28 сент. 2011 г.

Onu hamı tanıyır, hamı dinləyir,yaşından, milləyyətindən, harada yaşamasından asılı olmayaraq. Onun şərqiləri melodikdir,ürəkçalandır,qəlbləri ovsunlayandır.Səsi də o qədər ecazkardır ki,dövrünün əfsanəsinə çevrilib. Bir zamanlar onun nəğmələrinə sevə-sevə dinləyən nəslə indi gənc nəsil də qoşulur. Valideynin bir vaxtlar dinlədiyini indi də övladlar eyni şövqlə dinləyir. Sənətçi üçün bundan böyük dəyər,mükafat varmı?!
Özü də oxuduğu nəğmələri qədər zərif və gözəldir, kino ulduzu kimi çəkici və həmişə moderndir. Uzun illər onun mahnıları Türkiyənin xitlərinə çevrilib. Bu, Türkiyə estradasının daim parlaq ulduzu,superstarı -Ajda Pekkandır. Mart ayının sonlarında Türkiyədə”Minilliyin fenomeni”adını qazanan iki müğənnidən biri oldu Ajda Pekkan.Ömrünün 60-cı ilində türk estradasının yaradıcısına,pionerinə göstərdiyi xidmətlərinə görə dəyər verildi.Bu xəbəri Azərbaycandan kənarda yaşayan Türk dünyasının dəyərləri ilə qürur duyan, qayğıları ilə bölüşən,sevincləri ilə paylaşan bir soydaşımızdan eşidəndə çox sevindim.
Sovet dönəmində Türkiyədən çox uzaq düşmüşdük. Yeganə olaraq bizi bağlayan ara-sıra kino festivallar, bir də nadir hallarda Bakiya konsert verməyə gələn bənzərsiz türk müğənniləri Nezrin Sipahi, Emel Sayin,Müşerref Akay və b.olub.Mənim yaşıdlarım Azərbaycanlıların qəlbini fəth edən və Bakıda yalnız məhdud şəkildə kasset,videoları olan və yayılan Barış Manço, Zeki Müren Ajda Pekkan kimi ünlü sənətçilərin füsunkar səsini dinləməkdən xüsusi zövq alıblar.Siyahını uzada bilərdim.Amma məhz bu üç sənətkar bu gün Türkiyənin musiqi sənətinin simvoluna çevriliblər. Zeki Müren klassik xalq mahnılarına yeni ruh,Barış Manço populyar havalara yeni nəfəs gətirmiş. Ajda Pekkan bir şarkıçı kimi ( o illərdə İngiltərədə” Beatles”qrupunun gördüyü işi, o Türkiyədə görmüşdü) türk estradasinda modern pop-muzikin təməlini qoymuşdur.
Ajda Pekkan yerli şərq havalarına qərb çaları gətirib.Fransada,Amerikada,Ingiltərədə sənət təcrübəsi keçib, repertuarında şərq-qərb musiqisinin sintezinə genış yer verib. Türk dünyasını təmsil edib.Bunun qarşılığı olaraq Şərqə daim sirrli dünya kimi baxıb,orada ekzotik məqamlar arayan fransızlar,amerikalilar öz bəstələrinə şərq elementləril gətiriblər.Bunlar ayrı bir yazının mövzusudur Mən Ajda Pekkanı bir az da yaxından tanıtmaq istəyirəm Ajda 12 fevral 1946 ilde hava donanmasi hərbçi zabiti Ridvan Pekkan ve onun omur boyu vuruldugu Nevin hanimin ailəsində dünyaya gəlib. Iki ilden sonra bacisi dogulur. Məğrur türk zabiti Pekkan həyatdan erkən getsə də özündən sonra yadigar qoyduğu iki qızına-Ajda və Semiramisə-vətənə ,millətə sevgi və xidmət, seçəcəyi peşədə professionallıq bir də nizam-intizam və zəhmətsevərliyi aşılamışdı.İllər kecəcək bu iki baci türk xalq və populyar musiqisinin önündə gedəcək. (Semiramis bir neçə albomlarını yazdırıb, ailə həyatıyla ilgili Avropaya köçməli oldu.Səhnə aləmindən ayrı düşən Semiramis, incəsənət və biznes sahəsində çalismağa başladı). Ajda Türkiyə estradasının simvoluna cevriləcək.
Ayda 14 yaşından professional sarkıçıi işləməyə baslayir,musiqi karyerasında 2 ildən sonra 1962-ci ildə önemli premiya alır. O dövrdə Cati adlanan çox populyar klubda müğənni kimi meydana çıxır. Bir il sonra o “Turk film sənayesi üçün yeni istedadlar axtarışında”müsabiqəsinin qalibi olur.Az keçmir ki, Türk film sənayesində tanınmış ulduza çevrilir . Ayhan Işik, Cuneyt Arkin, Izzet Günay kimi ünlü aktyorlarla ilə birgə 50-yə yaxın kinofilmə çəkilir.
Amma Ajdanın ən böyük arzusu müğənni olmaq idi.Atası hərbçi olduğundan tez-tez yaşayış yerlərini dəyişirdilər.Uşaqlıq illərinin çox hissəsi Türkiyənin hərbi dəniz bazasında –Gölcügdə amerikalı ailələr yaşayan çevrədə keçmişdi.Ona görə də Amerika və Avropa mədəniyyəti ona yad deyildi. İtaliyan ,fransız və İngilis dillərində mahnıları olduğu kimi oxumağı yaxşı bacarırdı. Bəlkə də elə bu səbəbdən Qərb üslublu populyar mahnıları ondan gözəl oxuyan yox idi.Enrike Masias, Demis Russos, Patrisiya Kaas, Mort Şuman və V.Silviya ilə birgə çalışıb duetlər oxuyur.Hələ 16 yaşında doğma şəhərlərində “Los Katikos”ansamblında çıxış edərkən Türkiyədə məşhur mahnı sözləri müəllifi kimi ad qazanan Fecri Əbsioğlu və caz müğənnisi İlham Genser ilə tanış olur.Bu iki şəxs Ajdaya repertuarının zənginləşməsində və vokal sənətini mənimsəməsində yardımçı olurlar. İlk mahnısı “Göz deydi bana”1964-cu ildə yazılıb yayılır.60-70-ci illərdə Türkiyənin bənzərsiz sənətçisi Zeki Mürenlə duet hazırlayır, bir neçə dildə musiqi valı buraxır.Avropada keçirilən müxtəlif mahnı festivallarında uğurla iştirak edir. Yetmişinci illərin başlanğıcında Ajda Pekkan artıq xarici musiqi şirkətlərinin diqqətini çəkir. “Filips” kompaniyası ilə uzunmüddətli müqavilə bağlayır, alman və fransız şou cənayesi üçün mahnıları və iki “Ajda Pekkan”albomu çıxır.Daha sonra
məşhur fransız müğənnisi Enrike Masias və digər fransiz müəllifləri ilə birgə işlədiyi fransızdilli albomları işıq üzü görur.
Ajda Pekkan Türkiyəni ” Avrovisiyon “ festivalında da təmsil edib. 1980-ci ildə.Okeanın o tayında, Amerikada bir il yaşadığı müddətdə klassik türk mahnılarını caz üslubunda işləyib hazirlayır. Onun «Sen Mutlu Ol»adlı albom variantını cıxarır.Minilliyin sonunda«Ajda Pekkan türk gənclərinin kumirləri ilə birgə” başlığı altında bir çox albomlarını çıxarır. 1998-ci ildə, Türkiyənin Mədəniyyət Nazirliyi onu Dövlətin müğənnisi elan edir.2010-cu ildə isə sonsuz pərəstişkarları tərəfindən “Minilliyin fenomeni” seçilir.Albomlarının adı kimi özü də Türkiyə, eləcə də Türk dünyasının estradasının Superstar, Diva və Primadonnasına çevrilir.
Deyirlər, insanda tək səsə zaman hökm edə bilmir. İnsan yaşlanib vücudu dəyişsə də,səsi çox az dəyişir.Səsi ona xəyanət etmədi. Ajda pərəstişkarlarının gözündə,yaddaşında, qəlbində olan sevgini yaşatmaq üçün görünüşünü hər zamankı halda saxlamaq üçün estetık əməliyyatlar keçirdi. Beləcə, gözəl, gənc, sportiv görkəmi ilə oxuduqları şərqiləri ilə indi də qəlbləri fəth etməktədir. .
Şərqilərində oxuduğu kimi bu dünyadan “Kimler geldi,kimler keçti”sə amma onun kimi oxuyan,”Tanrı müsafiri”olmadı.Bağlandığı sənət naminə çox acılar çəkdi,heç vaxt şou” bazar”ına qatılmadı ucuz şöhrətə uymadı.Sonda da daxili saflığını saxlayıb qoruya bildi-“ Ağlama anne benim üçün”şərqisində söylədiyi kimi; (bəlkə də belə gənc qalmağının sirrlərindən biri də” onun içində hələ də bir cocuqun oturmasıdır”)

Ne hayatlar ümidiylə
Zamansız yollara düşdük
İlk yenilen biz degildik, elbet
Gün oldu dünyaya küstük
Ağlama anne benim üçün,ağlama
Ben de her kes qeder yandım
Sen ne olur cocukluğumu saxla,
Tek qalan bu elimde, ovucumda


Tipik şərq və qərb melodiyalarının sintezindən yaranmış mahnılarının sözləri qeyri-adi romantik şeirilərdən bəstələnib.Həzin musiqiyə bələnmiş”röyalarımda belə tək səni sevdim.. misrası-pak sevgidən,”Sən sarıl,o sene sarılmasa...”sözləri isə-dostluq və barışdan pıçıldayır bizə.Ajda Pekkanın mahnılarını dinləyəndə xəyallara dalmamaq mümkün deyil. Səni alıb haralara aparmır ki... Kiçik bir mahnıda böyük bir eşq dastanı,məhəbbət masalı.Bir ömrün romantik yaşantıları..Həyata inam ,insanlara sevgi , xoş ovqat, nikbinlik bəxş edir onun səsi.
Səsi,gözəlliyi,geyim,jest və davranış tərzləri ilə Ajda Pekkan türk dünyasının uzun illərdir idoluna çevrilib
P.S Türkiyənin bu sənətçiyə verdiyi dəyərə gəlin bizlər də qoşulaq.Çünki,Ajda Pekkan bütün Türk Dünyasının sənətçisidir,modern, pop-musiqisinii türk estradasına ilk olarak gətirib yerləstirən və dünyaya türk musiqisinin modernliyini ilk açib tanıtdiran sarkıçı-müğənnidir.



0 şərh:

Отправить комментарий