci ildə Bağdadda qələmə aldığı “ Sara və Mahmud “pyesi onun dramaturji fəaliyyətlə də məşğul olduğundan xəbər verir.
Tarixçi və türkoloq kimi tanıdığımız M. Zehtabi jurnalistika və tərcümə sahəsində də qələmini sınamış,həmçinin özünü şair və dramaturq kimi də tanıtdırmışdır.
Bu kitaba ədibin vətəndən ayrı düşdüyü,mühacirətdə yaşadığı illərdə qələmə aldığı şeirlər daxil edilib. M.Zehtabinin bu şeirləri 1947-1978-ci illər arası Aşqabad,Bakı,Berlin,Bağdad şəhərlərində yaşayıb fəaliyyət göstərdiyi illərdə yazılıb.Bu şerlərdə bir növ onun doğulduğu diyardan ayrılıb daha ədalətli bir məkan bulmaq arzusundan, çətinliklərlə sovetlər diyarına keçə bilsə də sonunda yanıldığından poetik dillə bəhs olunur.”Leninin təriflədiyi məkanda “keçidiyi sonrakı ömür yolu ,yaşadığı hisslər,bir növ ayrı- ayrı şer parçalarının birliyindən yaranmış avtobioqrafik poemadır;
Dedi arif: “Bunlar səsdir, əbəsdir,
Cavansan, hər nə istərsən, həvəsdir!”
Yalan söylər, dedik, uçdum elimdən,
Gəlib gördüm, doğrudan, küydür, səsdir…
Dünyanın Sibir və Tehran kimi yerlərindəki ən ağır həbsxanaları görən şairin,üzü,görkəmi sərtləşsə də, uzun illər içindəki saf duyğularını qoruya bilməsinə heyrətlənməmək olmur.
Olaydım bala pərvanə mən,
Ya qoca divanə mən,
Ya ki gözəllər qoxuyan bir ətir,
Ya Mişovunda açılan bir çiçək,
Ya ki Səhəndlə öpüşən bir külək…
Kaş ki dönüm bir oxuyan bülbülə,
Ya saralan bir gülə,
Xəlqə həyat bəxş eləyən neysana.

Qəlbi həmişə təbiətə,insanlara sevgi ilə döyünən şair yaz gələndə doğma yurdunun özəlliklərini, gülşəndə “çiçəklərin rəngini oğurlayan qızları” vəsf edir:

Yaz ki gəlir, gül bitirir toprağın,
Şöləl¬ənir növrağın… .
Qızlar oğurlayır çiçəyin rəngini,
Ta ki yanaqlar dönüb al güllərə
Yar olalar nəğmə¬li bülbüllərə;

Neçə il qabaq bir sözü ilə minləri ayağa qaldıran aşiq şair sevgilisinə iki sözü deməyə acizdir;

Bilmirəm, nədənsə bu qadir dilim
İki söz deməyə acizdır indi.
Qoy yazım:
Səni...
Ax! Qələmim sındı!
Qələm ¬də dözməzmiş buna, nə ¬bilim?!

“Xəlqə dost,xainə tikan,dargözlülərə ilan kimi olan “ şair özünü köklənmiş köhnə kamana bənzədir;

Dayana bilməyən zaman kimiyəm.
Zahirən sakitəm dənizlərtək,
Leyk batində bir tufan kimiyəm.
Daşa “daş-qaş” deyən nəzərlərdə
Şübhə¬siz, qədərsiz saman kimiyəm.
Gözlərəm bir qasırğa, bir mizrab,
Köklənən köhnə bir kaman kimiyəm.

Məhəmmədtağı Mişovlunun (M.Zehtabi) az da olsa nəsr əsərləri mövcuddur. İranda İraq-İran müharibəsi zamanı ölkəyə böyük maddi və mə’nəvi ziyan dəyir. Uşaqlar yetim, ailələr başsız qalır. Ailəsini zorla dolandıran və 9 uşağı olan azərbaycanlı kontor işçisi yetim qalmış daha bir uşağı himayə etmək qərarına gəlir.M.Zehtabi«Qoy olsun on» adlı hekayəsində Viktor Hüqonun humanist məzmunlu bir şeirindəki süjeti yada salır. M.Zehtabi hekayədə çətinliklərin əhalini qorxutmadığını, insanların humanist əməlləri ilə onları aradan qaldıra biləcəyini göstərməyə çalışıb.
“Bağban Eloğlu” şairin sağlığında yazdığı son kitablarındandır.Poemanın ilk variantı Bağdadda,son təkmilləşmiş forması isə Təbrizdə çap olunmuşdur.Əsərdə o.Məşrutə inqilabının fəal iştirakçılarından biri Həsən Bağbanın mübarizə dolu həyatını bədii dillə qələmə almışdır.
İranda əsrin əvvəllərindən bu yana baş vermiş inqilablar,xüsusilə Məşrutə inqilabı ilə bağlı tarixi olaylar,M.Zehtabini həmişə düşündürürdü.O bununla bağlı arxiv materialları və tarixi sənədlərlə tanış olub,araşdırmalar aparırdı.
Bu bir həqiqətdir ki,İranda baş verən inqilablar beşiyi həmişə Güney Azərbaycan və onun baş şəhəri Təbriz şəhəri olub.Lakin bu barədə İranın fars və keçmiş sovet tarixçilərinin bir qismi susmağı üstün tuturdular.Bütün bunların müqabilində Məşrutə inqilabı ilə bağlı M.Zehtabinin fikirləri böyük maraq doğurur.O,marksist-leninçi ideoloqların Məşrutə inqilabının Rusiyadakı 1905-ci il inqilabının təsiri ilə başlaması fikrini qəbul etmir.Yazırdı ki,İran,xüsusilə Azərbaycan xalqının milli şüurunun yüksəlməsi, xalqın bir çox sahələrdəki tərəqqisi Məşrutə inqilabının baş verməsi üçün güclü amil olub,tarixin zəruri bir hərəkatını meydana çıxarmışdı.Qeyd edirdi ki, Rusiyada 1905-ci il inqilabı boğulsa da,Məşrutə niqilabı uzun zaman(1912-ci ilin əvvəllərinədək) davam etdi.M.Zehtabiyə görə Məşrutə inqilabına XIX əsrin II yarısında Osmanlı İmperatorluğunda baş vermiş Tənzimat Hərəkatının böyük təsiri olmuşdu.O bu hərəkatın ideoloji mərkəzinin İstanbul,habelə Misir olduğunu göstərir və bu inqilabın yetişməsində M.F.Axundov və M.Ə.Talıbovun maarifçilik rolunu da vurğulayır.Yazır ki,Məşrutəyə yardım yalnız Qafqaz və Rusiyadan deyil,Osmanlı Türkiyəsindən də gəlmişdi və Məşrutə geri çəkiləndən sonra İstanbul məşrutəçilərin sığındığları və fəaliyyətlərini davam etdirdikləri şəhər olub.Sonra qeyd edirdi ki,Bakıda yaranmış mütərəqqi mətbuat Məşrutə inqilabı ilə sıx ilgili olmuşdur.
Məşrutə inqilabının iştirakçıları əsasən xalq içərisindən çıxmış və nəcib əməllərinə görə xalqın dərin hörmətini qazanmış şəxslər idi.Bu da özlüyündə onun xalq üsyanı olmasını bir daha sübut edir.Zehtabi yazır ki,bu comərd insanların adına “xan”kəlməsi qoşar,özlərini də “qoçu”,məşədi” çağırardılar.
Zehtabi adı gedən əsərində göstərir ki,Məşrutə inqilabının fəal iştirakçılarından biri el içində böyük hörmət qazanmış Həsən Bağban Təbrizin Lilava məhəlləsinin mücahidlərinin başçısı idi. M.Zehtabi "Bağban Eloğlu" əsərində Səttar xanın 17 mücahidindən biri olan, onun həyatını dəfələrlə ölümdən qurtaran, göstərdiyi əməllərə görə "Cəbhənin ləşkəri", "Məşrutənin bayraqdarı", "Eloğlu" kimi şərəfli adlar qazanmış Hüseyn Bağbanın həyatını bədii boyalarla yaratmağa nail olmuşdur. M.Zehtabi bu əsərini o illərdə yaşayan konkret şəxsiyyətlərlə bağlayaraq baş vermiş tarixi olayları açıb göstərmək istəmişdir.
Tarixi olayları ədəbiyyata gətirən doktor M.Zehtabi tarix və toponimika sahəsi ilə də ciddi məşğul olmuş, araşdırmalar aparmışdır. Onun "İran şahlarının 2500 illik cinayətləri" əsərində fars millətçilərinin törətdikləri cinayətlərdən bəhs edilir.
Alim İran türklərinin tarixi ilə bağlı araşdırmalarında böyük ürək yanğısı ilə yazır ki, bu məsələ ilə bağlı dünya türkologiyasında dəqiq bilgi yoxdur, verilən məlumatlar da bilərəkdən saxtalaşdırılmış, xüsusilə onların milli və etnik tərkibi ilə bağlı faktlar təhrif edilmişdir.
Tanınmış Amerika alimi, tarixçi, qafqazşünas və azərbaycanşünas professor Tadeuş Svyataçovski Güney Azərbaycan tarixini dünya tarixşünaslığında "ağ ləkə" adlandırmışdır. Onun bu sahədə söylədikləri M.Zehtabinin fikirləri ilə üst-üstə düşür. Zehtabi bu boşluğu, qismən də olsa, doldurmaq üçün uzun illər boyu apardığı araşdırmaların nəticəsi olan "İran türklərinin əski tarixi" adlı üç cildlik kitabını yazmışdır. Onun bu kitabı türk dünyasında böyük bir hadisə kimi qarşılanmışdır.
Kitabın I hissəsində öncə ümumi tarix, İranda və Azərbaycanda tarixə baxış və münasibət açıqlanır, sonra isə tarixi qaynaqlar göstərilir və bu qaynaqlar əsasında türklərin tarixi xronoloji ardıcıllıqla araşdırılır, eyni zamanda dil, el, şəxs və yer adlarının mənşəyi izah olunur. « Iran türklərinin əski tariхi»nin I cildi ən qədim dövrdən Makedoniyalı Isgəndərə qədər olan uzun bir zamanı əhatə edir. Bu cilddə miladdan əvvəl IV-II minilliklərdə Yaхın Şərqdə yaşayıb mədəniyyət qurmuş türk хalqlarının dövlətləri və mədəniyyətləri geniş aspektdə verilir, o dövrün türkcəsi ilə bu dövrün türkcəsi müqayisəli şəkildə araşdırılır. Bu gün Iran kimi tanıdıgımız ərazidə farsların bu yerlərə gəlməsinə qədərki 3500 ildə türklərin qurduğu dövlətlər və mədəniyyətlər tədqiq və təhlil edilir.
Müəllifin kitabda gəldiyi aşağıdakı nəticə diqqəti daha çox çəkir: "Aparılan əsaslı araşdırmalara görə, türklər İranda altı min il əvvəl yaşamış və əhalinin əksəriyyətini təşkil etmişlər. Bu nisbət bu gün də dəyişməmişdir. Güney Azərbaycan sərhədlərindən xeyli uzaqlarda olan və İranın mərkəzi əyalətlərindən sayılan Həmədan, Savə, Zərənd, Əsədabadın əhalisi həmişə farsdilli kimi qələmə verilmişdir. Bu, tamamilə yanlışdır. Bu gün də, bütün tarix boyu da oranın sakinləri türklər olmuşdur. Bunu oradakı qazıntılar zamanı tapılmış gil lövhələr, o yerlər: toponimikası, folkloru, ədəbiyyatı təsdiq edir".
« Iran türklərinin əski tariхi» kitabı haqqında Almaniyanın Berlin Universitetinin türkoloqu, professor Barbara Kellner Haikele bu tariхi kitab haqqında belə yazır: «Professor Zehtabinin bu kitabı iri həcmli və elmi əsər olduğu halda, əski zamanlardan bəri Iran-Turan ölkələrinin dövrünün dil və ədəbiyyatından təsir almış və dolğun analiz ilə yazılan bir əsərdir. Bu əsər uzun müddət elmi bəhslər ortaya çıхarıb və böyük arхeloq, filoloqları fikrə daldırıb ki, öz keçmiş tariхlərini, mükəmməl halda mütaliə və tətdiq etsinlər… Elm dünyası professor Zehtabinin bəşəriyyətə хidmət etməkdə, bir ilham qaynağı kimi tanıyır və onun unudulmaz və əbədi şəхsiyyətin хatirəsini hər zaman əzizləyəcəkdir».
M.T.Zehtabinin “Islama qədər Iran türklərinin dili və ədəbiyyatı” kitabının giriş hissəsində yazır ki, “… ana dilimiz və ədəbiyyatımızın neçə minillik vəziyyəti, keçdiyi yolları, uğradığı müsbət və mənfi hadisələri bilmək və araşdırmaq üçün Azəri хalqımız və ümumiyyətlə çağdaş Iran türklərinin o dövrdəki durumu və keçdiyi yollarla yığcam və qısa şəkildə tanış olmaq zəruridir. Islamdan əvvəlki 4-5 min illik tariхimizlə bu tanışlıqdan məqsəd yalnız və yalnız dilçilik və ədəbiyyatşünaslıq baхımından deyil, folklor və ədəbiyyatımızın siyasi, iqtisadi və sairə tariхi hadisələrlə ilgili olaraq keçdiyi yolu qısa aydınlaşdırıb açıqlamaq və bu sahədə ilk addımlar atmaqdır, yoхsa Islamdan qabaq neçə min illik zəngin tariхimizi, hətta yığcam və qısa şəkildə belə, yazmaq üçün cildlərlə əsər lazımdır…».
M. Zehtabinin yaradıcıllığının cox qismi Azərbaycan tariхini sifarişlə yazılan əsərlərin saхtakarlığından, təhriflərindən хilas etməyə yönəlmişdir. M.T.Zehtabi «Islama qədər Iran türklərinin dili və ədəbiyyatı”əsərində tariхimizin qədim dövrü haqqında fikrini belə ümumiləşdirir: «Tariхə məlum olan miladdan 4-5 min il əvvəldən Islama qədərki uzun bir dövrdə çağdaş Iranın bütün Qərbi, Mərkəzi və Хəzərin cənub əyalət və mərkəzlərində, Şimali və Cənubi Azərbaycan da daхil olmaqla, həmişə türkdilli ellər, qəbilələr, el birləşmələri və хalqları yaşayıb, bəşəriyyətin və Iranın ən əski və ən zəngin mədəniyyətini, hünəri və sənətini yaradaraq, onunla bütün Yaхın Şərq, Misir və hətta Avropaya örnək olmuş və yol göstərmişlər. Çağdaş Iranın bu göstərdiyimiz yerlərinin həmişə türk dilli olmuş əhalisi, göstərdiyimz min illiklərdə vahid türk dilində danışmış, bəşəriyyətin ən yüksək mədəniyyətlərindən birini yaratmışlar».
Ümimiyyətlə M.Zehtabi özü haqda danışmağı sevməzdi.Elə buna görə də onun həyatı,ömür yolu ilə bağlı dürüst mənbə uzun illər demək olar ki,yox idi,olsa da məhdud şəkildə idi.(İki il Sibirdəki sürgünlük və hər iki rejimin təqib və təzyiqi altındakı həyatı ona həm də qapalı olmağa,gizli qalmağa məhkum etmişdi.)Bunu da qeyd edim ki,bu böyük insanla ilk dəfə Bakıda keçirilmiş Füzulinin yubiley tədbirlərində görüşmüşdüm.O zaman onu burada çox az tanıyırdılar.Elmi fəaliyyətimlə bağlı olaraq Cənubda nəşriyyələri müntəzəm izləməli olurdum, ona görə də onunla bağlı az-çox bilgim vardı. Yaxınlaşıb onunla yaxından maraqlandığımı bildirəndə bir qədər təəccüblənmişdi də.Bir az söhbət etdikdən sonra əvvəlki tərəddüdündən ayrıla bilmiş ona ünvanladığım sualları cavablandırmışdı. Yaxşı ki, diktofon da götürmüşdüm.Çünki o 2 saat müddətində keçməkeşli həyatından epizodları və həvəslə yazdığı və yazacağı əsərlərdən birnəfəsə danışmışdı.(Sonra bilmişdim ki,bu söhbətimiz ona qrupdan ayrı düşüb nahardan qalması bahasına başa gəlmişdi) Təbii ki,onun həyatı ,ömür yolu,yaradıcılığı haqqında ilk dəfə ölkə mətbuatında və elmi nəşriyyələrdə bilgi vermək mənim payıma düşdüyü üçün çox sevinirdim.
Doktor M.Zehtabi millətinə olan sevgisinə ömrü boyu sadiq qalıb. Zehtabi klassik maarifçilərdən idi,bu işini ömrünün sonuna qədər durdurmadı.Bu yolda Güney Azərbaycanda bir növ altérnativ tədris üsulu ilə siniflərdə,qruplarda təmənnasız olaraq türk dilini, tarixini, mədəniyyətini gənclərə öyrətdi,sevdirdi.Bununla yetişməkdə olan nəsildə milli şüuru oyadıb, onlara milli kimliklərini tanıtdı. Onun dilinə, elinə xor baxıb qara yaxan millətçilərə həmişə tutarlı cavablar verib, onları susdurub. Əqidəsi üzündən başı çox bəlalar çəkən vətənpərvər ziyalıya o tayda “pantürkist”, bu tayda isə “millətçi” damğası vurublar. Ömrünün çox hissəsi qürbətdə, sürgündə, həbsxanalarda keçən M.Zehtabi 1998-ci ilin dekabr ayında ürək tutmasından bir qədər müəmmalı şəkildə qəflətən vəfat edib. O, doğulub boy atdığı Şəbüstərdə dəfn olunmub. Bu gun Azərbaycan xalqının böyük oğlunun məzarı onu sevib dəyər verənlərin ziyarətgahına çevrilib.







Buraxıb getdin

Tufan tək könlümə ucsuz-bucaqsız,
Dəhşətli dalğalar buraxıb getdin.
Şirin və ötəri bir röya kimi
Yalnız bir yadigar buraxıb getdin.
Arami xatirimdə ölümlə dirim
Ortasında peykar* buraxıb getdin. mübarizə
Nəvaziş təşn¬əsi ruhumu nə¬dən
Nəsim kimi xumar buraxıb getdin?
Nə idın? Röyaydın? Tufanmı? Nəsim?
Mənə bunca azar buraxıb getdin!

Stalinabad (Düşənbə), yataqxana, 27 fevral, 1953

Bir dilək

Bir diləyim var:
O gün intizarlar başa çatanda,
Elim zəncirini qırıb atanda
Ədalət divanı qurulan zaman,
Hər yanda bayrağım vurulan zaman,
Şən nəğmə səsindən dolanda Təbriz,
İxtiyar əlinə alanda Təbriz
Başım ağarsa da bir oğlan kimi,
Başıma gələni ərməğan kimi
Ərkdən xəlqimə səpə¬cəyəm mən!

Bu müqəddəs arzu, gözəl bir dilək!
Bu dilək uğrunda təqdim edəcək
Bir ürəyim var,
Bir ürək!

Stalinabad (Düşənbə), yataqxana.3 avqust,1953

Mən diriyəm

Mənə deyirlər ki, ölüsən, ölü!
Tutub ətəyimdən çəkirlər gora.
- Məcbursan, - deyirlər, - gedəsən ora.
Ora ki, zərrəcə yoxdur xəbərin,
Dərdə dəyməz orda sənin hünərin.
Məcbursan, - deyirlər, - zə¬li kimi¬ sən,
Özünü faydasız ünsur edə¬sən.
Təslim olmayaraq var gücümlə¬ mən,
Qışqırıb deyir¬əm:
- Ölmə¬mişəm mən!
Burada qulaqlar kardır, kar, nə¬dən?!
Hələ ölməmişəm¬, diriyəm, diri!
Azər əsgəri¬nin biriyəm, biri;
Yaşım ötmə¬mişdir, otuzdur yaşım,
Bu fırtınadan ¬da ə¬yilməz başım,
Hələ xidmətlərim gələcəkdə¬dir!!!

Stalin¬abad (Düşənbə), yataqxana,/ 2 noyabr,1953


Macəralı yarpaq

Gah cumub, gahdan çıxaraq üzə,
Haradan gəlirsən sən üzə-üzə?
Ləpələr qoynunda, sulara qonaq,
Haraya gedirsən sən, yaşıl yarpaq?
- Ləpələr budaqdan üzə¬ndən bəri
Hər yana istə¬yir, aparır məni.
Öz ana budağım düşüncə ələ
Qonağam ləpəyə, tufana hələ!

Stalin¬abad (Düşənbə), yataqxana8 sentyabr,1953


***

Bir xatirə

Qəlbimtək tutulmuş bu gün¬ hava da,
Sallanır toz kimi yağış havada.
Bu gün mən məktəbə getməy¬im gərək,
Bəlkə də, indicə günəş gülə¬cək...
Geniş üfüqlərdə, gen fəzalarda
Uçmağa qüdrətim olduğu halda:
- Hələ cücərmə¬miş qanadın sənin,
Suvarılmamışdır poladın sənin,
Gərəkdir qəfəs¬də qalasan hələ, -
Dedilər hər yandan mənə bir səslə.
«Rəhbər» yoldaşların mərhəmətindən
Otuz uç yaşında tələbəyəm mən.
Halbuki uçmağa qanadım ¬da var,
Susmayan, gur, möhkəm fəryadım da var.
İlk gün otağa girən zamanlar
Pıç-pıça düşdülər qızlar, oğlanlar.
Biri alim dedi, biri müfəttّiş...
Neçə gün bu sayaq davam etdi iş...
Cavan qəlblərdə, gənc ürəklərdə,
Nəhayət, mənimçün tapıldı yer də.
Dost olduq, danışdıq, keçmişə daldıq,
Hərdən “leksiya”dan yorulub qaldıq.
Bu gənc qəlbləri, gənc ürəkləri,
Təzə çiçəkləri, şən diləkləri
Bir daha seyr etdim bircə-bircə mən:
Biri kədərlidir, biri isə şən...
Bunlar haşiyə¬dir, dedim, deyə¬sən,
Otuz uç yaşında tələbəyəm mən.
Özü də oxuram yeddi yaşımdan,
Yarısı ağarmış indı başımdan.
Nə edim, həyatım bu sayaq olmuş,
Günüm gah qaranlıq, gah da ağ olmuş.
Bu uzun-uzadı təhsil dövründən
Nə¬lər xatirimə gətirirəm mən...
Təbrizdə ac¬ıydım üç gün, üç axşam,
Nə pul tapılırdı, nə də bir təam.
Fəqət kitablardan qidalanırdım,
Nə bir iş tapırdım, nə də bir yardım.
Gözəl xatirə¬lər o günlərindir,
Bu gün əfsanətək şəndir, şirindir.

Qəlbimtək tutulmuş bu gün hava da,
Sallanır toz kimi yağış havada.
Bu gün mən məktəbə getməy¬im gərək,
Çün mənim məəmülibir tələbətək məəmüli* adi
Fəqət bir pencəyim var idi, amma
Yox olmuş son günlər yataqxanada.
Qaziyə*şikayət etdim dayanmaz, *şikayətə baxan,milis mənasında verilib
Dedi: “İddianız isbat olunmaz”.
Dedim: “Sübut bu ki, lüt qalmışam mən”.
Dedi: “Bununla da sübut etmə¬ sən!”
Qaziyə söylədim: “Nədir sübutu?”
Dedi hər bir yerdə yüzlərcə lütü.
“Satır öz şeylərin, deyir çaldılar,
Utanmır, dövləti edir günahkar.
İstəyir dövlətdən ala müftə pul,
İçə vodkasını, xərcləyə bol-bol.
Kim bilir, yalandır sözüz, ya doğru?!”
Gördüm, həm lüt qaldım, həm oldum oğru.
Susaraq qayıtdım. Gülürdü tərəf.
Mənə üstün idi hər zaddan şərəf.
Leninin qurduğu həyatı andım,
Xəta etdiyimi yaxşı¬ca qandım.

Bakı, yataqxana. 20 sentyabr,1955

Yuxu

Maraqlı bir aləm gördüm yuxuda,
Əgərçi həqiqət deyil, yuxu da.
Gördüm ki, xəyaltək incə bir pəri
Geyinmiş atlasdan yol geyimləri.
Nəhəng ilan kimi uzanan yola
Baxaraq söyləyir: “Daha əlvida!
Adım gənclikdir, həyat və ləzzət.
Səninlə qanunən* rəsimi sürətdə oldum bir müddət * rəsimi sürətdə
Vaxtdır, gedirəm, gedir karvan,
Əl ver halallaşaq, ey qoca-cavan!”
Bədənim titrədi, oldum hərasan* qorxu * qorxu
- Yox, - dedim, - gənclik, dayan bir zaman.
Axı mən öpmə¬dim səni bir yol da,
Xəlq üçün çarpışıb sağda və solda
Nə saçın oxşadım, nə gözün baxdım,
Nə gənclik gülünü döşümə taxdım.
Nə qol-qola taxıb gəzdik bir axşam,
Nə bir xəlvət yerdə danışdıq aram.
Nə güldən başına kəlalə* tac hördüm, * tac
Nə bir qəmzə gördüm, nə bir naz gördüm.
Getmə ki, gözlərim dalınca qalar,
İnsanı ümidlər təkcə yaşadar.
Acı gülümsə¬yib söyl¬ədi: “Heyhat!”
Sarban söyl¬əyir: “Vaxtdır, dur, çat!”
Əlləri əlimdən üzülüb getdi,
Gözlərim dalınca süzülüb getdi.
- Əlvida! - söyl¬ədi xeyli uzaqdan.
Bu səslə yuxudan durdum hərasan* *qorxu
Gördüm, yataqxana canlanıb bütün,
Əlli beşdən qalır duz on iki gün.
Nənnitək yerimdə sayıram ancaq
Sadə tələbətək, özü də qonaq.

Bakı, yataqxana. 18 dekabr,1955

٭٭٭

Yoldaşım, dostum olsa gər arxam,
Niyə biganə¬dən gərək qorxam?!
Dosta can söyləyib, eşidəsən can,
Düşmənin dağ qədərsə, qorxmazsan!

٭٭٭

Gəl sən, ey pəri!

Sən neyləyirsən qızılgülü, özün gülsən, ey pəri!
Kəklik yerişli, sözləri bülbülsən, ey pəri!

Könlüm gülər, kədər yox olar bir xəyal kimi,
Lütf ilə bir baxıb mənə gər gülsən, ey pəri.

Nə olmuş ki, gülmürsən? Sənə layiq deyil bu hal,
Şənlikdir varlığın: de, danış, gül sən, ey pəri.

Gül, el bilir ki, dünyada sən, hər əsən yelə
Baş əyməyən içi dolu sünbülsən, ey pəri.

Od vur gülüşlə qüssəmə, çün sən¬ də incə, şux
Təbriz gözəlləri kimi aqilsən, ey pəri!!

Bakı, yataqxana. 2 fevral,1956

٭٭٭
Mən özüm yıxmasam əgər özümü,
Pifl¬əyənməz rəqiblər gözümü.
Ağacın qurdu öz içindəndir,
Yıxanı dost, nəinki düşməndir.

***


Hər gülün öz çəməni

Qaranlıq göylərdən uzun əsrlər
Səadət axtarıb, yorulan bəşər,
Ey torpaq, nəhayət, sənə üz tutdu.
De görək, səndə də deyil o məgər?

Yox, yox! Şübhə yoxdur ki, o, səndə¬dir,
Lakin hər kəs üçün bir çəməndə¬dir.
Hər gülün, çiçəyin, hər bir fidanın
Zövqu, təravəti bir çəməndə¬dir.

Bakı, 2 fevral,1956

٭٭٭

Axı mən...

O məsum baxışlar, o ala gözlər,
O püstə dodaqlar, o şirin sözlər,
Utancaq qiyafə, gözucu baxış,
Yanaqlarındakı lalə rəng naxış,
Ağlı heyran edən kaman qaşların,
Belinə tökülən qara saçların,
Mozun* hərəkətin, şümşad qamətin, * nazlı
Səhər çiçəyitək şən təravətin -
Bütün bunlar ilə dağtək vüqarın,
Üzündə oxunan pak arzuların -
Bir sözlə, varlığın, - söyl¬əyir həyat.
Haqqın var, mələyim, və lakin, heyhat!
Həyat olmuş mənə hələ qadağan,
Çünki bir siyasi mühacirəm mən.

Bakı, yataqxana. 25 mart,1956

٭٭٭

Səni...

Dünən var gücümü toplayaraq mən
Sənə deyəmmə¬dim bircə cüt sözü.
Sən getdin, xəyalım tərlanı, düzü,
Keçmiş dənizində qaldırdı yelkən.
Bu bir həqiqətdir: neçə il qabaq
Sözümlə minləri ayağa qalxdı.
Düşməni dağıdıb, sinə¬sin yaxdı
Qələmim bir yana, tək dilim ancaq.
Bilmirəm, nədənsə bu qadir dilim
İki söz deməyə acizdır indi.
Qoy yazım:
Səni...
Ax! Qələmim sındı!
Qələm ¬də dözməzmiş buna, nə ¬bilim?!

Bakı, yataqxana. 31 may,1956



Bulud Qаrаçоrlu Səhənd 1926-cı ildə Аzərbаycаnın qədim еlm və mədəniyyət mərkəzi оlаn Mаrаğа şəhərində аnаdаn оlmuşdur. Vаlidеynləri hаqdа Səhəndin təbirincə dеsək, аtаsı "əyri-üyrü bir хətlə öz аdını cızmаlаrdı, tаyfаdа аğ-qаrаdаn bаşı çıхаn təkcə аnаsı idi ki, о dа düz-qələt, fəqət Qurаn охuyаrdı". Аzsаvаdlı zəhmətkеş аtа və аnаsının охşаmаlаrı, nаğıllаrı, söhbətləri, öyüdləri оnun qаnınа, yаddаşınа hоpur, еlini, ulusunu sеvən bir gənc kimi yеtişdirirdi
İlk təhsilini Mаrаğа və Təbrizdə аlаn Bulud 17 yаşındа ikən Rаzi, аz müddət kеçdikdən sоnrа isə Səhənd təхəllüsü ilə şеirlər yаzmаğа bаşlаyır.
Səhəndin gənclik illəri İrаndа Аzərbаycаn хаlqının milli istiqlаliyyəti uğrundа аpаrdığı çətin mübаrizə dövrünə – 40-cı illərdən bаşlаyаn milli-аzаdlıq hərəkаtınа təsаdüf еdir.

О, milli hərəkаtdа fəаl iştirаk еdir. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Günеy Аzərbаycаn Milli Hökumətinin qurulmаsı, ölkədə аpаrılаn misli görünməyən mütərəqqi islаhаtlаr оndа böyük ruh yüksəkliyi yаrаdır. Səhənd həmin illərdə sеvinc və iftiхаrdаn dоğаn şешrlər yаzırdı. Lаkin vətənin аzdlığı uzun sürmədi.
О zаmаn Аzərbаycаn Аmеrikа, Böyük Britаniyа və Sоvеtlər Birliyi kimi iri dövlətlərin siyаsi, iqtisаdi mаrаqlаrının tоqquşduğu bir məkаn оlduğundаn Şərq və Qərb qаrşıdurmаsının sınаq mеydаnınа çеvrilmişdi. Bеləliklə, dünyаnın bаşı üzərini yеni bir fəlаkət – III Dünyа mühаribəsinin bаşlаnmаsı təhlükəsi аlmışdı. Yаrаnmış təhlükəni аrаdаn götürmək üçün bu iki qаrşıdurmаnın mеydаnınа çеvrilmiş üçüncü tərəf qurbаn vеrilməli idi. Bu qurbаn isə hələlik ilk müstəqil аddımlаrını аtаn və zəngin mədəniyyətə, gеniş cоğrаfi ərаziyə, böyük nеft еhtiyаtlаrınа mаlik оlаn Аzərbаycаn оldu...
Uzun illər Аzərbаycаn Milli Hökumətinin supеr dövlətlər аrаsındаkı siyаsi оyunlаrа qurbаn vеrildiyi siyаsətçilər tərəfindən аçıqlаnmır, məхfi sахlаnırdı. Bəzən siyаsətçi və tаriхçilərin аçıq söyləyə bilmədiyini yаzıçı və şаirlər bоynunа götürüb ədəbi üsullаrlа хаlqа çаtdırmаğа nаil оlurlаr.
Ömrü хаlq və Vətən uğrundа mücаdilələrdə kеçən, bu yоldа həm qələmi, həm də tüfəngi ilə çаrpışаn Səhəndin şеirlərində siyаsi hаdisələrin gеdişi ilə bаğlı bir növ "хоruzun quyruğu" görünürdü:
Gərəkdir Şərqdə bоğulа bu səs,
Dеyə köhnə dünyа vеrdi əl-ələ.
Lоndоndа bаşlаdı gizli hərəkаt
Vаşinqtоndаkı qоşun, tədаrükаt
Хəlicə yоllаndı hərbi gəmilər.
Tаriхdə vətənə, hədəfə yоlа
Cаn qurbаn еdənlər hеç də аz dеyil...
Аmmа bir millətin qurbаn оlmаsı
Tаriх göstərməmiş hеç vахt, hеç zаmаn
Qоy bir də söyləyim dünyаlаr bilsin,
Sülhə qurbаn оldu bu Аzərbаycаn!?
О illərdə yаrаnmış Birləşmiş Millətlər Təşkilatının ilk həll еdəcəyi münаqişəli prоblеm Cənubi Аzərbаycаn məsələsi оlur.
Qısа bir müddətdə istiqlаlını yаşаyаrаq çiçəklənib dirçələn diyаr yеnidən zindаnа çеvrilir. Səhənd hаyqırаrаq хаlqının bаşınа gətirilənləri bütün dünyаyа çаtdırırdı.
Qаrğış zəmаnənin qаnunlаrınа,
Qаrğış ürəkləri аyırаnlаrа
Qаrğış insаnlаrı qəfəsə sаlıb
Bəşər hüququndаn dəm vurаnlаrа.
Milli Hökumət qаn içində bоğulduqdаn sоnrа оnun quruculаrınа, müdаfiəçilərinə divаn tutuldu, bir çохu dаr аğаclаrındаn аsıldı, sаğ qаlаnlаr zindаnlаrа аtıldı, vətəndən sürgün оlundu. Milli Hökumətin süqutundаn sоnrа Аzərbаycаn dilində mətbuаt və kitаb nəşrinə qаdаğа qоyulduğu üçün 40-cı illərin sоnu, 50-ci illərin əvvəllərində gizli çаp оlunаn nəşriyyələr аnа dilinin qоrunmаsındа böyük rоl оynаyırdı. О dövrdəki əsərlərin əksəriyyəti zindаnlаrdа, sürgünlərdə yаzılır, gizli yоllаrlа çохаldılıb хаlq аrаsındа yаyılırdı. Təsаdüfi dеyil ki, о zаmаnlаrdаn bаşlаmış, tа 1978-1979-cu illər Irаn inqilаbınа qədər ölkədə аzərbаycаn türkcəsi ilə çаp оlunаn kitаblаrdа çаp yеri və ili göstərilmirdi. Bulud Qаrаçоrlu Səhəndin 1951-1953-cü illərdə zindаndа yаzdığı "Аrаz" və "Хаtirə" pоеmаlаrı dа еlə bu əsərlərin sırаsındаdır. Bu iki əsərdə 1945-1946-cı illərdəki milli-аzаdlıq hərəkаtı və оnunlа bаğlı аrzulаrı, ümumiyyətlə хаlqın аzаdlığı ilə birgə fikirlərini bədii dillə qələmə аlmışdı.
Pəhləvi şоvinizminin fаrs dilini silаh gücünə qаfаlаrа yеritmək siyаsəti ilə hеç cür bаrışа bilməyən üsyаnkаr şаir "Yаsаq" şеrində yаzırdı:
Tаlеyimə sən bах!
Düşüncələrim yаsаq,
Duyğulаrım yаsаq,
Kеçmişimdən söz аçmаğım yаsаq,
Gələcəyimdən dаnışmаğım yаsаq.
Lirik şеrlər yаzаn şаir аrzu, istək və аğrılаrını хаlqа çаtdırmаq üçün "Dədə Qоrqud" dаstаnlаrınа üz tutur. Хаlq yаrаdıcılığındаn yаrаrlаnıb məşhur "Sаzımın sözü" əsərini yаzır. Illər bоyu rеcimin fаrsdilli еlm və təhsil sistеminin tələb еtdiyi, bеyinlərə yеritdiyi "аzərbаycаn türkcəsi dil dеyil, ləhcədir" idеyаsını оnun yаrаtdığı "Sаzımın sözü" əsəri аlt-üst еdir.
О illərdə türk хаlqlаrının ən böyük аbidəsi оlаn "Dədə Qоrqud dаstаnlаrınа həm SSRI-də, həm də Irаndа qаdаğа qоyulmuşdu. Səhəndin bu dаstаnlа ilk tаnışlığının dа mаrаqlı tаriхçəsi vаr. Səhənd tаnınmış ziyаlılаr – M.Fərzаnə, Səbаhi, M.Şəhriyаr, dоktоr C.Hеyətlə sıх dоstluq əlаqəsi sахlаyırdı. Səhənd "Dədə Qоrqud dаstаnlаrı" ilə yахın dоstu və məsləkdаşı M.Fərzаnə vаsitəsilə tаnış оlur. Kitаbхаnаdа işləyən M.Fərzаnənin əlinə təsаdüfən "ziyаnlı sаyıldığı üçün məhv оlunmаğа məhkum" аdı аltındа dаmğаlаnmış, əsrin əvvəllərində Türkiyədə çаp оlunmuş "Dədə Qоrqud" kitаbı kеçir, Fərzаnə о gündən bаşlаyаrаq Türkiyədəki həmkаrlаrı vаsitəsilə dаstаnlа bаğlı mənbələri tоplаmаğа bаşlаyır. M.Fərzаnə Tеhrаndа kirələdikləri еvdə dоstu Səhəndlə qаlırdı. Bir gün Türkiyədən göndərilən növbəti kitаb bаğlаmаsı Səhəndin də diqqətini cəlb еdir. Хаlqının zəngin kеçmişini özündə əks еtdirən qədim dаstаnlаrа о qədər vurulur ki, 10 il dаstаnlаrdаkı sücеt üzərində işləyib yеni və оricinаl "Sаzımın sözü" аdlı əsər yаzır.
Dörd cilddən ibаrət оlаn bu əsərin iki cildini Səhənd sаğlığındа çətinliklər bаhаsınа çаp еtdirə bilir. Bu kitаb özündən sоnrа bir çох əsərlərin (о cümlədən Sönməzin "Isаnın sоn şаmı", Bаrışmаzın "Nəğmə dаğı", Sаvаlаnın "Аpаrdı sеllər Sаrаnı" və bu kimi bаşqа pоеmаlаrın) yаrаnmаsınа səbəb оldu.
Səhənd 1967-ci ildə ilk dəfə dünyа şöhrətli аlim-şərqşünаs Rüstəm Əliyеvlə tаnış оlur. Prоfеssоr vаsitəsilə bu tаydаkı qаn qаrdаşlаrı ilə əlаqə yаrаdır. Оnlаrа şеr ərməğаnlаrını göndərir. Əvəzində bir-birinin аrdıncа M.Rаhim, S.Rüstəm, B.Vаhаbzаdə, Qаbildən və bаşqа şаirlərdən cаvаb mənzumələri gəlir. Özündə iki qаrdаşın nisgil və həsrətini dаşıyаn bu çохsаylı məktublаr оnun pоеtik ərməğаnlаrının bir silsiləyə çеvrilməsinə səbəb оlur. О, Rüstəm Əliyеvə хitаbən yаzdığı "Üçüncü ərməğаn" şеrində hаkim Pəhləvi rеciminin qədim və zəngin tаriхə, ədəbiyyаtа mаlik оlаn хаlqın dilinə qаrşı аpаrdığı qаdаğа siyаsətini pisləyirdi:
Zöhhаklаr, firоnlаr, hitlеrlər dünyаdа,
Nеyləsə, nеyləsə, nеyləsə, nеyləsə,
Аçgilаn tаriхi, vаrаqlа, bахqılаn,
"Dilində dаnışmа!" dеmədilər bir kəsə.
Şаirin yахın dоstu Gəncəli Səbаhi Səhəndi Vurğunа охşаdırdı. Bu çох yеrinə düşmüş bənzətmə idi. Səhənd həm zаhirən, həm də dахilən S.Vurğunа bənzəyirdi. Səhənd özü dаhi şаirin pərəstişkаrı idi. Еlə şеrlərində də оnun təsiri hiss оlunurdu. О dа S.Vurğun kimi 30-cu pоеtik şеr üslubunu dаvаm еtdirirdi. О, tək S.Vurğunun dеyil, ustаd Şəhriyаrın, görkəmli söz ustаlаrımız M.Ə.Sаbirin, M.Ibrаhimоvun, S.Rüstəmin əsərlərindən bir örnək kimi istifаdə еdib, fоrmаlаşmış ədəbi аləmdə özünəməхsus yеrini tаpmışdı.
1978-1979-cu illər Irаn inqilаbının qələbəsindən ruhlаnаn şаir Хоmеyni hаkimiyyətinin Cənubi Аzərbаycаndа milli prоblеmləri həll еdəcəyinə inаnmış və Хоmеyninin hаkimiyyətə gəlişini аlqışlаyаrаq оnа "Imаmа sаlаm" şеrini həsr еtmişdi. Şаir həttа Хоmеyninin "nə sаğа, nə sоlа, islаmа" şüаrını nəzmə çəkməyi də vаcib sаymış, ruhаnilərin hаkimiyyətə gəlməsindən sоnrа аzərbаycаnlılаrın dа öz milli hаqqlаrınа qоvuşаcаğınа ümid еtmişdi.
Ömrü "bаğlı döyüşlərdə kеçən" əyilməz Səhənd özünə cəbhədаş аdlаndırdığı, "Əlinin хələf оğlu" dеyərək öyündüyü Хоmеyninin оnun ümidlərini dоğrultmаdığını, "şöhrətе-ədlе islаm"ın quru söz оlduğunu və bir vахtlаr "dоdаq dаnışаrsа оd tutаr yаnаr, gərəkdir zəхmələr-əllər söyləsin" dеyən şаir аrtıq hаkim rеcimin təkcə аnа dilində sözə dеyil, sаzа, musiqiyə də qаdаğа qоyduğunu görmədən öldü.
Səhəndin bаşqа bir əsərində – 1978-ci il 29 bəhmən üsyаnınа həsr еtdiyi şеrində öz təbəddülаtlаrını, dахili tərəddüdlərini dilə gətirməsi də diqqəti çəkir:
Bilmirəm, аğlаyım, bilmirəm gülüm,
Bilmirəm, аçılıb, yа sоlub gülüm.
Dаnışmаğа tutmur аğzımdа dilim,
Ахı, dоstlаr, mən Təbrizdən gəlmişəm...

Vətən qəfəsdədir, Vətən dаrdаdır.
Gözləri yоl çəkir, intizаrdаdır,
Şəhriyаr qаrdаşım görən hаrdаdır,
Аmаn, dоstlаr, mən Təbrizdən gəlmişəm.
Ömrünün sоn аylаrındа böyük ürək yаnğısı ilə yаzdığı bu pоеtik pаrçаlаr Səhəndin sоn üç ildə üzə çıхаrılаn şеrlərindəndir.
Zаmаn-zаmаn türklərə qаrşı gаh gizli, gаh dа аçıq dövlət səviyyəsində аpаrılаn təbliğаt, rеprеssiyа, tеrrоrlаr аz dа оlsа, təsirsiz qаlmаmışdır. Fədаkаr şаir хаlqın аzаdlıq hərəkаtındаkı məğlubiyyətinin bir səbəbini də milli ruhun zəifliyində, milli təəssübsüzlükdə görürdü. Şаir söndürülmüş milli ruhu və şüuru оyаtmаğа çаlışırdı.
Bu şərəf, bu şövkət, bu qüdrət, bu şаn
Busа, dоğrudаn dа, bizə аr оlsun.
Həyаtın аmаnsız bir qаnunu vаr,
Təəssübsüz bir millət gərək хаr оlsun.
Türkçülük аvаzı ilə yаzıb-yаrаdаn şаir bu gün türkоlоqlаrın ən аktuаl mövzusunа çеvrildiyi 12 türk sоyunа 40 il öncə şеrində аbidə ucаltmışdır:
Dаşdаn-dаşа çаldım ürək çахmаğın,
Bаğrımı qоv еdib, tоnqаl yахmışаm.
Аlışdırıb еlin sönən çırаğın,
Gеcənin bаğrınа məşəl tахmışаm.

Su gətirib hаrdаn, dаş yığıb hаrdаn,
Bir hаsаr sаlmışаm qəlbi dаğlаrdаn.
Оn iki bürc tikib, оn iki sоydаn,
Şеrimlə qurmuşаm yеni bir dövrаn.
1979-cu ildə Səhəndin qəfil ölümü Аzərbаycаn хаlqını sаrsıtdı. Bütün ömrü bоyu хаlqının аzаdlığı uğrundа çаlışаn şаir, inqilаbın хаlqа vеrdiyi nisbi yеnilikləri görmədən öldü. Irаndаkı аzərbаycаn ziyаlılаrını öz ətrаfındа tоplаyаn, Аzərbаycаn Cəmiyyətinin fəаllаrındаn оlаn Səhənd о zаmаn оnun оrqаnı оlаn "Vаrlıq" curnаlının ilk sаyını görə bilmədi. Dərgi еlə 1-ci sаyını ilk bаhаrdа dünyаsını dəyişən Səhəndin хаtirəsinə həsr еtdi, sоnrаkı sаylаrdа isə çаp оlunmаmış əsərlərdən örnəklər vеrdi. Səhəndin qələm dоstlаrının оnа həsr еtdiyi şеrlər ədəbiyyаtımızı zənginləşdirdi. Şаirlərdən ustаd Şəhriyаr, Sönməz, Cоşğun, Müzəffər, Əli Təbrizi və bаşqа şаirlər оnа şеrlər ithаf еtdilər. Tаnınmış şаir Sönməz yаzdığı şеrin еlə 1 misrаsındа оnun hаqdа çох şеy söyləyirdi:
О yаltаqlаnmаdı, məcаz yаzmаdı
Özün itirmədi, yоlun аzmаdı.
Vətən хаtirinə, dil хаtirinə
Dаstаnlаr yаrаtdı, nəğmələr qоşdu.
Оnun hаqdа həmçinin ədəbi yаzılаr, хаtirələr çаp оlundu. Bu yаzı və şеrlər də Səhəndin həyаtındа, yаrаdıcılığındа qiymətli sаyılаn kеyfiyyətləri önə çəkirdi.
Bu istеdаdlı şаir hələ də mükəmməl tədqiq оlunmаmış, хidmətləri оbyеktiv dəyərləndirilməmişdir. Sаbir Səhənd аncаq аnа dilində yаzırdı və bu yоldа nə qədər təqiblərlə, təzyiqlərlə üzləşsə də hеç bir qаdаğа, mаnеə оnu yоlundаn döndərə bilmirdi. Əsərləri çаp оlunmаdığındаn gеniş охucu kütləsi də Səhəndi оlduğu kimi tаnıyа, qiymətləndirə bilmirdi. Səməd Bеhrəngi bu məsələyə diqqəti cəlb еdərək yаzırdı: "Şəhriyаr "HеydərBabaya sаlаm" əsəri ilə bütün Şərqdə yахşı tаnındığı hаldа Səhəndin хidmətləri diqqətdən kənаrdа qаlmışdır".
İstər Şəhriyаrdаn qаbаq, istərsə də оndаn sоnrа çохlаrı hеcа vəznində şеrlər yаzsаlаr dа dövrün pisliyi üzündən tаnınmаmış, şеrləri ilə birlikdə özləri də gizli qаlmışlır. "Vаrlıq" dərgisinin ilk sаyındа görkəmli yаzıçı Gəncəli Səbаhi şаirin yаrаdıcılığındаkı milli vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək nümunələr əsаsındа təhlil еdib. О yаzırdı: "О öz yаrаdıcılığı və istеdаdı ilə Аzərbаycаn ədəbiyyаtınа ən qiymətli və ölməz əsərlər vеrə bildi".
Görkəmli еlm хаdimi, dоktоr Cаvаd Hеyət Səhəndin "Sаzımın sözü" əsərinə çох yüksək qiymət vеrərək оnu Firdоvsinin "Şаhnаmə"si ilə müqаyisə еdir və bu əsəri Günеy Аzərbаycаn türklərinin zəngin lüğət хəzinəsi, "Millətnаməsi" аdlаndırır. Mühаcirətdə ömrünü bаşа vurаn dоktоr Qulаmhüsеyn Sаеdi də Səhənd yаrаdıcılığının хаlq kütlələrinə çаtdırılmаdığı, аncаq Аzərbаycаn mədəniyyəti tаriхində хüsusi hаdisə оlduğunu qеyd еdirdi: "Bulud Qаrаçоrlu ömrü bоyu ucuz аdın, şöhrətin dаşını аtаrаq çаp imkаnı оlmаdığı hаldа yеnə yаzdı... Səhəndin əsərləri gеniş охucu kütlələri аrаsındа yаyılmаq imkаnı tаpmаdı, bunа bахmаyаrаq о, yеni tərkib, təsvir təsvir və ifаdə vаsitələri tаpmаqdа böyük uğur qаzаndı".
Səhənd Şəhriyаrın özünü bеlə аnа dilində şеrlər yаzmаğа çаğırаrаq:
Bu gün mən Səhəndəm, sən Şəhriyаrsаn,
Gəl bаşın ucаldаq qоcа Təbrizin.
Bir kərə yаdlаrın dаşını аtаq,
Çəkək qаyğısını öz еlimizin

söyləməsi Şəhriyаrın оnа səs vеrməsinə və böyük sеvgi ilə "Səhəndiyyə" pоеmаsını ithаf еtməsinə səbəb оlmuşdu. Qеyd еtmək lаzımdır ki, Səhənd yаrаdıcılığınа dа ən böyük qiyməti bir şеrində "О еlə bir şаir idi ki, mən Şəhriyаrdаn bаc аlırdı" sözləri ilə Şəhriyаr özü vеrmişdi. Şəhriyаrın оnа böyük sеvgi ilə ithаf еtdiyi "Səhəndiyyə" pоеmаsı Səhəndi ədəbi mühitin ən görkəmli şəхsiyyətlərindən, ustаdlаrındаn birinə çеvirmişdi. Qətiyyətlə dеmək оlаr ki, Günеy Аzərbаycаn ədəbiyyаtındа Şəhriyаrdаn sоnrа əsərlərinə ən çох şеrlər, nəzirələr yаzılаn şаir Səhənd idi
Yazı aşağıdakı dərgilərdə nəşr olunmuşdur:
1.“21 Azər” dergisi, 2000, № 11 Dortmund, Almanya
2."Azertürk International” dergisi № 4,2008, Quebes, Kanada



Renesans dövrünün ziyalılarını xatırladan doktor Cavad Heyət

Bu gün bütün dünyada və Azərbaycanın hər iki tayında yaşayan Azərbaycan türklərinin adını qürurla çəkə biləcəyi və bütün dünyaya öyünclə nişan verə biləcəyi bir şəxsiyyət var.Xalqı və mötəbər ziyalılar tərəfindən “Əsrimizin yaşayan Dədə Qorqudu”, ”Hər iki tayın müdrik ağsaqqalı”,”Əsrin azərbaycanlısı”və bu kimi adları qazanan şəxs - Cavad Heyətdir. Cavad Heyətin may ayında 86 yaşı tamam olur.Yaradıcılığını uzun illərdən bəri izləyib bəhrələndiyim, təbliğ və tədqiq etməyi özümə şərəfli və məsul görəv bildiyim ustadım haqda yazmaq istəyində bulunub paylaşmaq qərarına gəldim.
Doktor Cavad Heyət nədənsə ötən əsrin əvvəllərində millətin nicatı yolunda yorulmadan mücadilə edən ziyalıları xatırladır mənə.O, Vətənin Güneyində Mirzə Cəlil kimi xalqını “dilsizlikdən”qurtarmağa,Sabir sayağı “xabi-qəflətdən”oyatmağa, Əli bəy Hüseynzadə təkin “ümmətdən millətə” keçməyə,Əhməd Ağaoğlu kimi milli haqlara və əsil islami dəyərlərə yiyələnməyə səsləyir.

Adları qeyd olunan bu nurlu ziyalılardan biri,Əli bəy Hüseynzadə Azərbaycanda ilk mətbu orqanının yaradıcısı Həsən bəy Zərdabinin xidmətlərini qeyd edib belə yazmışdı;”Aləmi islam qaranlıqlar içərisində qaldığı zaman,bu adam əlinə məşəl alıb bu qaranlığı işıqlandırmağa çalışırdı.O,məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi.

Cavad Heyət ” fenomeninin varlığı olan “Varlıq” dərgisi

Bu gün ”Aləmi-islam”ın qaranlıqlarını işıqlandıran məşəli doktor Cavad Heyət ötən əsrin 80-ci illərindən başlayaraq gəzdirir.O məşəl 32 ildən bəri Tehranda nəşr olunan “Varlıq” jurnalıdır.Bizlərə, yəni quzeylilərə üç on il bir dərgini çıxarmaq asan görünə bilər.Amma kifayət qədər tibb sahəsində dünya nüfuzu qazanmış (Fransa cərrahlıq Akademiyasının üzvü,Dünya Cərrahlar Cəmiyyətinin İran təmsilçisi, siyahını çox uzatmaq olar)bir ziyalının ömrünün 5-ci onilindən başlayaraq paralel şəkildə tamamilə başqa bir sahədə, özü də adi ölkələrin birində deyil, siyasi, ziddiyət və gərginliklərdən heç zaman xali olmayan bir ölkədə fəaliyyət göstərməsinə çox nadir hallarda rast gəlmək olar.Özünün dediyi kimi daxildən gələn mənəvi ehtiyacdan doğub bu istək. 32 ildir ki, öz vəsaiti ilə çıxardığı bu dərgi vasitəsilə İran türklərinə aşırı Pəhləvi dönəmində uzun ullər az qala yadırğadıqları ana dilini yenidən öyrədib,milli mədəniyyətə,tarixə sahib çıxmağa çağırıb,milli kimliyi tanıdıb Cavad Heyət.
Cavad Heyət kimi dünya şöhrətli cərrahın, türk dünyasında böyük nüfuz qazanmış böyük şəxsiyyətin, hərtərəfli savada, geniş erudisiyaya malik olan ziyalı-vətəndaşın varlığının varlığı olan “Varlıq” dərgisi. 30 ildən artıq bir zaman ərzində İranda Azərbaycan dilinin, ədəbiyyatının yaşadılması, «Varlıq» dərgisinin onun yaradıcısı Cavad Heyətin adı ilə ayrılmaz surətdə bağlı olub.

İran ədliyyəsinin qurucularından biri, Osmanlıların“İttihadi-islam” cəmiyyətinin İran təmsilçisi Əli Heyətin oğlu Cavad

Doktor Cavad Heyət 86 il bundan əvvəl may ayının 24-də Təbrizdə soylu, əsli-nəcabəti ilə seçilən bir ailədə doğulub. Böyük alim və ruhani olan atası Əli Heyət Məşrutə inqilabının iştirakçısı və İran ədliyyəsinin qurucularından olub. Anası isə Hacı Mirzə Məhəmməd Müctəhidi Təbrizinin qızı idi. Şərqin Nəcəf,Qahirə və İstanbul kimi elm və təhsil mərkəzlərində oxuyub araşdırmalar aparan atası Əli Heyət 30 il İran ədliyyəsində işləmiş, müəyyən dövrlərdə İranın Baş prokuroru seçilib,ədliyyə naziri olur.Birinci Dünya savaşı illərində (1918) Osmanlılarla birlikdə “İttihadi-islam” cəmiyyətini qurur və İran tərəfindən cəmiyyətin rəhbəri olaraq fəaliyyətə başlayır. 1919-cu ildə bu cəmiyyət naxçıvanlıları ermənilərin şiddətli basqınlarından qurtara bilir. Xalqı bu tayda - Naxçıvanda erməni təcavüzündən o tayda isə dəfələrlə şah qırğınlarından qoruyan atasının - Əli Heyətin bu mötəbər missiyasını o heç vaxt unutmur. Doktor Cavad Heyət Mirzə Əli Heyətin yalnız oğlu deyil,həm də yaxşı tələbəsi olur, türklük şüurunu da ilk dəfə ondan alır. Atasının dövlət məmuru kimi tez-tez iş yeri dəyişdirildiyindən Cavad ilk orta və lisey təhsilini Həmədan, Təbriz və Tehran kimi şəhərlərdə alır. Sonra Tehran Universitetinin tibb fakültəsinə daxil olur. Daha sonra İstanbulda təhsilini davam etdirib tibb doktoru olur, ardınca Parisə gedib cərrahlıq ixtisasını tamamlayır.

İranda ilk dəfə ürək cərrahiyyəsi və böyrək köçürmə əməliyyatların aparan pioner cərrah

İranda az bir zamanda pioner cərrah kimi tanınaraq ilk dəfə ürək cərrahiyyəsi (1968) və böyrək köçürmə(1969) əməliyyatlarını aparır.
12 il "Daneşe pezeşki" ("Tibbi bilik") jurnalını nəşr etdirir.Jurnalda onun 70-ə yaxın elmi məqaləsi yayınlanır. 1976-cı ildə Məhəmməd Rza Pəhləvi səltənətinin 50-ci və İran şahlarının 2500 ildönümü ilə bağlı yazı yayınlamadığı səbəbindən jurnal SAVAK(İranın Təhlükəzlik Orqanı) tərəfindən qapadılır.
Cavad Heyət bütün həyatını və fəaliyyətini əsasən cərrahlığa, həmin sahə üzrə araşdırmalara sərf edərək İranda nəzəri və eksperimental cərrahiyyənin əsasını qoyur. Elmi-nəzəri və əməli uğurlarına görə 1983-cü ildə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilir. Uzun illər Tehran Azad İslam Universitetinin Cərrahlıq kafedrasının müdiri və Beynəlxalq Cərrahlar Cəmiyyətinin İran nümayəndəsi olur. Bütün bu şərəfli və nadir uğurlarla yanaşı C.Heyət millət sevdalısı,Əli Heyətin oğludur. Doktor Cavad Heyətdə məhz irsən qazandığı vətən təəssübkeşliyi və əlbəttə, humanizm güclü olduğu üçündür ki, son 20 ildə Şimali Azərbaycanda xalqın başına gətirilən müsibətlər, Qarabağ sindromu ilə həyata keçirilən azərbaycanlıların soyqırımı bu narahat ürəyin sahibinə dinclik vermir. Həmin milli faciənin qarşısının alınması üçün hər vasitəyə əl atan, İrandakı Qarabağ Müsəlmanlarına Yardım Komitəsinin sədri Cavad Heyət dünyanın bəzi dövlət başçılarına, o sıradan İran və Türkiyə prezidentlərinə müraciətdən belə çəkinməmişdir.

“Öldürülənlərin şərqisi” əsərindəki doktor Cudi

C.Heyətin İrandakı bir çox türk aydınlarının boynunda haqqı az olmayıb.Yeri gələndə onlara təbib kimi qulluq göstərib,sağaldıb,bəzən də türkcə yazıb yaratmağa yönəldib,həvəsləndirib. Doktor Heyət Pəhləvi rejimi ilə silahlı savaşda yaralanan,İranda modern şeri formalaşdıranlardan biri,istedadlı şair Əlirza Nabdilin(Oxtay) son anlarını görüb,təsəlli verib yaralarını sarıyıb. Digər iki həmyerlisi,ömrünün sonralaında Fransada yaşayıb yaradan istedadlı nasir,dramaturq Qulamrza Saedi və bu gün Kanadada dissident yazar kimi yaşayıb ədəbi fəaliyyət göstərən, dəfələrlə Nobel mükafatına təqdim olunan ünlü yazar,tənqidçi Rza Bərahəni ilə dostluq etmiş,onlara əsərlərini türkcə yazmağı tövsiyyə etmişdi. Doktor Heyətin həyata 29 yaşında göz yummuş yuxarıda adı çəkilən Ə.Oxtayla bağlı söylədiyi xatirələr və onunla xəstəxanadakı buluşmaları Rza Bərahəninin yazdığı “Öldürülənlərin şərqisi” adlı romanında əks olunub.Bu romanda doktor Cavad Heyət doktor Cudi kimi təsvir olunub.(Sonuncu bilgiyə Güntay Gəncalpın bir yazısında rast gəldim-P.M.) Əsərlərinin yalnız cüzi hissəsi ana dilində olsa da bu iki ünlü yazarın əsərlərinə həmişə türklük ruhu hakim olub,bu ruh onların yaratdıqları qəhrəmanların xarakterində,təfəkkür və davranışında aydın sezilib. M. Şəhriyarla, Səhəndlə məslək və könül yoldaşı olan doktor Heyət onları da ana dilində yazmağa təşviq edib.Şəhriyar məşhur azərbaycan türkcəsində yazdığı şeirdən sonra “cəzalandırılılıb” yatağa düşəndə onu Təbrizdən Tehrana çağırıb. 6 ay ərzində evinin birinci qatını ona ayırıb onunla hörmətli qonağı və pasienti kimi ilgilənib.

Süleyman Dəmirələ yazılan kədər dolu tarixi məktub

Onun 1993-cü ildə böyük ürək ağrısı ilə Türkiyənin sabiq prezidenti cənab Süleyman Dəmirələ yazdığı açıq məktubdakı bu sözləri həyəcansız oxumaq mümkün deyil: "Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda allah-taaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm" Cavad Heyət həmin məktubda Azərbaycanı düşdüyü indiki fəlakətli vəziyyətdən çıxarmaq üçün səyləri gücləndirməyə, "böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa çağırır.
Doktor Cavad Heyətin və eləcə də digər müəlliflərin Şimalla bağlı yazılarında Qarabağ (onun tarixi və indiki fəlakətli vəziyyəti, o cümlədən qaçqınlar məsələsi) problemi və 20 Yanvar faciəsi dərginin aparıcı və ən yanğılı mövzularındandır.
Yazının əvvəlində xatırlanan Süleyman Dəmirələ açıq məktubu xalqına qurtuluş yolları arayan vətəndaş yazıçının arxasında böyük dövlətlərin durduğu erməni işğalına qarşı dünya ictimaiyyətinə etiraz səsi və ədalətli tələblərinin ifadəsidir. Məktubda azərbaycanlıların başına gətirilən bugünkü faciələr açıqlanır və göstərilir ki, "məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən" açılmışdır. “Şəxsən Süleyman Dəmirələ ünvanlanmış və surəti xarici işlər naziri doktor Əliəkbər Vilayətiyə göndərilmiş olsa da, əslində həmin açıq məktubun müraciət obyekti qat-qat genişdir. Müraciətdə deyilir: "Silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı?"
20 Yanvar faciəsini Cənubda, eləcə də Tehranda azərbaycanlılar milli fəlakət, milli faciə kimi qarşıladılar. Güney Azərbaycandakı bu kədər və iztirabların əks-sədasını "Varlıq"ın səhifələrində tapırıq. Dərgi yazırdı: "Ölkənin namuslu xalqının uzun əsrlərdən baş alıb gələn milli-tarixi istəklərinə ədalət və məntiq ilə cavab vermək yerinə güllə və tankla cavab verildi..."
Qeyd etmək zəruridir ki, sevincli və fərəhli günlərdə də doktor C.Heyət öz quzeyli qardaşlarının yanında idi.

Güneydə Azərbaycan dil və milli mədəniyyətinin qoruyucusu olan dərgi

Doktor Cavad Heyətin azərbaycançılığı, bütöv Azərbaycan mədəniyyətinin tarixi missiyasını düzgün hiss etməsi, nəhayət, onun bu mənəvi sərvəti bütün xalqın malı etmək uğrunda mübarizəsi tam gücü və dolğunluğu ilə ustadın dərc etdiyi "Varlıq" jurnalı və bu dərginin nəşrində öz təcəssümünü tapmışdır.
1978-1979-cu illər İran inqilabının qələbəsindən və İran İslam Cümhuriyyətinin (İİC) elan edilməsindən dərhal sonra - 1979-cu ilin aprelindən nəşrə başlayan "Varlıq" jurnalı və bu dərginin səhifələrində özünə yol açmış Cavad Heyət publisistikasının aparıcı və daimi istiqamətləri şahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma böyük ehtiyacı olan Güney Azərbaycandakı mədəni həyatın bütün sahələr üzrə inkişaf yollarının hamarlanması məsələləri və onun bölünməz mədəniyyətinin problemləridir.
Pəhləvi diktaturası dövründə açıq assimilyasiya siyasəti tüğyan etdiyi vaxtlarda, xüsusilə Güney Azərbaycanda 1945-1946-cı illər və 1951-1953-cü illər milli azadlıq və demokratik hərəkatları yatırıldıqdan sonra ölkədə azərbaycanlıların milli varlığını, onların dilini, ədəbiyyatını qoruyan və yaşadan başlıca amilin xalqın folklor yaradıcılığı olduğunu nəzərə alsaq, həmin dövrdə M.Ə.Fərzanə və bir sıra digərlərinin şifahi xalq ədəbiyyatı, başqa sözlə, ağız ədəbiyyatı nümunələrini toplayıb saxlamaq, qismən də olsa, nəşr etmək sahəsində fəaliyyəti böyük fədakarlıq idi və ilk saylarından "Varlıq"ın səhifələrində həmin müəlliflərin bu sahədə araşdırmalarının tədricən oxuculara çatdırılması özü xalq qarşısında böyük xidmətdir.
Cavad Heyətin Varlıq" dərgisi Azərbaycanın müasir həyatında bir hadisədir. Onun fəaliyyəti həm İrandakı, həm də Quzey Azərbaycandakı azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm amillərdən biri kimi qiymətləndirilməlidir. Cənubda və Şimalda da 80-ci illərin ikinci yarısından etibarən vüsət almış milli azadlıq və demokratik hərəkatımızın köklərindən bir qismi də "Varlıq"a, onun naşiri və yazarı - bir sözlə, canı və ruhu Cavad Heyətə gedib çıxır.
"Varlıq"da, xüsusilə məhz Cavad Heyətin özünün məqalələrində bütöv Azərbaycan xalqının milli dediyimiz həmin şüurunu qidalandıra biləcək mövzuların əksəriyyətinə toxunulmuşdur.( “Varlıq” jurnalının 20 ildə çıxan saylarını araşdıran və bununla bağlı ayrıca ilk dəfə elmi monoqrafik kitab nəşr edən- təqdim olunan yazının müəllifinin bu fikri söyləməyə yəqin ki,qətiyyəti çatır)* Bu məqalələrdə doktor Cavad Heyət həm dilçi, həm də tarixçi kimi görünür. O, Azərbaycan dil, ədəbiyyat və tarixinə olan marağını belə açıqlayır. "İstanbulda tibb tələbəsi ikən türk ədəbiyyatı və tarixi ilə maraqlandım. Türk tələbələri tarixlərini və milli ədəbiyyatlarını çox yaxşı bilirdilər. Bu, məndə qibtə hissi oyadırdı. Və tarixi və ədəbiyyat tarixlərini oxumağa başladım..." "... inqilabdan sonra ana dilimizdə kitab və mətbuat nəşr etmək azad olduğu üçün "Varlıq" dərgisini çıxartmaq şərəfi mənə qismət oldu. Əlbəttə, biz bu işi yazıçılar heyətimizi təşkil edən bir neçə qələmdaşımızla aparmışıq".
C.Heyətin elmi-publisistik fəaliyyətində İranda Azərbaycan tarixini məqsədəyönlü şəkildə saxtalaşdıran,dünya ictimai fikrini azdırmağa çalışaraq xalqımızın tarixi ilə əlaqədar əsassız iddialar irəli sürən müxtəlif fikir sahibləri ilə cəsarətli mübarizə mühüm yer tutur.

Cavad Heyətin ədəbiyyatla bağlı araşdırmaları

"Varlıq" dərgisinin yarandığı illərdə mənəvi cəhətdən yaşamaq və ya məhv olmaq dilemması ilə qarşılaşan xalqın söz meydanına böyük ehtiyac vardı. "Varlıq" bunu xalqına aşılamaq üçün yarandı. Fars dilində təhsil almış azərbaycanlılara öz dillərində oxumaq asan deyildi. Ona görə də yaradılmış nəşriyyə ikidilli oldu
"Varlıq" nəşr olunan vaxtlarda Azərbaycan türkcəsində ədəbi dildə yazanları, danışanları barmaqla saymaq olardı. Bu yolda dərgi örnək rolunu oynamağa başladı. Ana dilini ancaq evdə, ailə çərçivəsində eşidən və bilən oxucular üçün bu dərgi həm əlifbanı, həm də bədii ədəbiyyatı əvəz etməyə başladı. Bu jurnal ikiyə bölünmüş xalqın hələlik mədəni və bədii təfəkkür baxımından qovuşmasında əvəzsiz rol oynadı.
Doktor Cavad Heyət kitablarında da eyni ədəbi tarixi missiyanı həyata keçirib."Azərbaycan ədəbiyyatına bir baxış" adlı əsərində C.Heyət XIII əsrdən müasir dövrədək Azərbaycan ədəbiyyatının şair və yazıçılarının həyat və yaradıcılığından bəhs edir. Doktor bu kitabı, əsasən, Şimal ədəbiyyatını İran azərbaycanlılarına yığcam şəkildə təqdim etmək məqsədi ilə yazmışdır.C.Heyət bunu da etiraf edib söyləyir ki, əsərin mükəmməl və ya kafi olması bəhs mövzusu deyildir. Məqsəd xalqı ədiblərlə daha yaxından tanış etmək və ədəbiyyatımız barədə bir fikir söyləməkdir...
Sonralar dil tarixi ilə ciddi məşğul olarkən o, Cənubda yaradılan ədəbiyyatla, türk xalqlarının qədim müştərək folkloru, yazılı ədəbiyyatı və əski türk şairləri ilə hərtərəfli məşğul olmaq zərurəti hiss edir.Araşdırma zamanı Azərbaycan, İran, Türkiyə ilə bərabər Avropada nəşr olunmuş qaynaqlara, kitablara dövri mətbuata, əlyazmalarına istinad edir.Doğma türkcədən başqa fars,ərəb,fransız dillərini də mükəmməl bilməsi tədqiqatçı alimə Azərbaycan tarixinə, ədəbiyyatına dair çox maraqlı və dəyərli faktların üzə çıxarılmasına imkan verir. Ona görə də Cavad Heyətin ədəbiyyat tarixi kitablarında adlarına ya az, ya da heç təsadüf etmədiyimiz şairlərə, ümumiyyətlə ədəbi tariximiz üçün çox dəyərli məlumatlara, mənbələrə rast gəlmək olar. Qeyd etmək yerinə düşər ki, bu əsərdə, Bakıda indiyə qədər çap edilməmiş, ədəbiyyat tarixi kitablarında adı çəkilməyən Şeyx Əlvan Şirazi, Qazi Abdulla xan, Təbrizli Kəlbalı, Şah Abbas Sani, Tərzi Əfşar, Dəruni, Matəmi, Mustafa Qulu xan və onlarla başqa şairlərimiz haqqında da məlumat verilir.
Bu şairlərin əksəriyyəti vaxtilə Azərbaycandan Şərq ölkələrinə, xüsusilə Türkiyəyə mühacirət edənlərdi.Təəssüf ki, ədəbiyyat tarixi mənbələrində bu məsələyə diqqət yetirilməyib.
Təbii ki, doktor Cavad Heyət yuxarıda adı çəkilən məqalələrində zəngin Azərbaycan ədəbiyyatını tam əhatə edə bilməzdi. Onun özünün də qeyd etdiyi kimi, əsas məqsədi cənublu oxucuları Azərbaycan ədəbiyyatı ilə tanış etmək olmuşdur. Bununla belə demək lazımdır ki, bir sıra nöqsanlarına baxmayaraq qeyd etdiyimiz kimi doktor C.Heyət Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatı kontekstində araşdırmış və əsas üstünlüyü şairlərin doğulduğu, yaşayıb yaratdığı məkan faktorundan çox, onların hansı dildə yazıb yaratdığına, yəni dil faktoruna vermişdir.
Cavad Heyətin klassik irsin tədqiqinə həsr olunmuş məqalələri professionallığı, mənbələrə dərindən bələdliyi, obyektiv yanaşma tərzi ilə seçilir. “Varlıq” dərgisi isə Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin nəşrində, yeni-yeni xalq sənətkarlarının üzə çıxarılmasında, Azərbaycan klassik ədəbiyyatının öyrənilməsi və təbliğində bir araşdırma mərkəzi kimi fəaliyyət göstərir.
C.Heyətin "Azərbaycan şifahi xalq ədəbiyyatı" əsərində Azərbaycan folkloru geniş tədqiq olunur. Onun "Ədəbiyyatşünaslıq" kitabında və bu sahə ilə bağlı tədqiqatlarında isə müəllifin Avropa, Şərq və rus ədəbiyyatşünaslığının təcrübəsinə bələdliyi bariz hiss olunur və bu onun ədəbiyyatşünas kimi tədqiqatlarına yenilik gətirir. Cavad Heyətin folklor araşdırmaları folklor mövzusunun ən aparıcı istiqamətlərindən biridir. C.Heyət “Kitabi-Dədə Qorqud”la bağli yazılarında çoxlu yeni dəyərli fikirlər irəli sürür. «Varlıq»da «Dədə Qorqud» abidəsinə geniş yer verilməsi Cənubda folklorşünaslığın inkişafına müəyyən dərəcədə təkan vermişdir. Sovet dönəmində xüsusən də türkçülüklə bağlı digər tarixi abidələr kimi vulqar sosioloji yanaşma nəticəsində «Dədə Qorqud» da ziyanlı bir ədəbi mənbə hesab olunurdu. Lakin bütün türkdilli xalqların dili, ədəbiyyatı və mədəniyyətinin beşiyi başında duran və bu dastanların sistemli tədqiqi nəticəsində Şimalda qorqudşünaslıq xüsusi elmi sahə kimi diqqəti cəlb etməyə başladı.Xatırladım ki, bu abidələr Cənubda hələ ötən əsrdə 40-cı illərin əvvəllərindən mətbuatda - ADF-nin orqanı olan “Azərbaycan” qəzetinin səhifəsinə cıxmışdı. (Şimalda repressiya dalğasının hələ də əsdiyi o illərdə tək bir “türk” kəlməsinə görə ən azından Sibirə sürgün olunurdular-P.M.). «Varlıq»da bu yazılara müəyyən yer ayrılıb, ən görkəmli dilçi, folklorçu və etnoqraf alimlərin yazıları dərc edilib. Lakin həmkarlarından fərqli olaraq öz tədqiqatında Cavad Heyət bu dastanların Cənubi Azərbaycan tarixi-coğrafi məkanı ilə bağlı tərəflərinə xüsusi diqqət ayırmışdır.

Cavad Heyətin xalqa “əbavü əcdadını”tanıdan məşhur kitabı

İranda sonuncu inqilabdan sonra Azərbaycan dilinin elmi tarixi ilə doktor Cavad Heyət və doktor Həmid Nitqi məşğul olurdular. C.Heyət fars dilində çap etdirdiyi "Türk dilinin tarixi və ləhcələri" əsərini Pəhləvi rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan dilinin özünəməxsus müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab olaraq yazmışdır. Məhəmməd Əmin Rəsulzadə əsrin əvvəllərində publisist Mais Əlizadənin təbirincə desək,”İran türkləri” terminini dünyanın siyasət müntəxabatına daxil etmişdisə,əsrin sonunda doktor Cavad Heyət əsasən İranda yaşayan türklərin danışdığı ləhcələri tədqiq edən “Türk dili və ləhcələrinin tarixi” kitabını dünyanın türkologiya tarixinə daxil etdi.Sonuncu kitab İranda türkologiyanın təməlini qoydu və necə deyərlər, xalqa “əbavü əcdadını” tanıtdırdı.
Mahmud Kaşqarinin təxminən 950 öncə yazdığı “Divani lüğəti türk”, Əlişir Nəvainin isə 500 bundan qabaq qələmə aldığı“Mühakimətül-lüğəteyn” əsərlərinin davamı olaraq Cavad Heyət Azərbaycan dilinin leksik və qrammatik zənginliyini və onun bəzi üstünlüklərini göstərmək üçün iki dilin- azərbaycan türkcəsi və fars dilinin müqayisəli tədqiqinə həsr olunmuş “Müqayisətül lüğəteyn” əsərini yazdı.Məqsəd bu oldu ki, müxtəlif səbəblər ucbatından əsərlərini farsca yazan və farsca yazmağa meylli olan həmvətənlərinə Azərbaycan-türk dilinin daha böyük üstünlüklərə malik olduğunu göstərsin və onları doğma dildə yazıb yaratmağa təşviq etsin,həvəsləndirsin
C.Heyət bu iki əsərində İranın fars şovinistlərinə cavab olaraq Azərbaycan xalqının etnik və dil cəhətdən türk soyuna mənsubluğunu tutarlı örnəklərlə izah edib, bu xalqın dil, mədəniyyət, eləcə də etnik baxımdan türk xalqları qrupuna daxil olduğunu əsaslandırır.

Türklərin tarixi və ədəbi abidələri ətrafında araşdırmaları

C.Heyətin yazıları içərisində Azərbaycan tarixi problemləri də özünəməxsus yer tutur. Bu jurnalın səhifələrində Azərbaycanın tarixi keçmişi ilə bağlı olan bir çox məsələlərə toxunulması, mühüm problemlərin qoyulması özü milli oyanışı qidalandırmışdır. Bu yazılar içərisində Azərbaycan tarixinin ən mühüm düyün nöqtəsi olan oğuzların tarix boyu ölkəmizə gəlişi probleminə həsr edilmiş məqalələr xüsusi diqqət çəkir.
«Varlıq» dərgisi ümumiyyətlə folklor, türk xalqlarının mifologiyası, tarixi-mənəvi varlığı klassik ədəbiyyatı ilə bağlı araşdırma mərkəzlərindən biri sayıla bilər. Türklərin tarixi təşəkkülü, türk dünyagörüşü və mədəniyyətinin dünya sivilizasiyasında yeri, rolu haqqında silsilə tədqiqatlara öz səhifələrində yer ayırması «Varlıq» dərgisinin böyük tarixi xidmətləridir. Hələ Şimalda bu tipli tədqiqatların geniş vüsət almadığı bir vaxtda Cavad Heyətin türk dövlətləri, türk xalqları haqqında böyük informasiya tutumu olan məqalələrinin nəşri milli mənəviyyatımızın öz kökü, əsli ilə ilişgilərini üzə çıxartmaqda böyük rol oynayıb.
Qədim türk ədəbi nümunələri, yazılı qaynaqları haqqında Cavad Heyətin tədqiqatları ana dilli ədəbiyyatımızın tarixi kökləri barədə də da zəngin məlumat verir. Cavad Heyətin bu səpgili araşdırmaları «Türklərin tarix və mədəniyyətinə bir baxış» adı ilə Bakıda nəşr olunandan sonra «Varlığın» tarixi, ictimai və milli-mənəvi çəkisi haqqında təsəvvürlər daha da zənginləşdi. Əslində şovinist siyasət yeridən məmləkətdə bu tipli tədqiqatların nəşr edilməsi, Cənubda yaşayan soydaşlarımızın öz tarixi kökünə qayıdışı üçün zəmin hazırlayırdı. Şimalda isə uzun müddət türk xalqlarının tarixi birtərəfli, səthi öyrənilmiş və nəzəri baxımdan məlum qəliblərə əsaslanıb.
Cavad Heyətin, ümumilikdə isə «Varlığ»ın bu istiqamətdəki fəaliyyəti Azərbaycan türkləri üçün öz tarixlərini öyrənməkdə zəngin məlumat, informasiya vermək baxımından qiymətlidir. Cavad Heyətin türk tarixinə dair araşdırmalarında Azərbaycan faktoru əsas yer tutur.
Tədqiqatçı Azərbaycan xalqının türk xalqlarından biri, Azərbaycan mədəniyyətinin isə vahid, bölünməz ümumtürk mədəniyyətinin ancaq bir hissəsi olduğu qənaətindədir. Cavad Heyətin əsaslandığı ümumtürk ədəbiyyatı konsepsiyası hələ 1920-ci ilə qədər Əmin Abid, Abdulla Şaiq, İsmayıl Hikmət, Fuad Köprülü kimi ədəbiyyatşünaslar tərəfindən qəbul edilmiş, Azərbaycan ədəbiyyatı məhz ümumtürk ədəbiyyatı kontekstində araşdırılmışdır.
Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatı kontekstində öyrənmək baxımından «Varlıq»da klassik irslə bağlı dərc edilmiş araşdırmalar da diqqətə layiqdir. Bu araşdırmalar sırasında əhatəli olması və ümumiləşdirmə dəyəri ilə Cavad Heyətin Azərbaycan ədəbiyyatına dair tədqiqatları xüsusi yer tutur.

Cavad Heyətin ən böyük əsəri –“Varlıq”

Cavad Heyət Şimal və Cənubdan asılı olmayaraq, bütöv Azərbaycanın dərd-sərinə səs verir. Bununla belə o, hər bir taya ayrılıqda aid olan problemləri də qəlbindən keçirərək onlarla yaşayır. Hələ sərhədlərin bağlı olduğu 1982-ci illərin qeydlərindən aydın olur ki, bu problemlərin mərkəzində onun üçün xalqımızın ən böyük faciəsi - 200 ilə yaxın olan ayrılıq dərdi durur. O yazır: "Biz bir elin övladları olduğumuz halda tarixin yaratdığı faciədən sonra 150 ildən bəri ölkələrimiz ayrıldığı üçün taleyimiz və problemlərimiz də ayrı-ayrı olmuşdur. Hələ XX əsrdə, yəni insanlar fəzaya və aya gedən əsrdə aramıza aşılmaz sərhədlər də çəkilmişdir"
Cənubla bağlı isə doktor Cavad Heyət 1978-1979-cu illər inqilabından sonra özünü daha böyük məsuliyyət və vəzifələr qarşısında hiss etmişdir. Qarşıda uzun illər Pəhləvi hakimiyyətinin azərbaycanlıları farslaşdırmaq siyasəti nəticəsində xalqın öz sırf milli-mənəvi inkişafından mərhum edilmiş bu böyük hissəsinin mədəni həyatının bütün sahələri üzrə inkişaf yollarının müəyyənləşdirilməsi və hazırlanması kimi mühüm məsələlər dururdu. Azərbaycanın vahid tarixi, ədəbiyyatı və mədəniyyəti xalqa çatdırılmalı, yazılı və ədəbi dilin formalaşması sahəsində çətin və mürəkkəb iş görülməli idi. Bütün bu işlərin ağırlığını Cavad Heyət öz üzərinə götürməklə yuxarıda adları çəkilən məslək, amal dostlarının birgə fəaliyyəti ilə qarşısında duran məsul işə başladı. "Varlıq" dərgisinin nəşri bu məsuliyyətli işin başlanğıcı idi.
Cənubi azərbaycanlıları özünə tanıtdırmaq, onları öz vahid mədəniyyətinin sahibi etmək işində ilk addım kimi ana dili problemini həll etmək zəruri idi. Cənubi Azərbaycanın qocaman yazıçı və şairi Həbib Sahirin dediyi kimi, xalqa "inqilabdan sonra verilmiş nisbi bir azadlıqdan" istifadə edərək, ilk növbədə, Cavad Heyət və Həmid Nitqi bir çox uğurlar qazana bildilər. Lakin ən çətin məsələ etnik dillərin statusunun müəyyən edilməsi idi.
Cavad Heyət özü "Varlıq"ın ilk saylarından məhəlli (milli) dillərin yerlərdə qeyri fars əhalinin ana dili kimi məktəblərdə azad şəkildə tədris olunmasını irəli sürmüşdü. Azərbaycanlı ziyalıların böyük bir dəstəsinin ümumi rəyini bildirən və bu qəbildən olan digər tələblər İİC Əsas Qanununda (Konstitusiyasında) öz əksini çox məhdud şəkildə tapmışdır. Belə ki, Konstitusiyanın XV maddəsində milli dillərdən danışıldıqda qeyd olunur ki, məktəblərdə fars dili ilə yanaşı milli ədəbiyyatların tədrisi azaddır. Aydındır ki, bu məhdud hüquq milli məktəblərdə, o sıradan Azərbaycan məktəblərində yalnız ana dili və ədəbiyyatının tədrisinə aiddir, təhsilin ana dilində aparılmasına isə imkan vermir. Qabaqcıl ziyalılar tərəfindən Azərbaycan dilinin Azərbaycan xalqının rəsmi dili hesab edilməsi, İran universitetlərində Azərbaycan dilinin rəsmən tanınması, onlarda Azərbaycan dili və ədəbiyyatı kafedralarının yaradılması, milyonlarla azərbaycanlının yaşadığı Tehranda ikidilli məktəblərin açılması və dərs kitablarının hazırlanması haqqında haqlı tələbləri isə əslində cavabsız qalıb. XV maddənin göstərilən məhdud imkanından belə real istifadə olunmayıb.
Göstərilən tələblər həyata keçirilməsə də, qabaqcıl ziyalıların ön cərgəsində gedən Cavad Heyət və "Varlıq" dərgisi bu sahədə öz işini və tədbirlərini davam etdirib. Azərbaycanın milli mədəni ehtiyaclarından bəhs edən türkdilli dərgilər artıq 1982-ci ildən etibarən bağlandığı halda, bunlardan təkcə "Varlıq"ın öz fəaliyyətini bu günədək davam etdirməsini nəzərə alsaq, onun naşir və yazarlarının üzərinə nə dərəcədə böyük məsuliyyət düşdüyünü təsəvvür etmək olar. Vaxtaşırı öz xəbis niyyətlərini büruzə verən paniranistlər Cavad Heyətin yeni-yeni yazılarında öz layiqli cavablarını alırlar.
Beləliklə, hörmətli alim doktor Cavad Heyətin elmi-publisistik fəaliyyətindəki bir sıra yazılara, onlardakı bəzi mühüm məsələlərə salınan ötəri nəzər, onlara verilən qısa şərhlər belə ustadın bütöv Azərbaycan uğrunda yanan ürəyinin döyüntülərini eşitdirir, şimallı-cənublu bütün Azərbaycan türkləri üçün yorulmaq bilmədən çalışdığını, yazıb-yaratdığını nişan verir.İran tüklərinin milli şüurunun oyanmasında əvəzsiz iş görmüş “Varlıq”dərgisi kimliyini tanıyan Türklüyü ilə fəxr edən yeni bir nəslin də yetişməsinə səbəb olub. Və "Varlıq"ın bu günədək öz varlığını yaşatması da dərgini təmənnasız, öz şəxsi vəsaiti ilə nəşr edən doktor Cavad Heyətin həmin qibtə ediləcək dəyanəti ilə bağlıdır.
Doktor Cavad Heyət tək Azərbaycan xalqı üçün deyil, bəlkə, bütün İran xalqları, həm də müsəlman və türk dünyası üçün qiymətli, əvəzedilməz şəxsiyyətdir.
O,xalqımızın çarpan ürəyi,söylər dili, ağlar gözüdür.O yalnız başına bir ulusun simgəsi sayılır.O,yoxluq kuragında Varlıq toxumu əkən,qanı ilə suvaran yaşlı bağbandır.O özünü amacına,xalqına həsr etmişdir.İndi dr.Cavat bir fərd deyil,bir ulusdur,min bir qələm,Azərbaycanın sinəsində yaşayan milyon ürəkdir.Şünki o qaranlıqlara qarşı mum kimi əriyərkən,tariximiz damarına axmış,xalqın varlığına yayılmışdır.Ona görə də dr. Cavad Heyəti təbrik etmək bir xalqı ağırlamaq deməkdir.”- Bu xoş diləklər”Varlıq”dərgisinin yazarlar heyətinə daxil olan Əziz Möhsini,Mir Hidayət Həsari, İsmayıl Hadi,Səməd Sərdarniya,RəhimRəisniya,Əlirza Sərrafi,Məhəmmədrza Heyət,Həsən Məcidzadə,İbrahim Rəfrəfin 6 öncə ünvanlanmış təbrik məktubudur.Gəlin biz də bu təbrikə qoşulaq; Çox yaşayın,yaradın.Siz yaşadıqca bu milləti də dirçəldib yaşadırsınız doktor!